Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-152/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə 09.04.2019 İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiyanın yeni dən hesablanması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 23 iyul 1993-cü il tarixdən 01 iyul 1998-ci il tarixədək olan dövr üçün İİ dərəcəli əlil kimi ödənilmiş pensiya məbləğinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2016-cı ilin fevral ayında qüvvədə olan tələblərinə əsasən yenidən h esablanması və yaranacaq məbləğ fərqinin ödənilməsi cavabdeh İdarəyə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qərarı ilə (hakim T.Əsədova; iş № 2-1(81)-2632/2018) iddianın təmin edilməsi; iddiaçıya 23 iyul 1993-cü il tarixdən 01 iyul 1998-ci il tarixədək olan dövr üçün ödənilmiş pensiya məbləğinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2016-cı ilin fevral ayında qüvvədə olan tələblərinə əsasən yenidən hesablanması və hesablanma zamanı yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilməsi qərara alınmışd ır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən V.Məmmədov, hakimlər R.Qurbanov və S.Seyidova; iş № 21(103)-2330/2018) cavabdeh İdarənin apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan ma ddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir, nəticədə əsassız və qanunsuz qərarın qəbul edilməsinə yol vermişdir. Belə ki, iddiaçının iddia etdiyi dövrlər üzrə hesablanmış pensiya məbləğini cavabdeh İdarədən tələb etmək hüququ yoxdur, çünki, həmin dövrlərdə iddiaçı aidiyyəti üzrə yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsindən əmək pensiyasını alırdı. İddiaçının adına “məlumat vərəqi” Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 18.03.2016-cı il tarixdə İdarəyə daxil olmuşdur. Həmin sənədə əsasən iddiaçıya əmək pensiyası təyin edilmiş və İdarənin yarandığı tarixdən, yəni 01.01.2017-ci il tarixdən pensiya fərqi ödənilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respub likası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsi tərəfindən verilmiş 022441 nömrəli “Pensiyaçının uçot vərəqəsi”nə əsasən, xx.xx.1967-ci il təvəllüdlü iddiaçıya 11 qrup əlilliyə (Qarabağ əlili) görə əmək pensiyası təyin edilmişdir. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 11.06.2015-ci il tarixli 6350 nömrəli arayışın a görə, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı 23.07.1993-cü il tarixdə 1 saylı Ağdam Hərbi Səhra Cərrahiyyə Hospitalında (223 saylı hərbi hissədə) ambulator müayinə və müalicədə olmuş, ona sağ budun, sol saidin güllə yarası diaqnozu qoyulmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05.08.2015-ci il tarixli qətnaməsi ilə iddiaçının 23.07.1993-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmət vəzifəsini yerinə yetirərkən yaralanması faktı müəyyən edilmiş, həmin məhkəmənin 15.02.2016-cı il tarixli qərardadı ilə qeyd olunan qətnaməyə izah verilərək, müəyyən edilmiş faktın iddiaçıya 23.07.1993-cü il tarixdən 01.07.1998-ci il tarixədək pensiyanın verilməsi üçün əsas olduğu qeyd edilmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə ə rizə ilə müraciət edərək, pensiyasının yenidən hesablanmasını xahiş etmiş, sonuncu 16.03.2016-cı il tarixli cavab məkbubunda Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16.02.2016-cı il tarixli qərardadına əsasən iddiaçıya ümumilikdə əhatə olunan 23.07.199301.07.1998-ci il dövrü ərzində ödəniləcək məbləğin 4.481.450 AZM hesablandığını, həmin məbləğin yeni pul nominantı ilə əvəzləşdirilərək (4.481.450: 5.000) 896,029 AZN məbləğin iddiaçıya ödənildiyini qeyd etmişdir.Cavabdeh İdarənin “Əmək pensiyası təyin edən komissiyası”nın 28.03.2016-cı il tarixli 16/2054 nömrəli qərarı ilə iddiaçıya 01.02.2016-cı il tarixdən İİ qrup əlil kimi ömürlük 366,20 manat məbləğdə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun ünvan 1 ünvanlanmış 27.05.2016-cı il tarixli 13/031013 nömrəli məktubun da göstərilmişdir ki, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyasının təyin olunması ilə əlaqədar olaraq Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin 28.03.2016-cı il tarixli 02/8902-635 nömrəli məktubuna əsasən pensiya ödənişi 01.04.2016-cı il tarixdən dayandırılmış və şöbənin 28.03.2016-cı il tarixli 13/03-70 nömrəli attestatı ilə pensiya uçot vərəqəsi Departamentə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ünvanlanmış 17.04.2017-ci il tarixli 03/031320 nömrəli məktuba görə, iddiaçıya 1993-cü il 23 iyul tarixdən 1998-ci il 01 iyul tarixədək olan dövr üçün İİ dərəcəli əlil kimi həmin dövrdə qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqq ında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən düzgün olaraq 896,29 manat alınmamış pensiya məbləği hesablanaraq ödənilmişdir. İddiaçı ona 23.07.1993-cü il tarixdən 01.07.1998-ci il tarixədək olan dövr üçün ödənilmiş pensiya məbləğinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2016-cı ilin fevral ayında qüvvədə olan tələblərinə əsasən yenidən hesablanması və hesablanma zamanı yaranacaq məbləğ fərqinin ödənilməsi ilə bağlı cavabdeh İdarəyə müraciət etmiş, lakin sonuncu həmin illər üzrə ödənilməli olan pensiya məbləğinin düzgün hesablandığını əsas gətirərək yenidən hesablamadan imtina etmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, 199319 98-ci illərə dair pensiyanın təyini 2016-cı il tarixdə həyata keçirildiyindən, onun məbləğinin hesablanması da, həmin tarixdə qüvvədə olan əmək pensiyaları qanunvericiliyinin tələblərinə əsasən aparılmalı idi. Qanuna görə, əlillik qrupları və əlilliyin səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik dövrü üçün təyin edilir. Eyni zamanda cavabdeh İdarənin dəlilləri işin faktiki halları və qanunun tələbləri baxımından qiymətləndirilərkən əsassızdır. Göründüyü kimi, pensiyasının yenidən hesablanması və ödənilməsi ilə bağlı inzibati aktın qəbul e dilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iddiaçı tərəfindən sübut olunur, bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir (İPM-14.3), «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun cavabdehə səlahiyyət verən normalarının dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur. Bu əsaslarla, cavabdeh İdarənin iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunsuzdur, eyni zamanda iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tərəflər arasında pens iya hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan 11.2-ci maddəsinə əsasən, hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə ol maqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Həmin Qanunun 12.2-ci maddəsinə görə, hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanunun 19.2.5-ci maddəsinə uyğun olaraq müharibə əlillərinin (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla) və müharibə iştirakçıları sıra sından olan əlillərin yaşa görə əmək pensiyasının baza hissəsinin üzərinə İ qrup əlillərə - yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində; İİ qrup əlillərə - yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində; İİİ qrup əlillərə - yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində əlavələr hesablanır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şi kayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-152/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-152/2019
09.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver