Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-152/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizənin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Maraqlı şəxs X1, Maraqlı şəxsin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X4 Xidməti) “çıxarışın v erilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli, 2-1(105)-355/2020 nömrəli qərardadından maraqlarına toxunan şəxs X2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Qobustan rayonu Nərimankənd Bələdiyyəsinin 2005-ci il 5 may tarixli, 05 saylı qərarı ilə ona satılmış Qobustan rayonu, Nərimankənd kəndi ərazisində (Bakı-Qazax yolunun 85-ci kilometrində) yerləşən 0,20 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il 15 avqust tarixli, 2-1(85)477/2013 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Qobustan rayonu Nərimankənd Bələdiyyəsinin 2005-ci il 05 may tarixli, 05 saylı qərarı ilə iddiaçıya satılmış Qobustan rayonu, Nərimankənd kəndi ərazisində (Bakı-Qazax yolunun 85-ci kilometrində) yerləşən 0,20 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən iddia əsaslıdır.
4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2014-cü il 04 iyun tarixli, 2-2(105)-26/2014 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2014-cü il 28 oktyabr tarixli, 2-1(102)-1 082/2014 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İş üzrə məhkəmə qərarı cavabdeh tərəfindən icra edilmişdir. ç. birinci instansiya məhkəməsindəki ikinci icraat
11. X2 2020-ci il 10 fevral tarixdə Sumqayıt İnzibati Məhkəməsinə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə vəsatətlə müraciət edərək onu üçüncü şəxs qismində icraata cəlb etməklə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il 15 avqust tarixli qərarının ləğv edilməsini, məhkəmə icraatının təzələnməsini xahiş etmişdir.
12. Vəsatət onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il 25 avqus t tarixli qərarının predmetini təşkil edən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakın mülkiyyətində olmasına baxmayaraq, işə baxmış məhkəmə onu iş üzrə proses iştirakçısı olaraq işə cəlb etməmiş, işə baxılması barədə ona məlumat verməmişdir.
13. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 17 iyun tarixli, 2-1(085)-477/2013 nömrəli qərardadı ilə “icraatın təzələnməsi” barədə vəsatət rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, T.Abdullayev hazırkı mübahisə üzrə proses iştirakçısı olmadığı üçün, qanunvericiliyə görə onun yeni açılmış hallarla bağlı ərizə vermək hüququ da tanınmır. Bundan əlavə, T.Abdullayev mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə yeni açılmış hallarla bağlı icraat ın təzələnməsinə dair ərizə ilə müraciət etmişdir.
15. T,D.Abdullayev həmin qərardaddan apellyasiya şikayəti verərək “icraatın təzələnməsi” barədə vəsatətin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli, 2-1(105)-355/2020 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Maraqlarına toxunan şəxs T,D.Abdullayev həmin qərardaddan kassasiya şikayəti verərək “icraatın təzələnməsi” barədə vəsatətin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 100-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-in 106.2-ci maddəsinə əsasən, icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələn məsi haqqında qərardad qəbul edir. İPM-in 103.1-ci maddəsində qeyd olunur ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.
20. Maraqlarına toxunan şəxs T.D.Abdullayev ümumiyyətlə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 2013-ci il 15 avqust tarixli qərarından məlumatlı olmamışdır. Həmin qərarın predmetini təşkil edən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak mülkiyyətində olmasına baxmayaraq, işə baxmış məhkəmə onu iş üzrə proses iştirakçısı olaraq işə cəlb etməmiş, işə baxılması barədə ona heç bir məlumat verməmişdir.
21. Məhkəmə qərarı haqqında məlumat əldə etdikdən dərhal sonra məhkəməyə vəsatətlə mür aciət etmişdir. Bu səbəbdən hər hansı prosessual müddətlərin keçməsindən söhbət belə gedə bilməz.
22. Bundan əlavə, vəsatətlə müraciət etdikdən sonra maraqlarına toxunan şəxs T.D.Abdullayevin təşəbbüsü əsasında mübahisəli ərazidə ekspert tədqiqatı aparılmış və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Qobustan rayonu Nərimankənd Bələdiyyəsinin 2005-ci il 05 may tarixli, 05 saylı qərarı ilə iddiaçıya satılmış Qobustan rayonu Nərimankənd kəndi ərazisində (Bakı-Qazax yolunun 85-ci km-də) yerləşən 0,20 ha torpaq sahəsi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. b. məhkəmə icraatı iştirakçılarının izahatları
23. Maraqlı şəxs və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
24. Tərəflər və üçüncü şə xs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
25. İPM: Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
91. Ali Məhkəmə mübahis ə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. İş üzrə maraqlı şəxs apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, ərizə mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
29. İPM-in 100-cü maddəsinin tələbindən göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı yalnız proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
30. İPM-in 27.0-cı maddəsinə əsasən, aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər.
31. İşdən göründüyü kimi, ərizəçi T.Abdullayev hazırkı məhkəmə icraatının iştirakçısı olmamışdır.
32. Beləliklə, T.Abdullayev hazırkı iş üzrə İPM-in 12-ci fəslinin ( Yeni açılmış hallar üzrə icraat) müddəalarına istinadla - “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizə verməyə səlahiyyətli olmadığından, onun vəsatəti mümkünsüz sayılmaqla icraata qəbul edilməsindən imtina edilməli idi.
33. Vəsatət mümkünsüz olduğundan, kassasiya şikayəti təmin oluna bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli, 2-1(105)-355/2020 nömrəli qərardadı ləğv edilir. Vəsatət mümkün sayılmır. Kassasiya şikayəti təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov