Məhkəmə qərarları › İş №2-1(102)-152/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-152/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-152/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi; yaşa görə əmək pensiyasının təyin edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1956, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-193/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Ağdaş Rayon Dövlət Arxivinin 17 mart 2021-ci il tarixli 53 nömrəli arayışında qeyd edilən 1971-1976 və 1978-1996-cı illərdə Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunda işlədiyi illərin sığorta stajı kimi nəzə rə alınaraq hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı Regional Ərazi filialına müraciət etmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı Regional Ərazi filialı tərəfindən iddiaçıya ünvanlanmış 01 aprel 2021-ci il tarixli **********6 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) və fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilən 53 saylı 17 mart 2021-ci il tarixli Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş Aralbir kəndi sabiq “Azərbaycan” kolxozunun əmək stajına dair uçot kitablarında 1971-1996-cı illərə dair əmək günü və əmək haqqı qazancın ıza dair qeydlərə baxış zamanı qaralama və düzəlişlərə yol verildiyi aşkar edilmişdir. Həmin sənədlərə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1971-1976 və 1978-1996cı illərdə Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı öz tələbini əmək fəaliyyəti ilə məşğul olduğu müddətin arxiv arayışı ilə sübu ta yetirilməsi ilə əsaslandırmışdır.

5. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya dair etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi 24 yanvar 2020-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon Şöbəsinin arayışı və fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməyə (VÖEN: **********) əsasən 01 yanvar 2006-cı il tarixə kimi sığorta stajı 2 il 3 ay 27 gün təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

6. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığo rta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsaslar mövcud olmamışdır.

7. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialının baş mütəxəssisi və Ağdaş rayon Dövlət Arxivinin müdirinin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, İddiaçı Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli 53 nömrəli arayışla 1971-1996-cı illərə aid olan stajlarının arxivdə saxlanılan əmək haqqı və staj kitablarına əsasən qarşılıqlı yoxlaması aparılmış və müəyyən edilmişdir ki, staj kitablarının 182-ci səhifəsində İddiaçı kim i qeyd edilən vərəqdə 1971, 1972, 1973, 1974, 1975, 1976, 1978, 1979, 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1988, 1989, 1990 və 1993-cü illər iş stajında göstərilmişdir. Lakin 1993-cü ilin sonra qaralanaraq 1991-ci il ilə dəyişdirilmişdir. Həmçinin həmin ilin əmək haqqı qrafasında qaralama edilmişdir. Digər tərəfdən kitabın mündəricat hissəsində vətəndaşın adı tapılmamışdır. Kitabın üz qabığında kitabın 1956-1987-ci illərə aid olması qeyd edilmişdir. Həmçinin “Azərbaycan” kolxozunun əmək stajı və qazancının uçotunun kitabında İddiaçı 1992-1996cı illərə aid stajında vətəndaşın soyadında qaralama olduğu aşkar edilmişdir. 8. 1993-cü ilin sonra qaralanaraq 1991-ci il kimi düzəlişin edilməsi, həmin ilin əmək haqqı qrafasında qaralama edilməsi, kitabın mündəricat hissəsində vətəndaşın adının tapılmaması, kitabın üz qabığında kitabın1956-1987-ci illərə aid olmasının qeyd olunmasına baxmayaraq İddiaçı iş stajı kimi hələ 1987-ci ildən sonra 1988, 1989, 1990, 1991 (qaralamalarla), 1992, 1993, 1994, 1995 və 1996-cı illərin göstərilməsi, eyni zamanda “Azərbaycan” kolxozunun əmək stajı və qazancının uçotunun kitabında İddiaçı 1992-1996-cı illərə aid stajında vətəndaşın soyadında qaralama olması iddiaçı tərəfindən təqdim edilmiş və onun iddiasının əsasını təşkil edən arxiv arayışının mötəbərliyini şübhə altına alır.

9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-84/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qərarı ilə (hakim V.Ə.Musayev) iddia təmin edilərək iddiaçının 1971-1976 və 19781996-cı illərdə Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunda əmək fəaliyyəti müddəti sosial sığorta stajına daxil etməklə, ona hüququnun yarandığı – 13 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq staj kitabının 1993-cü ilin sonradan qaralanaraq 1991-ci ilə dəyişdirilməsinə münasibətdə müəyyən edilir ki, 01 avqust 1982-ci ildə tərtib edilmiş, “kolxozçunun əmək stajı və qazancının uçotu kitabı”nın 18-ci səhifəsində iddiaçının 1992-1996-cı illərdə əmək fəaliyyəti ilə bağlı məlumatlar qeyd olunub. Həmin məlumatlarda 1993-cü ilin göstərilməsi onu göstərir ki, əvvəlki kitabda texniki səhvə yol verilərək 1993-cü il olaraq qeyd olunub, buna görə də sonradan düzəliş edilərək 1991-ci il qeyd olunub. Həmçinin 01 avqust 1982-ci ildə tərtib edilmiş istinad olunan kitabda iddiaçının 1992-ci ildə də həmin kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən edilir. Buna görə də məhkəmə ilkin kitabda 1993-cü ilin üzərindən xətt çəkilərək 1991-ci il qeyd edilməsinin iddiaçının ziyanına şərh edilməsini düzgün hesab etməmişdir. Hər bir halda iddiaçının 1990-cı ildən sonra qeyd edilən kolxozda fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olması müəyyən edildiyindən müvafiq qaralamanın mövcudluğu iddiaçının 1991-ci ildə həmin kolxozda işləməsini şübhə altına salmır. Əmək haqqı qrafasına qaralamanın edilməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçıya ödənilən əmək haqqının məbləği ona pensiya təyini üçün zəruri olan sosial sığorta stajının hesablanmasına hər hansı təsir göstərmədiyindən etirazın həmin hissəsinin araşdırılmasına ümumiyyətlə lüzum yoxdur.

11. Kitabın mündəricat hissəsində iddiaçının adının olmamasına münasibətdə məhkəmə qeyd etmişdir ki, ümumiyyətlə, həmin kitabın mündəricat hissəsində 108 nömrəsindən sonra adları qeyd edilən şəxslərlə bağlı səhifə yoxdur. İddiaçının adı kitabda 182-ci səhifədədir. Yəni iddiaçının adı qeyd olunanadək 74 nəfərə aid digər şəxslərlə bağlı səhifə, ümumiyyətlə, mövcud deyil. Cavabdehin etirazının həmin dəlili yalnız iddiaçıya yox, ondan əvvəlki digər şəxslərə münasibətdə də “kolxozçunun əmək stajı və qazancının uçotu kitabı”nın mötəbərliyinin şübhə altına alınması deməkdir. Cavabdehin etirazının həmin dəlili o zaman əsaslı olardı ki, kitabda adları olan bütün şəxslərin adlarının qeyd olunduğu siyahıda iddiaçının adı qeyd edilməmiş olardı. Hazırkı vəziyyət isə iddiaçının adının kitabın mündəricat ında olmaması kimi yox, kitabın mündəricatının bütün səhifələrinin olmaması kimi qiymətləndirilməlidir. Həmin kitabın tamlığına nəzarət etmək iddiaçının vəzifəsi olmadığından iddiaçının adının siyahıda olmamasına istinad edilməsi tamamilə əsassızdır.

12. Kitabın üz qabığında kitabın 1956-1987-ci illərə aid olması, lakin iddiaçının iş stajı 1987-ci ildən sonra da qeyd edilməsinə və “Azərbaycan” kolxozunun əmək stajı və qazancının uçotunun kitabında İddiaçı 1992-1996-cı illərə aid stajında vətəndaşın soyadında qaralama aşkar edilməsinə münasibətdə isə məhkəmə bir daha qeyd etmişdir ki, həmin kitabların üzərində aparılan qeydlərin düzgünlüyünü, lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından qeyd edilən hal iddiaçının ziyanına şərh edilməməlidir. Həmçinin müvafi q kitablara baxış keçirilən zaman iddiaçının soyadında qaralamanın olması aşkar edilməmiş, cavabdehin qaralama hesab etdiyi hal isə “Xəlilov” soyadının birinci hərfində “X” hərfinin yazılışının fərqli qaydada icra edilməsindən ibarət olmuşdur.

13. Göründüyü kimi iddiaçı 1972-1975, 1979-1995-ci illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 21 ilə bərabərdir.

14. İddiaçının minimum adam günü normasında yerinə yetirdiyi 21 ilin üzərinə 1 il 11 ay 28 gün və iddiaçının hərbi xidmətdə olduğu 2 il 27 gün toplandıqda - 25 il 25 gün əmək stajı müəyyən edilir ki, bu da tələb olunan 25 il müddətdən çoxdur və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verir.

15. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin e dilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-193/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, M.A.Əsədli və V.İ.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-84/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayəti cavabdeh tərəfindən təqdim olunmuş iddiaya dair etirazla eyni məzmunda əsaslandırılmış, əlavə olaraq aşağıdakı hüquqi əsaslar göstərilmişdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

21. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur.

22. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənil məsi Qaydaları” ilə müəyyən edilmişdir.

23. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir.

24. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Yəni 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi ( kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 28. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən son rakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.... Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiy a təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1 -ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndi. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmal ar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır....

31. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri s übutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən ba xılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icra at 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində m əhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

36. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin m əsələləri təkrarlamağa lüzum qalmır.

38. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

40. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin q ənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yolverilməzdir.

42. İş materiallarında olan Ağd aş Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 53 №-li arayışında iddiaçının Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” adına kolxozda 1971-1976, 1978-1996-cı illərdə əmək fəaliyyəti ilə məşğul olması, ona əmək haqqı və sairə hesablanması barədə qeydlər vardır.

43. Bundan başqa müvafiq staj kitabının 1993-cü ilin sonradan qaralanaraq 1991-ci ilə dəyişdirilməsinə münasibətdə müəyyən edilir ki, xx.xx.1982-ci ildə tərtib edilmiş, “kolxozçunun əmək stajı və qazancının uçotu kitabı”nın 18-ci səhifəsində iddiaçının 19921996-cı illərdə əmək fəaliyyəti ilə bağlı məlumatlar qeyd olunub. Həmin məlumatlarda 1993-cü ilin göstərilməsi onu göstərir ki, əvvəlki kitabda texniki səhvə yol verilərək 1993-cü il olaraq qeyd olunub, buna görə də sonradan düzəliş edilərək 1991-ci il qeyd olunur. Həmçinin, xx.xx.1982-ci ildə tərtib edilmiş istinad olunan kitabda iddiaçının 1992-ci ildə də həmin kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən edilir. Buna görə də məhkəmə ilkin kitabda 1993-cü ilin üzərindən xətt çəkilərək 1991-ci il qeyd edilməsinin iddiaçının ziyanına şərh edilməsini düzgün hesab etmir. Hər bir halda iddiaçının 1990-cı ildən sonra qeyd edilən kolxozda fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olması müəyyən edildiyindən müvafiq qaralamanın mövcudluğu iddiaçının 1991-ci ildə həmin kolxozda işləməsini şübhə altına salmır. Əmək haqqı qrafasına qaralamanın edilməsinə münasibətdə isə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya ödənilən əmək haqqının məbləği ona pensiya təyini üçün zəruri olan sosial sığorta stajının hesablanmasına hər hansı təsir göstərmədiyindən etirazın həmin hissəsinin araşdırılmasına ümumiyyətlə lüzum yoxdur.

44. Eyni zamanda kitabın mündəricat hissəsində iddiaçının adının olmamasına münasibətdə apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ümumiyyətlə həmin kitabın mündəricat hissəsində 108 nömrəsindən sonra adları qeyd edilən şəxslərlə bağlı səhifə yoxdur. İddiaçının adı kitabda 182-ci səhifədədir. Yəni, iddiaçının adı qeyd olunanadək 74 nəfərə aid digər şəxslərlə bağlı səhifə ümumiyyətlə mövcud deyil. Cavabdehin etirazının həmin dəlili yalnız iddiaçıya yox, ondan əvvəlki digər şəxslərə münasibətdə də “kolxozçunun əmək stajı və qazancının uçotu kitabı”nın mötəbərliyinin şübhə altına alınması deməkdir. Cavabdehin etirazının həmin dəlili o zaman əsaslı olardı ki, kitabda adları olan bütün şəxs lərin adlarının qeyd olunduğu siyahıda iddiaçının adı qeyd edilməmiş olardı. Hazırkı vəziyyət isə iddiaçının adının kitabın mündəricatında olmaması kimi yox, kitabın mündəricatının bütün səhifələrinin olmaması kimi qiymətləndirilməlidir. Həmin kitabın tamlığına nəzarət etmək iddiaçının vəzifəsi olmadığından iddiaçının adının siyahıda olmamasına istinad edilməsi tamamilə əsassızdır.

45. Bundan başqa kitabın üz qabığında kitabın 1956-1987-ci illərə aid olması, lakin iddiaçının iş stajı 1987-ci ildən sonra da qeyd edilməsinə və “Azərbaycan” kolxozunun əmək stajı və qazancının uçotunun kitabında İddiaçı 1992-1996-cı illərə aid stajında vətəndaşın soyadında qaralama aşkar edilməsinə münasibətdə isə apellyasiya instansiya haqlı olaraq qeyd etmişdir ki, həmin kitabların üzərində aparılan qeydləri n düzgünlüyünü, lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından qeyd edilən hal iddiaçının ziyanına şərh edilməməlidir. Həmçinin, müvafiq kitablara baxış keçirilən zaman iddiaçının soyadında qaralamanın olması aşkar edilməmiş, cavabdehin qaralama hesab etdiyi hal isə “Xəlilov” soyadının birinci hərfində “X” hərfinin yazılışının fərqli qaydada icra edilməsindən ibarət olmuşdur.

46. Göründüyü kimi iddiaçı 1972-1975, 1979-1995-ci illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 21 ilə bərabərdir. 47. 1971-ci ildə iddiaçı 43 gün, 1996-cı ildə isə 155 gün işləmişdir. Həmin illər üzrə minimum adam günü norması 200 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq 11 ay 29 gün müəyyən edilir.

48. Həmçinin, iddiaçı 1976-cı ildə 121 gün və 1978-ci ildə 101 gün işləmişdir. Həmin illər üzrə minimum adam günü norması 240 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq 11 ay 29 gün müəyyən edilir.

49. Beləliklə, iddiaçının kolxozda işlədiyi tam əmək normasını yerinə yetirmədiyi əmək stajı faktiki müddətlə hesablandıqda 1 il 11 ay 28 gün müəyyən edilir.

50. Beləliklə iddiaçının minimum adam günü normasında yerinə yetirdiyi 21 ilin üzərinə 1 il 11 ay 28 gün və iddiaçının hərbi xidmətdə olduğu 2 il 27 gün toplandıqda - 25 il, 25 gün əmək stajı müəyyən edilir ki, bu da tələb olunan 25 il müddətdən çoxdur və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinə im kan verir.

51. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının 1971-1976 və 1978-1996-cı illərdə Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır.

52. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddəl ərinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 2-1(107)-193/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar