Məhkəmə qərarları › İş №2-1(102)-152/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-152/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-152/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və başqaları cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyünün yoxlanılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X5 və İddiaçı8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publi k hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın X3 aid hissədə ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2-1(107)-347/2023 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsinə əsasən, Zaqatala rayon AİK 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə verilmiş JN 915B, kod 40216018 nömrəli torpağın mülkiy yətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş 0.32 ha torpaq sahəsinin mərhumlar X6 və X8 məxsus hissəsi üzərində X1 qanun üzrə vərəsəlik hüququ müəyyən edilmiş, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən mərhumlar X6 və X8 məxsus miras əmlaka dair üçüncü şəxsin adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 19 dekabr 2013cü il tarixli 2V-543 nömrəli və 2V-544 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmçinin İddiaçı7 və İddiaçı1 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 24 iyul 2019-cu il tarixli 2V-855 nömrəli və 2V-856 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, şəhadətnamələr əsasında X2, X7, İddiaçı7 və İddiaçı1 adına 27 avqust 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* n ömrəli, ********** qeydiyyat nömrəli çıxarış və İddiaçı7 və İddiaçı1 adına 26 iyul 2019-cu il tarixdə verilmiş **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir.

2. Üçüncü şəxslər İddiaçı1 və İddiaçı7 tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)1852/2020 nömrəli qətnaməsi ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Zaqatala rayonu Tala kəndində yerləşən 0.32 ha torpaq sahəsi üzərində X1 (2/3 hissə) və İddiaçı7 (1/3 hissə) paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, adlarına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏ MƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsi üzərində mərhum X2 və X7, o cümlədən İddiaçı7 adına, bundan sonra isə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsas götürülməklə X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair çıxarışların ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlarda düzəliş edərək, qeyd olunan torpaq sahəsi üzərində onların da hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarı şla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişlər.

5. Bundan sonra birgə iddiaçılardan biri - İddiaçı1 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın X3 aid hissədə ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının protokol qərarı ilə icraata qəbul edilməklə həmin iddiaya mahiyyəti üzrə baxılmışdir.

6. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 13 mart 2023-cü il tarixli, 21(116)-926/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, M.A.Əsədli və G.İ.Cavadova) 26 iyul 2023-cü il tarixli, 21(107)-347/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(116)-926/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. İddiaçı1 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şi kayətinin dəlilləri:

10. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələr və çıxarış ləğv edilmişdir. Həmçinin, həmin qətnamə ilə üçüncü şəxsin də qanun üzrə vərəsəlik hüququ müəyyən edilmişdir. Buna baxmayaraq, həmin qətnamə əsasında cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin hüquqları qeydiyyata alınaraq çıxarış verilmişdir. Eyni zamanda, mübahisə predmeti olan torpaq sahəsi Zaqatala rayon AİK 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə X6 və X7 birgə mülkiyyətinə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın mübahisəli torpaq sahəsinin iddiaçıların birgə mülkiyyətinə verilməsi hissəsinə ümumiyyətlə münasibət bildirməmişd ir.

11. Bundan başqa, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə yalnız İddiaçı1 tərəfindən verilməsinə baxmayaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə icraata qəbul edilmişdir. Halbuki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə yalnız bütün iddiaçılar tərəfindən imzalandığı təqdirdə etibarlı hesab edilə və icraata qəbul edilə bilərdi. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

30. Prosessual həmiştirakçılıq 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabde h qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraa t qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenumunun 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

18. İş üzrə b irgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X5 və İddiaçı8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsi üzərində mərhum X2 və X7, o cümlədən İddiaçı7 adına, bundan sonra isə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsas götürülməklə X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair çıxarışların ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyya tlarda düzəliş edərək, qeyd olunan torpaq sahəsi üzərində onların da hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişlər.

19. Daha sonra birgə iddiaçılardan biri - İddiaçı1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın X3 aid hissədə ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının protokol qərarı ilə icraata qəbul edilməklə, iddia tələbinə dəyişdirilmiş məzmunda mahiy yəti üzrə baxılıb qərar qəbul edilmişdir.

20. Göründüyü kimi, iş üzrə 11 nəfər birgə iddiaçı olduğu halda, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə iddiaçılardan yalnız biri (İddiaçı1) tərəfindən imzalanmış və həmin şəxsin digər iddiaçıları təmsil etmək səlahiyyəti olmamışdır (iş materiallarında bu barədə müvafiq sübut yoxdur). Buna baxmayaraq, məhkəmə digər birgə iddiaçıların iddianın dəyişdirilməsinə münasibətini də aydınlaşdırmamış, beləliklə də dəyişdirilmiş iddianın mümkünlüyünü yoxlamadan birgə iddiaçıların iddia tələbinə yeni məzmunda mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir.

21. Hazırkı qərarın 13-cü bəndində sadalanan qanunvericilik normalarından da göründüyü kimi, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış e dir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz.

22. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 digər iddiaçıları təmsil etməklə bağlı səlahiyyəti (etibarnamə) olmadığından qanunvericiliyin tələbi baxımından, onun iddianın dəqiqləşdirilməsi (dəyişdirilməsi) ilə bağlı hərəkəti digərlərinin xeyrinə və ya ziyanına təfsir oluna və onların iradəsini ifadə edə bilməz. Odur ki, məhkəmə digər birgə iddiaçıların da ərizəyə münasibətini aydınlaşdırmaqla iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbul edilib - edilməməsi, yəni dəyişdirilmiş məzmunda iddianın mümkünlüyünü yoxlamalı, yalnız bundan sonra iddiaya mahiyyəti üzrə baxılıb qərar qəbul edilməli olduğu halda bunu etməmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarında hüquqi mövqe ondan ibarətdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yo xlamalıdır.

24. Göründüyü kimi, inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyü yoxlanılmalı, iddianın mümkünlük şərtləri ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalıdır.

25. Beləliklə, birinci instansiya instansiyası məhkəməsi tərəfindən baxılan iddianın mümkünlüyü yoxlanılmadan, prosessual pozuntuya yol verilməklə işin mahiyyəti üzrə qərar qəbul edilmiş, bu barədə apellyasiya şikayətinin dəlilinə də apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir münasibət bildirilmədən həmin prosessual pozuntu təkrarlanmışdır.

26. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

27. Yuxarıda g östərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 21(107)-347/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar