Məhkəmə qərarları › İş №2-1(102)-152/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-152/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-152/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publi k hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci ildə təyin olunmuş yaşa görə əmək pensiyası məbləğinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa görə xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanunda edilmiş dəyişikliyə uyğun hesablanmasından imtina edilməsi ilə əlaqədar cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması və Dövlət Sosial Müdafiə Fondunun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının saytından çıxardığı **********258 saylı cədvəldə hesablanmış (80%) pensiya kapitalının məbləğinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli Qanunla edilmiş dəyişikliyə uyğun hesablanmış **********258 nömrəli cədvəlin icra olunması vəzifəsinin cavabdehin üzərin ə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(103)-2443/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil müddəti, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-cı il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixədək sığorta stajı 33 il 22 gün təş kil etmiş və həmin tarixə, həmin iş stajına əsasən fərdi hesabının sığorta hissəsində (33+22/30 gün/12 ау) х 306=10116,70 manat qeydə alınmış kapital, həmin kapitalın 2019-cu il tarixə indeksləşdirilmiş məbləği 23885,45 manat təşkil edir - 10116,70 + 8,3% + 16,7% + 20,8% + 1,5% + 5,7% + 7,9% + 1,1% + 2,4% + 1,4% + 4% + 12,4% + 5,7% + 3%. Pensiyanın sığorta hissəsinin hesablanması 23885,45:144=165,87 manat təşkil etmişdir.

2. İddiaçıya xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeyda alınan pensiya kapitalının 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 17069,79 manat müəyyən edilmişdir. Pensiyanın sığorta hissəsinin hesab lanması - 17069,79:144=118,54 manat, ümumi məbləği - xx.xx.2019 - 165,87+118,54=284,41 manat müəyyən edilmişdir.

4. X1 Sisteminin Pensiya altsisteminə əsasən, iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissənində qeyda alınan pensiya kapitalının 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 797,30 manat müəyyən edilmişdir 797,30:134=5,95 manat (Qanunun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144) pensiyaçının pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər (10 ay) azaldılır) xx.xx.2019 - 284,41 + 5,95 = 290,36; xx.xx.2020 290,36+290,36x16,6% = 338,56; xx.xx.2021 - 338,56 + 338,56x11,4% = 377,15; xx.xx.2022 - 377,15 + 377,15x3,4% = 389,97. 5. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanu nuna xx.xx.2023cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 406,31 manat müəyyən edilmişdir.

6. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajina görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 466,04 manata çatdırılmışdır.

7. İddiaçının gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta h aqları illər üzrə indeksləşdirilmiş və ümumilikdə xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 19227,02 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90 faizi 17304,31 manat təşkil edir. İddiaçının gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları indeksləşdirilmiş və xx.xx.2018-ci il tarixdən 31.01 2019-cu il tarixədək 910,46 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90 faizi 819,41 manat təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-1500/2023 nömrəli iş üzrə (iddiaçının cavabdehə qarşı eyni tələb üzrə müraciətinə dair iş) məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 13 aprel 2023-cü il tarixli 9/800 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır və əmək pensiasının məbləği xx.xx.2023-cü il tarixdən 406,31 manat müəyyən edilir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə billikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq ic ra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanın qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 466,04 manata çatdırıldığı müəyyən edilir. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının **********1 nömrəli xidməti məktubla təqdim etdiyi hesabatlara əsasən iddiaçının gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları illər üzrə indeksləşdirilmiş və ümumilikdə xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 19227,02 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90 faizi 17304,31 manat təşkil ediyi müəyyən edilən hesabatlara əsasən iddiaçının gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları indeksləşdirilmiş və xx.xx.2 018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 910,46 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90 faizi 819,41 manat təşkil edir.

9. Həmçinin, iş materilallarında olan iddiaçı tərəfindən təqdim edilən pensiya kapitalı barədə cədvəl məlumatlarında qeyd edilən pensiya kapitalının sığorta hissəsi 2006-2016-cı illər ərzində ümumilikdə toplanmış 33775,29 manat gəlirlərin məbləğinə əsasən müəyyən edilmişdir.

10. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.2006-cı il tarixədək 33 il 22 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən əmək pensiyası hüququ yaranan tarixədək (xx.xx.2018-ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 17088,48 manat pensiya kapitalı və işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək (xx.xx.2019-cu il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 798,64 manat pensiya kapitalı əsasında onun əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən (müraciət edilən tarixdən əvvəlki 3 il) 338,72 manat müəyyən edilmişdir. İddiaçıya xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edildiyi zaman onun xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tam olaraq nəzərə alınmışdır (Qanunun 27.1-ci maddəsinin tələblərinə uyğun olaraq istifadə olunmuşdur). Bu səbəbdən, iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdə (xx.xx.2019cu il tarixdə) onun xx.xx.2017-ci il tarixədək pensiya kapitalının yenidən 80 faiz artırılaraq hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci ildə təyin olunmuş yaşa görə əmək pensiyası məbləğinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa görə xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanunda edilmiş dəyişikliyə uyğun hesablanmasından imtina edilməsi ilə əlaqədar cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması və Dövlət Sosial Müdafiə Fondunun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının saytından çıxardığı **********258 saylı cədvəldə hesablanmış (80 faiz) pensiya kapitalının məbləğinin "Əmək pensiyaları haqqında " Azərbaycan Respublikası Qanununa xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli Qanunla edilmiş dəyişikliyə uyğun hesablanmış **********258 nömrəli cədvəlin icra olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1975-ci ildə başlamış, Əmək pensiyasının yenidən hesablanması və xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanuna görə, yaşa görə əmək pensiyasına xx.xx.2018-ci ildə 63,6 yaşında çıxmış, ona 256 manat pensiya təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilmiş və 1.1.1.0.8-ci maddədə qeyd olunmuşdur ki, fərdi hesabın sığorta hissəsi-əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcb uri dövlət sosial sığorta haqlarının 90%-nin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.16 idarəetmə xərcləri, 1.0.17 sosial sığorta ehtiyatı, 1.0.18 xüsusi hesaba köçürülən 10% (100%-90%) 10%-i xərclənən pul 1.0.16, 1.0.17, 1.0.18 maddələrə xərclənir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanun qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minən həmin Qanunun 1.90.27.2-ci cümləsində "170" rəqəmi "306" rəqəmi ilə əvəz edilmiş, 1.90.27.3-cü maddəsinə isə yeni məzmunda 3-cü cümlə əlavə edilmişdir. Əlavə edilən 3-cü cümlənin məzmunu belədir ki, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçıların ın 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 1.91.27.2 və 27.3-cü (1 iyul 2017-ci ilə qədər qüvvədə olan) maddələr ləğv edilmişdir. xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanuna görə xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək yığılmış pensiya kapitalı 80 faiz artırılmalıdır. Yəni, 1,8-ə vurulmalı və üstünə pensiyaya çıxdığı günədək yığdığı məbləğ toplanıb, cəmi məbləğin 90 faizi 144-ə bölünməlidir.1.0.7 fərdi hesab-dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tər əfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının e-sosial saytından sosial sığorta şəhadətnaməsi **********258 nömrəsi ilə çıxardığı 1 yanvar 2006-cı il tarixindən 31 dekabr 2016-cı il tarixinədək pensiya kapitalının məbləği 33775,29 manat təşkil etmiş və ona (xx.xx.2006-xx.xx.2016) 234,55 manat pensiya kapitalının sosial sığorta hissəsi hesablanmışdır. Bu cədvəldə xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanun tətbiq edilərək pensiya kapitalının sığorta hissəsi 80 faiz artırılaraq hesablanmışdır. Bu **********258 saylı cədvəl 1 yanvar 2006-cı ildən 31 av qust 2016-cı il tarixədək 74707,92 manat gəlirləri əsasında (pensiya kapitalı 33775,29 manat) hesablanmış məbləğdir. Bu **********258 saylı cədvəl rəsmi sənəddir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı bu cədvələ cavabdehlik daşıyır. Lakin cavabdeh tərəf pensiya kapitalındakı **********258 saylı cədvəldəki hesablanmanı ləğv edərək, pensiya kapitalının sığorta hissəsini Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il 6 mart tarixli 377 Fərmanın 2.9-cu, həmin qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq, məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesabının sığorta hissəsində qeydə alınır. 1.0.5 təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (so nrakı artımlar nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidməti illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir. Bu maddə (1.0.5) hərbi qulluqçulara aiddir. Beləliklə, pensiya kapitalının sığorta hissəsi 1 yanvar 2006-cı il tarixindən 1 iyul 2017-ci il tarixədək hesablanarkən 1.90.27.3-cü maddə nəzərə (80 faiz artırılmadan) alınmamış və xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanun tətbiq edilməmişdir. Pensiya kapitalı 50 faizlə 16809,28 manat qeyd edilmiş və ona 116 manat sosial sığorta hesablanmışdır.

13. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı yazılı etirazının dəlillə ri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

14. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 15 fevral 2024-cü il tarixli, 21(112)-3390/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən, iddiaçı xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanuna görə xx.xx.2006cı ildən xx.xx.2017-ci ilədək yığılmış pensiya kapitalının 80 faiz artırılmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1971-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən, ümumilikdə xx.xx.2006-cı il tarixinədək sığorta stajı 33 il 22 gün təşkil edir. “Əmək pensiyaları h aqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 406,31 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 466,04 manata çatdırılmışdır. İddiaçının gəlirlərinə nisbətə ödənilm iş məcburi dövlət sosial sığorta haqları illər üzrə indeksləşdirilmiş və ümumilikdə xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 19227,02 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90 faizi 17304,31 manat təşkil edir. Qeyd edilən hesabatlara əsasən, iddiaçının gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları indeksləşdirilmiş və xx.xx.2018-ci il tarixindən 31.01 2019-cu il tarixinədək 910,46 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90 faizi 819,41 manat təşkil edir. Beləliklə, iddiaçının pensiyası hesablanarkən nəzərə alınan kapital 80 faiz artırılmaqla hesablanmışdır.

16. Bundan əlavə, iddiaçı eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(1 12)-1500/2023 nömrəli sorğusu əsasında mütəxəssis rəyi təqdim edilmiş, xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmə mühasibatlıq ekspertizası və xx.xx.2023-cü il tarixli qərardad ilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmənin qərardadları ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəylərində də bir daha öz təsdiqini tapmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edildiyi zaman onun xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tam olaraq nəzərə alınmışdır. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixinədək istifadə olunmamış pensiya kapitalı xx.xx.2017-ci il tarixindən 80 faiz artırılaraq 90 faizə çatdırılmaqla iddiaçının pensiya təyinatında nəzərə alınmışdır və məhz bu səbəbdən hesablanmı ş pensiya kapitalının əsassız olaraq bir daha yenidən 80 faiz artırılaraq pensiyanın yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir. Bu səbəbdən cavabdehin imtinası qanuni və əsaslıdır.

17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və S.R.Səlimova) 13 iyun 2024-cü il tarixli, 21(103)-2443/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqey i ilə razılaşmışdır.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

21. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, ona pensiya hesablanarkən xx.xx.2017-ci il tarixli qanunun tələbləri nəzərə alınmamış və ona pensiya təyin olunarkən qüvvədən düşmüş qanuna əsasən pensiya hesablanmışdır. O, bu tələbi aşağı instansiya məhkəmələrində nəzərə çatdırsa da, məhkəmələr həmin hissəyə düzgün qiymət vermədən iddia tələbini rədd etmişlər. Həmin qanunun tələbinə əsasən xx.xx.2006cı ildən xx.xx.2017-ci il tarixədək yığılmış pensiya kapitalı 80 faiz artırılmalıdır. Yəni, 1.8-ə vurulmalı və pensi yaya çıxdığı günədək yığdığı məbləğ toplanıb cəmi məbləğin 90 faizi 144-ə bölünməlidir. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixinədək istifadə olunmamış pensiya kapitalı xx.xx.2017-ci il tarixindən 80 faizdən artırılaraq 90 faizə çatdırılmaqla onun pensiya təyinatında nəzərə alınmışdır, məhz bu səbəbdən hesablanmış pensiya kapitalının əsassız olaraq bir daha yenidən 80 faiz artırılaraq hesablanması qanunvericiliyin tələbinə uyğun deyildir. Lakin o heç bir ərizə və vəsatətlərində pensiyanın yenidən hesablanmasını yazmamış və məhkəmədən belə bir xahiş etməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. … Maddə 9.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. … Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. … Maddə 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. …

24. Azərbaycan Respublikasını n İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin t əmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələ lərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun işin hallarının tam və hərtərəfli araşdırılması təm in edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə bir daha qeyd edir ki, iddiaçının gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları illər üzrə indeksləşdirilmiş və ümumilikdə xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 19227,02 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90 faizi 17304,31 manat təşkil edir. İddiaçının gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları indeksləşdirilmiş və xx.xx.2018-ci il tarixdən 31.01 2019-cu il tarixədək 910,46 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90 faizi isə 819,41 manat təşkil edir. İddiaçının pensiyası hesablanarkən nəzərə alınan kapital 80 faiz artırılmaqla hesablanmışdır.

32. Eyni zamanda, iddiaçının Bakı İnzibati Məhkəməsinə əvvəlki müraciəti nəticəsində təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyində də qeyd edilmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edildiyi zaman onun xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tam olaraq nəzərə alınmışdır. B eləliklə, xx.xx.2017-ci il tarixədək istifadə olunmamış pensiya kapitalı xx.xx.2017-ci il tarixdən 80 faiz artırılaraq 90 faizə çatdırılmaqla iddiaçının pensiya təyinatında nəzərə alındığından, hesablanmış pensiya kapitalının əsassız olaraq bir daha yenidən 80 faiz artırılaraq hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 21(103)-2443/2 024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar