Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1520/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1520/2020) Açar söz: pensiyanın yenidən hesablanması. Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə (bundan sonra DSMF-nin Səbail rayon şöbəsi) qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi və yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-570/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuşdur və hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçıya xx.xx.1991-ci il tarixdən İİİ qrup ömürlük əlillik təyin olunmuşdur. Əlilliyin səbəbi - uşaqlıqdan göstərilmişdir. İddiaçı hazırda əlilliyə görə əmək pensiyası alır. İddiaçının anası X3 xx xxx 2010-cu ildə vəfat etmişdir. İddiaçı DSMF-in Səbail rayon şöbəsinə müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya xx xxxxxxxx 2019-cu il tarixli məktubla cavab verərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir və imtinasını onunla əsaslandırmışdır ki, onun əlilliyi 18 yaşdan sonra, yəni 23 yaşında müəyyən olunduğuna görə «Əmək pensiyalara haqqında» Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslərə aid edilmir. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2010-cu il may ayından ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi; anası X3 əmək pensiyaçısı olduğuna görə onun pensiyasının sığorta hissəsinin «Əmək pensiyalara haqqında» Qanunun 26.3-1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması; 2010-cu ildən hazırkı vaxta qədər yığılmış pensiya məbləği fərqinin hesablanaraq birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” qanunun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Cavabdehin etiraz dəlilləri: Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstər ilmiş pensiya təyin etməkdən imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-4109/2019) saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim E.Əliyev) iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud (əlil) olması, yəni lal-kar olması, ailə başçısını itirməsi (anası X3 xx.xx.2010-cu il tarixdə ölmüşdür), həmçinin iddiaçının mərhum anası X2 əmək pensiyaçısı olması, İddiaçı mərhum anasının tam təminatında (və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) olması işin mübahisələndirilməyən halı olduğundan, cavabdeh orqan tərəfindən iddiaçının müraciətini onun 18 yaşına çatanadək sağ lamlıq imkanlarının məhdudluğunun müəyyən edilməməsi ilə əsaslandırması İddiaçı hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmin qərardan cavabdehin nümayəndəsi apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-570/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), A.Nuriyeva və S.Seyidova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4109/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-570 /2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, İddiaçı xx.xx.1991-cü il tarixdən, yəni onun 23 yaşı olan zaman müddətsiz İİİ dərəcəli əllilik təyin edilmişdir. “Əmək pensiyaları haqqında’' Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 14.1.1.2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq im kanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan aydın olur ki, pensiya təyin edərkən sağlamlıq imkanlarının məhdudluğunun nə vaxt yaranması yox, məhz hansı tarixdə müvafiq orqan tərəfindən müəyyən edilməsi əsas götürülməlidir. Hazırki iş üzrə iddiaçının əlilliyinin yaranma səbəbi "uşaqlıqdan” qeyd edilsə də, ona Tibbi Sosial Ekspert Komisiyyası tərəfindən əlillik dərəcəsi məhz 23 yaşı olduqda verilmiş, bu səbəbdən cavabdeh orqanın ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin etməkdən imtinası tam əsaslı və qanunauyğun hesab edilməlidir. Tərəflərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. İddi açı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Resbulikası MPM-in 67-ci maddəsinə əsasən işə onun çıxışı dinlənilmədən baxılmışdır. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxışa göndərilməlidir. Belə ki, iddiaçı ona ödənilən əlilliyə görə pensiyanın növünün dəyişdirilərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını, habelə pensiyanın yenidən hesablanmasını tələb edir. Bu iddia tələbinin hüquqi əsasını təşkil edən «Əmək pensiyaları haqqında» Qanunun 34-cü maddəsinə görə əmək pensiyaçısın ın yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Qanunun 14.1-ci maddəsində göstərilir ki, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imk anlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil oldu ğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Qanunun 5.3-cü maddəsində deyilir ki, əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 6.1-ci bəndinə görə əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə Qanunun 3 4-cü maddəsinə uyğun olaraq aparılır. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən, pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Məhkəmələr iddianı təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışlar ki, İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud (əlil) olması, yəni lal-kar olması, ailə başçısını itirməsi (anası X3 xx.xx.2010-cu il tarixdə ölmüşdür), həmçinin iddiaçının mərhum anası X2 əmək pensiyaçısı olması, İddiaçı mərhum anasının tam təminatında (və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) olması işin mübahisələndirilməyən halı olduğundan, cavabdeh orqan tərəfindən iddiaçının müraciətini onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməməsi ilə əsaslandırması İddiaçı hüquqlarının pozulması ilə nəticələnmişdir. Lakin iş materiallarında iddiaçının anasının pensiya alıb-almadığı, alıbsa hansı növ yaşa görə, əlilliyə görə və ya sosial pensiya təyin olunması və alması barədə heç bir sübut yoxdur. İddiaçının anası pensiyaçı olduğundan və ona təyin olunan pensiyanın məbləği mübahisələndirildiyinə görə məhkəmələr İPM-nin 12-ci maddəsinin tələblərinə əməl olunması üçün həmin pensiya işini tələb etməklə iddiaçının dəlillərini araşdırmalı, pensiya işi əsasında ona hansı əsaslarla pensiya təyin olunduğunu müəyyən etməli idi. X1 pensiya işinin əldə olunması üçün sorğu verilməmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı verdiyi iddia ərizəsində «2010-cu il may ayından ailə başçısını itirməyə görə əmək pensiyasını n təyin edilməsi; anası X3 əmək pensiyaçısı olduğuna görə onun pensiyasının sığorta hissəsinin Qanunun 26.3-1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması; 2010-cu ildən hazırkı vaxta qədər yığılmış pensiya məbləği fərqinin hesablanaraq birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını» xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirmə barədə ərizə təqdim edərək, «ona 2010-cu il may ayından ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, anası X2 əmək pensiyasının sığorta hissəsinin («Əmək pensiyaları haqqında» Qanunun 26.3-1-ci maddəsinə əsasən) yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2019-cu il t arixli qərardadla iddianın dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul etmişdir. Göründüyü kimi iddiaçı anasının pensiyasının «Əmək pensiyaları haqqında» Qanunun 26.3-1-ci maddəsinə əsasən yenidən hesablanmasını tələb etmişdir. 26.3-1-ci maddə Qanuna xx xxx 2011-ci il tarixli 128-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Həmin normada deyilirdi ki, 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Lakin xx xxxx 2017-ci il tarixli 543-VDQ nömrəli Azərbaycan Resbulikasının Qanunu ilə 26-cı maddə yeni redaksiyada verilmişdir və əmək pensiyalarının yenidən hesablanmasının fərqli qaydalarını müəyyən edir. Birinci instansiya məhkəməsinin iddianı təmin etməsi və apelyasiya instansiyası məhkəməsinin həmin qərarı qüvvədə saxlaması o deməkdir ki, iddia tələbi «X2 əmək pensiyasının sığorta hissəsinin «Əmək pensiyaları haqqında» Qanunun 26.3-1-ci maddəsinə əsasən yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması» hissəsində də təmin olunmuşdur. Lakin nə birinci instansiya məhkəməsinin, nə də apelyasiya instansiyası məhkəməsinin qərarlarında iddianın «Əmək pensiyaları haqqında» Qanunun 26.3-1-ci maddəsinə istinad edilən hissəsi araşdı rılmamış, qüvvədə olmayan normanın tətbiqi əsaslandırılmamış, ümumiyyətlə bu məsələyə toxunulmamışdır. Bundan başqa, Qanunun 14.1-ci maddəsinin təhlilindən göründüyü kimi, 14.1.114.1.3-cü maddələrində sadalanan şəxslərin o halda ailə başçısını itirməyə görə pensiya almaq hüququ vardır ki, onlar vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olsunlar. Bu normadakı «öhdədə olma» ifadəsinin izahı mötərizədə verilməklə, vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxslər kimi müəyyən olunmuşdur. Yəni hazırki iddia tələbinin təmin olunması üçün iki dispozisyia şərti eyni zamanda mövcud olmalıdır:
1. İddiaçının vəfat edənin tam təminatında olması və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kö mək alması;
2. İddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması və 18 yaşından yuxarı əlil olması. İşə baxmış məhkəmələr iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması və 18 yaşından yuxarı əlil olduğunu müəyyən etməsinə baxmayaraq, onun vəfat edənin tam təminatında olması və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək almasını araşdırmamışdır. Birinci instansiya məhkəməsi bu halı işin mübahisələndirilməyən halı kimi qəbul etmişdir və hər hansı sübut tələb etməmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin bu yanaşması ilə razılaşmır və analoji hüquqi vəziyyətlə bağlı Ali Məhkəmənin son qərarlarında formalaşdırdığı hüquqi mövqeyi xatırladaraq bildirir ki, məhkəmələr işə baxarkən c avabdehin imtina və şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmamalı, iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Odur ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada qeyd olunan dəlillərdən, tərəflərin izahatlarından asılı olmayaraq, hər bir halda, iddiaçının tələbinin təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtlərinin mövcud olubolmaması məhkəmə araşdırmasının predmeti olmalıdır. Ümumiyyətlə apelyasiya instansiyasının qərarında apelyasiya şikayətinin dəlilləri qeyd olunmamış, bu dəlillər ay rı-ayrılıqda təhlil edilib, maddi hüquq normaları əsasında qiymət verilməmiş, nəyə görə rədd olunduğu əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qərarı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmə kollegiyası kassatorun «iddiaçının əlilliyinin yaranma səbəbi "uşaqlıqdan” qeyd edilsə də, ona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik dərəcəsi məhz 23 yaşı olduqda verilmiş, bu səbəbdən cavabdeh orqan tərəfindən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtinası tam əsaslı və qanunauyğun hesab edilməlidir» dəlili ilə bağlı qeyd edir ki, bu dəlil əsassızdır. Çünki iş materiallarının 8-ci səhifəsində olan HƏEK-nin xx.xx.1991-ci il tarixli arayışın da iddiaçının əlilliyinin səbəbi «uşaqlıqdan» qeyd olunmuşdur. Yəni iş materialları ilə təsdiq olunur ki, iddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu faktı sübut olunur. Təkrar apelyasiya baxışı zamanı yuxarıda göstərilən nöqsanlar aradan qaldırılmalı, işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmalı və və işin müəyyən olunan hallarına maddi hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araş dırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-570/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.