Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1520/2021 28.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 17 saylı regional ərazi filialına qarşı iş üzrə (Açar sözlər: cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxsə birdəfəlik müavinətin verilməsindən imtinanın qanunsuz hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 17 saylı regional ərazi filialına qarşı “birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.05.2021-ci il tarixli, 2-1(107)-213/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Rusiya Federasiyası, Moskva şəhəri, Naqatinsk Rayon Məhkəməsinin 13.12.2011-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.1-ci maddəsi ilə 9 il azadlıqdan məhrum edilmiş, 30.04.2020-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Arxangelsk vilayətinin miqrasiya idarəsi tərəfindən 07.04.2020-ci il ta rixində İddiaçı deportasiya edilməsi haqqında qərar qəbul edilmişdir. Arxangelsk vilayətinin Severodvinsk Şəhər Məhkəməsinin 02.05.2020-ci tarixli qərarı ilə Rusiya Federasiyasından deportasiya edilməsinə dair 07.04.2020-ci tarixli qərarın icrasından əvvəl inzibati həbsə məruz qalmış şəxslərin saxlanması üçün xüsusi təcridxanaya yerləşdirilmişdir.
2. Dünyada mövcud olan epidemioloji vəziyyətə və bu xarici vətəndaşın vətəndaşlığı aid olan ölkə arasında hava əlaqəsinin olmaması səbəbləri ilə iddiaçının deportasiyasını həyata keçirmək mümkün olmamışdır. Göstərilən tələbləri həll edərək məhkəmə Arxangelsk vilayətinin DİN-in tələblərini yerinə yetirərək, deportasiya edilməli olan xarici ölkə vətəndaşı İddiaçı müvəqqəti olaraq xüsusi bir yerə yerləşdirilməsi müddətinin uzadılması ilə bağlı tələb lərinin yerinə yetirilməsi üçün hüquqi əsasların olduğu qənaətinə gəlmiş və xx.xx.1976-cı il təvəllüdlü Azərbaycan SSR-dən, Mingəçevir əsilli Azərbaycan Respublikası vətəndaşı İddiaçı, inzibati həbs olunan şəxslərin saxlanılması üçün xüsusi qəbul mərkəzində Rusiya Federasiyası xaricində deportasiya edilməklə Arxanqelsk vilayətinin Severodvinsk Şəhər Məhkəməsinin 30.07.2020-ci il tarixli 2a3764/2020 saylı qərarına əsasən iddiaçının Arxangelsk vilayətinin Severodvinsk şəhərində, Arxangelsk bölgəsi, Severodvinsk şəhərində, Rusiya DİN, Pionerskaya küç., 42 ünvanında müvəqqəti yerləşdirilməsi müddəti 29.09.2020-ci il tarixinədək uzadılmışdır.
3. İddiaçı 05.08.2020-ci il tarixində Azərbaycan Respublikasına qayıtmış, 06.08.2020-ci il tarixindən 14.08.2020-ci il tarixinədək “Nizami” atletlər kəndi ndə COVİD19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində karantin rejimində salxanılmışdır.
4. İddiaçı 26.08.2020-ci il tarixində cavabdeh orqana ərizə ilə müraciət edərək, cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxs kimi ona birdəfəlik müavinət verilməsini xahiş etmiş, cavabdeh isə 01.09.2020-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
5. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçı cəzaçəkmə müəssisəsindən azad olduqdan sonra 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmamışdır. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən isə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşları digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona birdəfəlik müavinətin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun ölkəyə qayıda bilməməsinə səbəb COVİD-19 pandemiyası ilə bağlı karantin rejiminin tətbiq edilməsidir. Göründüyü kimi, onun ölkə ərazisinə qayıda bilməməsi onun iradəsindən asılı olmadığından bu hal üzrlü hesab edilməlidir.
8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin mümk ün hesab edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddianın mümkün sayılması əsaslarından biri inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasıdır. İddiaçı isə qanunla müəyyən olunan 3 ay müddətində Azərbaycan Respublikasının ərazisinə qayıtmayıb. Belə olan halda, onun hüququ yaranmamış və qanunla nəzərdə tutulan hüquq və maraqları cavabdehə tərəfindən pozulmamışdır.
9. Şəki İnzibati Məhkəməsinin 25.01.2021-ci il tarixli 2-1(116)-227/2021 saylı qərarına əsasən (hakim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyi qoyulmuşdur.
10. Məhkəmə hesab etmişdir ki, iddi açı xarici ölkədə cəzasını çəkdikdən sonra özündən asılı olmayan səbəblərdən tələb olunan müddət ərzində ölkəyə qayıdaraq qeydiyyata düşə bilməmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.05.2021-ci il tarixli, 21(107)-213/2021 saylı qərarına əsasən (sədrlik edən Vəzirxan Məlikov, hakimlər Rövşən Rəfiyev və İmanverdi Şükürov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25.01.2021-ci il tarixli 2-1(116)-227/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Məhkəmə qərarı cavabdehə 27.05.2021-ci il tarixində təqdim edilmişdir.
15. Cavabdeh 26.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.05.2021-ci il tarixli, 2-1(107)-213/2021 saylı qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin əsasını imtina məktubunda və yazılı etirazda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materialları ilə 30.04.2020-ci ildən 04.08.2020-ci ilədək iddiaçının karantində olduğu təsdiqlənmir. İddiaçının karanti nlə bağlı olaraq 4 ay ərzində Arxanqelsk vilayətində qalma müddətinin uzadılmasını müəyyən edən hər hansı məhkəmə qərarı və ya təsdiq edən başqa bir arayış yoxdur. Məhkəmə isə göstərilən halları nəzərə almamış, İnzibati Prosessual Məcəllənin 12.1, 35.1-ci maddələrinin, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 3.1, 6.17, 7.1, 7.2-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İşə baxılmasının v axtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çə kməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.
21. Həmin Qanunun 4-cü maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır.
22. Həmin Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir.
23. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına d aimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar.
24. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər.
25. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunveri ciliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər.
26. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
27. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır.
28. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
29. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, hazırkı qərarın 20-25-ci bəndlərində göstərilən normaların məzmununa görə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkən Azərbaycan Respublikasının vətəndaşları azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıdarsa, sosial adaptasiya məqsədilə onların ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyat aparılır və onlara birdəfəlik pul müavinəti verilir.
34. İşin müəyyən edilmiş ha llarından məlumdur ki, iddiaçı Rusiya Federasiyasında azadlıqdan məhrum edilmiş, 30.04.2020-ci il tarixində cəzaçəkmə müəssisəsindən azad edilmiş, lakin azad edildikdən sonra onun iradəsindən asılı olmayan səbəblərə görə dərhal deportasiya olunmamış, Azərbaycan Respublikasına 05.08.2020-ci il tarixində gəlmişdir.
35. Cavabdeh, iddiaçının cəza çəkməkdən azad edildikdən 3 aydan artıq müddət keçdikdən sonra ölkəyə qayıtmasına istinad edərək məhkəmə qərarını qanuni hesab etmir.
36. Kassatorun bununla bağlı dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən Arxanqelsk vilayətinin Severodvinsk Şəhər Məhkəməsinin 30.07.2020-ci il tarixli 2a-3764/2020 saylı qərarına əsasən müəyyən edilmişdir ki, yaranmış pandemiya vəziyyəti ilə bağlı olaraq Rusiya Federasiyasında Azərbaycan Respublikasına hava yolları bağlı olduğundan iddiaçının deportasiyası mümkün olmamış, iddiaçı deportasiya olanadək saxlanılması üçün xüsusi saxlama müəssisəsinə yerləşdirilmişdir.
37. Göründüyü kimi, cavabdeh iddiaçının cəza çəkməkdən azad edildikdən sonra 3 ay ərzində ölkəyə gəlməməsinə istinad etsə də, iddiaçı xarici ölkədə cəzasını çəkdikdən sonra özündən asılı olmayan səbəblərdən tələb olunan müddət ərzində ölkəyə qayıdaraq qeydiyyata düşə bilməmişdir.
38. Həmin müddət iddiaçının iradəsindən asılı olan hallardan baş vermədiyindən bu hal onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
39. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ölkəyə qayıdan kimi hava limanında yenidən 10 gün müddətinə karantinə alınmış, karantin bitdikdən sonra i sə inzibati orqana müraciət etmiş və beləliklə qeydiyyata düşmək üçün tələb olunan üç aylıq müddəti ötürməmişdir.
40. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
41. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.05.2021-ci il tarixli, 2-1(107)-213/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Şə rh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.05.2021-ci il tarixli, 21(107)-213/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.