Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1520/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi) hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (7.10.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair in zibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1227/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasına əsasən -xx.xx.1974-cü il tarixdən Azərbaycan SSR Meşə və Ağac emalının Sənaye Nazirliyinin Bakı Mebel Fabrikinin 2 №-li sexdə tələbə-xarrat qəbul edilmiş, xx.xx.1974-cü il tarixdə xarrat işinə 2 dərəcə verilmiş və xx.xx.1974-cü il tarixdən öz xahişi ilə işdən azad edilmiş (03 ay 26 gün), -xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Azərbaycan SSKP “Kommunist” Nəşriyyatında İTŞ (İnzibati-təsərrüfat şöbəsi) kuryer (03 ay 04 gün) -xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədə k hərbi xidmət də olmuşdur (2 il 01 gün), -xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Bakı Elektrik montaj məhsullar zavodunun nəqliyyat sahəsinə xüsusi maşın (2.5 tank) sürücü (06 gün), -xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək C.Cabbarlı adına “Azərbaycan Filmi” Kinostudiyasının avtonəqliyyat sexinə 3-cü sinif sürücüsü (01 il 02 ay 19 gün), -xx.xx.1978-ci il tarixdən Bakı Pambıq Fabriki Azərbaycan SSR MLP İctimai yerlərinin ilməçisi qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə Yumşaldıcı-lifdidən maşınlar operatoru keçirilmiş və xx.xx.1980-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş (01 il 07 ay 25 gün), -xx.xx.1980-ci il tarixdən Azərbaycanın SSKP “Kommunist” Nəşriyyatı Avtonəqliyyat sexinə 3-cü sinif sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə MTTŞ eks peditor keçirilmiş, xx.xx.1981-ci il tarixdə MTTŞ işçisi keçirilmiş və xx.xx.1981-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş (11 ay 29 gün), -xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan MAT Bakı PATO “Benzovoz” Xüsusi avtobazaya 3-cü sinif sürücüsü (01 il 02 ay 05 gün), -xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azərbaycan SSR “Soyuzelektrozavod” AİT “Bakkondisioner” İstehsalat Birliyi Baş Ofisi-Bakı Məişət Kondisionerləri Zavodunun Nəqliyyat sexinə avtomobil sürücü (04 il 07 gün), -xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan SSR Qosaqroprom 26 Bakı Komissarlığı adına Təmir-mexanika zavodunu nəqliyyat sahəsində sürücü (08 il 09 ay 28 gün), -xx.xx.1998-ci il tarixdən "xxxx" ASTC-də sürücülər ərazi sahəsinə qəbul edilmiş, xx.xx.1998-ci i l tarixdə "xxxx" kiçik müəssisəsində sürücü qəbul edilmiş və xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (07 il 07 ay 14 gün).
2. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 23 fevral 2021-ci il tarixli, **********1 saylı məktubla müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, təqdim etdiyiniz 24 iyun 1974-cü il tarixli əmək kitabçanıza əsasən Sizin xx.xx.2006-cı il tarixinədək ümumi iş stajınız 22 il 10 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı ildən sonra fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə X1 və araşdırma şöbəsinin 4 fevral 2021-ci il tarixli xidməti məruzəsin ə əsasən 6.02.1989-cu ildən 5.12.1997-ci ilə qədər işləmiş olduğunuz 26 Bakı Komissarı adına “Mexaniki Təmir Zavodu” və xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə qədər işləmiş olduğunuz "xxxx" KM-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin illərin sığorta stajına qəbul edilməsi qanunun tələblərinə uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. İddiaçı ərizəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən, yəni 64,6 yaşdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, 1977-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi ill ər, həmçinin təhsil aldığı müddət və hərbi xidmət illəri nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının az olması və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur.
5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlillərinə görə iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 22 il 10 ay təşkil etdiyindən, iddiaçı ümumi iş stajı ilə bağlı şərti ödəməmiş olur. Belə ki, iddiaçının 1989-1997-ci illərdə işlədiyini iddia etdiyi 26 Bakı Komissarı adına Mexaniki Təmir Zavodu və 1998-2005-ci illərdə işlədiyini iddia etdiyi "xxxx" Kiçik Müəssisəsinin həqiqət ən mövcud olması və fəaliyyət göstərməsi ilə bağlı əsaslı şübhələr yaranmışdır ki, bu da həmin müəssisələrin arxiv və digər sənədlərin mövcud olmaması ilə bağlıdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən sonra İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.
6. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(112)-5485/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddiа tələbi təmin edilmiş, İddiaçı 64,6 yaşdan (64 yaş 06 ay), yəni xx.xx.2020-ci il tarixdən əmək pensiyası təyin edilmiş, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məh z onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. Həmçinin iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977ci il tarixədək hərbi xidmətdən keçmişdir. İddiaçının 02 il 01 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (=30 il 11 ay 02 gün) çox təşkil edir. İddiaçının işlədiyi 26 Bakı Komissarı adına Mexaniki Təmir Zavodu və "xxxx" kiçik müəssisəsi ilə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisələr ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiya sının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2006-cı il tarixdən fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir.
9. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1227/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA Şİ KAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçı xx.xx.1989-cu il tarixdən 5.12.1997-ci il tarixədək işlədiyi 26 Bakı Komissarı adına “Mexaniki Təmir Zavodu” və xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi işlədiyi "xxxx" KM-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin illərin sosial sığorta stajına qəbul edilməsi qanunun tələblərinə uyğun deyildir. İşin obyektiv, tam və hərtərəfli araşdırılması üçün iddia olunan illər üzrə məlumatların əldə olunması məqsədilə sorğular göndərilmiş, Əmlak Məsələləri Dövlət Xidməti və Milli Arxiv İdarəsi tərəfindən müvafiq məlumatların təqdim edilməsi mümkün olmamış, "xxxx" KM isə xx.xx.1997-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi uç otuna qeydiyyata alınmış, hal hazırda hüquqi şəxsin fəaliyyəti dayandırılmışdır. Beləliklə, iddiaçının həmin müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmasına dair arxiv sənədləri (əmrlər, əmək haqqı cədvəlləri və s.) aşkar olunmamışdır. Bununla da hesab olunur ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. Eyni zamanda hüquqi əsaslarda mövcud deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apelly asiya instansiyası məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilər in və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliy yətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra haki miyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qism ən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Ali Məhkəmə müəyyən edilmiş işin hallarına və tətbiq edilmiş hüquq normalarına münasibət də apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşdıqda, qərarın əsaslandırmasının aşağıdakı kimi tərtib edilməsi təklif olunur. Bu zaman qərarın təsviri hissəsində işin müəyyən edilmiş halları, işə aid sübutlar və məhkəmələrin (birinci və apellyasiya instansiyası məhkəmələrinin) hüquqi mövqeləri yığcam, anlaşıqlı və tam şəkildə əks etdirilmiş olmalıdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı in stansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab ol unur.
25. İşdən görünür ki, cavabdeh iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı və ya zəruri pensiya kapitalı olmadığına istinad edərək ona pensiya təyin olunmasından imtina etmişdir.
26. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. Belə ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına m alik olması.
27. Apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdıraraq bu nəticəyə gəlmişdir ki, iddiaçı pensiya yaşına çatdığından və sosial sığorta stajı 25 ildən artıq olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməlidir.
28. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı 7.10.1955-ci il təvəllüdlüdür. Yəni, iddiaçının pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
29. Cavabdeh tərəfindən mübahisə edilən məsələ iddiaçının 25 illik sosial sığorta stajının olmaması ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçının işləməsi barədə əmək kitabçasında qeyd edilən məlumatlarla razılaşmamış və bildirmişdir ki, iddiaçının həmin müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmasına dair arxiv sənədləri (əmrlər, əmək haqqı cədvəlləri və s.) aşkar olunmamışdır.
30. Cavabdehi n dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə, qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa görə, şəxsin əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi dövrdə əmək stajını təsdiq edən əsas hüquqi sənəd - əmək kitabçası olmuşdur.
31. Bu halda əmək kitabçasında əksini tapmış iş stajını inzibati orqanın qəbul etməməsi qanuna ziddir. Çünki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquq i şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
32. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
33. Eyni zamanda məhkəmə kollegiy ası qeyd edir ki, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı maşınqayırma icarə zavodunun bazasında "xxxx" ASC-nin özəlləşdirmə planı mövcuddur, iş yeri həmin müəssisə hesab edilən işçilərin sayı 109 nəfər olaraq qeyd edilmiş, özəlləşdirmə planında vətəndaş İddiaçı Məhəmməd oğlunun adı xx.xx.1989-cu ildən xx.xx.1997-ci il tarixə qədərki “işçilər haqqında” məlumat siyahısında mövcud olmuşdur. İddiaçının əmək kitabçasını imzalamış İ.Zeynalovun direktoru olduğu "xxxx" Kiçik Müəssisəsinin (VÖEN:**********) mövcudluğu ilə bağlı isə məlum olmuşdur ki, həqiqətən də həmin VÖEN altında müəssisə xx.xx.1996-cı ildə dövlət qeydiyyatına alınmışd ır.
34. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
35. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (64 yaş 06 ay) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajından artıq sosial sığorta stajı toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsa slıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
37. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(103)1227/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.