Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1520/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Heydər Əliyev adına X12 cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Heydər Əliyev adına X12 cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə (üçüncü şəxs X9) qarşı 28 iyun 2006-cı il tarixli, 173 saylı sərəncamın etibarsız hesab edilməs tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2-1(105)-114/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X2 rayon Xırdalan bələdiyyə orqanına 27 iyun 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir.
2. Abşeron rayon Xırdalan Bələdiyyə başçısının 28 iyun 2006-cı il tarixli sərəncamına əsasən, vətəndaş X6 adına verilmiş bələdiyyənin 16 iyun 2004-cü il tarixli, 1073 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmiş, həmin fərdi yaşayış evi tikintisi məqsədilə rəsmiləşdirilmiş 0,06 ha torpaq sahəsi etibarnaməyə əsasən X1 qərar alınmışdır.
3. X3 adına Hüquqların dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən 20 oktyabr 2008-ci il tarixli, ******* ***43 nömrəli çıxarış verilmişdir.
4. X9 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Heydər Əliyev adına X11rşı tikinti işlərinin aparılmasına maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Abşeron ayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(012)-2730/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-261/2021 saylı, 15 fevral 2021-ci il tarixl i qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-252/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1429/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(012)-2730/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir.
7. Eyni zamanda iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Heydər Əliyev adına X12 cavabdeh ƏMDK yanında DƏDRXnın 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbi üzrə mülki işin icraatına xitam verilmişdir.
8. İddiaçı Heydər Əliyev adına X15 cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən X5 ayrılmış 0.06 kv.m torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, 173 saylı sərəncamının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Heydər Əliyev adına X14 məxsus neft məhsulu nəql olunan Dş-250 mm.(nafta) 54.82 km uzunluğunda olan magistral neft boru kəmərinin “Mühafizə zonası”nın 26.5 x 31 metrlik məsafəsində torpaq zəbt edilməklə Abşeron rayonu, Xırdalan şəhəri R.Behbudov küçəsində X8 tərəfindən tikinti işlərinin başlanılması aşkar edilmişdir. Bundan başqa həmin ərazidən Dş-250 mm. neft boru kəmərinə paralel zavoda məxsus Dş-300 mm. (quru qaz), Dş-300 mm. (reaktiv mühərrik yanacağı) və Dş-500 mm. (dizel) neft boru kəmərləri keçir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsinə Abşeron rayonu Xırdalan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 173 saylı sərəncamı və torpağın alqı-satqısına dair aktı, Cavabdeh2 xx.xx.2008-ci il tarixli 1141 saylı sərəncamı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2008-ci il tarixli MH ******* saylı çıxarışı mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Hey dər Əliyev adına X15 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası’’nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə zonasına aid edilir. “Mühafizə zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə zonası”nda Sənaye və Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Nor mativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Heydər Əliyev adına X14 məxsus magistral boru kəmərlərinin mühafizə zonası yəni borulardan sağa və sola normativ sənədinə əsasən, {AR NK-nin xx.xx.2004-cü il tarixli 167 N-li Qərarının 4-cü bəndi) azı 50 metr olmalıdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2022 nömrəli, 5 oktyabr 2022-ci il qərardadı ilə (sədrlik edən L.Mirzəyeva) iddiaçı Heydər Əliyev adına X12 cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı cavabdeh tərəfindən X5 ayrılmış 0.06 kv.m torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, 173 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-114/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərardadı ilə (hak imlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisələri zamanı iddiaçı həmin sərəncamdan xəbərdar olmuşdur. Buna baxmayaraq, qanunla müəyyən edilmiş müddət ərzində onun etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etməmiş, bununla da inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
14. İddiaçı həmin qərardaddan kassasiya şikayətləri verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏR İ a. Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, NEZ-ə məxsus neft məhsulu nəql olunan boru xəttindən 50 metrlik məsafədə "Mühafizə zonası”nda yerləşən torpaq sahəsinin X4 ayrılması barədə Abşeron rayon Xırdalan Bələdiyyəsi tərəfindən 28 iyun 2006-cı il tarixli 173 saylı Sərəncamı NEZ-in qanunla qorunan maraqlarına birbaşa təsir etməsinə baxmayaraq həmin Sərəncam qəbul edilən zaman NEZ inzibati icraata cəlb olunmamışdır. Sözügedən Sərəncam barədə NEZ əvvəllər məlumatlı olmamış, Bakı İnzibati Məhkəməsində işə baxılan zaman Məhkəmənin xx.xx.2021-ci il tarixli sorğusu əsasında Cavabdeh3 tərəfindən xx.xx.2021-ci il tarixli cavab məktubu ilə digər sənədlərlə yanaşı Sərəncamın surəti də məhkəməyə təqdim edilmiş, yalnız bundan sonra NEZ-in həmin Sərəncamla tanış olmaq imkanı yaranmışdır.
16. Neft məhsulu nəql olunan boru xətlərinin mühafizə zonasında qanunsuz tikinti işləri aparılması və yaşayış sahəsi kimi ayrılmamış həmin torpaq sahələrində mövcud tikililərdə insanların yaşaması sakinlərin səhhətinə və həyatlarına birbaşa təhlükə yaradır. Bununla bağlı, qeyd etmək lazımdır ki, ‘Texniki Təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.
17. Azərbay can Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli, 167 nömrəli qərarı ilə təsdiqlənmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 1.1-ci bəndinə əsasən həmin Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır.
18. Göründüyü kimi, Abşeron rayon Xırdalan Bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli 173 saylı sərəncamla X4 ayrılmış torpaq sahəsi Heydər Əliyev adına X14 məxsus neft məhsulu nəql olunan Dş-250 mm.(nafta) 54.82 km uzunluğunda olan magistral nef t boru kəmərinin “Mühafizə zonası”nın 26.5 x 31 metrlik məsafəsində yerləşir. Bundan başqa həmin ərazidən Dş-250 mm. neft boru kəmərinə paralel zavoda məxsus Dş-300 mm. (quru qaz), Dş-300 mm. (reaktiv mühərrik yanacağı) və Dş-500 mm. (dizel) neft boru kəmərləri keçir. Beləliklə sözügedən torpaq sahəsi magistral boru kəmərlərinin mühafizə zonasında yerləşməklə dövlətin müstəsna mülkiyyətindədir Bu səbəbdən də Abşeron rayon Xırdalan Bələdiyyəsi həmin torpaq sahəsinin X4 ayrılmasına dair sərəncam vermək səlahiyyətində olmamışdır.
19. Abşeron rayon Xırdalan Bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli 173 saylı sərəncamı ilə X4 ayrılmış torpaq sahəsi Heydər Əliyev adına X14 məxsus neft məhsulu nəql olunan neft boru xətlərinin mühafizə zonasında yerləşdiyindən, həmin torpaq sahəsinin boru xətlərin in mühafizə zonasına düşən hissəsində fərdi yaşayış evinin tikilməsi mümkün deyildir.
20. Məhkəmələr tərəfindən sözügedən torpaq sahəsində inşa olunan qanunsuz tikilinin NEZ-in mühafizə zonasında yerləşməsi, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən NEZ-in təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aid olması halı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli, 167 nömrəli qərarı ilə təsdiqlənmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası’nın müəyyənləşdirilməsi Qaydalarının tələbləri, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.3.-cü bəndində göstərilən NEZ-in hüququnun qo runmasının bilavasitə qanundan irəli gəldiyi hallar nəzər alınmamışdır.
21. İddianın mümkün sayılmaması barədə birinci İnstansiya məhkəməsinin qərardadını qüvvədə saxlayan apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmağa çalışmışdır ki, Abşeron Rayon Məhkəməsinin 17.11,2020-ci il tarixli qərardadı ilə iddiaçı Heydər Əliyev adına X12 cavabdeh ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbi üzrə mülki işin icraatına xitam verildiyindən, artıq iddiaçı həmin vaxtdan Sərəncamın mövcud olmasından xəbərdar olmuşdur. X4 məxsus xx.xx.2008-ci il tarixli MH ******* saylı çıxarış Xırdalan bələdiyyə Başçısının 28 iyun 2006-cı il tarixli 173 saylı sərəncamı əsasında verilmişdir, həmin sərəncam isə iddiaçı tərəfindən mübahisələndirilməmişdi r.
22. Lakin məhkəmə həmin Sərəncamın NEZ-ə rəsmi qaydada təqdim edilməməsini və faktiki olaraq NEZ-in həmin sərəncamla torpaq sahəsinin hansı məqsədlə ayrılması və s iş üçün əhəmiyyətli olan hallar barədə məlumatlı olmamasını, eləcə də Sərəncamın surətinin əldə edilmədiyi təqdirdə həmin Sərəncamın məhkəmədə mübahisələndirilməsinin mümkünsüz olmasını nəzərə almamışdır. b. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: a) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 9 8.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli qərarı.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 dekabr 2014-cü i l tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarı.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edilməsini zəruri hesab edir.
36. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir.
37. Mübahisələndirmə haqqında iddianın qal dırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması ilə yanaşı iddia müddətinə də riayət edilibedilməməsi yoxlanılmalıdır
38. İddia müddəti ilə bağlı “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə x idmət etdiyini vurğulamışdır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına müba hisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
41. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilir ki, 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab ve rməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
42. Yuxarıda qeyd olunan məhkəmələrin mövqeyi və İPM-in 35.1 və 38.1-ci maddələrində qeyd olunanlar prosessual hüquq normaların tələbləri baxımından hazırkı işdə iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İddiaçı 2008-ci il tarixli sərəncamın ləğvinə dair 10 mart 2021-ci il tarixdə iddia qaldırmışdır.
43. İş materialları ilə müəyyən olunur ki, X9 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Heydər Əliyev adına X11 rşı tikinti işlərinin aparılmasına maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Abşeron rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(012)2730/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-261/2021 saylı, 15 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-252/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)1429/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(012)-2730/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir.
44. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərardadı ilə iddiaçı Heydər Əliyev adına X12 cavabdeh ƏMDK yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbi üzrə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə qərardadda qeyd etmişdir ki, X4 məxsus xx.xx.2008-ci il tarixli MH ******* saylı çıxarış Xırdalan Bələdiyyə başçısının 28 iyun 2006-cı il tarixli 173 saylı sərəncamı əsasında verilmişdir, həmin sərəncam isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, sözügedən torpaq sahəsi ilə bağlı bundan əvvəldə məhkəmə mübahisələri olmuş və iddiaçı hazırda mübahisələndirilən sərəncamdan məlumatlı olmuşdur. İddiaçı Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərardadından apellyasiya şikayəti verməmiş, qərardadda qeyd olunan Xırdalan Bələdiyyə başçısının 28 iyun 2006-cı il tarixli 173 saylı sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı sözügedən sərəncamın mübahisələ ndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürmüşdür.
46. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının ləğv edilməsini tələb etdiyi sərəncamı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməməsi, hazırda isə belə hüququnu itirməsini qeyd etməklə düzgün qənaətə gəlmişdir.
47. Odur ki, hazırkı qərarda qeyd olunan prosessual hüquq normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayət ləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-114/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.