Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1521/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinəqarşı iş üzrə QƏRAR (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-858/20 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə işə xx xxxx 2020 -ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanda yerləşən, sahiblik və istifadəsində olmuş 0,06 ha torpaq sahəsindən məhrum olunma və üzərindəki tikililərin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulmuş ******* manat real zərərin ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı həmçinin iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək, mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı hər hansı bir hərəkətin edilməsini cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə və digər şəxslərə qadağan edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)2965/2019 nömrəli (sədrlik edən hakim Elçin Məmmədov) qərardadı iləərizənin təmin edilməsi, torpaq sahəsi ilə bağlı hər hansı bir hərəkətin edilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2208/19 nömrəli (hakimlər İlham Əhmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və Vidadi Məmmədo v) qərardadı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənın təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçıkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixliqərardadının ləğv edilməsini, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasınınxx.xx.2019-cu il tarixli, 2-1(102)3307/19 nömrəli (hakimlər Rahib Nəbizadə – sədrlik edən və məruzəçi, Azər Hüseynov və Xəqani Məmmədov), qərarı ilə iddiaçının kasasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin2-1(103)-2208/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-858/20 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Səriyyə Seyidova) qərardadı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-2965/2019 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçı məhkəmə icraatı gedişində mülkiyyətində olan həmin torpaq sahəsinin daş hasarı, üstündə ti kilmiş ev, yardımçı tikililərin cavabdehin tərəfindən tamamilə söküldüyünü və torpaq sahəsinin boşaldılaraq ondan alınması ilə bağlı hər hansı bir aktın olması barədə və cavabdeh tərəfindən onun hüquq və azadlıqlarını pozan (mülki hüquqlarını pozan) hərəkətlərin edilməsi barədə heç bir sübut təqdim etməmişdir. Mübahisələndirilən ərazidə cavabdeh tərəfindən hər hansı işlər aparılmamış, bununla bağlı hər hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər hansı bir şəxsə, quruma göstəriş verilməmişdir. Rayon İcra Hakimiyyəti məhkəmə çəkişməsinə əsassız olaraq cəlb edilmiş və üzərinə öhdəlik qoyulmuşdur. Mövcud iş üzrə cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkət edilmədiyindən, işə mahiyyəti üzrə baxılıb qurtarana qədər mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 9A mikrorayon, Mi r Cəlal küçəsi, 55A ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi ilə bağlı hər hansı bir hərəkətin edilməsi cavabdehə və digər şəxsə qadağan edilməsi barədə qərardad qeyri-qanuni və əsassızdır. Bu səbəblərdən ərizə təmin oluna və işə mahiyyəti üzrə baxılıb-qurtarana qədər mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 9A mikrorayon, Mir Cəlal küçəsi, 55A ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi ilə bağlı hər hansı bir hərəkətin edilməsi cavabdehə və digər şəxslərə qadağan edilə bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)858/2020 nömrəli qərardadının ləğv edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləs inin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir (xx xxxx 2020-ci il tarixdə müvafiq bildiriş göndərilmişdir). Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, 2-1(103)-858/2020 saylı qərardadla, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)2965/2019 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 40.1, 40.2, 43.1.1-ci maddələrinə, eləcə də «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli Plenumunun qərarına əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, 2-1(103)-858/2020 saylı qərardadla və həmin qərardaddan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək, mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı hər hansı bir hərəkətin edilməsini cavabdeh Binəqədi Rayon İcra H akimiyyətinə və digər şəxslərə qadağan edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)2965/2019 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Qərardaddan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-2965/2019 saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2208/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 21(81)-2965/2019 saylı qərardadı ləğv edilmiş, ərizə təmin edilməmişdir. İddiaçının kasasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-3307/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2208/2019 saylı qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin sözügedən qərarının «Əsaslandırma hissəsi»ndə İnzibati Prosessual Məcəllənin 40.1, 40.2, 41.2, 43.1, 43.1.1, 43.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 81, 83, 84-cü maddələrinə istinad edilməklə göstərilmişdir ki, «İddiaçının torpaqla bağlı istifadə hüququna cavabdeh tərəfindən müdaxilənin olub-olmamasına münasibət bildirmədən məhkəmə tərkibi hesab edir ki, hər bir halda mübahisə mahiyyəti üzrə həllini tapana qədər iddiaçı 600 kvadrat metr torpaq sahəsi üzərində hər hansı hərəkətin digər orqan və şəxslər tərəfindən edilməsinə qadağa qoyulmasında haqlı ola bilər. Odur ki, işin hazırkı halında mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının torpaq sahəsi ilə bağlı hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmuşdur. Bununla belə, iddia ərizəsində hər hansı hərəkətin edilməsini cavabdehlə yanaşı, digər şəxslərə də qadağa qoyulmasını xahiş etmiş, apelyasiya instansiyası məhkəməsi digər şəxslərin dairəsini müəyyən etməmişdir». Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin yuxarıda göstərilmiş və məcburi xarakter daşıyan hüquqi mövqeyini qismən, yəni, 600 kvadrat metr torpaq sahəsi üzərində hər hansı hərəkətin qadağan edilməsi hissəsində nəzərə alsa da, qalan hissədə, yəni, digər şəxslərin dairəsinin müəyyən edilməsi hissəsində həyata keçirməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2000-ci il tarixli, 2204 saylı sərəncamına əsasən Binəqədi rayonu ərazisində fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan torpaq sahəsinin cizgisinə görə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2000-ci il tarixli, 2204 saylı sərənca mına əsasən Mir Cəlal küçəsi, 55 saylı binanın qarşısında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilərək, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin məcburi hüquqi mövqeyini nəzərə alaraq doğru olaraq hesab etmişdir ki, iddiaçıya ayrılmış ünvan 3 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi mübahisə predmeti olduğundan, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək həmin torpaq sahəsi ilə bağlı hər hansı bir hərəkətin edilməsi, yəni, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi, icarəyə və ya istifadəyə verilməsi gələcəkdə iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağına və ya xeyli dərəcədə çətinləşəcəyinə səbəb ola bilər. Belə ki, Azərbayca n Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqli şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə görə mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəb indən ilkin təcili tənzimləmənin zəruri olması məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsas sayılır. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardaddan şikayət verilibverilməməsi məsələsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində isə müvəqqəti xarakterli müdafiə barədə ərizənin təmin olunması barədə məhkəmə qərardadından müstəqil qaydada şikayət verilməsi nəzərdə tutulmamışdır. «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli Plenumun qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş ədalət mühakiməsini n həyata keçirilməsinin əsas prinsiplərini, inzibati məhkəmə icraatının qanun və məhkəmə qarşısında bərabərliyi və çəkişmə prinsiplərini, İnzibati Prosessual Məcəllənin 81 və 83-cü maddələrini nəzərə alaraq, həmin Məcəllənin 41.5-ci maddəsində göstərilən inzibati aktın icrasının dayandırılması barədə ərizə üzrə qəbul edilən qərardaddan məhkəmə icraatının hər bir iştirakçısının apelyasiya şikayəti vermək hüququ istisna olunmamalıdır. Bununla belə qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 40.3-cü maddəsinə müvafiq olaraq məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzə rinə belə vəzifələr qoya bilər. Göründüyü kimi, «digər şəxslər» anlayışı İnzibati Prosessual Məcəllənin 40.3-cü maddəsində mövcud deyil, həmin maddədə «üçüncü şəxslər» anlayışı vardır ki, bu da, fərqli anlayışlar olmaqla üçüncü şəxslərin hüquqi statusu İnzibati Prosessual Məcəllənin 27–28-ci maddələri ilə tənzimlənir, yəni, iş üzrə konkret üçüncü şəxs cəlb edilməklə onun kimliyi göstərilir və yalnız bundan sonra həmin üçüncü şəxs İnzibati Prosessual Məcəllənin 40.3-cü maddəsinin təsirinə düşə bilər ki, o da, qanuni əsaslar, yəni, konkret qanunla qeyd edilmiş olduğu halda. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı qismən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-2965/2019 saylı qərardadının «digər şəxslərə qadağan edilsin» hissəsinin dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilməli, ərizə həmin hissədə rədd edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-858/2020 nömrəli qərardadı qismən, yəni, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-2965/2019 saylı qəra rdadının «digər şəxslərə qadağan edilsin» hissəsinin dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilsin. İddiaçının ərizəsi həmin hissədə rədd edilsin. Apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1521/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1521/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver