Məhkəmə qərarları › İş №2-1(102)-1521/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1521/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1521/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı5, İddiaçı4 Məcid qızı və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində cəlb edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 14.06.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı5, İddiaçı4 Məcid qızı, İddiaçı1 qanuni nümayəndəsi İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanınd a Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş ərizə ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-217/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərardadından ərizəçi ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m., 16000 kv.m., 51106 kv.m. və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-221/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim İ.R.Quliyev) iddia təmin edilmiş, İddiaçı2 qəyyumu olduğu şəxslər - İddiaçı5, İddiaçı4 Məcid qızına və İddiaçı1 məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəy yən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur.

3. Ərizəçi ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-431/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.İ.Məmmədov) apellyasiya şikayəti mümkün sayılmamışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1479/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 7 iyu n 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-221/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim İ.R.Quliyev) ərizəçi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi, məhkəm ə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizəsi rədd edilmişdir.

8. Məhkəmə tərəfindən qeyd edilmişdir ki, ərizəçinin də daxil olduğu dövlət qurumlarında müvafiq struktur dəyişikliyinin baş verməsi iddiaçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Əgər struktur dəyişikliyi nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ləğv edilmişdirsə və hazırda məhkəmə qərarının icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ərizəçiyə həvalə edilməlidirsə, ərizəçi əsassız apellyasiya şikayəti və hazırkı ərizəni verməklə iddiaçıların hüquqlarını pozmaq da davam etməməli, məhkəmə qərarını icra etməlidir.

9. Ərizəçi ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi birinci instansiya məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini, birinci instansiya məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-217/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Ərizəçi apellyasiya məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın tam ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Ərizəçinin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2- 1(118)-221/2022 saylı qərarı ilə iddianın predmetinin İddiaçı5, İddiaçı4 Məcid qızına və İddiaçı1 Fəxrəddin qızına məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsindən ibarət olduğundan, məhkəmə aktının yekunda icrasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən həyata keçiriləcəyi açıq aşkar müəyyən olunur. Belə olan halda isə Ərazi İdarəsi hazırki işə cəlb edilməli idi.

14. İPM-nin 28-ci maddəsi anlamında məhkəmə qərarı ilə digər şəxslərin maraqlarına toxunma ehtimalı o zaman mövcud olur ki, üçüncü şəxs mübahisəli hüquq münasibətində birbaşa iştirak etmiş olsun və ya iddiaçının (cavabdehin) mübahisəni uduzduğu halda üçüncü şəxsin hüquqi vəziyyəti pozitiv və ya neqativ dəyişikliyə məruz qalsın. Belə hallar, bir qayda olaraq, ikili təsirə malik inzibati aktların qəbul edilməsinə yönəlmiş iddia icraatlarında mümkündür.

15. Bununla bağlı bildirilir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(118)-269/2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə “iddiaçılara (X1 da daxil olmaqla) ayrılmış Siyəzən rayonunun Dağquşçu (“Ataçay”) kəndində yerləşən torpaq sahələrinə dair daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeyd alınması barədə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 27.4cü maddəsinə əsasən iddiaçılar onlardan tələb edilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün nəzərdə tutulmuş 30 (otuz) manat dövlət rüsumundan başqa digər haqların ödənilməsindən, yəni daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə 50 manat və Tarif (Qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli, 04 saylı Qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsi üçün nəzərdə tutulmuş 20 (iyirmi) manat, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 ha-ya qədər olduqda nəzərdə tutulmuş 18 (on səkkiz) manat xidmət haqqı ödəmələrindən azad olunması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə iddiaçılara Siyəzən rayonunun Dağquşçu (“Ataçay”) kəndində yerləşən torpaq sahələrinə dair texniki sənədlərin (torpaq sahəsin in planı və ölçüsü) verilməsi üçün nəzərdə tutulan və Tarif (Qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 04 saylı Qərarına əsasən müəyyən edilmiş xidmət haqları alınmadan torpaq sahələrinin plan və ölçüsü sənədlərinin verilməsi, eləcə də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

16. Qeyd edilən məhkəmə aktları ilə artıq Siyəzən rayonu, Dağ Quşçu kənd sakinlərinə verilmiş “Torpağa mülkiyyət hüququna dair dövlət aktları” ləğv olunmuş və yeni bölgü layihəsi hazırlanmış və bu bölgüyə əsasən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ərizəçilərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və torpaq sahələrinin plan və ölçüləri təqdim olunur.

17. Bunları bildiyi halda iddiaçı yenidən məhkəməyə müraciət edərək DƏDKR publik hüquqi şəxsi cavabdeh qismində göstərmiş, Ərazi İdarəsini isə ümumiyyətlə göstərməmişdir. Belə olan halda isə Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-221/2022 saylı qərarı ilə əlaqədar Ərazi İdarəsi üçüncü şəxs olaraq mübahisəli hüquq münasibətində birbaşa iştirak etmiş olur. Buna görə də məhkəmə kollegiyası 2 saylı Ərazi İdarəsini iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb etməli idi (zəruri cəlbetmə). b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. İddiaçı1 qanuni nümayəndəsi İddiaçı2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərardadının ləğv edilməsini v ə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsasl andırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməs inə dair” 2017-ci il 12 aprel tarixli Qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən mə hkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Hazırkı işin hallarına əsasən iş üzrə üçüncü şəxs qismində cəlb edilmə üçün müraciət edən Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reye stri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsidir.

27. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 2

8. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

29. Normaların məzmunundan göründüyü kimi, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, həmin şəxslərin məhkəmə icraatına cəlb edilməsi iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə mümkündür.

30. Belə ki, Su mqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)221/2022 nömrəli qərarı ilə məhkəmə qərarının icrası ərizəçinin tabeliyində olduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulmuş, cavabdeh qərardan apellyasiya şikayəti verməmiş, yəni onun hüquqi nəticələri ilə razılaşmış və qərar qanuni qüvvəyə minmişdir.

31. Həmin qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir.

32. Bununla bağlı məhkəmə tərəfindən qeyd edilmişdir ki, müvafiq publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəs inin apellyasiya şikayəti mümkün sayılmamış və ona izah olunmuşdur ki, hazırkı icraatın iştirakçısı olmadığı üçün, yəni nə tərəf, nə də üçüncü şəxs olmadığı üçün sonuncunun məhkəmə aktının mübahisələndirilməsi hüququ tanınmır. Bunun üçün ilk öncə üçüncü şəxs qismində icraata cəlb olunma barədə ərizə təqdim olunmalıdır.

33. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə in zibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün xüsusi diqqət yetirməlidir: qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına c əlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə.

34. Belə ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-221/2022 nömrəli qərarı ilə iddia təmin edilərək bundan irəli gələn hərəkətlərin edilməsi öhdəliyi cavabdeh qismində ərizəçinin tabeliyində olduğu publik hüquqi şəxsin üzərinə qoyulduğundan, cavabdeh qərardan apellyasiya şikayəti, həmçinin, məhkəmə baxışı zamanı onun əsl cavabdeh qismində ərizəçi ilə əvəz edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmədiyin dən, iddia predmeti üzrə torpaq sahələri cavabdeh inzibati orqanın tabeliyində olan ərizəçinin yurisdiksiyasında olan ərazidə yerləşdiyindən, başqa sözlə, ərizəçi məhkəmə qərarının icrası öhdəliyinə bağlı olduğundan Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)- 221/2022 nömrəli qərarı ilə ərizəçinin hüquqları və qanunla qorunan maraqları ümumiyyətlə, xüsusən də yuxarıda qeyd edildiyi kimi əhəmiyyətli dərəcədə pozulmamışdır.

35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə b ağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-217/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar