Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1522/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış kişiyə 1 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; 1100000a—15868 “laylarda təzyiqin saxlanması üzrə operatorlar”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X4 ibarət tərkibdə, İddiaçının vəkili X5, Cavabdehin vəkili (nümayəndəsi) X1 iştirakları ilə, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)334/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 52 yaşının tamam olduğu x xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 22 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının xx xxxxxx 2006-cı il tarixədək ümumi iş stajının 20 ildən az təşkil etməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏ BUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 1 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 52 yaşı tamam olduğu x xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1983-cü ildən xx xxxx 1984-cü ilə qədər Sumqayıt şəhəri 85 №-li Texniki Məktəbində təhsil almış, xx xxxxxx 1984-cı ildən xx xxxxxxx 1984-cü ilə qədər Yeni Bakı Quşçuluq Fabrikində fəhlə vəzifəsində işləmiş və xx xxxxxxx 1984-cü ildən xx xxxxxx 1986-cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti baş a vurduqdan sonra xx xxxxxx 1987ci ildən xx xxxx 1987-ci ilə qədər Yeni Bakı Quşçuluq Fabrikində çilingər-operator vəzifəsində işləmişdir. Daha sonra xx xxxxxx 1988-ci ildən xx xxxx 1988-ci ilə qədər və xx xxxxxxxx 1988-ci ildən xx xxxxx 1989-cu ilə qədər Bakı şəhəri Lenin rayonu XDS İK X9 yanında X2 mühafizəçi, xx xxx 1989-cu ildən xx xxxxxx 1989-cu ilə qədər “x” NQÇİ-də təmirçi-çilingər, xx xxxxxxxx 1989-cu ildən xx xxxxxx 1989-cu ilə qədər x Zavodunda təmirçi-çilingər, xx xxxxxx 1990-cı ildən xx xxxx 1990-cı ilə qədər “x” NQÇİ-də təmirçiçilingər vəzifəsində işləmişdir. xx xxxx 1990-cı il tarixdən hazırkı vaxta qədər “x” NQÇİ-nin Lay təzyiqinin saxlanması və tədqiqat işləri sexində lay təzyiqinin saxlanması üzrə operator vəzifəsində işləyir. xx xxxxxx 2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 1 №-li Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx xxxxxx 2006-cı il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Belə ki, xx xxxxxx 2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 20 il 8 ay 13 gün ümumi iş stajı, 15 il 5 ay 04 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən “x” NQÇİ tərəfindən müvafiq arayış verilmişdir. İddiaçı hesab edir ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan ümumi və xüsusi iş stajına malikdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin in xx xxxxxxx 2019-cu il tarixli 2-1(81)4258/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan ümumi və xüsusi iş stajına malikdir.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-334/2020 nömrəli qərarı i lə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.
9. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının x xxxxxx 2006-cı il tarixədək ümumi stajı, texniki peşə təhsili və hərbi xidmət illəri də daxil olmaqla, 20 il deyil, 19 il 9 ay 15 gün təşkil edir.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, iddiaçının x xxxxxx 2006-cı il tarixə ümumi iş stajının 20 ildən çox olduğu işdə olan əmək kita bçası ilə təsdiq olunduğu halda, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələbinə zidd olaraq iddianın rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
13. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin v ə göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
15. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər — 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;...
17. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliy i və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Yuxarıda istinad edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı azı 20 il ümumi iş stajına malik olmalı, həmin müddətin azı 10 ilini 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işdə (peşədə) çalışmalı, həmin stajları x xxxxxx 2006-cı il tarixədək qazanmalıdır.
22. Cavabdeh apellyasiya şikayətində iddiaçının həm 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləmədiyini, həm də 20 il ümumi iş stajının xx.xx.2006-cı il tarixədək mövcud olmadığını mübahisə etsə də, iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli ***** *****3 nömrəli məktubunda yalnız 20 il ümumi iş stajının xx.xx.2006-cı il tarixədək toplamadığını qeyd etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməməsi barədə apellyasiya şikayətinin dəlili ilə haqlı olaraq razılaşmamışdır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasının və SOCAR “x” İB “x” neft və qazçıxarma idarəsinin xx.xx.2019-cu il tarixli PUŞ-02/29 nömrəli arayışındakı məlumatlara əsasən, iddiaçı xx.xx.1990-xx.xx.2006-cı il tarixlərdə Lay təzyiqinin və tədqiqat sexində Lay təzyiqinin saxlanması üzrə operator peşəsində işləyib (Şifr 1100000a-15868, Bölmə X, yarımbölmə 2a, 1 nömrəli Siyahı).
24. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi SOCAR “Azneft” İB “Neft Daşları” neft və qazçıxarma idarəsinin və həmin X3 DS MF Suraxanı rayon şöbəsinə təqdim olunmaq üçün tərtib etdiyi Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə Məlumata (2 nömrəli əlavə) istinadla iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajının, texnik peşə təhsili və hərbi xidmət illəri də daxil olmaqla, 19 il 9 ay 15 gün təşkil etdiyinə dair gəldiyi nəticə iddiaçının əmək kitabçasının məlumatlarına uyğun olmamışdır. Belə ki, iddiaçının işdə olan əmək kitabçasının məlumatlarına və texnik peşə təhsili haqqında diploma əsasən, o, xx xxxxxxxx 1983-cü ildən xx xxxx 1984-cü ilə qədər (10 ay 16 gün) Sumqayıt şəhəri 85 №-li Texniki Məktəbində təhsil almış, xx xxxxxx 1984-cı ildən xx xxxxxxx 1984-cü ilə qədər (1 ay 25 gün) Yeni Bakı Quşçuluq Fabrikində fəhlə vəzifəsində işləmiş və xx xxxxxxx 1984-cü ildən xx xxxxxx 1986-cı ilə qədər ( 2 il 2 ay 2 gün) hərbi xidmətdə olmuş, xx xxxxxx 1987-ci ildən xx xxxx 1987-ci ilə qədər (4 ay 8 gün) Yeni Bakı Quşçuluq Fabrikində çilingər-operator, x xxxxxx 1988-ci ildən xx xxxx 1988-ci ilə qədər (4 ay 13 gün) və xx xxxxxxxx 1988-ci ildən xx xxxxx 1989-cu ilə qədər (6 ay 20 gün) Bakı şəhəri Lenin rayonu XDS İK X9 yanında X2 mühafizəçi, xx xxx 1989-cu ildən xx xxxxxx 1989-cu ilə qədər (3 ay 25 gün) “x” NQÇİ-də təmirçi-çilingər, xx xxxxxxxx 1989-cu ildən xx xxxxxx 1989-cu ilə qədər (1 ay 16 gün) Bakı Məişət Kondisionerləri Zavodunda təmirçiçilingər, xx xxxxxx 1990-cı ildən xx xxxx 1990-cı ilə qədər (3 ay 23 gün) “x” NQÇİ-də təmirçi-çilingər vəzifəsində işləmişdir (cəmi 5 il 2 ay 28 gün).
25. İddiaçı xx xxxx 1990-cı il tarixdən hal-hazıradək “Neft Daşları” NQÇİ-nin Lay təzyiqinin saxlanma sı və tədqiqat işləri sexində lay təzyiqinin saxlanması üzrə operator vəzifəsində işləyir və həmin işdə xx xxxx 1990-cı il tarixdən x xxxxxx 2006-cı il tarixədək iş stajı da (15 il 5 ay 4 gün) nəzərə alındıqda, iddiaçının x xxxxxx 2006-cı il tarixə 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi iş stajının olduğu təsdiq edilir.
26. İddiaçının peşəyönümlü təhsil müəssisəsində təhsil müddətinin sığorta stajına daxil edilməsi mübahisələndirilməli deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyi isə texniki peşə məktəbindəki təhsil müddətini əmək stajına aid etmişdir. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı 1989-1990-cı illərdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. 27. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 28. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi).
29. Beləliklə, iddiaçı h əmin qanunvericilik aktlarının tələblərinə əsasən peşəyönümlü təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir.
30. İddiaçının azı 10 il xüsusi staja malik olduğu da mübahisələndirilməli deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda - 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı.
2. Neft-qaz və qaz kondensatının hasilatı: 1100000a—15868 “laylarda təzyiqin saxlanması üzrə operatorlar” peşəsi təsbit olunmuşdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-334/2020 nömrəli qərarı ləğv edilir. Cavabdehin üzərinə iddiaçıya onun 52 yaşının tamam olduğu x xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək və hazırkı vaxtadək yaranmış fərqi ödəmək öhdəliyi qoyulur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova R.S.Nəbizadə