Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1522/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi, sığorta stajının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Nümayəndə2 işti rakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “mərhum ərinin 05 avqust 1982-ci ildən 1990-cı ilin sonuna kimi Qax rayon Kəndkimya birliyində işlədiyi, 1991-1996-cı illərdə Qax rayon Qarabaldır kənd Qarabaldır kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə 28.04.2019-cu ildən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-208/2021 nömrəli, 07 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasın da açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
2. O, X5 ilə 01.10.1986-ci ildə rəsmi nikaha daxil olmuş, əri 23 mart 2018-ci ildə vəfat etmişdir.
3. İddiaçının mərhum əri 01.09.1979-cu il tarixdən 24.08.1979-cu il tarixədək Azərbaycan SSR Bakı şəhəri 112 nömrəli texniki peşə məktəbində əyani təhsil almış, 1980-1982-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur.
4. İddiaçının ərinə məxsus ******* nömrəli əmək kitabçasına əsasən o, 1991-1998, 2008, 2016-2018-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bundan əlavə, Qax rayon Dövlət Arxivi tərəfindən verilmiş 21.05.2019-cu il tarixli, 100/1 nömrəli arxiv arayışından görünür ki, iddiaçının əri 1991-1996-cı il tarixlərdə Qax rayonu Qarabaldır kənd Qarabaldır kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur.
5. İddiaçı ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh **********6 nömrəli, 19 may 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, əmək kitabçası təqdim etmədiyindən ona ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “DSMF Qax rayon şöbəsinin əmək pensiyaları təyin edən komissiyasının 27.05.2019-cu il tarixli qərarının ləğv edilməsi, “mərhum ərinin 01.09.1978-ci ildən 24.08.1979-cu ilə qədər Bakı şəhəri 112 nömrəli texniki peşə məktəbində əyani təhsil alma müddət inin, 05 avqust 1982ci ildən 1990-cı ilin sonuna kimi Qax rayon Kəndkimya birliyində işlədiyi, 1991-1996-cı illərdə Qax rayon Qarabaldır kənd Qarabaldır kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Daha sonra, iddiaçı birinci instansiya məhkəməsinin 27.08.2020-ci il tarixli iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “mərhum ərinin 05 avqust 1982-ci ildən 1990-cı ilin sonuna kimi Qax rayon Kəndkimya birliyində işlədiyi, 1991-1996cı illərdə Qax rayon Qarabaldır kənd Qarabaldır kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə 28.04.2019-cu ildən pen siya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh iddia ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi üçün ərinin 13 il 08 ay sosial sığorta stajına malik olması tələb olunur. X1 yalnız 01.09.1978-ci il tarixdən 24.08.1979-cu il tarixə kimi Bakı şəhəri 112 nömrəli texniki peşə məktəbində təhsil aldığı 11 ay 23 gün, 14.05.1980-ci il tarixdən 08.06.1982-ci tarixədək hərbi xidmətdə olduğu 02 il 24 gün və fərdi uçotunun məlumatlarına əsasən 2016-cı, 2017-ci və 2018-ci illər üzrə müəyyən olunan 02 il 03 ay sosial sığorta stajı, cəmi 05 il 03 ay 17 gün müəyyən edilmişdir. Hətta iddiada qeyd edilən X1 Qax rayon Kəndkimya birliyində ekskavatorçu işlə diyi müddət (07 il 09 ay 26 gün) sosial sığorta stajına daxil edilsə belə, onun sosial sığorta stajı 13 il 01 ay 13 gün təşkil edir. Belə ki, 1989 və 1990-cı illər üzrə üzvlük haqqı cədvəlinə əsasən, 1990cı il üzrə yalnız 5 ay nəzərə alınır. Digər aylarda isə üzvlük haqqı ödənilmədiyi və əmək haqqı hesablanmadığı üçün həmin aylar sığorta stajına hesablanmır. İddiaçının təqdim etdiyi mərhum əri X3 Qax rayonunun Qarabaldır kəndi “Qarabaldır” kolxozunda fəaliyyətinə dair Qax rayon Dövlət Arxivinin 21 may 2019-cu il tarixli 100/1 nömrəli arayışında 1991-1996-cı illərdə yerinə yetirilən əmək iştirakı norması qeyd edilmədiyindən vətəndaşın kolxozdakı sosial sığorta stajının il ərzində qazandığı əmək haqqına görə müəyyən edilməsi qanunvericiliyə görə mümkün hesab edilmir. Qax rayon Dövlət Arxivin də aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Qax rayonunun Qarabaldır kəndinin “Qarabaldır” kolxozunun staj kitabları olmamış və Qax rayon Dövlət Arxivinə həmin ictimai təsərrüfatın yalnız şəxsi hesabları təhvil verilmişdir. Həmin şəxsi hesablarda kolxozçular üçün tələb olunan minimum əmək iştirakı norması və müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi ilə bağlı heç bir məlumatlar qeyd edilmədiyindən X1 1991-1996-cı illərdə qazandığı gəlirlərin adam günü normasını müəyyən etmək mümkün deyildir. Göründüyü kimi, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmadığından ona əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
9. Birinci instansiya məhkəməsinin 26.01.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edilmişdir.
10. Şəki İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(116)-35/2021 nömrəli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia tələbi qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçının mərhum əri X4 05 avqust 1982-ci ildən 1990-cı ilin iyun ayına kimi Qax rayon Kəndkimya birliyində işlədiyi 07 il 09 ay 26 gün, 1991-1996-cı illərdə Qax rayon Qarabaldır kənd Qarabaldır kolxozunda işlədiyi 3 il 10 ay müddətin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya ailə başçısını itirməyə görə 28.04.2019-cu il tarixindən pensiyasının təyin edilməsi öh dəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X1 01.09.1978-ci il tarixdən 24.08.1979-cu il tarixə kimi Bakı şəhəri 112 nömrəli texniki peşə məktəbində təhsil aldığı 11 ay 23 gün, 14.05.1980-ci il tarixdən 08.06.1982-ci tarixədək hərbi xidmətdə olduğu 02 il 24 gün və fərdi uçotunun məlumatlarına əsasən 2016-cı, 2017-ci və 2018-ci illər üzrə müəyyən olunan 02 il 03 ay sosial sığorta stajı, cəmi 05 il 03 ay 17 gün, “Qax rayon Kəndkimya Birliyi”ndə 07 il 09 ay 26 gün və Qax rayonu Qarabaldır kənd “Qarabaldır” kolxozunda işlədiyi 3 il 10 ay stajı toplandıqda, cəmi stajı 16 il 11 ay 13 gün təşkil edir ki, bu da tələb olunan 13 il 8 ay stajdan çoxdur.
12. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar isə məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbində ərinin 05.08.1982-ci ildən 1990-cı ilin sonuna qədər işləməsini göstərsə də, “Qax rayon Kəndkimya Birliyi” tərəfindən verilmiş arayışda iddiaçının orada 05.08.1982-ci ildən 01.06.1990-cı ilə qədər işləməsi göstərilmişdir.
13. İddianın təmin edilməyən hissəsini iddiaçı mübahisələndirməmiş, bununla bağlı apelyasiya şikayəti verməmişdir.
14. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b)apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2021-ci il tarixli, 21(107)-208/2021 saylı qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və M.A.Əsədli) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(116)-35/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:
18. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə əsassızdır. Belə ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün ərinin 13 il 8 ay sosial sığorta stajı olmalıd ır. Lakin iş materiallarına əsasən mərhumun cəmi 13 il 1 ay 13 gün sosial sığorta stajı mövcuddur. Bu səbəbdən də iddia əsaslı iddia kimi qəbul edilərək təmin edilə bilməz.
19. Daha sonra qeyd edilir ki, iddiaçının məhrum ərinin 1991-1996-cı illərdə Qax rayonu, Qarabaldır kəndi “Qarabaldır” kolxozunda işləməsinə dair Qaz rayonu Dövlət arxivinin 21.05.2019-cu il tarixli, 100/1 nömrəli arayışında vətəndaşın kolxozdakı əmək iştirakı norması qeyd edilmədiyindən sözügedən illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
21. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməs ini xahiş etdi.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatın a imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ail ə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
87. İşçinin əmək fəaliyyəti haqqında sə nəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 27. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəal iyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çı xarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
29. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydaları: Bənd 117 “q”. Arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməy ən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsas sızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün h azırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
34. İşdən görünür ki, iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun mərhum ərinin əmək kitabçasının təqdim edilmədiyini əsas gətirərək müraciətin təmin olunmasından imtina etmiş, iddiaçı imtina ilə razılaşmayıb hüququnun pozulduğunu iddia edərək məhkəməyə müraciət etmişdir.
35. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəmə sinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
36. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün məhrum ərinin 13 il 8 ay sosial sığorta stajı tələb edilir ki, iddia olunan əmək stajı nəzərə alınsa belə, onun cəmi 13 il 1 ay 13 gün sosial sığorta stajı müəyyən edilə bilər. Bu isə hazırkı iddianın təmin edilməsi üçün yetərli hesab edilə bilməz.
37. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
38. İddiaçının Ə.Kərimovla 01.10.1986-cı il tarixdən rəsmi nikahda olması, Ə.Kərimovun 23.03.2018-ci ildə vəfat etməsi və 28.04. 2019-cu il tarixdə (61 yaş) pensiya yaşına çatması işin mübahisə olunmayan hallarıdır.
39. Araşdırılmalı hal iddiaçının mərhum əri nin iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün zəruri iş stajına malik olması ilə bağlıdır.
40. İddiaçı iddia ərizəsində qeyd edir ki, mərhum əri 05 avqust 1982-ci ildən 1990-cı ilin sonuna kimi Qax rayon Kəndkimya birliyində, 1991-1996-cı illərdə Qax rayon Qarabaldır kənd “Qarabaldır” kolxozunda işlədiyindən həmin müddət onun sosial sığorta stajına daxil edilməlidir.
41. İddiaçının mərhum ərinin 05 avqust 1982-ci ildən 01.06.1990-cı ilə qədər Qax rayon Kəndkimya birliyində işləməsi “Qax rayon Kəndkimya Birliyinin” 59 nömrəli 18.03.1987-ci il tarixli arayışı və 23161379 nömrəli partiya bileti ilə təsdiqini tapır və bu müddət 07 il 09 ay 26 gün təşkil edir.
42. Ə.Kərimovun 1991-1996-cı illərdə Qax rayon Qarabaldır kənd “Qarabaldır” kolxozunda işlədiyi müddətdə əmək i ştirakı normasının arxiv arayışında qeyd edilməməsi əsası ilə həmin müddətin onun sosial sığorta stajına daxil edilməli olmaması ilə bağlı kassasiya şikayətinin dəlilinə gəlincə, məhkəmə kollegiyası bu hissədə də cavabdehin mövqeyini əsassız hesab edərək qeyd edir ki, bu halın araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən arxivə və cavabdehə sorğular verilmiş və iddiaçının mərhum ərinin işlədiyi kolxozun digər üzvlərinin əmək iştirakı barədə məlumatlar tələb olunmuş və müəyyən edilmişdir ki, həmin kolxozda heç kimin əmək iştirakı norması qeyd olunmamışdır. Aşağı instansiya məhkəmələri hesab etmişlər ki, iddiaçının mərhum ərinin həqiqətən də qeyd olunan kolxozda işləməsi müəyyən olunduğundan və onun yerinə yetirdiyi adam günlərinin staj kitablarında qeyd edilməməsində onun təqs iri olmadığından həmin müddət onun sosial sığorta stajına daxil edilməlidir.
43. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Eyni zamanda, Qax rayon şöbəsi tərəfindən təsdiqlənmiş 03.03.2020-ci il tarixli aktla da müəyyən olunur ki, X2 rayonu Qarabaldır kənd “Qarabaldır” kolxozunda 1991-ci ildə 3707 rubl, həmin ilin iyul ayında barama təhvilindən; 1992-ci ildə qazandığı 21783 rubl, 7-ci ayda 7032 rubl barama təhvilindən, 8-12-ci aylarda aldığı əmək haqqından, 1993-cü ildə qazandığı 91940 manat 1-9-cu aylarda aldığı əmək haqqı hesabına, 1994-cü ildə qazandığı 60046 manat 1-9-cu aylarda aldığı əmək haqqı hesabına, 1995-ci ildə qazandığı 159301 manat əmək haqqı aldığı 11 ayın hesabına, 1996-cı ildə qazandığı 223215 manat 1-4, 6-7, 9-12-ci aylarda aldığı əmə k haqqı hesabına qazanmışdır. İddiaçının mərhum ərinin ən azından əmək haqqı aldığı ayların onun stajına daxil edilməsi həm qanuni, həm də əsaslıdır. Qeyd olunan akta əsasən sadə riyazi hesablama ilə iddiaçının kolxozda ən azından 46 ay işləyərək əmək haqqı aldığı müəyyən olunur ki, bu da 3 il 10 ay staja bərabərdir.
44. Beləliklə, X1 01.09.1978-ci il tarixdən 24.08.1979-cu il tarixə kimi Bakı şəhəri 112 nömrəli texniki peşə məktəbində təhsil aldığı 11 ay 23 gün, 14.05.1980-ci il tarixdən 08.06.1982-ci tarixədək hərbi xidmətdə olduğu 02 il 24 gün və fərdi uçotunun məlumatlarına əsasən 2016-cı, 2017-ci və 2018-ci illər üzrə müəyyən olunan 02 il 03 ay sosial sığorta stajı, cəmi 05 il 03 ay 17 gün, “Qax rayon Kəndkimya Birliyi”ndə 07 il 09 ay 26 gün və Qax rayonu Qarabaldır kənd “Qarabaldır” kolxozunda işlədiyi 3 il 10 ay stajı toplandıqda, cəmi stajı 16 il 11 ay 13 gün təşkil edir. İddiaçı ölən zaman onun 56 yaşı olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 13 il 8 ay stajının olması kifayət edir (5615=41, 41*4/12=13 il 8 ay ).
45. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv arayışında iddiaçının mərhum ərinin əmək fəaliyyəti ilə məşğul olduğu göstərilən müddət onun sosial sığorta stajı kimi qəbul edilməlidir. Belə ki, oxşar işlər üzrə A li Məhkəmənin digər qərarlarında da qeyd olunduğu kimi, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
46. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırı la və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
47. Göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sı ğortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər.
48. Həmçinin nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
50. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassa siya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-208/2021 nömrəli iş üzrə 07 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.