Məhkəmə qərarları › İş №2-1(102)-1522/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1522/2022

21.09.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1522/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhadətnamədə milliyyətin dəyişdirilməsi; iddia tələbinin mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı “şəhadətnamədə milliyyətin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 4 may 2022-ci il tarixli 2-1(103)999/2022 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İX-JQ 291424 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı1 xx xxxxxx 1983-cü il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1983-cü ilin mart ayının 9-da 860 nömrə ilə qeyd edilmişdir. Valideynlər bölməsinin ata qrafasında İddiaçı2, milliyyəti “azərbaycanlı”, ana qrafasında X5, milliyyəti “rus” göstərilmişdir.

2. A3 212429 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı2 7 iyun 1953-cü il tarixdə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1953-cü ilin iyun ayının 15-d ə 48 nömrə ilə qeyd edilmişdir. Valideynlər bölməsinin ata qrafasında X1, milliyyəti “azərbaycanlı”, ana qrafasında X3, milliyyəti “alman” göstərilmişdir.

3. İddiaçılar cavabdehə ərizə ilə müraciət edərək milliyyətlərinin “azərbaycanlı”dan “alman”a dəyişdirilməsini xahiş etmiş, cavabdeh isə 26 fevral 2021-ci il tarixli və 3 mart 2021-ci il tarixli imtina məktublarında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən uşağın doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrdəki qeydlər əsa sında yazılır. İddiaçılara məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində milliyyətin “azərbaycanlı”dan “alman”a dəyişdirilməsi imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9 mart 1983-cü il tarixdə verilmiş, 291424 saylı doğum haqqında şəhadətnamədə İddiaçı1 atası İddiaçı2 milliyyətinin "azərbaycanlı" dan "almana" dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 5 aprel 1962-ci il tarixdə verilmiş, AB 212429 saylı doğum haqqında şəhadətnamədə İddiaçı2 anası X2 milliyyətinin “alman” olması görünür. 9 mart 1983-cü il tarixdə verilmiş, 291424 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 atası İddiaçı2dur və onun milliyyəti "azərbaycanlı" kimi yazılmışdır. Hazırda o və qızı akt qeydlərində bunun dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na görə o, valideynlərindən birinin milliyyətini seçə bilər. Ona görə akt qeydlərində onun milliyyəti "azərbaycanlı"dan "alman"a dəyişdirilməlidir. Cavabdeh orqan tərəfindən bildirilmişdir ki, ona məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində milliyyətin "azərbaycanlı”dan "alman"a dəyişdirilməsi imkan xaricindədir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktları nın dövlət qeydiyyatı Qaydası"nın 2.8-ci bəndinə görə doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: - öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5433/2021 nömrəli, 1 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, İddiaçı2 doğum akt qeydində yazılan məlumatları əldə etmək üçün müvafiq sorğular verilmiş, lakin iddiaçının doğulması barədə akt qeydinin Rusiya Federasiyasının Krasnoyarsk vilay ətində aparılması səbəbindən qeyd olunan məlumatları əldə etmək mümkün olmamışdır. Belə olan halda tədqiq olunan sənədlər onun milliyyətcə “alman” olmasını sübut etmir, bununla bağlı iddiaçı tərəf nə inzibati orqanda aparılan inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında heç bir mötəbər sübut və dəlil təqdim etməmişdir. Odur ki, iddiaçıların tələblərinin təmin edilməsindən cavabdeh inzibati orqan tərəfindən imtina edilməsi əsaslı olmuşdur

8. İddiaçılar həmin qərardan apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 21(103)-999/2022 nömrəli qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər A.V.Tanrıverdiyev və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməm iş, Bakı İnzibati Məhkəməsinin 21(112)-5433/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin mübahisəli inzibati aktının maddi-hüquqi cəhətdən qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılarkən məhkəmə, buna birbaşa zərurət olduğu halda, cavabdehdən 23 oktyabr 2019-cu il tarixli əmrin əsasları ilə bağlı heç bir konkret sübut tələb etməmiş, özü bu sübutları əldə etməmiş, iddiaya yalnız cavabdehin mülahizələri əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir. Bundan başqa, iddiaçı əvvəl tələb etdiyindən fərqli tələblər irəli sürmüşdür və onun tələbi əvvəlki ilə ehtiva olunmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilib baxıla bilməz. Həmin ərizəyə inzibati məhkəmə icraatı q aydasında birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır.

11. İddiaçılar kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-999/2022 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, 5 aprel 1962-ci il tarixində verilmiş, AB 212429 nömrəli doğum haqqında şəhadətnamədə İddiaçı2 anası X2 milliyyətinin alman olması görünür. Hansı ki, məhkəmə özü də bunu qərarında qeyd edir və mübahisələndirmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 okt yabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8-ci bəndinə görə doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Göründüyü kimi, Azərbaycan Respublikasında vətəndaşların milliyyəti yalnız onların övladlarının doğum haqqında şəhadətnamələrində yazılır. Əsas da, onların doğum haqqında şəhadətnamələrində valideynlərinin milliyyəti çıxış edir.

13. Bundan başqa, məhkəmə qərarında doğum akt qeydinin Rusiya Federasiyasının Krasnoyarsk vilayətində aparılması səbəbindən qeyd olunan məlumatları əldə etmək mümkün olmadığını qeyd edir. Hansı ki, həmin sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində vardır. Lakin həmin sənədlər inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Lakin həmin sənədlər inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Başqa məhkəmə iclası zamanı həmin sənəd iddiaçılara təqdim edilmişdir. Hazırda inzibati orqan həmin sənədlərin təsdiq edilmiş surətini iddiaçılara vermədiyindən tərcümə edilmiş surətini məhkəməyə təqdim edə bilmirlər. Bu məsələ də məhkəmə tərəfindən tam araşdırılmamışdır. Bütün bunlara baxmayaraq, iş materiallarında olan sənədlər iddianın təmin edilməsi üçün yetərlidir. Lakin, məhkəmə tərəfindən maddi hüquq normaları mübahisəyə düzgün tətbiq olunmayaraq və iş üzrə işin hallarına uyğun olmayan səhv nəticəyə gəlinərək, əsassız olaraq iddianın təmin olunmaması barədə qərar qəbul edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın də lilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ OLUNAN HÜQUQ

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın mil liyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində (bundan sonra – Vətəndaşlıq vəziyyəti a ktlarının reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. (-)

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikl ik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında m əlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.

19. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin d üzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkə mə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9 Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni q ərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mö vcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin id diaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İ NSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi t ərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin İddiaçı1 ilə bağlı hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, ona münasibətdə iddia tələbinin rədd edilməsi qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Bu mənada apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. İddiaçı2 münasibətdə isə məhkəmə kollegiyası hesa b edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçıların tələbi 9 mart 1983-cü il tarixdə verilmiş 291424 saylı doğum haqqında şəhadətnamədə İddiaçı2 milliyyətinin "azərbaycanlı"dan "almana" dəyişdirilməsi barədə qərar qəbul edilməsi ilə bağlıdır. Sözügedən doğum haqqında şəhadətnamə İddiaçı1 məxsus olduğundan, o özü İddiaçı2 milliyyətinin həmin sənəddə dəyişdirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Lakin onun atası – İddiaçı2 qızına məxsus sənəddə dəyişiklik edilməsi tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur.

28. Bununla bağlı qeyd edilməlidir ki, hazırkı qərarın 19-20-ci bəndlərində qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi hald a yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

29. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir.

30. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozuld uğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər.

31. Başqa sözlə, iddiaçılar iddia irəli sürmək üçün ilk növbədə inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

32. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı işin halları baxımından İddiaçı2 subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Lakin aşağı instansiya məhkəmələri tərəfindən işə baxılarkən iş üzrə belə sübu tların verilməsi müəyyən olunmamışdır.

33. Apellyasiya instansiyası məhkəməsi isə bu hala qiymət vermədən iddia tələbinə İddiaçı2 münasibətdə də mahiyyəti üzrə qiymət vermiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022ci il tarixli 2-1(103)-999/2022 nömrəli qərarı qismən - İddiaçı2 iddiası ilə bağlı hissədə ləğv edilməli, onun iddiası mümkün sayılmamalıdır.

35. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli 21(103)-999/2022 nömrəli qərarı qismən - İddiaçı2 iddiası ilə bağlı hiss ədə ləğv edilsin. Onun iddiası mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli 21(103)-999/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar