Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1523/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəyə dair QƏRARİ Açar sözlər: (müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi, iddianın uğurluluq ehtimalı) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Q əbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Ağayev Ağami Örənnik oğlu) “İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17A (indiki 75) saylı fərdi yaşayış evi üzərində İddiaçı ASCnin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiaçının “işə mahiyyəti üzrə baxılıb qurtaranadək, fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi”nə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.06.2021-ci il tarixli, 2-1(107)-254/2021 nömrəli iş üzrə qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı AS C-yə ipoteka qoyulmuş Ağayev Ağami Örənnik oğlunun mülkiyyətində olan İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17 A saylı fərdi yaşayış evinə Şəki yerli iqtisad Məhkəməsinin 06.12.2007-ci il tarixli 1-62/2007 saylı icra vərəqəsi ilə tutma yönəldilməsi qət edilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar əmlak hərraca çıxarılmış, lakin satılmamışdır. Qanunvericiliyə uyğun olaraq, həmin əmlak İddiaçı ASC-yə təklif olunmuşdur. Sifarişçi İsmayıllı rayon icra və probasiya şöbəsi ilə Tələbkar İddiaçı ASC arasında 07.08.2019-cu il tarixli, № Y-215/1 saylı “Hərracın nəticələri haqqında yekun protokol” tərtib olunmuş, fərdi yaşayış evi bank tərəfindən alınmışdır. Bundan sonra hərrac protokolu İsmayıllı İcra və Probasiya Şöbəsi tərəfindən təsdiq edilmişdir.
2. İddiaçı ASC cavabdehə müraciət e dərək İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17A saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 05.10.2020-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17A (indiki 75) saylı fərdi yaşayış evi üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə əriz ə ilə məhkəməyə müraciət edərək hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17 A (indiki 75) saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
5. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 09.04.2021-ci il tarixli, 21(116)-382/2021 nömrəli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmiş, iddiaçının İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17A (indiki 75) saylı fərdi yaşayış evi üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək, qeyd edilən fərdi yaşayış evinin özgəninki ləşdirilməsi tərəflərə və üçüncü şəxslərə qadağan edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, üçüncü şəxsin fərdi yaşayış evi götürdüyü kreditin təminatı olaraq ipotekaya qoyulsa da, həmin evin yüklüyüyü qeydə alınmamışdır. İddiaçı həmin fərdi yaşayış evinin cavabdeh tərəfindən qeydiyyata alınması və çıxarış verilməsi barədə iddia qaldırmışdır. Lakin qeyd edilən evin yüklüyüyünün qeydə alınmaması onun özgəninkiləşdirilməsi üçün imkan yaradır. Belə bir imkandan istifadə edilməsi, gələcəkdə təmin olunmuş iddia tələbinə dair məhkəmə qərarının icrasını çətinləşdirə bilər.
7. Üçüncü şəxs Ağayev Ağami Örənnik oğlu apelyasiya şikayəti verərək məhkəmənin həmin qərardadının ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
8. Şəki Apelyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 11.06.2021-ci il tarixli, 21(107)-254/2021 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Elçin Hüseynov ) qərardadı ilə üçüncü şəxsin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(116)-382/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Üçüncü şəxs Ağayev Ağami Örənnik oğlu kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
11. Üçüncü şəxsin kasasiya şikayəti ona əsaslanır ki, kreditin onun payına düşən hissəsi nin yarısından çox hissəsini ödəmişdir. Qalan hissəni də imkan daxilində ödəməyə çalışır. Onunla iddiaçı arasında bağlanmış ipoteka müqaviləsindən 18 ilə yaxın vaxt keçir, bu müddət ərzində ipoteka predmeti olan fərdi yaşayış evinə dair yüklülük daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Ötən müddət ərzində fərdi yaşayış evi köhnəldiyindən yenisini inşa etdirmiş və yeni tikilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmışdır. İddiaçı ilə aralarında ipoteka müqaviləsi yalnız fərdi yaşayış evinə dair bağlanmışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ipoteka predmeti olmamışdır. Bundan başqa, onun son hərracdan və onun nəticəsindən xəbəri olmamışdır. İcra məmuru onun xəbəri olmadan və mövcud olmayan tikilini sa də bir aktla iddiaçı Bankın mülkiyyətinə vermişdir. Əgər ipoteka predmeti iddiaçının mülkiyyətinə keçmişdirsə, nə üçün iddiaçı ondan kreditlə bağlı ödənişləri qəbul edirdi. Ona görə də hesab edir ki, artıq ipoteka müqaviləsi və hərracın nəticələri öz hüquqi qüvvəsini itirmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxs şifahi məhkəmə iclasında təmsil olunmamışdır.Onlara təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasında iştirak etmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəm ə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllənin 41.2-ci maddəsinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər;
15. Hə min Məcəllənin 43.1-ci maddəsinə görə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi;
16. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir.
17. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 20.04.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nə ticələrin qarşısını əvvəlcədən almaqdır.... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir”.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(102)01/2020 nömrəli 04.03.2020-ci il tarixli qərarı: “...Qeyd olunan normalardan göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi qanunvericiliklə birbaşa olaraq iddianın böyük ehtimalla uğurlu olması ilə şərtləndirilmişdir. Başqa sözlə, işin ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlindiyi hallarda be lə tədbirlər tətbiq oluna bilər...”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. 21.Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Bu qərarın 15 -17-ci bəndlərində göstərilən normalardan görünür ki, inzibati məhkəmə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: iddianın böyük ehtimalla uğurlu olacağı barədə məhkəmənin qənaəti; mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi.
24. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin əsaslılığını qeyd edilən şərtlər baxımından yoxlamalı və məsələnin həlli zamanı qiym ətləndirməni işin faktiki və hüquqi hallarının ilkin araşdırılmasına əsasən aparmalıdır. Araşdırmanın həcmi yalnız iddianın uğurlu olacağına dair böyük ehtimalın və ilkin təcili tənzimləmənin müəyyən edilməsi ilə məhdudlaşmalıdır. Araşdırma həcminin məhdud olması icraatın təcili xarakterindən irəli gəlir. İddianın uğurluluğu barədə böyük ehtimal o zaman mövcud olur ki, obyektiv əlamətlər əsasında ərizəçinin iddia icraatında qalib gələcəyi barədə məhkəmənin gümanları üstünlük təşkil etmiş olsun. Böyük ehtimal və ya güman proqnoz səviyyəsində olsa belə, məhkəmə tərəfindən ilkin araşdırma nəticəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini zəruri edən səviyyədə müəyyən edilməlidir.
25. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqində məqsəd gələcəkdə iddi anın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək vəziyyətin yaranmasının və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdan ibarətdır.
26. Məhkəmə Kollegiyası Apelyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı işdə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda sadalanan tələblərə əməl edilmiş, iddianın uğurluluq ehtimalı qiymətləndirilimiş, eyni zamanda ilkin təcili tənzimləməni zəruri edən və tənzimləyici normanın dispozisiya şərtlərinə uyğun gələn hallar müəyyən edilərək müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi əsaslandırılmışdır. Məhkəmənin hüquqi mövqeyinin əsasında duran səbəblər məhkəmə aktında göstərilmişdir.
27. Məhkəmə Kollegiyası müvəqqəti xarakterli müd afiə tədbirinin tətbiqi barədə məhkəmənin gəldiyi nəticəni düzgün və əsaslı sayır. Bununla yanaşı eyni zamanda qeyd edilməlidir ki, müvəqqəti xarakterli müdafiə tədbiri qismində müəyyən edilən vəzifə üzərinə həmin vəzifənin qoyulduğu proses iştirakcısının səlahiyyətləri daxilində olmalıdır. Konkret işə münasibətdə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı qərar qəbul edilərkən bu tələb nəzərə alınmamış və bu baxımdan məhkəmə tərəfindən yanlışlığa yol verilmişdir. 28.Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə qərarın qəbulu zamanı yuxarıda istinad olunan normalara görə ilkin müdafiə tədbiri institutunun iddiaçının maraqlarının qorunması məqsədlərinə xidmət etdiyi və müvəqqəti xarakterli müdafiə tədbiri qismində, bir qayda olaraq, məhz cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmasının mümkünlüyü məhkəmə tərəfindən nəzərə alınmalıdır. Qanuni əsaslar olduğu hallarda məhkəmə tərəfindən üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoyula bilər. Bu mənada müvəqqəti xarakterli müdafiə tədbiri qismində fərqləndirmə aparmadan ümumiyyətlə tərəflərin üzərinə vəzifə qoymaqda məhkəmə haqlı olmamışdır. Vəzifə konkret ünvana münasibətdə müəyyən olunmalıdır.
29. İş üzrə materiallardan görünür ki, müvəqqəti xarakterli müdafiə barədə ərizə ilə müraciət etməkdə iddiaçının hüquqi marağı qeyd edilən evin özgəninkiləşdirilməsinin qarşısını almaqdan ibarətdir. Belə ki, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17 A saylı fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün qeydə alınmaması faktı üçüncü şəxs tərəfindən həmin əmlakın özgənikiləşd irilməsi imkanını və həmin imkanın reallaşdırılması riskini yaradır. İddiaçı da məhz özgənikiləşdirmə riskinin mövcudluğunu və reallığını nəzərə alaraq müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi vasitəsi ilə həmin imkanın istisna edilməsinə nail olmaq istəyir.
30. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə qərarın qəbulu zamanı eyni zamanda nəzərə almaq lazımdır ki, cavabdeh qeyd edilən evə münasibətdə özgəninkiləşdirmə hüququnun subyekti qismində çıxış etmək imkanına malik deyil və bu onun səlahiyyət sferası xaricindədir. Bu mənada evin özgənikiləşdirilməsinin cavabdehə qadağan edilməsi və onun üzərinə bununla bağlı öhdəliyin qoyulması hüquqi baxımdan istisna olunur.
31. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, ücüncü şəxs tərəfindən özgənikiləşdirmənin həyata keçi rildiyi təqdirdə cavabdeh həmin özgəninkiləşdirmə ilə bağlı rəsmiləşdirmənin aparılmasından imtina etmək imkanına malikdir. Cavabdeh müvafiq məhkəmə qərardadına istinad edərək rəsmiləşdimənin aparılmasından imtina etməyə haqlıdır.
32. Qeyd olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərardadı “İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17A saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsi tərəflərə qadağan edilsin” hissəsində dəyişdirilməli və “İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17A saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi cavabdehə qadağan edilsin” kimi ifadə olunmalıdır.
33. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsas ən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.06.2021-ci il tarixli, 2-1(107)-254/2021 nömrəli qərardadı dəyişdirilir. İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 17A saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi cavabdehə qadağan edilir. Qərar qətidir.