Məhkəmə qərarları › İş №2-1(102)-1523/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1523/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1523/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1(103)-745/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1971-1975-ci illərdə Bakı Sovet Ticarət Texnikumunda təhsil almış, dövlət ixtisas komissiyasının 28 iyun 1975-ci il tarixli qərarı ilə ona əmtəəşünas ixtisası və Ş 022511 nömrəli diplom verilmişdir.

2. İddiaçıya məxsus xx.xx.1974-cü il tarixli və İT ******* nömrəli əmək kitabçalarına əsasən iddiaçı 1974-c ü ildə əmək fəaliyyətinə başlamış və 2011-ci ilədək müxtəlif müəssisə və peşələrdə işləmişdir. 3. "xxxx" Azərbaycan-X2 xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilə qədər həmin müəssisədə operator vəzifəsində işləmişdir.

4. İddiaçı ona əmək pensiyası təyin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir.

5. Dövlət Sosial Müdafiə Fondu 16 iyun 2020-ci ildə iddiaçıya pensiya təyin edilməsindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, iddiaçının yaşa görə əmək pensiyası təyin etmək üçün tələb olunan azı 25 il iş stajı və ya minimum pensiya məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilən əmək kitabçaları üzrə iş stajının 7 il 6 ay 10 gününü aşağıdakı müəssisələr əhatə etmişdir: “Qalam” Kooperativi – xx.xx.1993xx.xx.1993; “DAM ekspo” kiçik müəssisəsi – xx.xx.1993-xx.xx.1996; “Avto LTD” firması – xx.xx.1996-xx.xx.1998; "xxxx" BM – xx.xx.1998-xx.xx.2001. Həmin müəssisələrdə işlədiyi dövlərin iş stajının düzgünlüyünün qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin illərin iş stajı sığorta stajına daxil edilməmişdir. Həmin müəssisələrdə işlədiyi dövrlər nəzərə alınmadıqda iddiaçının iş stajı 25 ildən az olmuşdur (18 il 12 ay). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı Bakı DOST Mərkəzinə qarşı pensiya tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Mə hkəməsinə müraciət etmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı DOST Mərkəzi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əvəz olunmuşdur.

8. İddiaçı pensiya hüququnun yarandığı 4 noyabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə inzibati məhkəmə icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh əmək pensiyasının təyin olunaraq hesablanması üçün müraciət etdiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən etibarən dəfələrlə müraciət etsə də, bir-iki dəfə imtina məktubu, sonuncu dəfə isə 16 iyun 2020-ci il tarixdə cavab yazmışlar. xx xxxxxx 1954-cü ildə doğulmuşdur və qanunvericiliyin icazə verdiyi halda yaşa görə pensiya hüququndan istifadə edib pensiya almaq istəyir. Pensiya yaşı 2019-cu ildə 65 yaşı olduğuna görə pensiyaya çıxmalı idi. Lakin, 1971-ci ildən matros kimi əmək fəaliyyətinə başladığından və 2006-cı ilə qədər müxtəlif sahələrdə əmək fəaliyyətində olmağına baxmayaraq ümumilikdə 26 il staj var. 2006-cı ildən səhhətində yaranan problemlərlə bağlı əmək fəaliyyətini davam etdirə bilməmişdir. Müraciətinə əsasən, işlədiyi bütün idarə və müəssisələrdən arayış təqdim edilməsi tələb edilmişdir. Bir neçə idarədən belə bir arayış ala bilsə də, əsas iş yeri olan Az ərbaycan Dəmir Yolları İdarəsindən arayış almamışdır. İdarədən bütün sənədlərin itdiyini demişlər. Əlindəki əmək kitabçasını təqdim edərək, ən azı 26-27 il əmək stajına malik olduğunu qeyd edir. Məsələ barəsində dəfələrlə müraciət etməsinə baxmayaraq sonuncu dəfə 16 iyun 2020-ci il tarixdə elektron poçtuna cavabdeh tərəfindən imtina məktubu göndərilmişdir.

10. Cavabdeh iddia tələbinə yazılı etirazında “Əmək pensiyaları haqqında” qanunun 1.0.2, 7, 21.1-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənil məsi Qaydaları”nın 3-cü hissəsinə, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndinə istinad edərək göstərmişdir ki, iddiaçının vəziyyətində əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil.

11. Məhkəmə sorğusuna cavab olaraq M illi Arxiv İdarəsinin 31 avqust 2020-ci il tarixli, 5/1344 nömrəli məktubunda göstərilmişdir ki, “Qalam” Kooperativinin, “Dam Ekspo” Kiçik müəssisəsinin, “Avto LTD” firmasının və "xxxx" BM-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

12. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 19 may 2021-ci il tarixli 01/3-938 nömrəli məktubunda göstərilmişdir ki, “1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində..., “Qalam” kooperativinə, “Avto LTD” firmasına və "xxxx" birgə müəssisəsinə dair məlumat mövcud deyildir...., “DAM Ekspo” kiçik müəssisəsi 18 iyun 1996-cı il tarixindən,... Azərbaycan Respublikasının statis tik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində... və "xxxx" Azərbaycan Türkiyə birgə müəssisəsi 12 dekabr 1997-ci il tarixindən qeydiyyatdadır.

13. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 20 avqust 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixə olan uçot baza məlumatlarına əsasən “Qalam” kooperativi və “Dam Ekspo” kiçik müəssisəsi adlı kommersiya hüquqi şəxsləri aşkar edilməmişdir. xx.xx.1999-cu il tarixdən vergi orqanında qeydiyyatdan keçən “Avto LTD” firması və "xxxx" Azərbaycan X2 (VÖEN **********) təşkilatı-hüquqi formasını dəyişməsi və hüquqi varisinin olması barədə məlumat mü əyyən edilməmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1231/2021 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təhsil aldığı dövr 19711975-ci illəri əhatə etsə də, iş materiallarında olan əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdə əmək fəaliyyətinə başlamışdır. Odur ki, xx.xx.1974-1975-ci il arasında olan dövr bir dəfə nəzərə alınaraq iddiaçının iş stajına əlavə edilməlidir. Həmçinin, "xxxx" Azərbaycan X2 ********** VÖEN-lə qeydiyyatdan keçdiyi nəzərə alınaraq iddiaçının həmin müəssisədə xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan əmək fəaliyyəti onun iş stajına daxil edilməlidir. İddiaçının əmək kitabçasında olan iş stajı (“Qalam” kooperati vi, “Avto LTD” firması və “Dam Ekspo” kiçik müəssisəsində olan iş stajı istisna olmaqla), 1971-ci ildən xx.xx.1974-cü ilə kimi təhsil dövrü, həmçinin xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Azərbaycan X1 iş stajı nəzərə alınsa belə, onun ümumi iş stajı 25 ildən az (24 il 06 ay 26 gün) təşkil etmiş olur.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1(103)-745/2022 nömrəli qərarı (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-c i il tarixli, 2-1(112)-1231/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilmiş, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehə həvalə olunmuşdur.

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 24 il 06 ay 26 gün iş stajının olması işin mübahisə olunmayan halıdır. İddiaçının əmək kitabçasında onun xx.xx.1996-xx.xx.1998-ci illərdə “Avto LTD” firmasında işləməsi qeyd olunmuş, qeyd qanunvericiliklə nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin cavabdehə ünvanladığı məktuba əsasən müəyyən edilmişd ir ki, “Avto LTD” firması həqiqətən də mövcud olmuşdur. İddiaçının “Avto LTD” firmasında işlədiyi 02 il 10 gün onun mübahisə olunmayan iş stajına əlavə olunduğundan iddiaçı 25 ildən artıq iş stajına malik olur.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə dair yazılı etirazının dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh kassasiya şikayətində əlavə olaraq göstərir ki, Milli Arxiv İdarəsi məhkəmə sorğusuna cavab olaraq “Qalam” kooperativinin, “Dam Ekspo” kiçik müəssisəsinin, “Avto LTD” firmasının və "xxxx" BM-nin arxiv sənədlərinin dövlət arxivinə təhvil verilmədiyini bildirmişdir. Dövlət Statistika Komitəsi sorğuya cavab olaraq “Qalam” kooperativi, “Dam Ekspo” kiçik müəssisəsi, “Avto LTD” firması və "xxxx" BM və iddiaçının işlədiyini iddia etdiyi digər müəssisələr barədə məlumatların mövcud olmadığını bildirmişdir. Dövlət Vergi Xidməti sorğuya cavab məktubunda xx.xx.2021-ci il tarixə olan uçot baza məlumatlarına əsasən “Qalam” kooperativi və “Dam Ekspo” kiçik müəssisəsi adlı kommersiya hüquqi şəxslərin aşkar edilmədiyini qeyd etmişdir. İddianın təmin edilməsi üçün faktiki və hüquqi əsaslar mövcud olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 20 22-ci il tarixli, 2-1(103)-745/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 1 iyul 2017-ci ilədək qüvvədə olan redaksiya: 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanu nun qüvvəyə mindiyi günədək) yaşa görə əmək pensiyası hüququ vardır. 1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya: 62 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

23. Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006- cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 24. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur): Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasını n Nazirlər Kabineti müəyyənləşdirir.

25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 26. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

27. Azərbaycan Respublikasının İn zibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məh kəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, K ASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayət də fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun qanunvericililikdə göstərilən yaş həddinə çatması, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermə si, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olması zəruridir.

35. Cavabdehin iddiaçının əmək fəaliyyətinə dair mübahisələndirdiyi dövrlərə (“Qalam” Kooperativi – xx.xx.1993-xx.xx.1993; “DAM ekspo” kiçik müəssisəsi – xx.xx.1993-xx.xx.1996; “Avto LTD” firması – xx.xx.1996-xx.xx.1998; "xxxx" BM – xx.xx.1998-xx.xx.2001) dair apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin müddətlərlə bağlı iddiaçının əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etmişdir.

36. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, “DAM Ekspo” kiçik müəssisəsi 18 iyun 1996-cı il tarixindən, "xxxx" Azərbaycan Türkiyə birgə müəssisəsi 12 dekabr 1997-ci il tarixindən qeydiyyatdadır (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məktubuna əsasən). Eyni zam anda, “Avto LTD” firması və "xxxx" Azərbaycan Türkiyə Birgə Müəssisəsi vergi orqanında dövlət qeydiyyatından keçmişlər.

37. Hətta birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə qərar qəbul etsə də, iddiaçının 1971-ci ildən xx.xx.1974-cü ilə kimi təhsil dövrünü, həmçinin xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Azərbaycan X1 iş stajını nəzərə almaqla onun ümumi iş stajının 24 il 06 ay 26 gün təşkil etməsi barədə nəticəyə gəlmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən müəssisələrdə işlədiyi dövr ilə əlaqədar həmin müəssisələrin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır.

39. Cavabdehin imtina məktubuna və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı mübahisələndirilən müəssisələrdəki əmək fəaliyyəti barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Müəssisələrin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil.

40. Hazırkı qərarın 26-cı bəndində qeyd edilən normanın tələbinə əsasən sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

41. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

42. Lakin iş materialları ilə müəyyən ed ilir ki, iddiaçının mübahisələndirilən iş stajı ilə bağlı onun işlədiyi “Avto LTD” firması, “Dam Ekspo” kiçik müəssisəsi və "xxxx" Azərbaycan Türkiyə Birgə Müəssisəsi həqiqətən də mövcud olmuş və onlar mübahisələndirilən dövrdə dövlət qeydiyyatında olmuşlar.

43. Qərarın 21-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

44. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu, habelə pensiya hüququnun yaranması ilə bağlı xüsusatları araşdırarkən yuxarıda göstərilən maddi hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlm işdir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 21(103)-745/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar