Məhkəmə qərarları › İş №2-1(102)-1523/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1523/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1523/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Səlim oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1948-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-132/2023 nömrəli qərarından iddiaçının tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 1200 saylı xx.xx.1999cu il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m. torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, idarəyə poçt vasitəsilə daxil olmuş sənədlər surətdir, həmçinin əlavə olunmuş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq müəyyən edilmişdir. Elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə cizgisinə heç bir aidiyyəti yoxdur və digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşür. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 1200 saylı 13 avqust 1999-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair hüquqların dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişd ir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 13 avqust 1999-cu il tarixli 1200 saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi onun adına ayrılmışdır. Həmçinin torpaq sahəsinin plan cizgisi də tərtib olunaraq təsdiq olunmuşdur. Göstərilən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən müvafiq çıxarışın verilməsi məqsədilə aidiyyəti dövlət orqanına, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. İddiaçı, cavabdeh inzibati orqanın ona qarşı bu cür hərəkətini qanunsuz və əsassız hesab edir, çünki tərəfindən müvafiq çıxarışın verilməsi üçün lazım olan bütün hüquqi sənədlər əldə olunmuş və cavabdehə təqdim olunmuşdur. Belə olan halda. cavabdeh tərəfindən müvafiq çıxarış verilməli idi. Çünki, torpaq sahəsi qanuni əsaslarla onun istifadəsinə verilmişdir. Əslində imtinada göstərilən heç bir uyğunsuzluq yoxdur, halhazırda torpaq sahəsi boşdur, heç kim tərəfindən hasarlanmamışdır. Həmçinin iddiaçının tələb etdiyi torpaq sahəsi digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşməmişdir. Əgər həmin torpaq sahəsinə başqa şəxslərin sənədi işlənibsə də, bu onun deyil, məhz cavabdehin öz səhvidir və bu səhvini düzəltməlidir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, xx.xx.2005-ci il tarixli, 191 nömrəli Səba il Bələdiyyəsinin qərarına və xx.xx.2008-ci il tarixli 4820 nömrəli torpaqların alqı-satqısına dair akta əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2008-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 21(81)- 3537/19 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 13 avqust 1999-cu il tarixli, 1200 saylı sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ç ıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 1200 saylı, xx.xx.1999-cu il tarixli sərəncamından görünür ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2016-cı il tarixli məktubuna əsasən Bakı Şəhəri Səbail Rayonu İcra Hakimiyyəti başçısının 1200 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Eyni zamanda iş materiallarından görünür ki, qeyd olunan torpaq sahəsini plan cizgisi tərtib edilmişdir Məhkəməyə sorğu əsasında Azərbaycan Respu blikası Səbail Bələdiyyəsinin 09 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, Səbail rayon Bələdiyyəsinin ərazisinin İddiaçı mülkiyyətinə verilməsinə aid sənədlər və elektron xəritə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu günə qədər bələdiyyə təqdim olunmamışdır. Beləliklə, iddiaçının mübahisəli torpaq sahəsi üzərində qanuni hüququ yaranmışdır. Göründüyü kimi, torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi barədə icra hakimiyyətinin sərəncamı mövcuddur. Qeyd edilən sənədləri iddiaçı ərizəsinə əlavə edərək, cavabdehə müraciət etsə də, iddiaçıya xx.xx.2019-cu il tarixli, **********12 saylı məktubla əsassız olaraq imtina cavabı verilmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2-1(103)-64/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-1(81)3537/19 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-531/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi “X2” və “X4 və Ekspertiza Mərkəzi” MMCnin 13 avqust 1999-cu il tarixli sərəncamda qeyd edilən, habelə naturada göstərilən torpaq sahəsi ilə bağlı rəylərə hüquqi qiymət verərkən onların belə rəy vermək üçün səlahiyyətli olmalarını, səlahiyyətli dövlət orqanından lisenziya almalarını, onlarda torpağa dair kadastr məlumatlarının mövcud olmasını, mübahisə predmeti olan 0,06 ha torpaq sahəsinin torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu barədə məlumatın olmasını, belə məlumat olduğu halda hansı qaydada əldə edilməsini araşdırmamışdır. İddiaçı cavabdehə torpaq sahəsinin plan və ölçüsünü təqdim etməmiş, iddiaçının iddia ərizəsinə əlavə etdiyi işin 7-ci səhifəsində olan torpaq sahəsinin yerləşmə cizgisi apellyasiya məhkəməsi tərəfindən tərəflərin və mütəxəssisin iştirakı ilə tədqiq edilməmişdir. Mütəxəssis rəyində iddiaçının iddia etdiyi və naturada göstərdiyi ərazi "xxxx" MMC-yə **********1000001 nömrəli Kadastr planı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir. Bununla bağlı apellyasiya məhkəməsi araşdırma aparmamış, iddiaçının iddia etdiyi torpaq sahəsinin həqiqətən "xxxx" MMC-nin qanuni istifadəsində olmasını, istifadə hüququnun dövlət qeydiyyatına alınmasını, istifadə hüququnun hansı ilkin sənədlər (müqavilə, əqd, inzibati akt) əsasında qeydə alınmasını müəy yən etməmiş, bu barədə cavabdehdən məlumat almamış, torpaq sahəsi istifadə hüququ ilə yüklü olduğu halda iddiaçının hüququnun qeydə alınmasının mümkünlüyünü, həmçinin "xxxx" MMC-nin İPM-in 28-ci maddəsinin tələblərinə riayət edilməklə adi və ya zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi icraatda iştiraka cəlb edilməsini müzakirə etməmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-132/2023 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehə torpaq sahəsinin plan və ölçüsünü təqdim etməmişd ir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi torpaq sahəsinin yerləşmə cizgisinin tədqiqi məqsədilə apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və cavabdeh inzibati orqanın mütəxəssisinin iştirakı ilə məhkəmə tərəfindən mübahisəli əraziyə xx.xx.2022-ci il tarixdə keçirilmiş yerli baxış zamanı iddiaçının nümayəndəsi bildirdi ki, cavabdeh iddia edir ki, hazırda çıxarış almaq istədikləri torpaq sahəsi "xxxx" MMC-nin torpaq sahəsi ilə üst-üstə düşür. Lakin işin halları ilə müəyyən olunur ki, "xxxx" MMC-nin torpaq sahəsi yuxarıda yerləşir. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubdan gö rünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə vətəndaş X3 nümayəndəsinin iştirakı ilə texniki baxış keçirilmişdir. Müayinə zamanı sözügedən torpaq sahəsinin dörd tərəfdən mərz nişanları qoyulmaqla hasarsız (şərti) sərhədləndiyi müəyyən edilmişdir. Torpaq sahəsinin üzərində heç bir tikili aşkarlanmamışdır. Elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə cizgisində işarələnmiş sahə ilə heç bir aidiyyəti yoxdur və digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşür. Səbail rayonu İcra Hakimiyyəti başçısının 1200 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılsa da, 20 ildən artıq müddət keçsə də, iddiaçı tərəfindən bu günə qədər həmin torpaq sahəsində f ərdi evin tikintisi üçün hər hansı tədbir görülməmişdir.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin və ona əlavənin dəlilləri

18. Kassasiya şikayətinin və ona əlavənin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, iddiaçı qeyd etmişdir ki, iddiaçı tərəf kimi ekspertin bu rəyi ilə qətiyyən razılaşmamış, təkrar ekspertizanın təyin edilməsi və keçirilməsi barədə vəsatət verilmişdir. Belə ki, iddiaçı tərəfindən müqavilə əsasında «X2» MMC-nin hazırkı mübahisə üzrə müvafiq 15 sentyabr 2021-ci il tarixli, «508» saylı mütəxəssis rəyi alınmışdır. Həmin mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Səbail rayo nu, Badamdar qəsəbəsində İddiaçı faktiki istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsinin natura üzrə koordinatlarının ərazinin elektron ümumi xəritəsinə əsasən digər hüquqi və fiziki şəxslərə aid olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. «X2» MMC- nin göstərilən rəyi vəsatətə əlavə olunsa da məhkəmə kollegiyası bu mütəxəssis rəyini heç bir hüquqi əsas olmadan nəzərə almamışdır. Bundan başqa məhkəmə kollegiyasının qərardadı əsasında təkrar mütəxəssis rəyinin alınması məqsədilə iş materialları «X4 və Ekspertiza Mərkəzi» MMC-yə göndərilmiş, mütəxəssisin 02 fevral 2022-ci il tarixli, «30» saylı rəyində göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti başçısının «Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında» 13 avqust 1999-cu il tar ixli, «1200» saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600 kv.m torpaq sahəsinin naturada yerləşdiyi yer müəyyən edilmiş, həmin yer həm faktiki olaraq naturada, həm də kadastr məlumatlarına əsasən başqa fiziki və ya hüquqi şəxslərə məxsus olan torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə kollegiyası bu rəyi də heç bir əsas olmadan qeyrimötəbər hesab etmişdir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin yuxarıda göstərilən məcburi göstərişlərini icra etməmişdir. Belə ki, məhkəmə kollegiyası yerə baxış keçirilməsini təmin etsə də, lakin iş üzrə təkrar ekspertizanın təyin edilməsini və keçirilməsini tələb etsə də məhkəmə kollegiyası bunu etməmiş, Ali Məhkəmənin qərarında göstərmiş olduğu məcburi göstər işi icra etməmiş, təkrar ekspertiza təyin etməmişdir. Tərəflərin iştirakı ilə yerə baxış keçiriləndən sonra cavabdeh tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli, «**********7» saylı məktubunda deyilir ki, mübahisəli torpaq sahəsi digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşür, lakin həmin fiziki şəxslərin kim olmaları, onlara aid sənədlər və sair bu kimi məlumatlar yoxdur.

19. Həmçinin məhkəmə kollegiyası qərarında göstərmişdir ki, torpaq sahəsinin iddiaçıya ayrılmasından 20 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən bu günə kimi həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün heç bir tədbir görülməmişdir. Məhkəmənin bu arqumenti iddia tələbinin rədd olunması üçün heç bir əsas ola bilməz, əsas olan odur ki, torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 1200 saylı sərəncamı ləğv olunmamış, halhazırda da qüvvədədir. b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadın ın təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş ş ikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblər inə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən h azırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına apellyasiya məhkəməsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş fak tiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. İş materialları ilə müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə vətəndaş X3 nümayəndəsinin iştirakı ilə texniki baxış keçirilmişdir. Müayinə zamanı sözügedən torpaq sahəsinin dörd tərəfdən mərz nişanları qoyulmaqla hasarsız (şərti) sərhədləndiyi müəyyən edilmişdir. Torpaq sahəsinin üzərində heç bir tikili aşkarlanmamışdır. Elektron kadastr baza məlumatına əsasən göstərilə n sahənin yerləşmə cizgisində işarələnmiş sahə ilə heç bir aidiyyəti yoxdur və digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşür.

30. Həmçinin Azərbaycan Respublikası “X2”nin 508 saylı xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazində tədqiq olunan İddiaçı faktiki istifadəsində olan 0.06 ha həyətyani torpaq sahəsinin natura üzrə sərhədləri ölçülmüş və döngə nöqtələrinin koordinatları beynəlxalq Koordinat Sistemi olan WGS-84 (UTM-39) koordinat sistemində müəyyən olunmuşdur. Koordinatları müəyyənləşdirən torpaq sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplanda və plan-sxemdə aydın şəkildə göstərilmişdir. Səbail rayonu, Badamdar qəsəbəsi ərazində tədqiq olunan İddiaçı faktik i istifadəsində olan 0.06 ha həyətyani torpaq sahəsinin natura üzrə koordinatlarının ərazinin elektron ümumi xəritəsinə əsasən digər hüquqi və fiziki şəxslərə aid olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İddiaçı faktiki istifadəsində olan 0.06 ha həyətyani torpaq sahəsinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmət tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əlavə olunan, mübahisəli torpaq sahələrinin yerləşmə sxemində göstərilən torpaq sahələrindən 88.7 metr qərb tərəfdə yerləşməsi müəyyən olunmuşdur.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3173 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********12 saylı xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən əlavə edilmiş sxemlərlə ayrılmış torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmadığından, elektron bazada ölçülmüş ərazidə hər hansı neft kəməri barədə məlumat və X1 adına torpaq sahəsinin qeydiyyatdan keçməsi aşkar edilmədiyindən, mübahisələndirilən ərazinin dövlət mülkiyyəti torpağı olduğundan, Bakı şəhəri Səbail İcra Hakimiyyəti başçısının 200 saylı xx.xx.1999-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi ilə 191 saylı xx.xx.2005-ci il tarixli Səbail Bələdiyyəsinin qərarına və 4820 saylı xx.xx.2008-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli xx.xx.2008-ci il tar ixli çıxarış verilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan Şosesi, 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi ərazi "xxxx" MMC-yə **********1000001 nömrəli Kadastr planı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən əvvəl, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir.

33. İşin hallarına əs asən Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 1200 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış Badamdar qəsəbəsindəki torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından, iddiaçının yerli baxış zamanı göstərdiyi torpaq sahəsinin isə məhz həmin sərəncam əsasında ayrılmış torpaq sahəsi olduğunu sübut edə bilmədiyindən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

34. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-132/2023 nömrəli qərarı dəyişd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar