Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1523/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair iş üzrə Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(103)-333/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1950-ci il tarixdə doğulmuşdur.
2. İddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, 1161 nömrəli qərarı ilə xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İşdə olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, əmək pensiyası təyin edildikdən sonra xx.xx.2014 - xx.xx.2015-ci illərdə TRİB-in Bakı X1 elektrik mexaniki vəzifəsində işləmişdir.
4. İddiaçı xx.xx.2023-ci il tarixdə ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fond unun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, pensiyasının yenidən hesablanmasını xahiş etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, onun pensiyasının məbləği fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına uyğun olaraq xx.xx.2021-ci il tarixdən 347,65 manata çatdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1969-cu ildən xx.xx.1971-ci ilədək hərbi xidmətdə olduğu və xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək Elektrik işəsalma-sazlama İdarəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi, xx.xx.2015-ci ildə işdən azad olunanda, pensiyasının yenidən hesablandığ ı vaxt az hesablanan (57 manat artırılmalı olduğu halda 17 manat az, yəni 40 manat artırılmışdır) 17 manatın 2015-ci ildən aldığı pensiyanın üzərinə əlavə edəndən sonra pensiyasının 2016-cı il tarixdən illik artım tempinə uyğun olaraq indeksləşdirməklə yenidən hesablanması və ödənilməyən məbləğin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, staja daxil edilməyən hərbi xidmət və işlədiyi bəzi dövrlərin staja daxil edilməsinə, 17 manatı 2015-ci ildən aldığı pensiyanın üzərinə əlavə edəndən sonra pensiyasının həmin tarixdən illik artım tempinə uyğun olaraq indeksləşdirməklə yenidən hesablaması və ödənilməyən məbləğin ona ödənilməsi ilə bağlı 2016-cı ildən dəfələrlə, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə Azərpo çt vasitəsilə cavabdeh inzibati orqana müraciət etmişdir. O, xx.xx.1950-ci ildə Bakı şəhərində anadan olmuş, xx.xx.1968-ci ildən hərbi xidmət də daxil olmaqla, xx.xx.2002-ci ilədək müxtəlif peşələrdə işləmişdir. Həmin tarixədək ümumi stajı 34 il təşkil edir. Lakin cavabdeh xx.xx.1969-cu ildən xx.xx.1971-ci ilədək hərbi xidmətdə olduğu və xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək Sazlama İdarəsində işlədiyi dövrləri staja daxil etməmişdir. Bundan əlavə, xx.xx.2006-cı ildən Teleqüllədə işləmiş, xx.xx.2013-cü ildə ona 63 yaşından yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda işləməyə davam etmiş, xx.xx.2015-ci ildə işdən azad edilmiş, bununla bağlı pensiyası yenidən hesablanmış, lakin həmin vaxt səhvə yol verilmişdir. Pensiyasının məbləği 57 manat artırılmalı olduğu halda, 17 manat a z, yəni 40 manat artırılmışdır.
7. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.1969-cu il tarixində tərtib olunmuş əmək kitabçasının surətinə əsasən, xx.xx.2006-ci il tarixədək 30 il 21 gün əmək fəaliyyəti müəyyən edilmişdir. Belə ki, xx.xx.1968-ci il tarixindən xx.xx.1969-cu il tarixinədək, xx.xx.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək olan dövr hərbi xidmət illəri, xx.xx.1971-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-ci il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, 25 10 1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.x x.1978-ci il tarixindən 02.01 2002-ci il tarixinədək olan dövrlər iddiaçıya sığorta stajı kimi nəzərə alınmışdır. İddiaçının 30 il sığorta stajına əsasən xx.xx.2006-cı il tarixə pensiya sığorta kapitalı: (30 il tam iş stajı x 170 manat) = 5100 manat təşkil edir və onun xx.xx.2006-cı il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5100 manat pensiya kapitalının xx.xx.2013-cü il tarixinədək indeksləşdirilmiş məbləği müvafiq olaraq aşağıda verilmiş cədvələ əsasən hesablanmışdır: İstehlak qiymətləri İndeksləşdirmə nəzərə alınmaqla indeksinin illik səviyyəsi ilin əvvəlinə pensiya kapitalı (faizlə) (manatla) xx.xx.2006 5100 xx.xx.2007 8,3 5523,30 xx.xx.2008 16,7 6445,69 xx.xx.2009 20,8 7786,39 xx.xx.2010 1,5 7903,19 xx.xx.2011 5,7 8353,67 xx.xx.2012 7,9 9013,61 xx.xx.2013 1,1 9112,7 6 xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək isə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3707,86 manat pensiya sığorta kapitalı nəzərə alınmışdır. Beləliklə, əmək pensiyasının sığorta hissəsinin məbləği, cəmi 12820,62 manat (9112,76+3707,86=12820,62 manat) pensiya sığorta kapitalına əsasən 89,03 manat hesablanmışdır. Nəticə etibarilə, iddiaçının əmək pensiyasının sığorta hissəsinin məbləği 89,03 manat, baza hissəsi isə 85 manat olmaqla, pensiyanın ümumi məbləği 174,02 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. İddiaçının xx.xx.2015-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyasının məbləği xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1623,88 manat pensiya sığorta kapitalı əsasında yenidən hesablanmış və 196,14 manatdan 210,26 manata çatdırılmışdır (1623,88:115 = 14,12 ma nat; 196,14 manat + 14,12 manat= 210,26 manat) Əmək pensiyasının baza hissəsinin məbləğinin artırılması ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği xx.xx.2016-cı il tarixindən 220 manata çatdırılmışdır. Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği xx.xx.2017-ci il tarixindən 233,9 manata, xx.xx.2018-ci il tarixindən 247,23 manata, xx.xx.2019-cu il tarixindən 254,65 manata, xx.xx.2020-ci il tarixindən 296,92 manata, xx.xx.2021-ci il tarixindən 330,77 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İd diaçının xx.xx.2021-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği müraciət etdiyi tarixdən ən çoxu 3 il əvvələ olmaqla, xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin istifadə olunmamış pensiya sığorta İllər kapitalına əsasən xx.xx.2018-ci il tarixindən yenidən hesablanmışdır. Əmək pensiyasının məbləği xx.xx.2018-ci il tarixindən 259,85 manata, xx.xx.2019-cu il tarixindən 267,65 manata, xx.xx.2020-ci il tarixindən 312,08 manata, xx.xx.2021-ci il tarixindən 347,65 manata çatdırılmışdır. İddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək və xx.xx.2013cü il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin ist ifadə olunmamış pensiya sığorta kapitalına əsasən xx.xx.2020-ci il tarixindən yenidən hesablanmışdır. Onun əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 315,48 manata, xx.xx.2021-ci il tarixindən 351,44 manata, xx.xx.2022-ci il tarixindən 363,39 manata, xx.xx.2023-cü il tarixindən 380,05 manata çatdırılmışdır. ******* nömrəli hərbi biletin surətinə əsasən, iddiaçının xx.xx.1969-cu il tarixindən xx.xx.1971-ci il tarixinədək hərbi xidmət illəri xx.xx.2006-cı il tarixinədək olan ümumi iş stajına daxil edilməklə, əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən ə vvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. xx.xx.2006 - xx.xx.2015-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin istifadə olunmamış pensiya sığorta kapitalı texniki səhv nəticəsində pensiyanın hesablanmasında istifadə olunmamış pensiya kapitalıdır. Bundan əlavə, iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası xx.xx.2023-cü il tarixli, 3-171/1-B-14202/2023 nömrəli qərarla yenidən hesablanmış, 435,92 manat məbləğində aldığı əmək pensiyası yenidən hesablanaraq 444,63 manata çatdırılmış və xx.xx.2023-cü il tarixindən etibarən ödənilmişdir. Ümumilikdə isə 2020-2023-cü illər üzrə bu yenidən hesablanma əsasında iddiaçıya 306,67 manat məbləğin də əskik verilməsi müəyyən edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim S.İ.Salahova) 24 noyabr 2023-cü il tarixli, 21(112)-5961/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.1969 xx.xx.1971-ci illərdəki hərbi xidmət dövrü və xx.xx.2013-cü ildə əmək pensiyası təyin edildikdən sonra xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması və yenidən hesablama nəticəsində yaranmış fərq məbləğinin xx.xx.2021-ci il tarixdən əvvəlki üç il də daxil olmaqla xx.xx.2018-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş və iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə icraatının gedişi ndə cavabdeh iddiaçının pensiyasının yenidən hesablanması barədə qərar qəbul etmiş, lakin yenidən hesablama nəticəsində ona əskik ödənilmiş pensiya məbləğinin xx.xx.2023-cü il tarixli müraciətinə əsasən, müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün – xx.xx.2020-ci il tarixdən hesablanmaqla ödənilməsini qərara almışdır. Məhkəmə bununla razılaşmayaraq qeyd edir ki, iddiaçının xx.xx.2021-ci il tarixdə cavabdehə ünvanlanmış ərizəsindən görünür ki, o, hərbi xidmət və işlədiyi bəzi dövrlərin staja daxil edilməsini, 17 manatın 2016-cı ildən aldığı pensiyanın üzərinə əlavə edilməsi, həmin tarixdən sonra illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə əmək pensiyasının yenidən hesablanmasını və ödənilməyən məbləğin ona ödənilməsini xahiş etmişdir. İddiaçının cavabdehə müraciət etdiyi hə min dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı müvafiq tələblə cavabdehə ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən məhkəmə hesab edir ki, 3 illik müddət həmin tarixdən hesablanmalı və iddiaçıya keçmiş dövr üzrə ödənilməli məbləğ həmin tarixdən başlanmaqla hesablanaraq ödənilməlidir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın l əğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) 22 yanvar 2025-ci il tarixli, 21(103)-333/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən – iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ON A QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində apellyasiya şikayətinin dəlillərini təkrarlamış, həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulduğunu, bununla da, məhkəmənin səhv nəticəyə gəldiyini bildirmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin mümkün sayılmaması və onun qəbulundan imtina olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmama qla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin e dilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlük də mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olara q birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
24. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, k assasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 21(103)-333/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.