Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1524/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: 77 manat əlavənin hesablanması, ödənilməsi və gələcəkdə bu ödənişin davam edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil, cavabdehin vəkili Samir Əliyevin iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək pensiyasına 77 manat əlavənin hesablanması, ödənilməsi və gələcəkdə bu ödənişin davam edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-436/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Xocalı şəhəri xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xü susi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək pensiyasına 77 manat əlavənin hesablanması, ödənilməsi və gələcəkdə bu ödənişin davam edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hal-hazırda İİ qrup Qarabağ müharibəsi əlilidir və əmək pensiyası alır. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 28-ci maddəsinə əsasən ona əmək pensiyasının yenidən hesablanması və qalıq hissənin ödənilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh bildirmişdır ki, o, yaşa görə yox, əlilliyə görə əmək p ensiyası alır, ona görə də “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinə əsasən ona əlavə düşmür. Hazırda iddiaçı əmək pensiyasına fevral ayı 2006-cı il tarixdən 77 manat əlavənin hesablanması, ödənilməsi və gələcəkdə bu ödənişin davam edilməsini ilə bağlı cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciəti cavabdeh tərəfindən cavablandırılmamışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4415/2019 nömrəli (sədrlik edən hakim Tahirə Əsədova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməsi barədə qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xa hiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-436/2020 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Kəmalə Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,hakim bu kateqoriyadan olan işlərdə vahid məhkəmə təcrübəsinin formalaşmasını qeyd etsə də, öz qərarı ilə bu vahid məhkəmə təcrübəsinin ziddinə hərəkət edərək, qərar qəbul etmişdir. Hakimin qəbul etdiyi bu qərar nəinki vahid məhkəmə qərarın eləcədə hakimin əvvəl baxdığı analoji iş in ziddinə olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2004, xx.xx.2011, xx.xx.2014-ci il qərarları, “Hakimlər və məhkəmələr haqqında” Qanunun “Vətəndaşların pensiya təyinatı haqqında” xx.xx.1992-ci il tarixli, “Hərbi qulluqçuların pensiya təyinatı haqqında” xx xxxxx 1992-ci il tarixli qanunların və Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarları qanuna zidd olaraq, xx.xx.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi qərar qəbul etmişdir. O, məhkəməyə müraciət edərək qanunla müəyyən edilmiş əlavənin ödənilməsini tələb etsə də heç bir əsas olmadan onun iddiası təmin edilməmişdir. Məhkəmə onun yaşa görə pensiyaya çıxmadığını əsas götürmüşdür. Halbuki həmin maddədə (19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müha ribəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə) müharibə iştirakçıları sırasından olan əlillərin əmək pensiyasının sığorta hissəsinə əlavə edilməsi də nəzərdə tutulmuşdur. Məhkəmələrin onun iddiasını təmin etməməsi ilə bağlı gəldiyi nəticələr tam əsasızıdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-436/2020 nömrəliqərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasın a yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili S.Əliyev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx. 2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəl ləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, hakim bu ka teqoriyadan olan işlərdə vahid məhkəmə təcrübəsinin formalaşmasını qeyd etsə də, öz qərarı ilə bu vahid məhkəmə təcrübəsinin ziddinə hərəkət edərək, qərar qəbul etmişdir. Hakimin qəbul etdiyi bu qərar nəinki vahid məhkəmə qərarın eləcədə hakimin əvvəl baxdığı analoji işin ziddinə olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2004, xx.xx.2011, xx.xx.2014-ci il qərarları, “Hakimlər və məhkəmələr haqqında” Qanunun “Vətəndaşların pensiya təyinatı haqqında” xx.xx.1992-ci il tarixli, “Hərbi qulluqçuların pensiya təyinatı haqqında” xx xxxxx 1992-ci il tarixli qanunların və Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarları qanuna zidd olaraq, xx.xx.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi qərar qəbul etmişdir. O, məhkəməyə müraciət edərək qanun la müəyyən edilmiş əlavənin ödənilməsini tələb etsə də heç bir əsas olmadan onun iddiası təmin edilməmişdir. Məhkəmə onun yaşa görə pensiyaya çıxmadığını əsas götürmüşdür. Halbuki həmin maddədə (19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə) müharibə iştirakçıları sırasından olan əlillərin əmək pensiyasının sığorta hissəsinə əlavə edilməsi də nəzərdə tutulmuşdur. Məhkəmələrin onun iddiasını təmin etməməsi ilə bağlı gəldiyi nəticələr tam əsasızıdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.2015-ci il tarixdən əlilliyə görə ömürlük əmək pensiyası təyin edilmiş dir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 4-ci maddəsinə əsasən bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. xx.xx.2006-cı ilə qəbul edilmiş və hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsində yaşa görə əmək pensiyası alan İİ qrup müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavənin hesablanması nəzərdə tutulmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanununun 23-cü maddəsinin «v» bəndinə əsasən hə rbi qulluqçulara əlilliyə görə təyin edilən pensiyaların üzərinə İİ qrup müharibə əlillərinə - onlara qulluq üçün yaşa görə pensiyanın 50 faizi məbləğində əlavələr hesablanır. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, istər hazırda qüvvədə olan, istərsə də iddiaçının pensiya hüququ yarandığı dövrdə olan qanuna görə əlilliyə görə əlavənin verilməsi yalnız yaşa görə pensiyaya çıxan hərbçilər üçün nəzərdə tutulmuşdur ki, iddiaçının iddia tələbi əsaslı sayıla bilməz. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdu r. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(103)-436/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1524/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1524/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver