Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1524/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın iştirakı ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı çıxar ışın verilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-223/2021 nömrəli iş üzrə 03.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 20 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" Kiçik Müəssisəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı İddiaçınə məxsus 100 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikintisi başa çatmış obyektin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Gəncə İnzib ati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Müəssisə Şəki şəhər İH 30.06.1993-cü il tarixli 1/792 nömrəli sərəncamı ilə N.Nərimanov küçəsinin cənubunda yerləşən məişət xidməti istehsalat idarəsinə məxsus torpaq sahəsindən 100 kv.m torpaq sahəsi İddiaçınə məxsus bufet-çayxananın istifadəsinə verilmişdir. Müəssisə Ədliyyə Nazirliyində 26 avqust 1994-cü il tarixdə 15465 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. 25.05.1996-cı il tarixli ******* saylı şəhadətnamə ilə Statistika Komitəsi tərəfindən dövlət reyestrinə daxil edilməklə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına götürülərək fəaliyyət göstərmişdir. 01.04.1994-cü il tarixdə X1 ilə İddiaçı anbardar-hesabdarı X2 arasında olan Akt əsasında X5 satılmışdır. İddiaçı sözügedən torpaq sahəsi və üzərində tikintisi başa çatmış obyektə dair onun mülkiyyət hüququnun tanınaraq reyestrdə qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 11.02.2021-ci il tarixli, 2-1(116)50/2021 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov ) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Mülki Məcəllənin 139.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4, 2.1, 8.0, 8.0.9.1.1, 8.0.9.2, 11.1, 15-ci maddələrinə, İPM-nin 34.1, 52, 69.5 -ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının tələbi əsassızdır.
5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 11.02.2021-ci il tarixli, 2-1(116)-50/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 03.05.2021-ci il tarixli, 21(107)-223/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 11.02.2021-ci il tarixli, 2-1(116)-50/2021 nömrəli qərarının ləğv edilməsi, yeni q ərarın qəbul edilməsi, Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 96.3 kv.m qeyri-yaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, “Şəhərsalma və Tikinti” Məcəlləsinin 79.1.1, 79.2, 80.1-ci maddələrini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
8. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi "Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə istinad edərək mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmadığını, iddiaçının mülkiyyətində inşa etdiyi tikililər Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1 və 80.1-ci maddələrinin tələbinə cavab verdiyindən həmin tikililərə icazə qərarının olması və istismara qəbul aktının tələb edilə bilməz" göstərməklə qərarı əsaslandı rmış, bununla da maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. 9. “Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsində söhbət ancaq yardımçı tikililərdən 80.1-ci maddəsində isə fərdi yasayış evindən gedir, göstərilən halda isə söhbət qeyri-yaşayış sahəsindən gedir. 10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.2,-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yasayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakim iyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı. istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
11. Eyni zamanda müraciətə sözügedən qeyri-yaşayış binasının (bufetçayxananın) 01.04.1994-cü il tarixli alqı-satqısına dair akt əlavə edilmişdir. Daşınmaz əmlakın alqı-satqısı notarial qaydada aparılmalı olduğundan təqdim edilmiş sənəd də daşınmaz əmlakın qeydiyyatı üçün əsas hesab edilə bilməz.
12. İddiaçınə ayrılmış 100 kv.m torpaq sahəsinin kimin mülkiyyətində olması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinə 15.01.2021-ci il tarixində sorğu verilmiş və Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 30 iyun 1993-cü i l tarixli, 1/792 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması məlum olmuşdur.
13. İnzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatının 31.1.4-cü bəndinə əsasən Xidmət və onun ərazi idarələri inzibati orqan sayılır. İnzibati orqan tərəfindən publik hüquq sahəsində qəbul edilən aktlar isə inzibati akt hesab edilir.
14. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 03.05.2021-ci il tarixli, 2-1 (107)-223/2021 nömrəli qərarının ləğv edilməsini, “Şəki şəhəri N.Nərimanov küçəsində yerləşən 96.3 kv.m qeyriyaşayış binasının İddiaçı Kiçik Müəssəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasinın rədd olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdeh isə məhkəmə iclasında təmsil edilmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəm əsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
19. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 03.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlilləri əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası hazırkı mübahisıni həll edərkən hüquq normalarını düzgün tətbiq etməsə də, apell yasiya məhkəməsi iddiaçıya məxsus daşınmaz obyekti yanlış olaraq yaşayış sahəsi kimi qiymətləndirməklə buna müvafiq hüquq normaları tətbiq etmişdir, mahiyyəti üzrə düzgün qərar qəbul etmişdir.
21. Bunla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməkəsi tərəfindən müəyyən edilmişdir ki, Şəki Şəhər İH başçısının 28.02.1992-ci il tarixli, 97 nömrəli sərəncamı ilə Şəki şəhər əhaliyə məişət xidməti istehsalat idarəsinə N.Nərimanov küçəsinin cənubunda mövcud məişət xidməti sahəsində bufet-çayxana açılması üçün 60 kv.m torpaq sahəsi ayrılmışdır.
22. Həmçinin Şəki Şəhər İH başçısının 30.06.1993-cü il tarixli, 1/792 nömrəli sərəncamı ilə İddiaçı və Şəki şəhər əhaliyə məişət xidməti istehsalat idarəsinin məktubları nəzərə alınaraq N.Nərimanov küçəsinin cənubund a yerləşən məişət xidməti istehsalat idarəsinə məxsus torpaq sahəsindən 100 kv.m torpaq sahəsi İddiaçınə məxsus bufet-çayxananın istifadəsinə verilmişdir.
23. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki şəhəri, N.Nərimanov küçəsinin cənubunda mövcud məişət xidməti sahəsində tikiləcək bufet-çayxana üçün tərtib edilmiş lahiyə smeta sənədlərindən görünür ki, smetanın məbləği - 49354 manat olmaqla şəhərin baş memarı M.Həsənov tərəfindən təsdiq olunmuşdur.
24. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 09 sentyabr 2019-cu il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktına əsasən, Şəki İHB-nin 1993-cü il tarixli 1/792- saylı sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 100 kv.m torpaq sahəsinin ü zərində onuin mülkiyyətində olan əmlakın təyinat kateqoriyası qeyri-yaşayış (çayxana) binası və qeyri-yaşayış(çayxana) binası kimi faktiki istifadədir. Həmin qeyri-yaşayış binasının 53,6 kv.m əsas sahədən, 42,7 kv.m köməkçi sahədən ibarət cəmi ümumi sahəsi 96,3 kv.m-dir.
25. Beləliklə sözügedən bufet-çayxananın açılması üçün Şəki şəhər İcra Hakimiyyəti başçısının 28.02.1992-ci il tarixli, 97 nömrəli Sərəncamının olması, İddiaçı KM-nə məxsus bufet-çayxananın istifadəsi üçün həmin İcra Hakimiyyətinin başçısı tərəfindən 30.06.1993-cü il tarixli, 1/792 nömrəli sərəncamla 100 kv.m. torpaq sahəsini ayrılması, adıçəkilən bufet-çayxananın layihə smeta sənədlərinin şəxsi şəhərinin baş memarı M.Həsənov tərəfindən təsdiq olunması, həmçinin iddiaçının mahiyyətinə Şəki Apellyasiya Məhkəməsinin 2-1(107) -147/2019 nömrəli, 12.03.2019-cu il tarixli qətnaməyə əsasən sözügedən 0,01 hektar torpaq sahəsinin verilməsi kimi faktlar işin təkzibolunmaz halları olmaqla, bununla yanaşı iddiaçının sözügedən daşınmaz əmlakdan 25 ildən artıq istifadə etməsini, vergi ödəməsini, adıçəkilən layihəni təsdiq etmiş memarlıq şöbəsinin İcra Hakimiyyətinin struktur vahidi olduğunu, həmin tikintiyə dair Dövlət nəzarətedici orqanlar tərəfindən hər hansı bir iddianın və iradın olmamasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki şəhər İcra Hakimiyyəti öz davranışı ilə (hərəkəti və hərəkətsizliyi ilə), həmçinin yuxarıda göstərilmiş mötəbər sənədlərin mövcudluğu diqqətə alınaraq, sözügedən daşınmaz əmlakla (tikili ilə) bağlı rəsmi sənəd (istismara qəbul aktı) verməsə də, mübahisə predmeti olan həmin obyekti faktiki şəkildə istismara qəbul etmişdir.
26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki dəlilləri formal və ümumi xarakter daşımaqla, əsaslı sayıla bilməz.
27. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 03.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 21(107)-223/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qərar qətidir.