Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1524/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi yoxlamasına dair qərarın mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındak i filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1004/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıda 2019-2020-ci illərin mənfəəti üzrə kameral vergi yoxlaması aparılmışdır.
2. Cavabdehin “vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, №**********299200 saylı qərarına əsasən 2019-cu ilin mənfəət vergisi üzrə keçirilmiş kameral vergi yoxlamasının nə ticəsi olaraq iddiaçıya əlavə vergi hesablanmışdır.
3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, №**********910000 saylı qərarına əsasən 2020-ci ilin mənfəət vergisi üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi olaraq iddiaçıya əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********804200 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
5. Bundan sonra, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı və 18 iyun 2021-ci il tarixli **********804200 saylı qərarların ləğv edilməsini xahiş etmişdir.
6. Sonradan iddiaçı iddia tələbinə təkrar dəqiqləşmə verərək Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı və 30 iyul 2021-ci il tarixli **********910000 saylı qərarların ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırılması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-2020-ci illərin mənfəəti üzrə kameral vergi yoxlaması aparılmış, aparılmış yoxlama nəticəsində xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlar qəbul olunmuşdur. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli qərarına əsasən, cavabdeh vergi orqanı 2019-cu ilin mənfəət vergisi üzrə əsassız olaraq 1.209.386,88 manat əlavə vergi hesablamışdır. Halbuki, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsinə görə filialın illik 55.519.980,19 manat dövriyyəsi olması bəyan olunmuşdur. Bu dövriyyənin məbləği bank hesabından çıxarış, ƏDV depozit hesabından çıxarış və 2019-cu ilin aylar üzrə ƏDV bəyannamələrində vergi orqanı tərəfindən qəbul edilmişdir. Cavabdeh kameral vergi yoxlama üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktubda dövriyyənin təqdim olunan ƏDV bəyannamələrinə əsasən 62.498.470,17 manat olması, 13.390.786,63 manat məbləğində olan xərclərin ve rgi orqanın uçot-baza məlumatları ilə təsdiqi tapmadığı bildirilmişdir. Halbuki, əvvəlki cari bəyannamə təqdim olunarkən bunların heç biri barədə uyğunsuzluq məktubu göndərilməmiş və kameral hesablama aparılmamışdır.
8. Daha sonra vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli kameral yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubda iddiaçının 2019-cu ilin ƏDV bəyannamələrində dövriyyəsinin 59.3411.101.15 manat olması və 3.820.329,41 manat gəliri dövriyyədən gizlətməyi qeyd olunmuşdur. "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli, **********299200 saylı qərarda dövriyyənin 58.203.514,45 manat olması qeyd olunaraq, bəyan olunan dövriyyə ilə arada yaranan 2.683.534,26 manat məbləğə görə 536.706,85 manat mənfəət vergisi hesablamışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı qərarda qeyd olunur ki, 2019-cu il üzrə kassa metodu ilə təqdim olunmuş mənfəət vergisinin bəyannaməsində göstərilmiş 43.687.402,97 manat gəlirdən çıxılan xərclərin 2.809.739,29 manat məbləğində olan hissəsi vergi orqanının uçot baza məlumatları ilə təsdiqini tapmadığı müəyyən olunmuşdur. Halbuki, xx.xx.2021-ci il tarixli məktubla elektron qaimə faktura və yük gömrük bəyannamələrinə əsasən formalaşmış bütün xərclərin tərkibi barədə ətraflı məlumat verilmişdir. Həmçinin vergi orqanına bu əsasını tapmayan xərclərlə bağlı sorğu göndərilsə də hər hansı müvafiq cavab verilməmişdir. Bu “əsası”nı tapmayan xərclərə görə isə verg i orqanı tam əsassız və qanunsuz olaraq 561.947,85 manat məbləğində kameral vergi məbləği hesablamışdır.
9. Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən t əmir xərclərinin faktiki məbləği çıxılır. Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır.
10. Göründüyü kimi, Vergi Məcəlləsi ilin sonuna qalıq dəyəri nəzərdə tutulduğu halda, vergi orqanı əvvəlki ilin sonuna qaliq dəyəri ilə təmir xərclərini hesablayır ki, bu da qanunsuz və ədalətsizdir. Vergi orqanını bu yanaşması ilə il ərzində alınan nəqliyyat vasitəsinin təmiri ilə bağlı çəkilən xərclər nəzərə alınmamalıdır.
11. Cavabdeh, həmçinin 2020-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması keçirtmişdir. Aparılmış yoxlama nəticəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixl i, **********804200 saylı qərar qəbul edilmiş və vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə iddiaçıya tələbnamə verilmişdir. Məlum olmuşdur ki, cavabdeh vergi orqanı 2020-ci ilin mənfəət vergisi üzrə əsassız olaraq 1.168.245,29 manat (bir milyon yüz altmış səkkiz min iki yüz qırx beş manat, iyirmi doqquz qəpik) əlavə vergi məbləği hesablamışdır. 12. xx.xx.2020-ci il tarixində 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim olunmuşdur və bəyannamədə filialın illik 62.522.077,33 manat dövriyyəsinin, 64.741.862,87 manat (o cümədən malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə 58.575.310,28 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim o lunması və ləğv olunması üzrə 3.976.759,15 manat, təmir xərcləri üzrə 686 985.76 manat, sığorta xərcləri 274.602,70 manat, digər xərclər 1.155.493,17 manat, əmlak vergisi 72.711,81 manat) xərclərinin olması bəyan olunmuşdur. Mənfəət vergisi bəyannaməsinin bütün sətirləri üzrə xərclər elektron qaimə fakturalar və yük gömrük bəyannamələri ilə təsdiq olunur. Belə ki, filial tərəfindən 2020-ci il ərzində 1.215.155,54 manat dəyərində mallar idxal olunmuş, 58.244.115,34 manat dəyərində isə elektron qaimə fakturalar üzrə mallar, iş və xidmətlər alınmışdır. Vergi Məcəlləsinin müddəalarına əsasən elektron qaimə fakturalar və yük gömrük bəyannamələri üzrə malların və xidmətlərin alınması vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri hesab olunur.
13. Milli Gəlirlər Baş İdarəsi tərəfindən ********** 221800 nömrəli, xx.xx.2021-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubla təqdim edilmiş bəyannamə üzrə “7.185.618,50 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən olunması bildirilərək dəqiqləşdirilmiş bəyannamə verilməsi tələb olunmuşdur. Dəfələrlə vergi orqanına yazılı və şıfahi müraciət etsək də, həmin 7.185.618,50 manat məbləğin haradan və necə müəyyən olunması ilə bağlı iddiaçıya heç bir cavab verilməmişdir. Bundan sonra Milli Gəlirlər Baş İdarəsi tərəfindən **********8207000 nömrəli xx.xx.2021-ci il tarixli məktub göndərilərək “8.061.012,00 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən olunması bildirilərək yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etməyimiz tələb olunm uşdur.
14. Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən “Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.” Göründüyü kimi qanunvericilik birmənalı şəkildə vergi ödəyicisinə vergi orqanın məktubuna 5 iş müddətində məktub göndərərək, 10 gün ərzində dəqiqləşdirilmiş hesabat vermək hüququnu tanıyır. Lakin vergi orqanı məcəllənin qeyd olunan normasını pozaraq cəmi 2 iş günü sonra xx.xx.2021-ci il tarixli, **********804200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qə bul etməklə filiala 1.168.245,29 manat məbləğində vergi məbləği hesablamışdır. Halbuki, həmin gün tərəfimizdən **********841800 nömrəli izahat məktubu və müvafiq sənədlər, habelə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:
15. Cavabdeh tərəfindən iddiaya dair etirazı ərizəsində qeyd edilmişdir ki, kameral vergi yoxlaması zamanı 2019-cu il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində göstərilmiş 43.687.402,97 manat məbləğin gəlirdən çıxılan xərclərin 2.809.739,29 manat məbləğində olan hissəsi vergi orqanının uçot-baza məlumatları ilə təsdiqini tapmadığı müəyyən edilmişdir. Həmçinin mənfəət vergisi bəyannaməsinin 228.2-ci (Maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə hesablanmış təmir xərcləri) sətrindəki 384.679,63 manat məbləğin, əvvəlki ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.1.2-ci sətrinin (əsas vəsaitlərin maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 1.012.422,62 manat məbləğin Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulmuş 5 faiz təmir xərci normasına hasilindən yaranan 50.621,13 manat məbləğdən, həmçinin 228.3-cü (nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri) sətrindəki 456.683,84 manat məbləği, əvvəlki ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.1.3-cü sətrinin (əsas vəsaitlərin nəqliyyat vasitələri üzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 992.456,20 manat məbləğin Vergi Məcəlləsinin 115.1-ci mad dəsində nəzərdə tutulmuş 5 faiz təmir xərci normasına hasilindən yaranan 49.622,81 manat məbləğdən böyük olduğu müəyyən edilmişdir. Daha sonra vergi orqanı tərəfindən əldə edilmiş məlumatlar əsasında xx.xx.2021-ci il tarixli **********299200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən 1.209.386,88 manat əlavə vergi məbləği hesablanmışdır.
16. Həmçinin araşdırma zamanı müəyyən olunmuşdur ki, kassa metodu ilə təqdim edilmiş 2020-ci il mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı olan xərc hissəsində göstərilmiş cəmi xərc məbləğləri (64.741.863,00 manat) ilə müqayisədə kommunal xərclər (+) Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclərin cəmi ilə müqayisədə cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal materialların məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin müvafiq sətirlərindəki göstəricilərin və baza üzrə təsdiqini tapan digər xərclərin cəmi 56.680.851,00 manat məbləği arasında 8.061.012,00 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.
17. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********221800 və **********820700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq təsdiqedici sənədlər və ət raflı izahat məktubu tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il mənfəət vergisi bəyannaməsi üzrə 2.219.785,54 manat məbləğində zərər nəzərə alınmaqla, 1.168.245,29 manat əlavə vergi məbləği hesablanmış və vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********804200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.
18. Vergi ödəyicisi iddia ərizəsində əvvəlki dövrlərin təmir xərclərinin nəzərə alınmamasını və xərclərin tərkibinin vergi orqanına təqdim edilməsini bildirmişdir. Göstərilənlərlə bağlı bildiririk ki, vergi orqanı t ərəfindən əvvəlki vergi dövrlərində olan təmir xərcləri nəzərə alınmışdır. Belə ki, qərara baxılarsa açıq aydın görünür ki, vergi ödəyicisinin əvvəlki illərin normadan artıq təmir xərcləri 228.2-ci sətir üzrə 181.226,27 manat, 228.3-cü sər üzrə 6.232,44 manat nəzərə alınaraq xərclərə əlavə edilmişdir. Halbuki vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində əvvəlki dövrlərdən keçən təmir xərclərini göstərilməmişdir.
19. Bundan əlavə, 2019-cu il üzrə mənfəət dövriyyəsinin artırılması ilə bağlı bildirilir ki, vergi ödəyicisində 2018 yanvar və 2019-cu il sentyabr ƏDV dövriyyələri səyyar vergi yoxlaması ilə əhatə olunmuşdur. Səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2019-cu ilin 9 ayı ərzində 5.438.014,69 manat məbləğində 6.359,72 ton armatur və 1.112.778,0 manat məbləğində 1236,42 kubmetr dikt alınmışdır. Müəssisənin məlumatına əsasən alınan mallar həmin ay istehsala silinir və ayın sonuna qalıq qalmır. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxslə tərtib edilmiş sertifikata əsasən 2019-cu ilin 9 ayı ərzində 3.302.867,46 manat məbləğində 2820,18 ton armatur və 564.390,97 manat məbləğində 595,4 kubmetr dikt alınmışdır. Əlavə alınmış 2.135.147,23 manat məbləğində 3.539,54 ton armatur və 548.387,03 manat məbləğində 641,02 kubmetr dikt üzrə hesablamalar aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən qalan 2.135.147,23 manat məbləğində armatur üzrə 384.326,50 manat və 548.387,03 manat məbləğində dikt üzrə 98.709,67 manat ƏDV hesablanmışdır. Vergi ödəyicisi qeyd edilən hesablamalar ilə razılaşmış və həmin hesablama üzrə çıxarılan xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından şikayət etməmişdir. Qeyd edilən hesablamalar nəzərə alınmaqla vergi ödəyicisinin 2019-cu il üzrə mənfəət dövriyyəsi artırılmışdır.
20. Əlavə olaraq bildirilir ki, 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən xərc kimi nəzərə aldığı məbləğlər vergi uçotu baxımından təmir xərci kimi nəzərə almalı olduğu halda mal material kimi xərcə aid etdiyi məbləğlərdən, həmçinin sosial xarakterli xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsindən ibarət olmuşdur. Nəqliyyat vasitələ rinə quraşdırılan və tez xarab olan hissələri (təkər, akkumulyator, yağ filteri, hava filteri və s.) əsas vəsait hesab olunmur. Nəqliyyat vasitələrinin yararsız və tez xarab olan bu hissələrinin alınmasına çəkilən xərclər, eləcə də, həmin hissələrin dəyişdirilməsi və texniki qulluğun göstərilməsi ilə bağlı xidmətlərin dəyəri təmir xərci olmaqla Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərinə artmasına aid edilir.
21. Göründüyü kimi Vergi Məcəlləsində əsas vəsaitlər üzrə çəkilən xərclər təmir xərcləri kimi nəzərə alınmalı və onlar birbaşa mal material xərci kimi nəzərə alınmamalıdır. Lakin vergi ödəyicisi bu tip xərcləri bi rbaşa xərclərə aid etməklə Vergi Məcəlləsinin göstərilən normalarının tələblərini pozmuşdur.
22. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
23. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7913/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı və 30 iyul 2021-ci il tarixli **********910000 saylı qərarları ləğv edilmişdir.
24. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiy i gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir.
25. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın qərarları da, 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Belə ki, kameral vergi yoxlama sının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən (qərarın vergi ödəyicisinə göndərilməsi üçün Vergi Məcəlləsinin 37.4-cü maddəsində müəyyən edilmiş 5 günlük müddət istisna edilməklə) həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. Halbuki, iş materiallarından da göründüyü kimi 2019-cu il üzrə mənfəət vergisinə dair bəyannamə xx.xx.2020-ci il tarixində təqdim edilmiş, texniki xarakterli düzəlişlər məqsədi ilə həmin dövriyyə və xərclər saxlanılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi isə xx.xx.2021-ci il tarixində təqdim olunmuşdur. Lakin, cavabdeh inzibati orqan xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə kameral yoxlama üçün zəruri olan sənədlərin (məl umatların) tələb edilməsi haqqında məktublar ilə müraciət etmiş və son olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Göründüyü kimi, vergi orqanı 30 günlük müddət başa çatdıqdan sonra “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı xx.xx.2021-ci il tarixli qərarı qəbul etmişdir.
26. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1004/2022 saylı 19 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, C.Yus ifov və H.Həmidov) Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
30. Apellyasiya instansiyası məhkəməsi qərarında dəlil olaraq ifadə edir ki, müvafiq ekspert rəyindən göründüyü kimi 2019- 2020-ci illəri əhatə edən dövrlər üzrə iddiaçının bəyan etdiyi gəlir, gəlirdən çıxılan xərclər və zərər məbləğləri düzgün olaraq göstərilmişdir. Belə ki, qaimə-fakturalar və yük-gömrük bəyannamələri əsasında məlum o lmuşdur ki, iddiaçının 2019-cu il üzrə bank hesabına 55.519.980,19 manat, ƏDV depozit hesabına isə 10.036.428,43 manat daxil olmuşdur. Filialın 2019-cu İİ üzrə bəyan etdiyi gəlirdən çıxılan xərclər 43.687.402,97 manat təşkil edir. Göründüyü kimi, iddiaçının illik gəlirinin məbləği 55.519.980,19 manat, illik mənfəətinin 11.836.609,27 manat, gəlirdən çıxılan xərcləri İsə 43.687.402,97 manat təşkil etmişdir. Eyni zamanda, 2018-ci il üzrə xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı əsasında 3.582.205,90 manat məbləğində zərərin olması və bunlara uyğun olaraq da 1.650.880,67 manat məbləğində mənfəət vergisinin hesablanması müəyyən olunmuşdur. Beləliklə, cavabdeh tərəfindən iddiaçının əldə etdiyi illik gəlirinin azaldılması və 43.687.402,97 manat gəlirdən çıxılan xərclərin 2.809.739,29 manat məbləğində olan hissənin vergi orqanın uçot baza məlumatları ilə təsdiqini tapmadığına dair irəli sürülən mülahizələr təkzib olunmuşdur.
31. Məhkəmə kollegiyası sözügedən dəlilləri irəli sürərkən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/6578 saylı ekspert rəyinə istinad etmiş və həmin rəyi iş üzrə mötəbər sübut hesab etmişdir.
32. Ekspert iddiaçının təqdim etdiyi bəyannamədə əks olunan xərclər barədə məlumatları tam təsdiq etməsinə baxmayaraq, həmin xərclərin tərkibinin hansı sənədlərdən ibarət olduğunu, hər hansı bir rekvizitlərini, hansı əsasla xərc sənədi hesab etdiyini rəydə göstərməmişdir. Halbuki, həmin rəyin qeyri-mötəbər hesab edilməsi ilə əlaqədar kifayət qədər dəlil irəli sürülərək ekspert rəyinə etiraz verilmiş və apellyasiya şikayətində də həmin dəlillər göstərilmişdir. Lakin məhkəmə kollegiyası qeyd olunan heç bir dəlilə münasibət bildirməmiş, ziddiyyətli məqamların araşdırılması üçün üzərinə düşən vəzifələri icra etməmişdir.
33. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2019-cu və 2020-ci il üzrə mənfəət vergisi bəyannamələrində hər iki bəyannamə üzrə 228.2-ci sətirdə maşınlar və avadanlıq üzrə hesablanmış təmir xərcləri 384 679,63 manat, 228.3-cü sətirdə nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri 456 683,84 manat göstərilmişdir. Başqa sözlə, vergi ödəyicisi müxtəlif illərdə təmir xərclərini tam olaraq eyni məbləğdə göstərmişdir. Bu fakt birmənalı şəkildə ağlabatan deyildir.
34. Ekspert də sadəcə bəyannamə məlumatlarının köçürülməsi ilə məşğul olduğu üçün bu hissəni də olduğu kimi rəyə köçürmüşdür.
35. Məhkəmə kollegiyası isə ekspert rəyi üzrə heç bir qiymətləndirmə aparmadığı üçün sözügedən faktları araşdırmamış və ziddiyyətli məqamlar üzrə tədbirlər görməmişdir. Halbuki, kameral vergi yoxlaması ilə maşınlar və avadanlıq üzrə hesablanmış təmir xərclərinin (sətr 228.2) 2019-cu il üzrə 231 847,40 manat, 2020-ci il üzrə 307 743,70 manat, nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərclərinin (sətr 228.3) 2019-cu il üzrə 55 855,25 manat, 2020ci il üzrə 350 745,28 manat olduğu müəyyən edilmişdir.
36. O da qeyd edilməlidir ki, kameral vergi yoxlaması ilə aparılmış hesablamalar vergi ödəyicisinin təqdim etdiyi mühasibatlıq sənədlərinə əsasən həyata keçirilmişdir. Digər tərəfdən, kameral vergi yoxlaması nəticəsində 2019-cü il üzrə vergi hesablamalarının bir qismi yuxarıda qeyd olunduğu kimi təmir xərcləri ilə bağlı olmuşdur. Məhkəmə sözügedən təmir xərcləri üzrə olan hesablamaları təkzib edəcək hər hansı dəlil irəli sürməməsinə baxmayaraq, həmin hissədə də vergi hesablamalarını qanunsuz və əsassız hesab etmişdir.
37. Məhkəmənin “beləliklə, cavabdeh tərəfindən iddiaçının əldə etdiyi illik gəlirinin azaldılması və 43.687.402,97 manat gəlirdən çıxılan xərclərin 2.809.739,29 manat məbləğində olan hissənin vergi orqanın uçot baza məlumatları ilə təsdiqini tapmadığına dair irəli sürülən mülahizələr təkzib olunmuşdur” dəlili əsaslandırılmamış, ekspert rəyinə ümumi istinadla bu nəticəyə gəlinmişdir.
38. Ekspert rəyinin doğruluğuna kifayət qədər şübhə yaradan hal olmasına və cavabdehin də qeyd olunan halları həm apellyasiya şikayətində, həm də məhkəmə dinləmələrində vurğulamasına baxmayaraq, məhkəmələrin eksp erti dəvət edərək qeyd olunan hallan araşdırmaması da anlaşılan deyildir.
39. Hətta cavabdeh tərəfindən vəsatət verilərək ziddiyyətli məqamların aradan qaldırılması və aydın olmayan məqamların aydınlaşdırılması məqsədilə ekspertin dəvət edilərək dindirilməsi xahiş edilmiş, lakin məhkəmə heç bir əsas olmadan vəsatəti təmin etməmişdir. Vəsatətin təmin edilməmə əsasları isə məlum deyildir.
40. Məhkəmə sübut qismində ekspert rəyini tam araşdırmadan, hansı səbəbdən əsaslı hesab edilməsini əsaslandırmadan ekspertin gəldiyi nəticəni əsas götürərək qərar qəbul etmişdir.
41. Birinci instansiya məhkəməsi kifayət qədər ziddiyyətli əsaslarla iddianın təmin edilməsi nəticəsinə gəlməsinə və cavabdehin apellyasiya şikayətində bu halları vurğulamasına baxmayaraq Bakı Apellyasiya Məhkəməsi cavabdehin gətir diyi dəlillərə münasibət bildirməmiş, qeyd olunan halları araşdırmamış və qərarında məhkəmə kollegiyasının hazırki iş üzrə 1-ci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşdığını qeyd etmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətində əks olunan aşağıdakı dəlillərə heç bir münasibət bildirməmişdir: - əsas vəsaitlər üzrə çəkilmiş xərclərin birbaşa xərclərə aid edilməsinə dair dəlillərə, - beynəlxalq mühasibat uçotu standartlarına istinad etməklə təmir xərclərinin əsaslı və cari təmir xərclərinə aid etməklə vergitutma baxımından birbaşa xərcə aid edilməsi qənaətinə dair dəlillərə, - hesablamalar aparılarkən 30 iş günü müddətini pozmaqla yoxlamamın həyata keçirilməsinə dair dəlillərə, - uçot metodunun (Kassa və hesablama) mahiyyəti barədə dəlillərə.
43. Məhkəmə kollegiyası iş üzrə İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsini tətbiq etməli olduğu halda, tətbiq etməmişdir.
44. Beləliklə, yuxarıda qeyd olunanlar birmənalı şəkildə barəsində şikayət olunan qərarın ləğv edilməsi üçün ciddi əsaslardır. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallan aydınlaşdırmamış, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, ekspert rəyinin təqdim olunması üçün filial tərəfindən bütün elektron qaimə fakturaların, yük gömrük bəyannamələrinin siyahısı, bank hesabından çı xarışlar və tələb olunan bütün sənədlər ekspertiza keçirilməsi üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, filial tərəfindən xx.xx.2021-ci il tarixində **********982200 saylı məktubla vergi orqanına müraciət edilərək filial tərəfindən əldə olunmuş və təqdim olunmuş elektron qaimə fakturaların siyahısı istənilmişdir. Vergi orqanının xx.xx.2021-ci il tarixli **********209200 saylı məktubu ilə tələb olunan elektron qaimə fakturaların siyahısı iddiaçıya təqdim olunmuşdur. Təqdim olunmuş elektron qaimə fakturaların siyasi olduğu kimi məhkəməyə təqdim olunmuşdur.
46. Bundan əlavə, filial tərəfindən 2019-cu il üzrə 90, 2020-ci il üzrə isə 12 yük gömrük bəyannaməsinin də malların adı göstərilməklə siyahısı məhkəməyə təqdim olunmuşdur. Ekspertiza rəyi isə məhz təqdim olunmuş bu məlumatlar əsasında t ərtib olunmuşdur. Elektron qaimə faktura və yük gömrük bəyannamələrində alınmış hər malın qabağında onun bəyannamədə hansı sərtdə əks etdirilməsi adbaad, bir-bir yazılmışdır. Bunun əksinə olaraq vergi orqanına xx.xx.2021-ci il tarixli **********160200 nömrəli məktubla müraciət edərək, bəyannamədə əks olunmuş hansı xərcləri qəbul etmədikləri barədə omlara adlı siyahı üzrə məlumat verilməsi xahiş edilsə də, adlı siyahı onlara təqdim olunmadan ümumi sözlərlə cavab verilmişdir ki, əsas vəsait və təmir xərcləri nəzərə alınmamışdır.
47. Vergi orqanı iddia edir ki, hesablamalar üzrə ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.1ci maddəsinə əsasən xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Qeyd olunan maddənin də mahiyyətindən göründüyü kimi, ekspert xüsusi bilik tələb edilən məsələlərlə bağlı rəy vermək üçün cəlb edilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə əsasən ekspertin üzərinə təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək vəzifəsi qoyulmuşdur.
48. Eyni zamanda, həmin Qanunun 26-cı maddəsinə əsasən ekspert rəyində məhkəmə ekspertizasının aparılması üçün məhkəmə ekspertinə təqdim edilmiş tədqiqat obyektləri və iş üzrə materiallar, istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri, tədqiqatın nəticələrinin qiymə tləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması əks olunmalıdır.
49. Ekspert rəyi kifayət qədər aydın və ətraflı verilmiş, rəydə bütün xirdalıqlar nəzərə alınmış və filialın verdiyi bəyannamələrin düzgün olması təsdiq olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
50. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştir akçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmə dən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
92. Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğ u gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmən in inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
51. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
52. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
53. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
54. İPM-in 92.0, 92.0.3-cü maddələrinin tələbindən göründüyü kimi, proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisn a olmaqla, imtina olunduqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.
55. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların və ya ümumiyyətlə, izahat verməmələrinin üzərindən sükutla keçə bilməz.
56. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi birinci instansiya icraatı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinadla qeyd etmişdir ki, 2019-2020-ci illəri əhatə edən dövrlər üzrə iddiaçının bəyan etdiyi gəlir, gəlirdən çıxılan xərclər və zərər məbləğləri düzgün olaraq göstərilmişdir. Filialın bəyan etdiyi illik gəlir məbləğləri ilə bağlı ziddiyyətli məqamlar olmamış, həmçinin Filial tərəfindən dövriyyə məbləğini artıran digər heç bir maliyyə əməliyyatı aparılmamışdır.
57. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi yalnız məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad etməklə kifayətlənmiş, apellyasiya şikayətinin dəlillərinə hər hansı münasibət bildirməmişdir (İPM-in 87.8-ci maddəsinin üçüncü cümləsi).
58. Bundan başqa, cavabdehin apellyasiya şikayətində göstərilən faktiki halları məhkəmənin icraat iştirakçıları ilə müzakirə etdiyinə dair işdə məlumat yoxdur (İPM-in 64.1, 68.2-ci maddələri). Belə bir məlumat apellyasiya instansiyası məhkəməsinin qərarında da göstərilməmiş, qərarda yalnız bir dəlilə (ekspert rəyinə) istinad edilmişdir.
59. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlən ilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır.
60. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
61. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2-1(103)-1004/2022 nömrəli qərarı ləğv edilir. İş t əkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.