Məhkəmə qərarları › İş №2-1(102)-1524/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1524/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1524/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2-1(105)-8/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə X1 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən 0.3011 ha torpaq sahəsini 20 kv.m qeyriyaşayış binası ilə birlikdə 150.000 manata almışdır.

2. Həmin torpaq sahəsi və qeyri-yaşayış binasına dair iddiaçının mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış və ona RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.

3. Eyni zamanda, ünvan 1 ünvanında yerləşən 0.3011 ha torpaq sahəsi və 20 kv.m qeyri-yaşayış binasının xx.xx.2017-ci il tarixdə olan vəziyyətinə əsasən iddiaçının adına texniki pasport tərtib edi lmişdir.

4. İddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi üzrə tikinti altına düşmüş və həmin torpaq sahəsində yerləşən 20 kv.m ölçüdə qeyri-yaşayış binası sökülmüşdür.

5. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək mülkiyyət hüququna edilən qanunsuz müdaxilənin qarşısının alınması, qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlərin görülməsi və mülkiyyətçi kimi ona dəymiş zərərin əvəzi olaraq mövcud bazar qiymətlərinə uyğun kompensasiyanın ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2018-ci il tarixli, 04/04-1/3/9215 nömrəli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, Sumqayıt şəhərinin və ətraf qəsəbələrinin su təchizatı və kanalizasiya sistemləri nin yaxşılaşdırılması zamanı tikinti altına düşən torpaq sahələrinin alınması ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir. Layihə altına düşən torpaq sahələrinin kadastr planları və onlardan çıxarışların tərtib olunması üçün 31 may 2018-ci il tarixli, 04/04-1/3/8474 nömrəli məktubla Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilmişdir. Kadastr planlarının hazırlanması başa çatdırıldıqdan sonra tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə, o cümlədən iddiaçının müraciətinə cavab verilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən öl çüsü 0,3011 ha olan torpaq sahəsinin zəbt edilməsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv.m olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 500000 (beş yüz min) manat kompensasiyanın tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv.m olan qeyriyaşayış binası mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd edilən daşınmaz əmlaklar xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışla onun adına **********56-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır. 9 mart 2018-ci il tarixində mülkiyyəti ndə olan sahəyə baş çəkərkən mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış binasının tamamən və ərazini əhatə edən hasarın isə bir hissəsinin söküldüyünü, ərazidə ağır texnikanın və işçilərin çalışdığını görmüşdür. Ərazidə çalışan ağır texnikanın üzərindəki yazıdan və orada işləyən şəxslərin verdikləri məlumata əsasən müəyyən etmiş ki, qanunsuz söküntü işləri və həmin vaxt orada aparılan digər işlər "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. O, dərhal işlərin dayandırılmasını, texnikanın və işçilərin ərazidən çıxarılmasını tələb etməsinə baxmayaraq orada işləyən şəxslər işlərin Cavabdeh ASC-nin rəhbərliyinin tapşırığı ilə həyata keçirildiyini bildirmişlər. Sonradan Cavabdeh ASC-nin nümayəndələri ilə dəfələrlə görüşləri olmuş, mülkiyyətinə qəsdə son qoyulmasını, ərazinin ilkin vəziyyə tinin bərpa edilməsini və ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Cavabdehin nümayəndələri mülkiyyətində olan torpaq sahəsinə aid olmayan hissədən keçən kanalizasiya kanalının boru xəttinə salınması işlərinin həyata keçirildiyini, kanalın faktiki keçdiyi ərazilərdə fərdi yaşayış evlərinin inşa edildiyini, buna görə də kanalın istiqamətinin dəyişdirilərək boru xəttinə salınması işlərinin aparıldığını, həmin boru xəttinin bir hissəsinin də onun mülkiyyətində olan torpaq sahəsindən çəkilməsinin zəruri olduğunu bildirmişlər. O, mülkiyyətçi kimi ona əvvəlcədən məlumat verilmədən, mülkiyyətçi kimi əvvəlcədən razılığı alınmadan və əgər aparılan işlər torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması qərara alınmışsa bununla bağlı qanunvericiliyin tələblərinə uyğun qaydada prosedu rların aparılmadığından mülkiyyətinə qəsdin tamamilə qanunsuz olduğunu bildirməyinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərinə son qoymamış, aparılan işlər nəticəsində mülkiyyətində olan torpaq sahəsindən istifadəsi mümkünsüz olmuşdur. Mülkiyyətində olan torpaq sahəsində aparılan işlər demək olar ki, yekunlaşdığından və artıq ərazinin ilkin vəziyyətinin bərpa edilməsinin qeyri-mümkün olacağını və dövlət büdcəsinə xeyli ziyan vuracağını nəzərə alaraq mülkiyyətçi kimi ona vurulmuş zərərin əvəzinin ödənilməsinə dair 16 aprel 2018-ci il tarixli ərizə ilə cavabdeh orqan olan Cavabdeh ASC-yə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən bu günə kimi ərizəsinə cavab verilməmişdir. Daha sonra “Azərsu" ASC-nin əməkdaşları onunla əlaqə saxlamışlar və tezliklə ona dəymiş zərərin əvəzi olaraq kompensas iya ödəniləcəyini bildirdilər. Lakin aradan bir neçə ay müddətinin keçməsinə baxmayaraq məsələ həllini tapmamışdır.

9. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, yalnız iddia ərizəsi əsasında iddiaya münasibət bildirməkdə çətinlik çəkirlər. Mübahisəli obyektə dair qeydiyyat vəsiqəsi, onun texniki pasportu və digər sənədlər təqdim olunmadığından məsələyə münasibət bildirmələri imkan xaricindədir.

10. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında aparılmış işlər “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi çərçivəsində icra edilmişdir. Layihə üzrə sifarişçi Sumqayıt şəhər İcra Hakimiyyəti, podratçı isə "xxxx" MMCdir. Layihənin icrası zamanı relyef və mövq e baxımından alternativ trassanın razılaşdırılması məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin və digər aidiyyəti təşkilatların nümayəndələri ilə birgə yerində əraziyə baxış keçirilmiş və müvafiq trassa seçilmişdir. Layihənin yerinə yetirilməsi üçün tikinti altına düşən torpaq sahələrinin alınması məqsədi ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti dövlət qurumlarına müraciət edilmişdir. Görülən işlərin yekunu olaraq Maliyyə Nazirliyi tərəfindən torpaq sahəsinin əvəzi olaraq kompensasiya ödənişi həyata keçiriləcəkdir.

11. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2019-cu il tarixli 158 nömrəli qərarında göstərilmişdir ki, dövlət vəsaiti hesabına “Sumqayıt ş əhəri Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1 855 000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kamera Cavabdeh ASC-nin balansına verilmişdir.

12. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2019-cu il tarixli məktubunda təkrar olaraq göstərilmişdir ki, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi üzrə sifarişçi Sumqayıt Şəhər İcra Hakimiyyəti, podratçı isə "xxxx" MMC-dir. Dövlət vəsaiti hesabına inşa edilən işlərin yalnız layihələndirilməsi Cavabdeh ASC tərəfindən aparılmışdır.

13. Məhkəmə sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləş dirilməsi” layihəsi üzrə sifarişçi Sumqayıt Şəhər İcra Hakimiyyəti deyildir. Həmin layihə üzrə sifarişçi Cavabdeh ASC, podratçı isə "xxxx" MMCdir.

14. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2020-ci il tarixli məktubunda təkrar olaraq göstərilmişdir ki, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” ilə əlaqədar tikinti-quraşdırma işləri "xxxx" MMC tərəfindən həyata keçirilir. Həmin layihə cavabdehin sifarişi əsasında icra olunmur. Cavabdeh tərəfindən yalnız işlərin icrasına texniki nəzarət funksiyası həyata keçirilir.

15. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, Acıdərə kanalı ətrafında tikinti işləri cavabdehin sifarişi əsasında aparılmışdır.

16. Məhkəmə sorğusuna cavab olaraq Azə rbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinə dövlət büdcəsində vəsait nəzərdə tutulmadığı və dövlət büdcəsindən vəsait ayrılmadığı üçün həmin layihənin maliyyələşdirilməsi ilə bağlı hər hansı rəsmi sənəd və məlumat mövcud deyil.

17. Məhkəmə qərardadı əsasında əldə edilmiş, “X3” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli, CEG-M21/287M nömrəli Qiymətləndirmə hesabatından göründüyü kimi iddiaçının mülkiyyətində olan torpağın sahəsinin 1 sotun bazar dəyəri 30.000 manat (cəmi 30.000 manat x 10 sot=300.000 manat) və torpaq sahəsində yerləşən qeyri-yaşayış obyektinin 1 kv.m qiyməti isə 1000 manat (cəmi 20 x 1000= 20.000) manat müəyyən edilmişdir. Ekspertiza nəticəsində iddiaçıya məxsus əmlakların ümumi bazar dəyəri cəmi 320.000 (üç yüz iyirmi min) manat təşkil edir. Müdaxilə edilən hissənin sahəsi 10 sot təşkil edir.

18. Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(118)-6/2021 nömrəli qərarı (hakim C.B.Məmmədov) ilə iddia qismən təmin edilmiş, iddiaçıya, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin müdaxilə edilən 0.10 ha hissəsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv.m olan qeyriyaşayış binasının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 320.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ü nvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin 0.10 ha hissəsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv.m olan qeyri-yaşayış binası mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və qeyd edilən daşınmaz əmlaklara xx.xx.2017-ci il tarixli, **********56-06301 reyestr nömrəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh tərəfindən həyata keçirilən “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinin tikintisi nəticəsində iddiaçıya məxsus əmlaklar tikinti altına düşmüşdür. İddiaçı ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Həmçinin, cavabdeh təşkilat etiraz ərizələrində bildirmişdir ki, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi üzrə sifarişçi Sumqayıt Şəhər İcra Hakimiyyəti olduğundan əsl cavabdeh kimi məhz Sumqayıt Şəhər İcra Hakimiyyəti qoyulmalıdır. Halbuki, həmin layihəni tikintisini həyata keçirən podratçı şirkət olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 204/20 nömrəli məktubdan və Sumqayıt Şəhər İcra Hakimiyyətindən məhkəmənin sorğusuna əsasən verilən 1463 saylı xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, layihənin sifarişçi Cavabdeh Açıq Səhmdar Cəmiyyətidir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin qarşısında aparılan qazıntı işlərinin önündə tikinti işlərinin Cava bdeh ASC tərəfindən aparılması barədə müvafiq lövhə vurulmuşdur. Bu isə bir daha qeyd olunan tikinti işlərinin məhz Cavabdeh ASC-nin sifarişi əsasında aparılmasına dəlalət edir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdehin gətirdiyi müvafiq arqument əsassızdır.

20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

21. Mübahisəyə dair alınmaya məruz qalan torpaq sahəsinin həcminin müəyyən edilməsi məqsədilə cavabdeh tərəfin vəsatətinə əsasən mübahisəli torpaq sahəsinə baxış keçirilməklə müvafiq mütəxəssis rəyinin alınmasına dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik h üquqi şəxsin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq həmin İdarənin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki: 1) sənəd üzrə verilmiş torpaq sahəsi ilə faktiki torpaq sahəsinin koordinatları və ölçüləri üst-üstə düşür; 2) ümumi 0.3011 ha torpaq sahəsinin 0.07 ha hissəsi Cavabdeh ASC-yə aid kollektorun mühafizə zolağına düşür; 3) hal-hazırda həmin torpaq sahəsində tikili yoxdur, sözügedən torpaq sahəsində sənəd üzrə göstərilən “A” tikilisi Cavabdeh ASC-ə aid kollektorun mühafizə zonasına düşmür.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2-1(105)-8/2023 nömrəli qərarı (hakimlər: R.Ə.Ağayev /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və İ.K.Dəmirov) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli 2-1(118)-6/2021 nömrəli qərarı qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin 0,07 ha hissəsindən keçən kollektor xəttinin mühafizə zonası ilə birlikdə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 210000 (iki yüz on min) manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində müəyyən olunduğu kimi “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi üzrə tikintini həyata keçirən podratçı şir kət olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 204/20 nömrəli məktuba və Sumqayıt Şəhər İcra Hakimiyyətindən məhkəmənin sorğusuna əsasən verilən 1463 saylı xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən layihənin sifarişçisi Cavabdeh Açıq Səhmdar Cəmiyyətidir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin qarşısında aparılan qazıntı işlərinin önündə tikinti işlərinin Cavabdeh ASC tərəfindən aparılması barədə müvafiq lövhə vurulmuşdur. Bu isə bir daha qeyd olunan tikinti işlərinin məhz Cavabdeh ASC-nin sifarişi əsasında aparılmasına dəlalət edir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 158 saylı 11 aprel 2019-cu il tarixli qərarının 1.2-ci bəndinə əsasən “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1.855.000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kamera Cavabdeh ASC-nin balansına verildiyindən Cavabdeh ASC-nin həmçinin balans saxlayıcı kimi kanalizasiya borusunun çəkilməsi nəticəsində mülkiyyət hüquqları məhdudlaşdırılmış şəxsin qarşısında maddi məsuliyyəti vardır.

24. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının iddia etdiyi 0,10 ha torpaq sahəsi bütövlüklə kanalizasiya xəttinin tikintisi altına düşməsi sübut olunmaması səbəbindən kompensasiya ödənilməsi tələbi qismən əsaslı hesab edilərək “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” xəttinin layihəsi çərçivəsində aparılan ka nalizasiya tikintisi altına İddiaçı mülkiyyətində olan 0,3011 ha torpaq sahəsinin 0.07 ha hissəsi düşdüyündən cavabdehin apellyasiya şikayətinin dəlillərini qismən, əsasən də torpaq sahəsinin həcmi ilə bağlı hissəsini əsaslı hesab edərək mübahisələndirilən torpaq sahəsinin alınmaya məruz qaldığı 2018-ci ilə dair orta bazar qiymətini, yəni bir sotu 30.000 manat olmaqla, 7 sota görə 210.000 manat məbləği müəyyən olunmaqla, həmin məbləğin cavabdehdən tutulmaqla iddiaçıya ödənilməsi təmin edilməlidir.

25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddian ın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) iddiaçının kassasiya şikayətinin dəlilləri

27. İddiaçı qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin hansı hissədə Cavabdeh ASC-yə aid kollektorun mühafizə zolağına düşməsinin müəyyən edilməsi ilə bağlı iki fərqli mütəxəssis rəyi verilmiş və həmin rəylər arasında torpaq sahəsinin Cavabdeh ASC-yə aid kollektorun mühafizə zolağına düşən hissəsi (sahəsi) ilə bağlı ziddiyyət vardır. Mübahisə predmeti olan torpaq sahəsinin hansı hissədə Cavabdeh ASCyə aid kollektorun mühafizə zolağına düşməsinin müəyyən edilməsi ilə bağlı verilmiş iki fərqli mütəxəssis rəyi arasında ziddiyyət olmasına baxmayaraq apellyasiya məhkəməsi “X3” MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə razılaşmamasını qərard a əsaslandırmamışdır.

28. Bundan başqa, iş materiallarında “X3” MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ölçüsü 0.3011 ha olan torpaq sahəsinin və 20 kv.m qeyri-yaşayış sahəsinin indiki bazar dəyəri 320000 manat təşkil edir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən “X3” MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilən müdaxilə edilən torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin qiymətini də nəzərə almışdır. İş üzrə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində isə müdaxilə edilən torpaq sahəsinin qiyməti nəzərə alınsa da, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin qiyməti ilə bağlı heç nə göstərilməmişdir.

29. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, İnzibati Prosessual Məcəllənin 29-1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 101.7 və 103-cü maddələrinə istinad etdiyi kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi isə iş üzrə qərar qəbul edərkən mübahisəli torpaq sahəsində yerləşən 20 kv.m qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsi məsələsinə heç bir münasibət bildirməmişdir. b) cavabdehin kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh kassasiya şikayətində iddiaçıya münasibətdə hər hansı mülkiyyət hüququnun məhdudlaşdıran addımın atılmadığını, eləcədə hər hansı müvafiq normativhüquqi aktlarla “Sumqayıt şəhəri Acıdərə kanalının inşası” layihəsi üzrə sifarişçi təşkilat kimi müəyyən edilmədiyini qeyd edir. Başqa sö zlə, Cavabdeh ASC “Acıdərə kanalının inşası” ilə bağlı kanalizasiya boru xəttinin çəkilişinin təsirinə məruz qalan torpaqların dövlət ehtiyacları üçün alınması və ya əvəzləşdirilməsi məsələləri, habelə müvafiq torpaq sahələrinin mülkiyyət və ya istifadə hüquqlarının itirilməsi və ya məhdudlaşmasına görə kompensasiyanın ödənilməsi tələbləri üzrə cavabdeh qismində çıxış etməli deyildir. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti xx.xx.2016-cı il tarixli məktubu ilə şəhər ərazisinin 1/4 hissəsini axar kanal kimi əhatə edən, şəhər infrastrukturuna, sanitar və ekoloji normalar cavab verməyən, tez-tez ətraf mühitin çirklənməsinə səbəb olmaqla əhalinin daima ciddi etirazlarına səbəb olan açıq tipli “Acıdərə” kanalının qapalı sistemə keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş nazirinə müraciət etmişdir. Bundan sonra Baş nazirin müavini tərəfindən aidiyyəti qurumlara, o cümlədən Cavabdeh ASC-yə müvafiq göstərişlər verilmiş və Cavabdeh ASC-nin Elmi Tədqiqat və Layihələndirmə İnstitutu tərəfindən Sumqayıt şəhərinin bir neçə mikrorayon və məhəllələrindən keçən və üzəri açıq olan “Acıdərə” kanalının açıq hissəsi ləğv edilib qapalı sistemə salınmasını nəzərdə tutan “Sumqayıt şəhəri Acıdərə kanalı Sülh küçəsindən Y.Məmmədov küçəsi boyu mövcud kollektor birləşdirilməsi” layihəsi işlənib hazırlanmışdır. Layihə üzrə sifarişçi Sumqayıt Şəhər İcra Hakimiyyəti olmaqla, podratçı təşkilat "xxxx" MMC olmuşdur. Layihənin icrası zamanı relyef və mövqe baxımından trassanın razılaşdırılması məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların nümayəndələri əraziyə b axış keçirmiş, müvafiq trassa seçilməklə podratçı tərəfindən kanalizasiya xətti çəkilərək işlər başa çatdırılmışdır.

31. İşə baxan məhkəmələr mübahisəyə cəlb edilmiş tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməyərək, yalnız podratçı təşkilat olan "xxxx" MMC-nin məhkəməyə ünvanladığı cavabı əsas tutaraq görülən işlərin məhz sifarişçisinin Cavabdeh ASC-nin olması qənaətinə gəlmişdir. Əgər "xxxx" MMC sifarişçinin Cavabdeh ASC olduğunu iddia edirdisə, mütləq şəkildə bunun təsdiq edən müqaviləni məhkəməyə təqdim etməli idi. Qanunvericiliyin tələbinə əsasən bu hal yalnız tərəflər arasında bağlanan müqavilə ilə təsdiq olunur. "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi məktub qanunvericiliyin tələbinə əsasən iddianın təmin edilməsinə istinad ediləcək sübut kimi qiymətləndirilə bilməz.

32. Bir sıra dövlət layihələri üzrə Cavabdeh ASC sifarişçi, "xxxx" MMC isə podratçı kimi çıxış etsə də, məhz Sumqayıt şəhəri Acıdərə kanalının inşasının birinci mərhələsi üzrə "xxxx" MMC ilə Cavabdeh ASC arasında hər hansı bir podrat müqaviləsi bağlanmamış, tərəflər arasında podrat müqaviləsi mövcud olmamışdır.

33. Cavabdeh ASC-nin layihə üzrə fəaliyyəti dövlət vəsaiti hesabına tikiləcək obyektin layihəsini hazırlamaqdan və görülən işlərin üzərində texniki nəzarəti keçirməkdən ibarət olmuşdur. Müvafiq olaraq inşası başa çatmış dövlət əmlakı sonradan Nazirlər Kabinetinin qərarı ilə dövlət müəssisəsi olan Cavabdeh ASC-nin balansına verilmişdir. Əgər tərəflər arasında podrat müqaviləsi mövcud olsa idi, tikinti quraşdırma işləri başa çatdıqdan sonra həmin kanal məhz "xxxx" MMC tərəfindən yekun təh vil-təslim aktına əsasən birbaşa olaraq Cəmiyyətin balansına verilərdi.

34. Cavabdeh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair" 6 oktyabr 2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1 və 2.2.7-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1 və 752.1-ci maddəsinə istinad etdiyi kassasiya şikayətində Cavabdeh ASC-nin dövlət orqanı olmadığını, eyni zamanda, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq hər-hansı bir aktla alıcı orqan qismində müəyyən edilmədiyini, bu hərəkətlərin isə hər hansı publik hüquqi nəticələr doğura, o cümlədən torpağı kəmərin alt ına düşən iddiaçı üçün publik hüquqi nəticələr yaratmadığını qeyd edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

35. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

37. Azərbay can Respublikasının Mülki Məcəlləsi: Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.... Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

38. Azərbaycan Respublikasının İn zibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılar ına yardım etməyə borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

87. Apellyasiya instansiyası məhkəməsində icraat... 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilm əlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessua l pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 38(a) bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

42. Hazırkı iş üzrə iddia tələbinin əsasında ünvan 1 ünvanında yerləşən ölçüsü 0,3011 ha olan torpaq sahəsinin zəbt edilməsi və həmin sahədə yerləşən sahəsi 20,0 kv.m olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi dayanır.

43. İddiaçıya vurulmuş ziyanla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 37-ci bəndində göstərilən normaya əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vu rulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.

44. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

45. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

46. Yuxarıda qeyd edilənlərin hazırkı işə tətbiqi nəticəsində, eləcə də, cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə göstərilməlidir ki, ünvan 1 ünvanında yerləşən 0.3011 ha torpaq sahəsinə və onun üzərində olan 20 kv.m qeyri-yaşayış binasına dair iddiaçının mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış və ona RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.

47. Eyni zamanda, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” xəttinin layihəsi çərçivəsində aparılan kanalizasiya tikintisinin bir hissəsi iddiaçının mü lkiyyətində olan torpaq sahəsinin bir hissəsində aparılmış və iddiaçının mülkiyyət hüquqlarına müdaxilə edilmişdir. Bu xüsusatlar işin mübahisələndirilməyən halları olmaqla həm iddiaçı, həm də cavabdeh tərəfindən qəbul edilmişdir.

48. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir.

49. Belə ki, cavabdeh işin birinci instansiya məhkəməsində icraatı zamanı, apellyasiya şikayətində, eləcə də, kassasiya şikayətində təkrar olaraq qeyd edir ki, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməs i” layihəsi çərçivəsində icra edilmiş layihə üzrə sifarişçi Sumqayıt Şəhər İcra Hakimiyyəti, podratçı isə "xxxx" MMC-dir.

50. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 204/20 nömrəli məktuba və Sumqayıt Şəhər İcra Hakimiyyətindən məhkəmənin sorğusuna əsasən verilən 1463 saylı xx.xx.2019-cu il tarixli cavab məktubuna istinad edərək layihənin sifarişçisinin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti olmasına dair yekun nəticəyə gəlmişdir.

51. Halbuki məhkəmə istinad etdiyi sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməli, eləcə də, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə araşdırmağa borclu olduğu halda bunu etməmişdir.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2019-cu i l tarixli 158 nömrəli qərarına əsasən dövlət vəsaiti hesabına “Sumqayıt şəhəri Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1 855 000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 ədəd şlüzlü suqəbuledici kamera Cavabdeh ASC-nin balansına verilmişdir.

53. Həmin qərarın məzmunundan göründüyü kimi “Sumqayıt şəhəri Acıdərə kanalının inşası” layihəsi ən azı iki mərhələdə həyata keçirilmiş və yalnız 1-ci mərhələ bitdikdən sonra kanalizasiya kollektoru və suqəbuledici kamera cavabdehin balansına verilmişdir.

54. Habelə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinə dövlət büdcəsində vəsait nəzərdə tutulmadığı və dövlət büdcəsindən vəsait ayrılmadığı üçün həmin layihənin maliyyələşdirilməsi ilə bağlı hər hansı rəsmi sənəd və məlumat mövcud deyil.

55. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi cavabdehin “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinin sifarişçisi olması ilə bağlı həmin layihənin podratçısı olmuş "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktublarına istinad etmiş, lakin bu halı qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmamışdır.

56. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürü r.

57. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlinin əsasında onun mübahisələndirilən layihə üzrə sifarişçi olmadığı, onun hazırkı iddia tələbinə cavab verməli olmaması dayanır. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən xüsusatlardan biri iddiaçının mülkiyyət hüquqlarına müdaxilə edən “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinin sifarişçisinin müəyyən edilməsidir.

58. İş materialları ilə müəyyən edilən və mübahisə doğurmayan hala əsasən “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinin podratçısı "xxxx" MMC olmuşdur. Lakin iş materiallarında həmin layihənin sifarişçisi ilə bağlı xüsusatların araşdırılması məqsədilə "xxxx" MMC-dən müvafiq podrat müqaviləsinin təsdiq edilmiş surəti, habelə görülən işlərə görə podratçıya ödənişin hansı təşkilat tərəfindən ödənilməsi ilə bağlı məlumatlar əldə edilməmişdir.

59. Yəni, apellyasiya instansiyası məhkəməsi cavabdehin etirazının və apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdırmadan cavabdehin “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi (əsasən də 1-ci mərhələsi) üzrə sifarişçi olub-olmamasına dair mötəbər sübutların mövcudluğunu yoxlamamış, iş üzrə yaranmış ziddiyyətləri tamamilə aradan qaldırmadan yekun nəticəyə gəlmişdir.

60. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, işə təkrar baxılan zaman “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsinin 1-ci və 2-ci mərhələsi üzrə sifarişçiləri (ayrı-a yrılıqda) dəqiq müəyyən edilməli, bundan sonra iddiaçının mülkiyyət hüququna müdaxilənin konkret olaraq kim tərəfindən – sifarişçi və ya icraçı (podratçı) yaxud da hər ikisi tərəfindən törədilməsi dəqiqləşdirilməli və müdaxilənin törədilməsində iştiraka görə iddiaçıya ödənilməli olan kompensasiya məbləğinin zərər vuran tərəfindən (zərər vuran iki müxtəlif subyekt olduqda isə zərərin differensiallaşdırılması ilə) ödənilməsi məsələsi qanunvericiliyə uyğun həll edilməlidir.

61. Belə ki, hüquqa zidd əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Ona görə də, iddiaçının mülkiyyət hüququna müdaxilə edən tikinti layihəsinin sifarişçisi (sifarişçiləri) və podratçısı arasında olan öhdəliklər nəzərə alınmaqla hüq uqa zidd əməlin konkret olaraq kimin tərəfindən törədilməsi həmin zərərin əvəzinin ödənilməsi məsələsinin həlli baxımından xüsusi əhəmiyyət kəsb edir.

62. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işə təkrar baxılan zaman apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş zərərin konkret olaraq inzibati orqan (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) və ya digər fiziki yaxud hüquqi şəxs tərəfindən törədilməsini tam və hərtərəfli araşdırdıqdan sonra müəyyən edilən hüquq münasibətləri ilə bağlı mübahisənin məhkəmə aidiyyətinə də hüquqi qiymət verməlidir.

63. Bundan başqa, məhkəmə kollegiyası iddiaçının kass asiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsinin qərarının İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun əsaslandırılmaması həmin qərarın kassasiya qaydasında ləğvi üçün əsasdır.

64. Bununla bağlı, qeyd olunmalıdır ki, mübahisələndirilən və iddiaçıya məxsus olan torpaq sahəsinin “ünvan 2ndən Y.Məmmədov küçəsi boyu mövcud kollektora birləşdirilməsi” layihəsi çərçivəsində müdaxilə olunan sahəsi ilə bağlı iki müxtəlif mütəxəssis rəyi mövcuddur. 65. “X3” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli, CEG-M21/287M nömrəli Qiymətləndirmə hesabatınd a müdaxilə olunan torpaq sahəsinin ölçüsü 0,10 ha (10 sot), qeyri-yaşayış sahəsinin ölçüsü isə 20 kv.m göstərilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdə iddiaçıya məxsus torpaq sahəsinin hansı hissəsinə müdaxilə edilməsi, müdaxilə edilən torpaq sahəsinin eni və uzunu dəqiq göstərilmişdir.

66. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində isə müdaxilə olunan torpaq sahəsinin ölçüsü 0,07 ha göstərilmiş və hal-hazırda həmin torpaq sahəsində tikilinin olmadığı qeyd edilmişdir. Həmin mütəxəssis rəyində iddiaçıya məxsus torpaq sahəsinin 0,07 ha hissəsinin Cavabdeh ASC-yə aid kollektorun mühafizə zolağına düşdüyü qeyd edilsə də, həmin 0,07 ha torpaq sahəsinin iddiaçıya məxsus 0,3011 ha torpaq sahəsinin hansı hissəsinə düşməsi dəqiq göstərilməmiş, bununla bağlı mütəxəssis rəyinə hər hansı sxem-cədvəl əlavə edilməmişdir.

67. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iş üzrə iki fərqli mövqedən çıxış edən bir-birinə zidd mütəxəssis rəylərinin olmasını nəzərə almadan Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə istinad etmiş, qərarında həmin mütəxəssis rəyinə istinad etməsinin əsaslarını göstərə bilməmiş, mütəxəssis rəyində qeyd edilən hallar ilə işin faktiki halları arasında olan uyğunluğu və həmin mütəxəssis rəyinin mötəbərliyini qərarında əsaslandırmamışdır.

68. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi iki hissədən – həm qeyri-yaş ayış binasına, həm də torpaq sahəsinə görə kompensasiyanın verilməsindən ibarətdir. Lakin apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinin tələblərinə zidd olaraq qərarında iddia tələbinin 20 kv.m qeyri-yaşayış binası ilə bağlı hissəsinə görə ümumiyyətlə kompensasiya ödənilməli olubolmamasını əsaslandırmamışdır.

69. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti tam, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2-1(105)-8/2023 nömrəli qərarı iddianın təmin edilən hissəsində ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

70. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yux arıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.

71. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan hazırkı halda cavabdehin şikayəti iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

72. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2-1(105)-8/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hiss

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar