Məhkəmə qərarları › İş №2-1(102)-1525/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1525/2019

22.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1525/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin n ümayəndəsi X2, cavabdehlərin vəkili Vəkil2 iştirakı ilə iddiaçı “xxxx” MMC-nin cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı ƏDV depozit hesabına qoyulan elektron məhdudiyyətin aradan qaldırılması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-563/2019 nömrəli, 08 fevral 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 22 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, "İddiaçı" MMC 14.01.2009-cu il tarixdə, 20013Ş2331 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.(Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X3 Qeydiyyatı idarəsi tərəfindən verilmiş 02 oktyabr 2018-ci il tarixli, **********617100 saylı kommersiya qurumunun dövlət reyestrindən çıxarış, kommersiya qurumunun dövlət - qeydiyyatı haqqında şəhadətnamə və "İddiaçı" MMC-nin nizamnaməsi) "xxxx" MMC-nin vergi orqanlarına hər hansı vergi borcu olmaması şəxsi hesab vərəqəsinin 13 dekabr 2018-ci il tarixli çıxarışda qeyd edilmişdir. İddiaçı "xxxx" MMC cavabdehlər Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehlərə "xxxx" MMC-nin ƏDV depozit he sabına elektron qaydada blok, məhdudiyyət qoyulmasının qadağan edilməsi və cavabdehlərdən ƏDV depozit hesabına elektron qaydada qoyulmuş blok, məhdudiyyətə görə dəymiş ziyanın əvəzi olaraq 50000 (əlli min) manat pulun tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı müvəqqəti xarakterli müdafiə haqqında ərizə ilə 2 saylı Bakı İnzibati- iqtisadi Məhkəməsinə müraciət edərək, iş üzrə mübahisə məhkəmə qaydasında həll edilənə (yekun qərar qanuni qüvvəyə minənə) qədər cavabdeh AR Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə "xxxx" MMC-nin ƏDV depozit hesabına elektron qaydada qoyulmuş blok, məhdudiyyətin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-5093/2018 nömrəli, 24.12.2018-ci il tarixli qərardadı ilə (hakim: X.X.İmanov) ərizə təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən iddiaçının depozit hesabına məhdudiyyətin qoyulması onun normal fəaliyyət göstərməsinə və üçüncü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə maneçilik törədir və gəlir əldə etməsinin qarşını alır. Həmçinin, sub-uçot hesabına qoyulmuş məhdudiyyət mövcud vəziyyətin dəyişməsinə səbəb olduğu üçün sonradan ərizəçinin hüquqlarının qorunması, yəni təmin və ya bərpa edilməsi mümkün olmayacaq, yaxud xeyli dərəcədə çətinləşəcək. Buna görə də, işə mahiyyəti üzrə baxılıb ye kun məhkəmə aktı qəbul edilənədək, AzərbaycanRespublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən İddiaçı MMC-nin depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinin və müəssisənin öz öhdəlikləri üzrə ƏDV köçürülməsinin təmini üçün qoyulmuş məhdudiyyət aradan qaldırılmalı və depozit hesabından və hesablaşma hesablarından hər hansı məbləğin tutulması və silinməsi cavabdehlərə qadağan edilməlidir. Qərardaddan narazı qalan cavabdehlər apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-563/2019 nömrəli iş üzrə 08 fevral 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdehlərin apelyasiya şikayətlə ri təmin edilmiş, 2-1(82)-5093/2018 nömrəli, 24.12.2018-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçı tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə haqqında ərizə Azərbaycan Respublikası Vergilər Nazirliyinə münasibətdə təmin edilməmiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə münasibətdə mümkün sayılmamışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçi ƏDV depozit hesabına cavabdeh tərəfindən məhdudiyyətin qoyulduğunu ərizəsində qeyd etsə də, bu məhdudiyyətin real olaraq nədən ibarət olduğunu, yaxud maddi olaraq nədə ifadə olunduğunu açıqlamamış, birinci instansiya məhkəməsi də bu məsələni müzakirə etmədən, faktı baş vermiş kimi qəbul edərək, ərizəni təmin etmişdir. İddiaçı kassasiya şikayəti verərək apelyasiya inst ansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iş üzrə mübahisə məhkəmə qaydasında həll edilən qədər müvəqqəti xarakterli müdafiə tədbiri kimi cavabdehlərə iddiaçının ƏDV depozit hesabına elektron qaydada qoyulmuş blok, məhdudiyyətin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsinin qərardadı hüquqi əsasa söykənmədiyi üçün tam qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı düzgün tətbiq etməmiş və bir sıra prosessual pozuntulara yol verməklə qərar çıxarmışdır. Məhkəmə ƏDV depozit hesabı ilə bağlı qanunvericilikdəki normaları geniş sadalasa da, işin mahiyyətini araşdırmamışdır. Çünk i, iddiaçı eyni halın əvvəllər də olduğunu və cavabdehlərin müəyyən rəhbər vəzifəli şəxslərin qəbullarına getməklə, problemin aradan qaldırıldığını ərizədə qeyd etmişdir. Yəni, cavabdeh qurumlar bu məsələdə rolları olmasını şifahi olaraq daim etiraf ediblər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da ayrı-ayrı vətəndaşların şikayəti üzrə çıxardığı qərarlarında dəfələrlə vurğulamışdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.... Məhkəmələr hər kəsin işinin qanunvericilikdə nəzərdə tutulmuş məhkəmə icraatının qaydaları üzrə lazımınca həll olunması hüququna hörmətlə yanaşmalıdırlar. Bu qaydalar mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində bir-biri ilə bağlı və asılıdır. Həmin qaydaların bir məhkəmədə pozulması digər məhkəmələrdə tərəflərin hüquqlarının pozulması ilə nəticələnə bilər.” Ümumiyyətlə, hər hansı sərəncam, məhdudiyyət və blok məhkəmənin qərarı ilə şirkətin bank hesablarına qoyula bilər, cavabdehlər isə şirkətin bank hesablarına deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığına aid ƏDV depozit hesabına texniki (informasiya tex nologiyaları xarakterli) məhdudiyyət qoymuşdur. Bu isə, iddiaçının fəaliyyətini faktik iflic edib. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iş üzrə mübahisə məhkəmə qaydasında həll edilən qədər müvəqqəti xarakterli müdafiə tədbiri kimi cavabdehlərə iddiaçının ƏDV depozit hesabına elektron qaydada qoyulmuş blok, məhdudiyyətin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehlərin nümayəndələri və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Resp ublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəl i gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. - 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. - 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. - 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. -41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəli k qoya bilər. -41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ərizəçi ƏDV depozit hesabına cavabdeh tərəfindən məhdudiyyətin qoyulduğunu ərizəsində qeyd etsə də, bu məhdudiyyətin real olaraq nədən ibarət olduğunu, yaxud maddi olaraq nədə ifadə olunduğunu açıqlamamış, birinci instansiya məhkəməsi də bu məsələni müzakirə etmədən, faktı baş vermiş kimi qəbul edərək, ərizəni təmin etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi): 13.2.40-ci maddəsinə əsasən, ƏDV-nin depozit hesabı-ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxa rici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır; 175.8-ci maddəsinə əsasən, ƏDV ödəyiciləri (...) tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron vergi hesab-fakturaları üzrə, (...) ƏDV-nin məbləği ƏDVnin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV- nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən əlavə dəyər vergisinin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı X1 (bundan sonra - DXA ) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin ƏDV üzrə iki hesabı mövcuddur: depozit hesabı və sub-uço t hesabı. Depozit hesabı faktiki olaraq pul vəsaitlərinin toplanmasını, əməliyyatların aparılmasını əks etdirən hesab olduğu halda, sub-uçot hesab isə hər bir vergi ödəyicisinə münasibətdə yaradılan və vergi ödəyicisinə həmin vəsaitlərlə bağlı əməliyyatların həyata keçirilməsinə imkan verən proqram təminatıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarının 4-cü bəndinə qeyd edilmişdir: 4.1. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər. 4.2. ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: dövlət büdcəsinə; dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; ƏDV sub-uçot hesablarına. 4.3. Alınmış elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydalarına əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (ww w.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış Köçürmə əməliyyatlarının aparılması menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Sadalanan müddəalardan görünür ki, ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesabfakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməli və özünə məxsus ƏDV sub-uçot hesabı üzrə hərəkətin edilməsində yalnız özü səlahiyyətlidir. Belə olan halda, cavabdeh inzibati or qanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi və ya texniki əsasları qanunvericilikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatların aparılması yalnız vergi ödəyicisinin hüququna aiddir və ona verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə o, həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. Bundan başqa, ƏDV depoziti hesabı ilə bağlı zamana görə qüvvədə olmuş Vergi Məcəlləsinin 65.2.3-cü maddəsində müəyyən olunmuşdur ki, vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər və saiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, vergi ödəyicisinin yalnız ƏDV üzrə vergi borcu olduqda, onun ƏDV depoziti hesabından həmin borcun tutulması ilə bağlı vergi orqanı müvafiq səlahiyyətə malikdir. Ancaq iş materiallarından da aydın görünür ki, iddiaçının heç bir vergi borcu yoxdur, habelə cavabdeh tərəfindən iddiaçının vergi borcunun olması barədə, onun tutulması ilə bağlı hər hansı hərəkətlər həyata keçirilməmişdir. “Vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyya tlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təhlili göstərir ki, ƏDV sub-uçot depozit hesabında olan vergi məbləğinin hərəkəti ilə bağlı ortaya çıxan məsələlərə məsul dövlət orqanı məhz AR Vergilər Nazirliyinin özüdür. Belə olan halda, apelyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ərizəçinin sub-uçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulduğu iddia edilən məhdudiyyətin aradan qaldırılmasına dair müvəqqəti xarakterli müdafiə haqqında ərizəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı yönəldilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-563/2019 nömrəli iş üzrə 08 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar