Məhkəmə qərarları › İş №2-1(102)-1525/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1525/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1525/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının nümayəndəsi Abil Tağıyevin və vəkili Vüsalə Cəfərlinin, cavabdehin nümayəndəsi Əli Rəhimlinin və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departame ntinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-471/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsibarədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2017-ci il tarixli **********086819 saylı qərarına əsasən “xxxx” MMCdə 2014-2016-cı illəri əhatə edən növbəti səyyar vergi yoxlaması aparılmış, xx.xx.2017-ci il tarixdən başlayan yoxlama xx.xx.2017-ci il tarixli **********088380 nömrəli səyyar vergi yoxlaması aktı ilə başa çatmışdır. Səyyar vergi yoxlamasının nəticələri haqqında həmin akt əsasında vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********128051 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə “xxxx” MMC-yə 656847,72 manat məbləğində əlavə vergi hesablanmış, 328463.87 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd e dilən qərar “xxxx” MMC-yə təqdim edilməmiş, lakin **********765700 nömrəli tələbnamə ilə MMC-dən cəmi 985311,59 manat pulun ödənilməsi tələb olunmuşdur. “xxxx” MMC həmin qərarın ləğv edilməsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə müraciət etmiş, cavabdeh inzibati orqanın nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək **********129270 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarla xx xxxxxx 2017-ci il tarixli **********128051 saylı qərarın ləğv edildiyini bildirmiş və bu əsasla iddia mümkün hesab edilməmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, xx.xx.2017-ci il tarixli qərarla “xxxx” MMC-yə 656847,72 manat məbləğİndə əlavə vergi, 10333.58 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin qərarda xx.xx.2017-ci il tarixli, **********133764 nömrəli qərara düzəlişin edildiyi qeyd edilsə də, düzəliş edilən qərarın mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. İddiaçı hesab edir ki, qeyd olunan qərar ləğv edilməlidir. Belə ki, əlavə hesablanan 642857,37 manat guya ƏDV məbləğinin azaldılmasına görə hesablanmışdır. Halbuki, 2014-2016-cı illərdə “xxxx” MMC hər hansı mənzil satışı ilə məşğul olmamışdır. Bunu təsdiq edən alqı-satqı müqavilələri iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı müəssisəyə hesablanan 13990,35 manat əmlak vergisi ilə razılaşmır və hesab edir ki, “xxxx” MMC yoxlamanın əhatə etdiyi dövrdə əmlak vergisini düzgün hesablayaraq ödəmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-66/2019 nömrəli (sədrlik edən hakim Xali q İmanov) qərarı ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, xx.xx.2017-ci il tarixli qərarı qismən, 2014-2016-cı illər üzrə “xxxx” MMC-yə 640157,37 (642857,37 – 2700) manat ƏDV hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 320078,68 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, iddianın qalan hissədə iddianın təmin edilməməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-471/20 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Səriyyə Seyidova) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,cavabdehin xx xxxx 2017-ci il tarixli qərarı ilə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi xx xxxxxxx 2017-ci il tarixli aktla rəsmiləşdiril mişdir. Cavabdehin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx xxxxxx 2017-ci il tarixli **********133764 nömrəli Qərarı ilə vergi ödəyicisinə 656847,72 manat vergi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 10333.58 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Daha sonra «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında» xx xxxxxx 2017-ci il tarixli **********134703 nömrəli qərarla həmin qərara düzəliş edilmişdir. Yoxlanılan dövrdə müəssisənin ümumi gəliri 3653255,8 manat (ƏDV-siz), o cümlədən mənzillərin satışından (bazar qiyməti tətbiq etməklə) 3513050,85 manat, «Qismət» klinikasının tibbi xidmətindən 119567,43 manat (ƏDV-siz) və «Qismət Körpələr evi» uşaq bağçasının (bazar qiyməti tətbiq edilməklə) və «xxxx» MMC-nin icarə haqqından 20637,52 manat (ƏDV-siz) olmuşdur. Yoxlama ilə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələri yoxlanılmış və yoxlanılan dövrdə ümumilikdə 642857,37 manat ƏDV-nin azaldıldığı müəyyən edilmişdir. Belə ki, səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2004-cü il tarixli 323 saylı sərəncamına və sərəncama edilmiş dəyişiklik haqqında xx xxxx 2007-ci il tarixli 244 saylı sərəncama əsasən müəssisəyə ünvan 1 ünvanda yerləşən 242,0 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Yoxlama zamanı həmin ünvanda inşa olunmuş 1 ədəd 2 girişli 7 mərtəbəli, 70 mənzilli, ümumi sahəsi 9094,40 kvadrat metr yaşayış binasının tikintisi aparılmışdır. Yoxlama zamanı binada tikintinin başa çatdırıldığı və yaşayışın olduğu müəyyən edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, bütün mənzillər (5922,0 kvadrat metr) müəssisə tərəfindən satılmış, lakin ƏDV bəyannaməsində əks etdirməmişdir. Müəssisə tərəfindən satış müqavilələri təqdim edilmədiyindən binanın yaşayış sahəsinin real bazar qiymətləri cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilmişdir. Təqdim edilmiş xx xxx 2017-ci il tarixli ekspert rəyinə əsasən yaşayış sahəsinin 1 kvadrat metri üçün orta bazar qiyməti ƏDV ilə birlikdə 700,0 manat müəyyən olunmuşdur. Beləliklə, yoxlama ilə 3513050,85 manat dövriyyədən iddiaçıya 632349,15 manat [(5922,0 x 700,0)/1,18 x 18%] ƏDV hesablanmışdır. Bundan əlavə qeyd edilməlidir ki, «xxxx» MMC-də vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məl umatlar daxil edilərək, 2014-cü ilin iyun – 2016-cı ilin dekabr ayları üzrə 642857,37 manat ƏDV, 2014–2016-cı illər üzrə 13990,35 manat əmlak vergisi olmaqla, ümumilikdə, külli miqdar təşkil edən, 656847,72 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktına dair Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentındə (hazırkı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, müəssisənin təsisçisi və direktoru X3 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Göründüyü kimi, müəssisədə 656847,72 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı cinayət təqibi üzrə də öz təsdiqini tapmış, təqsirləndirilən şəxs X1 razılığı və ərizəsi əsasında cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilmişdir. Cinayət təqibi üzrə icraatın nəticəsi üzrə qəbul edilmiş qərar ləğv edilməmiş və hal-hazırda da qüvvədədir. Məhkəmənin sübut qismində istinad etdiyi xx xxx 2019-cu il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iş üzrə mövcud müqaviləyə əsasən mənzillər yoxlama dövrünün əvvəlinə kimi satılmışdır. Bununla bağlı bildirir ki, binada satılmış mənzillərin sayı 70 ədəd olsa da, iş materiallarına nəzər salsaq, yalnız 44 sayda alqı-satqı müqaviləsinin olduğunu görür. Bu fakt isə özlüyündə ekspert tərəfindən tədqiqatın tam aparılmadığını, əsaslı şübhələr yaradan rəy verildiyini təsdiq edir. Başqa sözlə, mənzillərin satışına dair 70 ədəd müqavilə nin tam şəkildə əldə olunaraq araşdırılmadan ekspert tərəfindən müvafiq rəyin verilməsi, habelə məhkəmənin də bu rəy əsasında iddianı təmin etməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-471/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və «Cavabdehin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında» xx xxxxxx 2017-ci il tarixli, **********134703 saylı qərarı qismən, 2014– 2016-cı illər üzrə «xxxx» MMC-yə 640157,37 manat ƏDV hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 320078,68 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv ed ilsin» hissəsində iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-471/20 nömrəliqərarının iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavab dehin nümayəndəsi Ə.Rəhimli də vəkili Vəkilçıxışına uyğun izahat verərək kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-471/20 nömrəliqərarının iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili V.Cəfərli kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Mə hkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Tağıyev də vəkili V.Cəfərlinin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsi və vəkillərinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020 -ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya ins tansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-471/2020 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli, 2-1(82)-66/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Vergi Məcəlləsinin 3, 14.3, 14.6.6, 14.6.6.3, 49.2, 49.5, 53.3, 54.0.2, 153.1, 159, 175-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 1.2, 68.1, 68.2, 87.6-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 80, 88, 103.1-ci maddələrinə istinadən be lə hesab etmişdir ki, iddiaçının tələbi qismən əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının əksər qərarlarında inzibati mübahisələrin həlli zamanı İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2, 82-ci maddələrinin düzgün tətbiq edilməsi dəfələrlə vurğulanmışdır. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifə sinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Lakin hazırkı inzibati mübahisəni həll etmiş apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş prosessual hüquq normalarının tələblərinə riayət etməmiş və bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan qərar qəbul etmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması nəticələrinə dair iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında cavabdeh tərəfindən ümumilikdə 4 qərar (xx xxxxxx 2017-ci il tarixli, həmin qərarın ləğv edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli və həmin qərara düzəlişin edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərar) qəbul edilmişdir. Bu arada qeyd edilməlidir ki, xx xxxxxx 2007-ci il tarixli qərar iş materiallarında yoxdur və onun mövcud olması cavabdehin xx xxxxxx 2017-ci il tarixli qərarından görünür. Beləliklə, sözügedən qərarların hamısını vergi orqanının bir qurumu, yəni, cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun birinci müavini baş vergi xidməti müşaviri X2 tərəfindən qəbul edilmişdir ki, bu da, Vergi Məcəlləsinin 49.5-ci maddəsinin 49.5-ci maddəsinin tələblərinə ziddir. Lakin apelyasiya instansiyası məhkəməsi Vergi məcəlləsinin 49.5-ci maddəsinin müddəalarını pozaraq bu fakta hüquqi qiymət verməmişdir. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi, iddiaçıda cavabdeh tərəfindən aparılmış sözügedən vergi yoxlaması ilə əlaqədar tərtib edilmiş məsuliyyətə cəlb edilməsi haqqında sonuncu (sayca dördüncü) qərar xx xxxxxx 2017-ci il tarixlidir. Lakin qeyd edilməlidir ki, həmin xx xxxxxx 2017-ci il tarixli qərarda cəmi 656847,72 manat verginin azaldılmasına görə 328463,87 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə ümumiyyətlə heç nə yazılmamış, həmçinin belə maliyyə sanksiyası iddiaçının vergilərə dair şəxsi vərəqəsində öz əksini tapmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin xx xxxxxx 2017-ci il tarixli adıçəkilən qərarında «maliyyə sanksiyası» bölümündə 10333,58 manat məbləği göstərilmişdir, lakin bu məbləğin mənbəyi bəlli olmamaqla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsi nin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, əlavə sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-471/19 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar