Məhkəmə qərarları › İş №2-1(102)-1525/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1525/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1525/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (Açar sözlər: kameral yoxlama haqqında qərarın ləğv edilməsi ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Bəhman Qəribov, İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı cavabdehin vəkili X2, nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsinin 25.11.2019-cu il tarixli, **********028400 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.05.2021-ci il tarixli, 21(107)-155/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı vergi ödəyicisidir və 2017-2018-ci illərdə kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuşdur. 2. 02.05.2018-ci il tarixdə iddiaçı tərəfindən təqdim olunmuş 2017-ci ilin gəlir vergisi bəyannaməsində gəlir vergisi 1.740,34 manat göstərmişdir.Həmin bəyannamə üzrə cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəticəsində verginin məbləği 135.490,05 manat müəyyən edil miş və “Vergilərin hesablanması barədə” 22.05.2018-ci il tarixli **********895000 nömrəli qərara əsasən iddiaçıya 133.749,71 manat əlavə vergi hesablanmışdır.

3. Sonradan iddaçı tərəfindən bir neçə dəfə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, hər dəfə təqdim olunmuş bəyannamə üzrə qəbul edilmiş müvafiq qərar cavabdeh tərəfindən ləğv edilərək yeni qərar qəbul edilmiş və iddiaçıya hesablanmış 129.215,03 manat əlavə vergi məbləği dəyişdirilmədən saxlanılmışdır.

4. Bundan sonra, iddiaçı 2017-ci ilin gəlir vergisinə dair bəyannamə üzrə vergilərin hesablanması barədə cavabdehin 25.11.2019-cu il tarixli, **********028400 nömrəli qərarını mübahisələndirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 05.12.2019-cu il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 25.11.2019-cu il tarixli **********028400 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, kənd təsərrüfatı məhsullarının ixrac edilməsinə görə gəlir vergisi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlər gəlir vergisindən azaddır. Bundan başqa, ixrac zamanı onun tərəfindən hər maşın üçün 271.40 manat gömrük rüsumu və vergilər, malların göndərilməsinə görə 100 manat məbləğində sertifikat və sənədlərin alınmasına ödənilmişdir. İxrac zamanı bir maşın üçün 371.40 manat vergi və rüsumlar ödənilməsi nəzərə alınarsa, bir maşın kənd təsərrüfatı mallarına 1857 manat gəlir hesablanmış olar. 1857 manat gəlir kənd təsərrüfatı mallarının ixracında çox yüksək rentabellikdir. Bilindiyi kimi, kənd təsərrüfatı malları yaş mallardır, yəni tez xarab olan mallar hesab olunur. Kənd təsərrüfatının ixracında məqsəd tez bir zamanda, tez xarab olan malları ixrac etmək və tez xarab olan malların natura formasını dəyişərək valyutaya çevirməkdən ibarətdir. Bu da öz növbəsində ölkəyə valyutanın daxil olması deməkdir. Cavabdeh tərəfindən ona analoji olaraq vergi hesablanmışdır.

7. Şəki İnzibati Məhkəməsinin 20.05.2020-ci il tarixli, 2-1(116)-407/2020 nömrəli qərarı ilə (hakim İ.Cabbarov) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb ed ilməsi haqqında” 25.11.2019-cu il tarixli, **********028400 nömrəli qərarın qanunazidd olduğunu təsdiq edən sübutları təqdim edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı sözügedən qərarın qanunverciliyin tələblərinə uyğun qəbul edilməsi müəyyən edildiyindən iddia tələbi rədd edilməlidir.

9. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Yuxarı instansiya məhkəmələrində icraat

10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra-mətndə apelyasiya instansiya məhkəməsi) 29.07.2020-ci il tarixli 2-1(107)-289/2020 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməs inin 20.05.2020-ci il tarixli, 2-1(116)-407/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmasına dair qərarın qəbul olunmasını xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.11.2020-ci il tarixli, 2-1(102)-2000/2020 nömrəli (hakimlər İspəndiyar Şəfiyev - sədrlik edən və məruzəçi, Zakir Quliyev və Rahib Nəbizadə) qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin 29.07.2020-ci il tarixli, 2-1(107)-289/2020 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılm ası üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

14. Apelyasiya instansiya məhkəməsinin 07.05.2021-ci il tarixli, 2-1(107)-155/2021 nömrəli (hakimlər Mirbahəddin Hüseynov - sədrlik edən və məruzəçi, Akif Eyvazov və Rafail Əliyev) qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin 20.05.2020-ci il tarixli, 2-1(116)-407/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin həmin qərarının ləğv edlməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi qəb ul etdiyi qərarında işdə olan sübutları sadalamaqla və qərarının əsaslandırıcı hissəsində bu sübutları qısa formada bir daha sadalamaqla kifayətlənmiş, işin müəyyən edilmiş hansı halına hansı hüquq normasının tətbiq edildiyini və bununla da, hansı hüquqi nəticəyə gəldiyini qərarında göstərməmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hazırki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində yanlışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. iddiaçı kassasiya şikayətinə əlavə təqdim edərək vergidən yayınma ittihamına dair Yevlax rayon məhkəməsinin onun barəsində olan bəraət hökmünün işə əlavə olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı e tiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı məhkəmə iclasında vəkillə təmsil olunmadığına görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

19. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 20.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələ nin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündə n 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür.Şikayət vaxtında verilmişdir,formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndiril diyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə əməl edilməmiş, iş üzrə tam və hərtərəfli araşdırılma aparılması təmin olunmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. 2

4. Yuxarıda istinad olunan normalarda təsbit olunmuş işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

25. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunu n üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

26. Nəzərə almaq lazımdır ki, vergilərin VM-nin 37.4-cü maddəsinə istinadən 67-ci maddəsinə müvafiq olaraq hesablanması ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. İnzibati orqanın bu hallarda diskresion səlahiyyətə malik olduğunu ümum iyyətlə bilib-bilmədiyi, malik olduğu diskresion səlahiyyəti vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlayhiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-keçirmədiyi yoxlanımalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı və bununla bağlı inzibati orqanın öz qərarının əsaslandırmasında istinad etdiyi halların VM-nin 37.4-cü və 67-ci maddəsinin müddəaları baxımından mövcud olub-olmadığı məhkəmə tərəfindən mütləq araşdırılmalıdır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Nəzərə almaq lazımdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır.

27. Həmçinin hazırkl mübahisəyə münasibətdə VM-nin VM-nin 67-ci maddəsinin tətbiqininin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğini hesablama qaydasının tətbiqini istisna edən əsasların cavabdeh tərəfindən müəyyən edilib-edilmədiyi, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini zəruri edən halların və əsasların mövcud olub-olmadığı məhkəmə tərəfindən araşdırılmalı və müvafiq sənədlər tədqiq olunması üçün cavabdehdən tələb olunmalıdır.

28. Bundan əlavə, məhkəmə tərəfindən mübahisəyə baxıldığı dövrdə iddiaçının şəxsi vərəqi cavabdehdən tələb edilməli, həmin anda vergi ödəyicisinin borclu olubolm aması da yoxlanılmalıdır. 29.İddiaçı tərəfindən dəfələrlə dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyinə istinad olunsa da, iş üzrə materiallarda həmin bəyannamələr, habelə vergi ödəyicisinə dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi barədə VM-ə uyğun olaraq bildiriş aşkar edilməmişdir. Halbuki, iş üzrə düzgün qərarın qəbulu baxımından həmin sənədlərin araşdırılması və onlara qiymət verilməsi zəruridir.

30. Eyni zamanda kollegiya qeyd edir ki, apelyasiya məhkəməsi tərəfindən Ali Məhkəmənin İnzibati Kollegiyasının 18.11.2020-ci il tarixli, 2-1(102)-2000/2020m saylı Qərarında nəzərdə tutulmuş göstərişlər, o cümlədən mübahisə edilən qərarın 1 il 5 ay sonra qəbul edilməsini, verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini şərtləndirən hüquqi əsasların və halların mü əyyən edilməsi barədə göstərişlər tam yerinə yetirilməmiş və həmin xüsusatlar araşdırılmamışdır.

31. Nəzərə alınmalıdır ki, iş üzrə materiallara əlavə olunmuş və cavabdehin kassasiya şikayətinə etirazında qeyd etdiyi Yevlax rayon məhkəməsinin 07.07.2021-ci il tarixli, 1(039)-2\2021 saylı hökmün surətindən görünür ki, iddiaçının 2017-il və 2018-ci ilin birinci rübü üzrə vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığı təsdiq olunmadığı və əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verimişdir. Həmin iş üzrə cavabdehin mülki iddiası da baxılmamış saxlanılmışdır. Apelyasiya məhkəməsi tərəfindən bu xüsusat da araşdırılmalı, həmin hökmün qüvvəyə minməsi məsələsi yoxlanılmalı, bu qərarın 20-ci bəndində istinad olunan normanın (İPM-in 7.2-ci maddəsi) tələbləri baxımından həmin hökmün mübahisə nin həllinə və məhkəmə icraatının gedişinə təsiri ilə bağlı hallar da yoxlanılmalıdır.

32. Qeyd edilənlərdən göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki hallar yuxarıda istinad olunan normalara uyğun olaraq tam və hərtərəfli yoxlanılmamışdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə koll egiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.05.2021-ci il tarixli, 2-1(107)-155/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar