Məhkəmə qərarları › İş №2-1(102)-1525/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1525/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1525/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Tibbi Ərazi X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; şikayətin iddiaçı tərəfindən imzalanmaması; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1991, FİN:xxxxxxx) cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Tibbi Ərazi X1rşı “öhdəliyin qoyulması və hüquqların pozuntusunun tanınması” tələb inə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-386/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 fevral 2020-ci il tarixli müraciəti üzrə bacısı Ülviyyə Sadıqovanın koma vəziyyətindən xilas edilməsi və ondan sonrakı zəruri müalicəsinin effektiv təmini məqsədilə ona göstərilməli olan tibbi xidmətin ixtisaslı həkimin cəlbi və müvafiq imkanları olan müəssisəyə köçürülməklə təşkil edilməsi hərəkətlərinin təcili edilməsi öhdəliyinin cavabdehlərin üzərinə müştərək olaraq, bu kompleks öhdəliyin cavabdehlərin səlahiyyətlərinə m üvafiq qaydada bölünməklə qoyulmasına dair məcburetmə, bacısının kritik durumdan çıxarılmasına dair təcili tədbirlərin lazımınca və vaxtında görülməməsi hərəkətsizliyi ilə xəstə Ü.Sadıqovanın “Əsas İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 2ci, 3-cü, 8-ci, 14-cü maddəsi üzrə hüquqlarının pozuntusunun tanınması və ailə üzvlərindən qardaşı və qanuni nümayəndəsi, iddiaçın İddiaçı həmin Konvensiyanın 3-cü və 1 saylı Protokolun 1-ci maddəsi üzrə hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Eyni zamanda, iddiaçı iş üzrə müvəqqəti xarakterli tədbirlərin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, xx.xx.2020-ci il tarixli müraciəti üzrə iddiaçının bacısı Ülviyyə Sadıqovan ın koma vəziyyətindən xilas edilməsi və ondan sonrakı zəruri müalicəsinin effektiv təmini məqsədilə ona göstərilməli olan tibbi xidmətin ixtisaslı həkimlərin (qaraciyər transplantoloqunun) cəlbi və müvafiq imkanları olan müəssisəyə köçürülməklə təşkil edilməsinə dair hərəkətləri təcili etməyi təcili təmin tədbiri kimi cavabdehlərin üzərinə müştərək olaraq, yəni bu kompleks öhdəliyinin cavabdehlərin səlahiyyətlərinə müvafiq qaydada bölünməklə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6052/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qərardadı ilə (hakim A.P.Oruczadə) iddiaçının müvəqqəti xarakterli tədbirlərin tətbiqinə dair ərizəsi mümkün sayılmamışdır.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6052/2020 nömrəli, 18 sentyabr 2020-ci il t arixli qərardadı ilə (hakim A.P.Oruczadə) iddia mümkün sayılmamışdır.

5. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-386/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6052/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qərardadı (iddia tələbinin mümkünsüz sayılması barədə) dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-386/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-386/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qərardadından kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə iddiaçının ərizəsi təmin edilmişdir.

8. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İddiaçının və vəkilinin nəzərinə çatdırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının “dövlət hesabına vəkillə təmin edilmə” barədə 06 aprel 2021-ci il tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə Vəkillər Kollegiyasına 18 iyun 2021-ci il tarixdə daxil olmuş və 18 iyun 2021-ci il tarixdə order tərtib edilmişdir. Lakin kassasiya şikayəti 30 iyun 2021-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəm əsinə təqdim olunmuş, həmçinin şikayət iddiaçı tərəfindən imzalanmamışdır. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutların və iddiaçı tərəfindən imzalanmış kassasiya şikayətinin məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə: Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1 kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırı lmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

8. Mülki Prosessual Məcəllə: Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ

9. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

10. İddiaçının kassasiya şikayəti İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə verilməmiş, şikayət iddiaçı tərəfindən imzalanmamışdır. İddiaçı və vəkili bu barədə xəbərdar edilmələrinə baxmayaraq, bildirişdə göstərilən çatı şmazlıqların aradan qaldırılması üçün hər hansı tədbir görülməmişdir.

11. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-386/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır, şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar