Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1525/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X25 üzrə Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X25 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1223/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9329 №-li qərarı ilə İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətb iq edilərək vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2020 tarixədək 16000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş **********9329 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinin 07 oktyabr 2020-ci il tarixli **********8464 nömrəli «Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında» qərarına əsasən vergi ödəyicisi olaraq barəsində operativ vergi nəzarəti təyin edilmiş və iştirakı ilə ünvan 1 ünvanında yerləşən « Plastik» istehsal sexində keçirilən operativ vergi tədbiri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerin yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt tərəfindən imzalanmışdır. Keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini X22 tərəfindən **********9329 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında ona ümumilikdə 16000 (on altı min) manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət inin Bakı şəhəri X26 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini X22 tərəfindən qəbul olunmuş **********9329 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qərar əsassızdır və aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. O, ********** nömrəli VÖEN üzrə fəaliyyətləri və əməliyyatları 27 dekabr 2015-ci il tarixdən 27 dekabr 2020-ci il tarixədək dayandırmışdır. Həmin müddət ərzində işçilərlə əmək müqaviləsi bağlamaq hüququna malik mülkiyyətçi v ə ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs olmamışdır. X23 ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nə məxsus ərazidə «Plastik» istehsal sexi quraraq fəaliyyət göstərmək üçün həmin əraziyə müəyyən avadanlıqlar gətirmişdir. Eyni zamanda fəaliyyət göstərəcək sexdə istehsal prosesi üçün müxtəlif vətəndaşlardan işlənmiş plastik material tədarük olunmağa başlanmış və fəaliyyət göstərəcək sexdə işləmək üçün işçilər cəlb olunmağa başlamışdır. Bunun üçün müxtəlif dost və tanışlar vasitəsi ilə işçilər axtarmağa başlamışlar. Bir neçə gün ərzində işçilər gələrək yalnız görüləcək iş rejimi ilə şifahi tanış olmuş və onlarla əmək müqaviləsinin bağlanması şərtləri, müddətləri müzakirə olunmuşdur. İşçilərin müəssisə fəaliyyətə başladığı gündən əmək müqavi ləsi bağlanacağı bildirilmişdir. "xxxx" ASC-nə məxsus ünvan 2 ünvanında yerləşən ərazini icarə götürməmiş və orada plastik sexi fəaliyyətə başlamamış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinin əməkdaşları gələrək nə işlə məşğul olduqlarını soruşmuşlar. O isə yeni yaradacaqları plastik sexində işləmək üçün işçilərin cəlb olunduğunu və plastik material alındığını bildirmişdir. Həmin vaxt orada səkkiz nəfər şəxs olmuşdur ki, onlardan ikisi sexi üçün satmaq məqsədilə köhnə plastik materiallar gətirmişdilər. Qalan 6 nəfər şəxsdən Əliyeva Mülkücahan bacısı, Bağbanlı Kamil və Əliyeva Səyyarə ona yaxın şəxslər olmuşlar və onları sex fəaliyyətə başlayanda işə qəbul edəcəyini bildirdiyi üçün sexin qurulması ilə bağlı ona köməklik göstərmişlər. Həmin üç nəfər və digər üç nəfər faktiki olaraq sexdə fəaliyyət göstərməmişlər. Belə ki, sex fəaliyyətə başlamamışdır ki, orada kimsə fəaliyyət göstərsin. Vergi əməkdaşları sexin fəaliyyətə başlayacağı vaxt işçilərlə əmək müqaviləsi bağlamağın zəruri olduğunu bildirmişlər və ondan sexin fəaliyyətə başlayacağı ilə bağlı 300 manat da pul almışlar və bəzi sənədlərə imza etdirərək çıxıb getmişlər. X23 "xxxx" MMC-ni yaradaraq həmin direktoru olaraq "xxxx" ASC-nin sədri X18 ilə 10 oktyabr 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən "xxxx" ASC-nə məxsus ünvan 1 ünvanında yerləşən 600 kv.m ərazini aylıq icarə haqqı 1200 manat olmaqla icarəyə götürmüşdür. Bundan sonra Əliyeva Mülkücahan, Bağbanlı Kamil və Əliyeva Səyyarə 27 oktyabr 2020- ci il tarixli, o isə 02 dekabr 2020-ci il tarixli əmək müq aviləsinə əsasən ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-də işə qəbul edilmişdir. Eyni zamanda onlardan sonra müəssisədə işləmək üçün işçilər işə qəbul edilmişlər. 04 aprel 2021-ci il tarixdən 04 aprel 2026-cı il tarixədək ********** nömrəli VÖEN üzrə fəaliyyətləri və əməliyyatları yenidən dayandırmışdır. 08 oktyabr 2020-ci il tarixdə o işəgötürən olmadığı halda onun işəgötürən kimi əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı barəsində əsassız maliyyə sanksiyası tətbiq olunmuşdur. Bundan başqa əgər həmin şəxslər həmin sexdə fəaliyyət göstərmişdilərsə, onda nə üçün vergi əməkdaşları onlardan izahat alarkən hansı işləri gördüklərini araşdırmamış, eyni zamanda nə üçün vergi əməkdaşları həmin işçiləri işlər i yerinə yetirən zaman fotoşəkillərini çəkməmişlər. Çünki faktiki olaraq sex fəaliyyət göstərməmişdir.
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddia ərizəsinə, etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbirinə dair sənədlərdən də göründüyü kimi iddiaçı bütün materiallarla tanış edilmiş və bütün sənədlər onun tərəfindən imzalanmışdır. Belə ki, iddiaçı iş materiallarında olan xx.xx.2020-ci il tarixli izahatında ünvan 4 ünvanında yerləşən 600 kv.m-lik istehsal sahəsini icarəyə götürməklə plastik tullantıların təkrar emalı ilə məşğul olduğunu, sexdə aşkar olunmuş 8 (səkkiz) nəfər işçi ilə işçilər tez-tez dəyişdiyinə görə əmək müqaviləsi bağlamadığını, işçiləri yoxladıqdan sonra müəyyən qismi ilə müqavilə bağlayacağını bildirmiş və nəzər ə alınmasını xahiş etmişdir. X5 xx.xx.2020-ci il tarixli izahatında ünvan 4 ünvanında yerləşən sexdə bir aydır fəhlə vəzifəsində çalışdığını, işə İddiaçı tərəfindən cəlb edildiyini, əmək haqqının 300-350 manat aralığında dəyişdiyini qeyd edərək qısa müddət ərzində əmək müqaviləsinin bağlanması üçün tələb olunan sənədləri təqdim edəcəyini bildirmişdir. X3 eyni tarixli izahatında ünvan 5 ünvanında yerləşən sexdə xx.xx.2020-ci il tarixdən etibarən fəhlə vəzifəsində çalışdığını, aylıq əmək haqqının 300 manat təşkil etdiyini bildirərək qısa müddət ərzində əmək müqaviləsinin bağlanması üçün tələb olunan sənədləri təqdim edəcəyini qeyd etmişdir. X4 eyni tarixli izahatında ünvan 5 ünvanında yerləşən sexdə xx.xx.2020-ci il tarixdən etibarən fəhlə vəzifəsində çalışdığını, aylıq əmək haqqının 250 man at təşkil etdiyini bildirərək qısa müddət ərzində əmək müqaviləsinin bağlanması üçün tələb olunan sənədləri təqdim edəcəyini qeyd etmişdir. X1 eyni tarixli izahatında İlyas Aslanov küçəsi, ev 5 ünvanında yerləşən sexdə xx.xx.2020-ci il tarixdən etibarən fəhlə vəzifəsində çalışdığını, İddiaçı tərəfindən işə cəlb edildiyini, aylıq əmək haqqının 350 manat təşkil etdiyini qeyd edərək onunla əmək müqaviləsinin bağlanmadığını bildirmişdir. X6 eyni tarixli izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən ünvan 5 ünvanında yerləşən plastik tullantıların təkrar emalı sexində fəhlə vəzifəsində çalışır, İddiaçı tərəfindən işə cəlb edilməmiş, aylıq əmək haqqı müəyyən edilməmişdir. İşçi Əliyeva Mülkicahan Bəkir qızı eyni tarixli izahatında ünvan 5 ünvanında yerləşən sexdə xx.xx.2020-ci il tarixd ən etibarən fəhlə vəzifəsində çalışdığını, işə İddiaçı tərəfindən cəlb edildiyini, aylıq əmək haqqının 300 manat təşkil etdiyini bildirmişdir. X2 eyni tarixli izahatında ünvan 4 ünvanında yerləşən sexdə xx.xx.2020-ci il tarixdən etibarən fəhlə vəzifəsində çalışdığını, işə İddiaçı tərəfindən cəlb edildiyini, əmək haqqının gündəlik olaraq 10 manat təşkil etdiyini, onunla əmək müqaviləsinin bağlanmadığını bildirmişdir. Vergi ödəyicisinin və işçilərin etirafedici izahatlarından da göründüyü kimi iddiaçı tərəfindən əmək müqaviləsi bağlanmadan işçilərin işə cəlb edilməsi ilə həm əmək, həm də vergi qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Beləliklə operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçir ilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(112)-984/2022 nömrəli qərarı (hakim: X15) ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X25 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********9329 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni İddiaçı 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 7 nəfərə münasibətdə mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Lakin bir nəfərin, yəni X11 işə cəlb etməsini əsaslandıran mötəbər sü but təqdim edə bilməmiş, cavabdeh həmin şəxsin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsinə istinad etsə də, öz qərarında bu halı əsaslandırmamış, məhkəmə iclaslarında da iddiaçının həmin şəxsi həqiqətən əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan **********9329 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qərarı qəbul edərkən qeyd olunan 1 nəfər şəxsə aid hissədə inzibati icraat haqqında hüquq normalarını və maddi hüquq normalarını pozmuşdur. Odur ki, həmin inzibati akt əsaslandırılmamış hissədə qanunsuzdur. Qanunsuz inzibati akt isə məhkəmə qaydasında ləğv oluna bilər.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissəsinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1223/2023 nömrəli qərarı (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X16 və X13) ilə Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbi nin təmin edilmiş hissəsinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. iddiaçının kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, cavabdehin əməkdaşları gələrkən orada səkkiz nəfər şəxs olmuşdur ki, onlardan Əliyeva Mülkücahan bacısı olmuş və şahid qismində dindirilmişdir. Digər şəxslərin isə şəxsiyyəti və ünvanları məlum olmasına baxmayaraq məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda həmin şəxslərin şahid qismində çağırılıb dindirilməsini təmin etməmişdir. Hansı ki, həmin şəxslər gəlib izahat versələr həqiqətən qeyd olunan müəssisəy ə onun tərəfindən işə götürülmədiklərini, ümumiyyətlə isə işləmədiklərini bildirərlər. Çünki müəssisədə iş fəaliyyəti başlamadığı üçün heç bir görülməmiş və onlar orada hansı işlərin görülməsini və iş qaydasını bilməmişlər. Eyni zamanda məhkəmədə dindirilmiş vergi işçiləri müəssisədə iş görülüb-görülməməsi, görüldüyü halda hansı işlərin görülməsi və iş vaxtı dəzgahların səsinin gəlib-gəlməməsi ilə bağlı hakimin suallarını cavablandıra bilməmişlər. b. cavabdehin kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, operativ vergi nəzarəti tədbiri zamanı X11 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb olunması halı aşkar olunmuş, adı çəkilən şəxs şəxsiyyət vəsiqəs inin məlumatlarını təqdim etmiş, lakin izahatlar alınan zaman sonuncu heç bir ciddi səbəb göstərmədən obyekti tərk etmişdir. Fərdi sahibkar İddiaçı işçiyə zəng etsə də, o telefonu söndürdüyündən əlaqə saxlamaq mümkün olmamışdır. İddiaçı isə izahat verərkən işçisinin bu hərəkətini izah edə bilməmiş, qeyri-ciddi səbəblər gətirərək həmin işçinin artıq onunla çalışmadığını bildirmişdir. Qeyd olunan hallar xx.xx.2020-ci il tarixində tərtib edilmiş aktda öz əksini tapmışdır. İddiaçının aşağı instansiya məhkəmələrində keçirilmiş məhkəmə iclaslarında verdiyi ifadələrə əsasən, plastik sexində görülən işlərin bir qismi butulkaların yuyulması ilə əlaqədardır və operativ vergi nəzarəti zamanı obyekti tərk edən işçi məhz həmin fəaliyyətlə məşğul olmuşdur. Bu sahədə işləyən şəxslərin davamlı olaraq suda n istifadə etdiyini və bu səbəbdən əmək şəraitinin ağırlığına tab gətirməyərək tez-tez ayrı-ayrı şəxsləri həmin işin görülməsinə cəlb etdiyini bildirmişdir. Bundan əlavə, iddiaçının OVN zamanı verdiyi izahatda öz əksini tapan “İmanlı Ülvi işi bəyənməyərək çıxıb getmişdir” ifadəsindən də görünür ki, sözügedən işçi həqiqətən obyektdə işləmiş, yuxarıda qeyd olunan səbəb və OVN tədbiri zamanı sahibkar üçün yarana biləcək mənfi nəticənin qarşısını almaq üçün obyekti tərk etmişdir. İddiaçı adı çəkilən şəxsi tanımadığını qeyd etsə də, OVN zamanı işçinin obyektdən getdiyi müəyyən olunandan sonra həmin şəxs zəng etdikdə telefonun sönməsi barədə vergi orqanı əməkdaşına məlumat vermişdir. Bu halların hər biri Ü.İmanlının iddiaçı tərəfindən əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsini sübut edir. H əmçinin xx.xx.2020-ci il tarixli İddiaçı öz imzası ilə təsdiq etdiyi izahatında OVN tədbiri zamanı sexdə 8 nəfər ona aid işçinin müəyyən olunduğu etiraf edilmişdir. Əlavə olaraq qeyd edək ki, xx.xx.2020-ci il tarixli DVX seriyalı 000611 nömrəli aktda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsin çalışdırıldığına görə VM-nin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyası təklif olunmuş, İddiaçı öz imzası ilə göstərilənləri təsdiq etmişdir. Həmin aktın əsasını təşkil edən xx.xx.2020-ci il tarixli DVX seriyalı 000181 nömrəli protokolda göstərilir ki, həmin fiziki şəxslərin (8 nəfər) əmək müqavilələri istənilmiş, işəgötürən tərəfindən isə əmək müqavilələri olmadığı üçün təqdim edilə bilməmişdir. Göstərilən hallan İddiaçı imzası ilə təsdiq edərək özünü ifşa etmişdir. Məhkəmə isə sadəcə Ü.İmanlının izahatının olmamasını əsas gətirərək yuxarıda sadalanan hallara münasibət bildirməmiş və sübutların natamam təhlili nəticəsində ədalətsiz qərar qəbul etmişdir. c. kassasiya şikayətinə etirazın dəlilləri
15. Tərəflər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habe lə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərinin tələbləri gö stərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı i nstansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli h esab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi qərarının ləğv edilməsini əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iş üzrə xx.xx.2 020-ci il tarixdə iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən fiziki şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, bununla əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilib-edilməməsi yoxlanılmış, həmin şəxslər barəsində elektron informasiya sistemində məlumat tapılmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq 08 oktyabr 2020-ci il tarixdə 000611 nömrəli a ktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. Habelə iddiaçı həmin vaxt yazmış olduğu izahatında 8 nəfər şəxsin əmək müqaviləsi bağlamadan ona məxsus obyektdə işləməsini etiraf etmişdir. Operativ vergi nəzarəti zamanı izahatları alınmış 7 nəfər şəxs, X19, X20, X17, X9, X10, X14, Əliyeva Mülkicahan Bəkir qızı əmək müqaviləsi bağlamadan fəhlə işlərinin yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. İzahatı alınmamış X24 isə sexi tərk etdiyindən qeyd edilən hal müvafiq aktla rəsmiləşdirilmişdir.
25. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə c əlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 7 nəfərə münasibətdə mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir.
26. İddiaçının şikayətinin fəaliyyətin dayandırılması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin sexdə "xxxx" MMC tərəfindən fəaliyyət göstərəcəyindən istehsal pr osesi üçün müəyyən işlərin görülməsinə qiymət verərək qeyd edir ki, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması əmək müqaviləsinin bağlanması üçün maneə təşkil etmir və əmək müqaviləsi bağlamaq hüququnu məhdudlaşdırmır. Bundan əlavə təqdim edilmiş sənədlərdən göründüyü kimi "xxxx" MMC operativ vergi nəzarətinin keçirildiyi gündən sonra, yəni xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
27. Cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X11 işə cəlb edilməsini xx.xx.2020-ci il tarixində tərtib edilmiş aktda öz əksini tapdığını bildirsə də, akt həmin şəxs tərəfindən imzalanmamış, həmçinin qeyd edilən şəxsin izahatı da alınmamışdır. Bu səbəbdən apellyasiya şikayətinin bu dəlili qərarın ləğvi üçün əsas təşkil etmir.
28. Odur ki, kassasiy a şikayətləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X25 üzrə Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1223/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.