Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1525/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu püblik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi hakim), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu pübli k hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-423/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qərarından cavabdehin kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmiş və imtinasını iddiaçıya əmək kitabçasındakı qeydlərə əsasən işlədiyi 3 iyul 1993-cü il tarixdən 28 aprel 1997-ci il tarixədək olan dövrün yetərli sənədlərlə təsdiqlənmədiyi üçün sığorta stajına daxil edilməməsi və bununla da ümumi sığorta stajının 22 il 4 ay təşkil etməsi, eləcə də 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək pensiyanın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, fərdi hesabının sığorta hissəsində 22 il 4 ay sığorta stajı da nəzərə alınmaqla qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan verməməsi ilə əsaslandırmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xa hiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3859/2023 nömrəli iş üzrə 10 iyul 2023-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-423/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər A.Oruczadənin sədrliyi və məruzəsi ilə, X.Cəmilova və R.Səmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiya məhkəməsinin qərarının əsaslarına görə, “... istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının 65 yaşının tamam olduğu tarixə 25 ildən çox ümumi iş stajı o lmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci tələbi də ödəmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ
7. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçıya mə xsus əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr ərzində Azərbaycan Türkiyə Avtomobil X1 işlədiyi qeyd edilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən alınmış 18 may 2023cü il tarixli məktubuna əsasən xx.xx.1996-cı il tarixdə statistik vahidlərin dövlət reyestrində qeydiyyata alınmış, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumatın mövcud olmadığı bildirilmişdir. Göründüyü kimi, iddiaçı qeyd edilən müəssisədə xx.xx.1993-cü il tarixdən işlədiyini bildirsə də, həmin müəssisə xx.xx.1996-cı il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Dövlət qeydiyyatına alınmamış müəssisənin fəaliyyətinin qanuni hesab edilmədiyi kimi, iddiaçıya məxsus əmə k kitabçasında həmin müəssisədəki fəaliyyəti ilə bağlı qeydlər mötəbər hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qərarında da qevd olunduğu kimi, müvafiq müəssisə ilə bağlı Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Bas İdarəsi tərəfindən də hər hansı məlumat əldə edilməmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən halların heç biri nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış və nəzərə alınmışdır. Bunun əksinə olaraq, iddiaçıya məxsus müvafiq sənədlərin aşkar olunmadığı, məlumatların əks olunmadığı dövrlərin onun sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığı halda məhkəmələr tərəfindən müvafiq sənədlərin aşkar olunmamasını iddiaçının ziyanına qiymətləndirilməməli olması qənaətinə gəlinərək yalnız iddi açıya məxsus əmək kitabçası əsas götürülmüş və iddia tələbi təmin edilmişdir. Halbuki əmək kitabçasında hər hansı qeydin olması həmin müəssisənin müvafiq dövrlərdə mövcudluquna əsas vermir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır; İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 11. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna mali kdirlər; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 13. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır; Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsa sən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olm adıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edi lir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 16. “İnzibati icraat haqqında” Azərb aycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halla rı hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati m əhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-c ü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edi lməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASİ QAYDASİ a) Kassasiyanın mümkünlüyü
18. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri
19. Kassasiya şikayətində qərarın ləğvi xahiş edi ldiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. üçün, apellyasiya c) İşə baxılması qaydası
20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdiri lməsi üçün əsas yoxdur.
22. İlk olaraq, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Bu mənada, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun müvafiq iş stajının mövcudluğu ilə bağ lı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Belə ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı və ya zəruri pensiya kapitalı olmadığına istinad edərək cavabdeh ona pensiya təyin olunmasından imtina etmişdir.
25. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: 1) qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.
26. Apelyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdıraraq, bu nəticəyə gəlmişdir ki, iddiaçının sosial sığorta stajı 25 ildən artıq olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməlidir.
27. Cavabdeh kassasiya şikayətində iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının 1993-1997-ci illərə dair qeydlərini mübahisələndirib, bildirir ki, sözügedən müəssisəyə da ir hər hansı əlavə məlumat mövcud deyil və bu da onu göstərir ki, həmin illər üzrə iddiaçı işləməmiş və müvafiq sığorta haqlarını ödəməmişdir. Buna görə eyni müddət iddiaçı üçün iş stajı kimi nəzərə alına bilməz.
28. Kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”də (§14) əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin, nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün mötəbər sübut kimi qəbul edir. Odur ki, iddiaçıya məxsus əmək kitabçası onun əmək fəaliyyəti ilə məşğul olduğunu və 25 ildən ar tıq sığorta stajına malik olduğunu təsdiq edir.
29. İddiaçı tərəfindən müəyyən dövr ərzində əmək haqqı almadığından və sosial sığorta haqqı ödənilmədiyindən həmin müddətin onun sosial sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin kassasiya şikayətində qeyd etdiyi arqumentlərə gəlincə, məhkəmə kollegiyası bu hissədə də kassatorun mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda (§15) xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.
30. Qeyd olunmalıdır ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlar ının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz.
31. Bundan əlavə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödə nilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.
32. Göründüyü kimi, sığortaedənin (hazırkı halda iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olacaqdı.
33. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-423/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu püblik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.