Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1525/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə,, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Ə mlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" Mənzil İnşaat Kooperativi) qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 16 yanvar tarixli, 2-1(103)-352/2025 nömrəli qərarından üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı "xxxx" MİK tərəfindən 29 aprel 2015-ci il tarixli ümumi iclasın 15/04 nömrəli protokol undan Çıxarış, Eskiz (plan-cizgisi) və kooperativə borcunun olmaması barədə Maliyyə Arayışı təqdim etməklə 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 73.3 kv.m və həmin binanın yarı zirzəmisinin bir hissəsində yerləşən 80.5 kv.m qeyriyaşayış sahələrinə dair çıxarış verilməsi məqsədilə cavabdehə müraciət etmişdir.
2. Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3A ünvanında yerləşən 73.3 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2017-ci ildə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. Lakin Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ünvanında yerləşən 80.5 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı cavabdeh iddiaçının müraciətindən imtina etmişdir. Bununla bağlı, məhkəməyə müraciət edən iddiaçının iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilmişdir.
4. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ünvanında yerləşən 80.5 kv.m qeyri-yaşayış sahəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı əsasında xx.xx.2017-ci ildə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 5. "xxxx" MİK-nin İdarə Heyətinin xx.xx.2020-ci il tarixli 15/04 nömrəli protokolundan çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ünvandakı yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 36 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya satılması qərara alınmışdır. 6. xx.xx.2020-ci il tarixli, 6 nömrəli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ünvandakı yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 36 kv.m qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən "xxxx" MİK-ə tam ödənilmişdir. 7. "xxxx" MİK-nin İdarə Heyətinin xx.xx.2020-ci il tarixli 15/04 nömrəli protokolundan çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ünvandakı yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 106 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya satılması qərara alınmışdır. 8. xx.xx.2020-ci il tarixli, 5 nömrəli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ünvandakı yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 106 kv.m qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən "xxxx" MİKə tam ödənilmişdir.
9. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ün vandakı yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 36 kv.m və 106 kv.m qeyri-yaşayış sahələrinə dair eskizlər "xxxx" MİK tərəfindən tərtib edilmişdir.
10. İddiaçı yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmişdir.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 39 ünvanında yerləşən yaşayış binası 1964-1965-ci illərdə inşa olunarkən, Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil-Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” 7 yanvar 1965-ci il tarixli 05 saylı Qərarının 2-ci h issəsinə əsasən, MTKnın razılığı ilə onların binalarında qeyri-yaşayış sahələrinin tikinti işlərinin maliyyələşdirilməsi müvafiq dövlət və ictimai təşkilatlara əsaslı inşaat üçün ayrılan pul vəsaiti hesabına aparıldığından göstərilən ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmisi dövlət əmlakı hesab olunur. Odur ki, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar olaraq hüquqmüəyyənedici sənədlərlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 3 9 ünvanında yerləşən "xxxx" MTK-nın binasında iddiaçıya məxsus 106 kv.m və 36 kv.m qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında yerləşən "xxxx" Mənzil İnşaat Kooperativinə məxsus olan 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 73.3 kv.m və həmin binanın yarı zirzəmisinin bir hissəsində yerləşən 80.5 kv.m qeyri-yaşayış sahələrini satın almış və payçı kimi kooperativin üzvlüyünə qəbul edilmişdir. Bununla bağlı ona "xxxx" Mənzil İnşaat Kooperativi tərəfindən 29 aprel 2015-ci il tarixli ümumi iclasın 15/04 nömrəli protokolundan Çıxarış, Eskiz (plan-cizgisi) və koope rativə borcunun olmaması barədə maliyyə arayışı təqdim edilmişdir. Bundan sonra ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə rəsmi müraciət etmiş və ərizəyə imtina verildiyi üçün məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2242/2017 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən həmin sahə üçün (80.5 kv.m) iddiaçıya xx.xx.2017ci ildə ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququna dair çıxarış verilmişdir. Yenidən həmin "xxxx" MİK-nin binasının bir hissəsində yerləşən, ona məxsus qeyri-yaşayış sahəsinin (80.5 kv.m) sağ və sol hissəsində yerləşən 35.75 kv.m və 85 kv.m yarı zirzəmi olan qeyri-yaşayış sahələrini satın almışdır. Bununla bağlı ona "xxxx" Mənzil İnşaat Kooperativi tərəfindən xx.xx.2020-ci il tarixli ümumi iclasın 05 nömrəli protokolundan Çıxarış, Eskiz (plan-cizgisi) və kooperativə borcunun olmaması barədə maliyyə arayışı təqdim edilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsinə, mülkiyyət hüququna dair çıxarışların verilməsi ilə bağlı müvafiq dövlət orqanına dəfələrlə ərizə ilə rəsmi müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş (dövlət əmlakı olmadığına dair) rəsmi sənəd təqdim etsə də, yenə də mülkiyyət hüququna dair çıxarışın verilməsindən imtina edilir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tövsiyəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr, 39 ünvanında yerləşən yaşayış binası 1964-1965-ci illərdə inşa olunarkən Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil-Kooperativ Tikin tisinin sonrakı inkişafı haqqında” 7 yanvar 1965-ci il tarixli 05 saylı Qərarının 2-ci hissəsinə əsasən, MTK-nın razılığı ilə onların binalarında qeyri-yaşayış sahələrinin tikinti işlərinin maliyyələşdirilməsi müvafiq dövlət və ictimai təşkilatlara əsaslı inşaat üçün ayrılan pul vəsaiti hesabına aparıldığından göstərilən ünvanda yerləşən 5 mərtəbəli binanın yarı zirzəmisi dövlət əmlakı hesab olunur. Odur ki, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar olaraq hüquq müəyyən edici sənədlərlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyi tövsiyə olunur. İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi müraciət etmiş və həmin ərizəyə cavab olaraq bildirmişlər ki, qeyd edilmiş ünvanda yerləşən bina dövlət əmlakının Registrində qeydi yyata alınmamışdır. Nəzərə çatdırılmışdır ki, həmin bina və binanın qeyri-yaşayış sahəsi sakinlərin vəsaiti hesabına tikilmişdir.
14. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismara qəbul aktı və qeyri-yaşayış sahəsinin mərtəbəlilik planı təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı qeyri-yaşayış sahəsinin sənəd üzrə sahəsinin 85 kv.m, faktiki ölçüsünün 105.3 kv.m olduğu və giriş-çıxışın digər qeyri-yaşayış sahəsinin ərazisindən olduğu məlum olmuşdur. Bundan əlavə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli fərmanına əsas ən müvafiq daşınmaz əmlakın özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunması tövsiyə olunur. Həmçinin bildirilmişdir ki, iddiaçı məhkəməyə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 85 kv.m və 62 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı sənədlər təqdim etsə də, idarəyə müraciəti zamanı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 85 kv.m və 39 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı sənədlər təqdim etmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 20 iyun tarixli, 2-1(112)-1134/2024 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nə ticəni onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil-Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” 07 yanvar 1965-ci il tarixli 05 saylı Qərarının 2-ci hissəsinə əsasən MTK-nın razılığı ilə onların binalarında qeyri-yaşayış sahələri tikilərsə, həmin tikinti işlərinin maliyyələşdirilməsi müvafiq dövlət və ictimai təşkilatlara əsaslı inşaat üçün ayrılan pul hesabına aparılır. Odur ki, vaxtilə mənzil tikinti kooperativləri vətəndaşların mənzillərə olan ehtiyacının təmin edilməsi məqsədilə yaradıldığından və binalardakı qeyd edilən sahələrin (qeyri-yaşayış sahələrinin) tikintisi üçün xərclər dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənildiyindən həmin qeyri-yaşayış sahələri də dövlət əmlakı hesab edilir. Bakı şəhəri, Yasamal rayon u, Həsən bəy Zərdabi prospekti, 39 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmisi dövlət əmlakı olduğundan "xxxx" MİK-nin həmin zirzəmiyə dair sərəncam vermək hüququ mövcud olmamışdır. Təsadüfi deyildir ki, məhkəmə sorğusuna Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən cavaba əsasən də müəyyənləşdirilir ki, "xxxx" MİK-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmisinin 41.5 kv.m hissəsi dövlət əmlakı kimi özəlləşdirilmişdir. Odur ki, iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokoldan çıxarışı və qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı ta m ödənilmiş olsa belə, faktiki olaraq "xxxx" MİK-nin həmin zirzəmiyə sərəncam vermək hüququ olmadığından zirzəminin İddiaçı adına özgəninkiləşdirmək səlahiyyəti də olmamışdır.
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 16 yanvar tarixli, 2-1(103)-352/2025 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, G.Abbasova və A.Oruczadə) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1134/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, İddiaçı “Bakı şəhəri, Ya samal rayonu, Həsən bəy Zərdabi prospekti 39 ünvanında "xxxx" MİK-nın binasının zirzəmisində yerləşən iddiaçıya məxsus 106 kv.m və 36 kv.m qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınıb, ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia olunan qeyri-yaşayış sahəsi binanın ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti təyinatlı sahələri çoxmərtəbəli binanın birinci mərtəbəsində deyil, həmin binanın zirzəmisində yerləşir. Cavabdeh tərəfi Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il 5 nömrəli Qərarına və xx.xx.1983-cü il 252 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsinə istinadən iddia olunan binanın zirzəmi sində yerləşən qeyri-yaşayış sahəsinin dövlət tərəfindən maliyyələşdirildiyini bildirilsə də, bunu təsdiq edə bilən sübutlar məhkəməyə təqdim olunmamış, hazırkı məhkəmə iclasında iştirak edən üçüncü şəxs ƏMDX-nin nümayəndəsinin məhkəmənin müvafiq suallarını cavablandırarkən qeyd etmişdir ki, həmin zirzəminin dövlət tərəfindən maliyyələşdirildiyini təsdiq edə bilən ödəniş sənədi Xidmətdə mövcud deyil və ötən 58 il ərzində həmin zirzəminin dövlət əmlakı kimi Dövlət Registrinə daxil edilməsi barədə hər hansı bir müraciət daxil olmamışdır. ƏMDX məhkəməyə təqdim edilmiş «sorğunun cavablandırılması barədə» yuxarıda qeyd olunan 23 dekabr 2024-cü il tarixli məktubunda məhkəməyə rəsmi şəkildə bildirmişdir ki, hazırkı iddianın predmeti olan əmlakın (qeyriyaşayış sahəsinin) registrdə qeydə alınması ü çün aidiyyəti dövlət qurumunun müraciəti daxil olmadığından həmin əmlak barəsində registrdə qeydiyyat mövcud deyildir. Cavabdeh qeydiyyat orqanı tərəfindən iddiaçıya – birinci halda, birinci instansiya məhkəməsinin qərarı əsasında (yəni, apellyasiya qaydasında mübahisələndirmədən) həmin binada (Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 39) 80,5 kv.m qeyri-yaşayış sahəsinə dair, ikinci halda isə cavabdehin özü tərəfindən məhkəmə mübahisəsi olmadan, həmin prospektdə 3A saylı başqa bir binada ona 73,3 kv.m qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarış verilmişdir. Bununla da cavabdeh qeydiyyat orqanı eyni hal üzrə iddiaçıya münasibətdə əvvəlki praktikasına uyğun hərəkət etməmiş, «İnzibati icraat haqqında» Qanunun 12.2 və 13.1-13.2-ci maddələrinin tələblərini pozmuşdur.
20. Üçü ncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələr in tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Beləliklə, istinad olunan normativ hüquqi akta əsasən yuxarıda qeyd edilən kooperativ binadakı qeyriyaşayış sahəsi dövlət əmlakıdır.
22. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” qaydalarına əsasən həmin binada yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan əmlak hesab edilir.
23. İddiaçı mübahisəli qeyri-yaşayış sahələrinin "xxxx" MİK-nə məxsus olduğunu iddia etsə də, qeyd olunan hüquqi şəxsin dövlət qeydiyyatına alınması, həmçinin mübahisəli qeyri-yaşayış sahələri üzərində qeyd olunan hüquqi şəxslərin sərəncam vermək hüququnu təsdiq edən müvafiq hüquqmüəyyənedici sənəd (çıxarış) məhkəməyə təqdim olunmamışdır. Bunun əksinə olaraq, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 5 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmisinin 41.5 kv.m hissəsinin (mübahisəli sahə ilə qonşu sahə) dövlət əmlakı kimi X1 tərəfindən özəlləşdirilməsi qeyd olunmuşdur.
24. Nəzərə alınmalıdır ki, dövlət əmlakının Registrdə qeydiyyat Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır və hazırda mübahisəli qeyri-yaşayış sahələri ilə eyni binada yerləşən 41.5 kv.m hissənin dövlət əmlak ı kimi X1 tərəfindən özəlləşdirilməsi faktı, həmin əmlaklara münasibətdə hüquqların qeydiyyatının yalnız dövlət əmlakının özəlləşdirməsi qaydasında əmlak xüsusi mülkiyyətə verildikdən sonra həyata keçirilməsinin mümkünlüyünün proses iştirakçılarına, eləcə də qeyd olunan əmlaklarla bağlı qanunsuz sənədləşdirmə işləri aparmış "xxxx" MİK-ə məlum olduğunu sübut edir.
25. Belə olan halda, dövlət mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahələrinin xüsusi mülkiyyətə keçirilməsi proseduru qanunvericiliklə tənzimləndiyindən, Bakı Apellyasiya Məhkəməsinin cavabdeh orqan tərəfindən inzibati praktikanın pozulması ilə bağlı mövqeyi işin qeyd olunan dəlilinə əsasən əsassız sayılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim e dilərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);...
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilmə lidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Mə hkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onu nla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkr arlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" MİK-nin İdarə Heyətinin xx.xx.2020-ci il tarixli 15/04 nömrəli protokolundan çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ünvandakı yaşayış binasının zirzəmisinin bir hissəsində yerləşən 36 kv.m və 106 kv.m qeyri-yaşayış sahələrinin iddiaçıya satılması qərara alınmışdır. İddiaçı bununla bağlı müvafiq ödənişi etmiş və "xxxx" MİK tərəfindən verilən maliyyə arayışlarına görə iddiaçının hər hansı borcu yoxdur. 37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
38. Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 39 ünvandakı yaşayış binasının zirzəmisinin dövlət tərəfindən m aliyyələşdirildiyini təsdiq edə bilən ödəniş sənədi üçüncü şəxsdə mövcud olmamış və ötən illər ərzində həmin zirzəminin dövlət əmlakı kimi Dövlət Registrinə daxil edilməsi barədə hər hansı bir müraciət daxil olmamışdır.
39. Habelə, iddiaçı bundan da əvvəl "xxxx" MİK-nin 29 aprel 2015-ci il tarixli ümumi iclasın protokolu əsasında hazırda mübahisələndirilən eyni binanın yarı zirzəmisinin bir hissəsində yerləşən 80.5 kv.m qeyri-yaşayış sahəsini satın almış və həmin əmlak 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı əsasında xx.xx.2017-ci ildə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
40. Hazırda da iddiaçı eyni əsaslarla eyni binadan digər qeyri-yaşayış sahələri əldə etmiş, eyni binada yerləşən oxşar qeyri-yaşayış sahələrinə dair mə hkəmə praktikasının mövcud olmasına və iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətindən imtina etmişdir. Cavabdehin üst qurumu olan hazırkı kassator – üçüncü şəxs isə mübahisələndirilən əmlakların dövlət əmlakı olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılm alıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 16 yanvar tarixli, 21(103)-352/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.