Məhkəmə qərarları › İş №2-1(102)-1526/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1526/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1526/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiаçı X3 cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Dövlət Miqrаsiyа Хidmətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1526/19 Bakı şəhəri 01 may 2019-cu il 01.05.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçının vəkili Vəkil iştirakları ilə iddiaçı X4 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2018-ci il tarixli, 2-1(103)-468/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı X4 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” İQ-57/2 saylı 24 may 2018-ci il tarixli qərarın və İQ-57/2 saylı 24 may 2018-ci il tarixli qərarından şikayətin təmin edilməməsi haqqında 100 saylı, 26 iyul 2018-ci il tarixli qərarın ləğv edilməsi, ona qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1972-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərinə doğulmuş, etnik mənsubiyyətinə görə azərbaycanlı, dini mənsubiyyətinə görə şiədir. Valideyinləri əvv əllər Azərbaycan Respublikasındada yaşamışdır. İddiaçı boşanmış və onunla birlikdə yaşayan iki uşağı vardır. İddiaçının atası vəfat etmişdir, anası və bir bacısı Tehranda yaşayır. Digər bacısı isə İsveç Krallığına sığınacaq almaq üçün müraciət etmişdir. Orta təhsilidir, tibb universitetə daxil olsa da, təhsilini davam etdirməmişdir. Əsaslı təqib hesab etdiyi hallar: Birinci hal kimi qeyd edir ki, o, ssenarist kimi XXX adlı şəxslə birgə fəaliyyətlə məşğul olmuşdur. 2003-cü il tarixdə yazılan roman siyasi motivli hesab olunduğundan, çap olunmasına icazə verilməmişdir. İkinci hal kimi qeyd etmişdir ki, 2015-ci ildə XXX adlı musiqi müəlliməsi tərəfindən söylənilən məxfi məlumatların onun tərəfindən yayılmasının qarısını almaq niyyəti ilə məhrəm olmayan şəkilləri iradəsindən kənar şəkildə çəkil miş və həmin şəkillərlə hədələnmişdir. Həmçinin, XXX və onun ərinin adından tanımadığı şəxslərdən təhdid zəngləri və mesajları almağa başlamışdır. Üçüncü hal kimi keçmiş əri qızı Rominanı ondan almaq istəməsindən qorxmasını qeyd etmişdir. İddiaçının kiçik qızı Romina son dörd il ərzində onun keçmiş əri ilə yaşasa da, aralarındakı münasibət yaxşı olmamışdır. Nəticədə, qızı onunla birgə yaşamağa başlamışdır. Göstərilən səbəblərdən 02 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, qaçqın statusunun verilməsi üçün cavabdehə müraciət etsə də, lakin sonuncu tərəfindən müraciəti təmin edilməmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında iddia tələbinin rədd edilməsini xahiş edərək bildirmişdir ki, inandırıcılığın qiymətləndirilməsi üzrə ərizəçinin söylədiyi faktlarda bəzi uyğunsulu qlar və ziddiyyətli məqamlar aşkar edilmiş və onun söylədikləri inandırıcılıq baxımından qənaətbəxş hesab olunmamışdır. Belə ki, ərizəçi təhdid olunması ilə bağlı heç bir hüquq-mühafizə orqanına müraciət etməmiş və bunun səbəbini XXXdən ehtiyat etməsi və onun Nəsimi himayə etməsi ilə əlaqələndirmişdir. Lakin ərizəçi ona gələn təhdid zənglərinin və mesajların Nəsim və onun keçmiş əri XXX tərəfindən edildiyini bildirsə də, onun dediklərindən bu söhbətin 2015-ci ildə baş tutduğu, ötən müddət ərzində ərizəçinin ölkəsini tərk etmədiyi, heç bir ciddi təhdid və və təzyiqə məruz qalmadığı məlum olmuşdur. Nüfuzlu şəxs tərəfindən həyatı üçün təhlükə olacağını deyən şəxsin 3 il ərzində heç bir problemlə rastlaşmadan ölkəsində yaşaması inandırıcılıq baxımından qəbul olunmamışdır. Bundan başqa, iddia çının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o və ailə üzvü vətəndaşları olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2-1(81)3969/2018 saylı qərardadı (hakim Miminat Hacıbəyova) ilə cavabdehin İQ-57/2 nömrəli, 24 may 2018-ci il tarixli qərarından şikayətinin təmin edilməməsi haqqında cavabdehin 100 saylı, 26 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbi mümkün sayılmamışdır. 1 saylı Bakı İ nzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2-1(81)3969/2018 saylı qərarı (hakim Miminat Hacıbəyova) ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqib qorxusunun əsaslılığına dair hər hansı sübut təqdim edilmədiyi üçün, yalnız hər hansı şəxslərin təqibindən ehtiyyat etməsi ilə bağlı bildirdikləri ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul edilə bilməz. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddia tələblərinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2019-cu il tarixli, 2-1(103)-468/2019 saylı qərarı ilə (sədrlik edən hakim Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) iddiaçının apellyasiya şik ayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və bildirmişdir ki, qanunvericilikdə qaçqın statusunun verilməsi üçün nəzərə alınması tələb olunan halların olması iddiaçı tərəfindən sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilə bilməz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.0.7, 2.2, 14.1, 32.1, 33.1, 73.3.1, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1, “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 2.0.7-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il t arixli, 419 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3,7, 8-ci ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia ərizəsində qeyd etdiyi halları sadalayaraq bildirmişdir ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi, tətbiq edilməli olan qanun və ya digər normativ akt tətbiq edilməməsi və ya səhv təfsir edilməsi ilə qəbul edilmişdir. Maddi və prosessual hüquq normalarının pozulması və düzg ün tətbiq edilməməsi: iddiaçının hazırki vəziyyəti qaçqın anlayışını ehtiva edir, çünki o, müəyyən sosial qrupa mənsubdur. Bu baxımdan hazırki işə daxili qanunvericiliklə bərabər, beynəlxalq hüquq normaları - “Qaçqınların statusu haqqında” Konvensiya və eyni adlı Protokol, Avropa İnsan Hüquqları Konvensiyasının 3, 8, 13-cü maddələri və onun 1, 4, 6, 7 saylı Protokolları, həmçinin məhkəmə presedent hüququ da tətbiq edilməlidir. Lakin apellyasiya məhkəməsi qeyd olunan hüquq normalarına istinad etmədən, yalnız cavabdehin təqdim etdiyi materiallara istinad edərək qərar qəbul etmişdir. Tətbiq edilməli olan qanun və ya digər normativ aktların tətbiq edilməməsi: tətbiq edilməli “yumşaq hüquq” normaları BMT-nin Qaçqınlar üzrə Ali Komissarığının tərtib etdiyi Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçidir (2011). Həmin Bələdçinin əsaslı təqib qorxusu meyarına dair 37-50, qaçqın statusunun verilməsi prosesi və sübutetmə standartlarına dair 192-205-ci bəndləri tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Prezidentini Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması haqqında Qaydalar”, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddələrinin tələbləri nəzərə alınmalıdır. Hüquq normalarının məhkəmə tərəfindən səhv təfsir olunması: məhkəmə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, normada sadalanan əlamətlərdən heç biri iddiaçıya münasibətdə müəyyən edilməd iyindən, ona qaçqın statusu verilə bilməz. Halbuki, həmin normada göstərilmişdir ki, müəyyən sosial qrupa mənsubluğuna və siyasi əqidəsinə görə təqibin qurbanı olmaq barədə tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan şəxs qaçqın hesab edilir. İddiaçı və onun Azərbaycana gələn ailə üzvlərinə münasibətdə qanunda sadalanan hallar mövcud olduğundan, onlara qaçqın statusu verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 saylı Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın yalnız adını çəkməklə kifayətlənmişdir, lakin onun tələblərinə əməl etməmişdir. Belə ki, aparılan müsahibədə iddiaçı və onun qızı barəsində təqib qorxusunun olmasını təsdiq edən kifayət qədər sübutlar vardır. Bundan əlavə, “Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və prosedurlar haqqında Təlimat”ın 51-ci bəndində təqib terminin hamılıqla qəbul edilmiş anlayışı olmadığından, iddiaçının sosial qrupa mənsubluğuna və siyasi əqidəsinə görə rəsmi qurumlar tərəfindən təqib olunması da bura daxil edilməlidir. Apellyasiya məhkəməsi ehtimallara əsaslanıldığını bildirsə də, həmin ehtimallar ağlabatandır, yəni iddiaçının İrana qayıdacağı təqdirdə həyatı və səhhəti zorakılıq riski altındadır. İranın rəsmi qurumları tərəfindən onun əleyhinə hədə kimi istifadə olunan fotolarına görə vətəndaşı olduğu dövlətdə gender kimliyinə görə cinayət təqibinə məruz qala bilər. Bununla da, onun “beynəlxalq konvensiyalarda nəzərədə tutulan əsas hüquqları təhlükə altına düşə bilər. İddiaçıya qaçqın statusu verilməsindən im tina edilməklə onun sığınacaq, inzibati icraat, pis rəftara məruz qalmamaq, şəxsi həyata hörmət, səmərəli vasitələr hüququ pozulmuşdur. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 418.2, “Qaçqınların statusu haqqında” Konvensiyanın 1, “Qaçqınların statusu haqqında” Protokolun 1, “Avropa İnsan Hüquqları Konvensiyasının 3, 8, 13, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1-4, 10-19, 20-27, 42-47, 57-59, 61, 67, 71, 73-cü maddələrinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillər ini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçının şəxsiyyətini təsdiq edən pasporta əsasən o, İran İslam Respublikasının vətəndaşıdır. “Qaçqın statusunun verilməsi haqqında” vəsa tətə əsasən iddiaçı qaçqın statusunun verilməsi haqqında cavabdehə müraciət etmiş və müraciətini onunla əsaslandırmışdır ki, İranda əvvəllər dost münasibətlərində olduğu qadın tərəfindən təqib olunmuşdur, bundan başqa onunla yaşayan qızının keçmiş əri tərəfindən ondan alınacağından ehtiyat edir. Cavabdeh qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 24 may 2018-ci il tarixdə keçirilmiş iclasının protokoluna əsasən iddiaçıya “qaçqın” statusu verilməsindən imtina edilməsi qərara alınmış, əsas kimi etirazda qeyd olunan hallar göstərilmişdir. Cavabdehin 24 may 2018-ci il tarixli, İQ-57/2 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. Cavabdehin 26 iyul 2018-ci il tarixli, 100 say lı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən qaçqın statusu verilməsindən imtina edilməsinə dair cavabdehin 24 may 2018-ci il tarixli, İQ-57/2 saylı qərarından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarının düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin nəticəsinə görə, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə onun qaçqın statusu alması üçün gətirdiyi hallar hər hansı bir mötəbər sübuta əsaslanmayan ehtimallar üzərində qurulduğundan, mübahisə predmeti olan inzibati aktın ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlillərinin mahiyyətinə görə, onun əsaslı təqib qorxusu ilə üzləşdiyi hallar cavabdeh tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Qaçqınların statusu haqqında” Konvensiyanın 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. “Qaçqınların statusu haqqında” 1967-ci il tarixli Protokolun giriş hissəsində deyilir ki, 1951-ci il iyulun 28-də Cenevrədə imzalanmış Qaçqınların statusu haqqında Konvensiyanın yalnız 1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində qaçqına çevrilmiş şəxslərə şamil olunduğunu nəzərə alaraq, Konvensiya qaəbul edildikdən sonra qaçqınlara aid yeni vəziyyətlərin yarandığını və ona görə də buna aidiyyatı olan qaçqınların Konvensiyanın təsirindən kənarda qala bilməsini nəzərə alaraq, Konvensiyada verilən tərifə uyğun gələn bütün qaçqınlarım göstərilən 1951-ci il 1 yanvar tarixindən asılı olmayaraq bərarbər statusa malik olması lüzumu nəzərə alınaraq, aşaöıdakılar barədə razılığa gəlmişlər: Bu Protokolun məqsədləri üçün “qaçqın” termini altında bu maddənin 3-cü bəndinin tətbiqi ilə bağlı hallar istisna olmaqla, Konvensiyanın 1 A(2) maddəsinin tərifini “ 1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində” sözləri və “...həmi n hadisələr nəticəsində” sözlərini çıxmaq şərti ilə uyğun gələn hər bir şəxs üçün nəzərədə tutulur. (maddə1, bənd 2) “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Beləliklə, şikayətdə də sadalanmış normaların məzmunu kimlərə qaçqın statusunun verilməli olduğunun əhatə dairəsini müəyyən edir: - İrqi əlamətinə görə; - Milliyyətinə görə; - Dini etiqadına görə; - Müəyyən sosial qrupa mənsubluğuna görə; - Siyasi əqidəsinə görə. Göründüyü kimi istər daxili qanunvericilik, istərsə də beynəlxalq hüquq bütün qrupları deyil, dairəsi konkret şəkildə müəyyən edilmiş şəxslərə “qaçqın” statusunun verilməli olmasını müəyyən etmişdir. İddiaçının kassasiya şikayətində qaçqın statusunun alınması üçün irəli sürdüyü və müəyyən sosial qrup və siyasi əqidəyə görə təqibə səbəb olduğu hesab etdiyi hallar bunlardır: - 2003-cü il tarixdə yazılan roman siyasi motivli hesab olunduğundan, çap olunmasına icazə verilməmişdir. - Məhrəm olmayan şəkilləri iradəs indən kənar şəkildə çəkilmiş və həmin şəkillərlə hədələnmişdir. XXX və onun ərinin adından tanımadığı şəxslərdən təhdid zəngləri və mesajları almağa başlamışdır. Ərinin qızı Rominanı ondan almaq istəməsindən qorxur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı hər üç hal ilə bağlı heç bir sübut təqdim etməmişdir. Qeyd etdiyi halların fərziyyə və ya həqiqət olması heç bir faktla təsdiq olunmur. İddiaçının ehtiyat etdiyi məsələlərin tam əsaslı olması sual altında qalır ki, bununla da şikayətdə istinad olunan beynəlxalq aktlarda şəxsin tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalması və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməməsi təsdiqini tapmır. Bundan əlavə, hətta iddiaçı qeyd olunan üç hal ilə bağlı sübut təqdim etmiş olsa idi belə, burada aydınlaşdırılmalıdır ki, həmin hallar iddiaçının müəyyən sosial qrup və ya siyasi əqidəyə görə təqib edilməsinə səbəb hesab edilə bilərmi. Çünki, kasasiya şikayətində iddiaçının müəyyən sosial qrupa mənsubluğuna və siyasi əqidəsinə görə təqibin qurbanı olması əsas gətirilmişdir. Bu səbəbdən müəyyən sosial qrup və siyasi əqidə anlayışlarına aydınlıq gətirilməlidir. Müəyyən sosial qrup - hər hansı bir insan birliyini qrup adlandırmaq üçün həmin adamların vahid məqsəd uğrunda birgə fəaliyyət göstərməsi tələb olunur. Qrup bir-birinə qarşılıqlı təsir göstərən, bir-birinə uzun müddət təsir göstərməklə özlərini “biz” kimi qavrayan iki və daha artıq insan birliyidir. Sosial qrupların əsasında sosial münasibətlər dayanır. Məsələn, ailə, təhsil qrupları, ittifaqlar, hərbi və idman qrupları və s. Sosial qrupların strukturu, normaları cəmiyyətin mövcud tələblərinə uyğun olmaqla, bir növ cəmiyyət tərəfindən idarə olunur. Sosial qrupların ən əsas xüsusiyyəti aydın dərk olunmuş ümumi məqsədlərinin olmasıdır. Beləliklə, sosial qrup mədəniyyət meyarları, sərvət meylləri, həyat fəaliyyət vasitələri və ya şəraiti ilə bir-biri ilə bağlı olan insanların nisbətən sabit birliyidir. Siyasi əqidə - “Kempbelin və X1rşı” (AİHM-dəki 7511/76 və 7743/76 saylı, 25 fevral 1982-ci il tarixli işlərinin 36-cı paraqrafı.) işdə göstərilir ki, “Burada istifadə edilmiş “baxışlar” sözü öz mənasına görə AİHK-nın fikir ifadə etmək azadlığını nəzərdə tutan 10cu maddəsində istifadə edilmiş “rəy” və “ideya” sözlərinin sinonimi kimi qəbul edilməməlidir; bu söz 9-cu maddədə verilmiş və müəyyən səviyyədə əsaslılığ a, ciddiliyə, müttəhidliyə və nüfuza nail olma baxışlarını ifadə edən “əqidə” sözünə daha yaxındır. Yəni siyasi əqidə dedikdə, siyasi baxış və mövqe nəzərdə tutulur. İddiaçının 2017-ci il tarixdə Azərbaycan Respublikasına gəldiyini nəzərə alsaq, onun 2003-cü il tarixdə digər müəlliflə birgə yazdığı (özünün bildirdiyinə görə) roman siyasi motivli hesab olunduğundan çap olunmasına icazə verilməməsinə görə aradan keçən müddət ərzində təqib olunmadığını deməyə kifayət qədər əsas verir. Üstəlik iddiaçı 2015-ci ildə “setar” adlı musiqi alətində çalmağı öyrənmək üçün dərslərə başladığını bildirmişdir. Bu isə bir daha göstərir ki, o siyasi əqidəsinə görə təqib olunmamışdır. Və ya ərinin qızını ondan almaq istəməsi (özünün bildirdiyinə görə) onun nə müəyyən sosial qrupa mənsubluğuna, nə də ki siyas i əqidəsinə görə təqib olunması kimi götürmək mümkün deyildir. İddiaçının qeyd etdiyi digər əsas məhrəm olmayan şəkillərinin iradəsindən kənar şəkildə çəkilmiş olması və həmin şəkillərlə hədələnməsidir. Şikayətdə bu hal əsaslı təqib qorxusu ilə belə əlaqələndirilmişdir ki, iddiaçının potensial təqib edilməsinin əsasını onun gender kimliyi (müəyyən sosial qrupa mənsub olması) təşkil edir. İddiaçı İranın rəsmi qurumları tərəfindən onun əleyhinə hədə kimi istifadə edilən fotolarına görə ölkəsində haqsız cinayət işinə (zina cinayətinə görə) məruz qala bilər və bununla da ölüm cəzasına məruz qala bilər. Göründüyü kimi şikayətində iddiaçı gender kimliyini müəyyən sosial qrup hesab etmişdir. Halbuki, cinsi mənsubiyyətə görə ayrı-seçkilik nisbətən aydın bir anlayışdır və şəxsin kişi və ya qadın olması faktına əsasən baş vermiş ayrı-seçkilik hallarını əhatə edir. İstənilən kişi və ya qadın müəyyən sosial qrupun üzvü ola və siyasi əqidəyə sahib ola bilər. Bu baxımdan iddiaçının kassasiya şikayətində yalnız bir nəfərlə bağlı (özü), konkret hala (şəkillərə) görə müəyyən sosial qrupa mənsubluğa görə təqib edilmiş olması demək deyildir. Eyni zamanda, şikayətdə göstərilənlər uydurma və ya həqiqəti əks etdirməsi sübuta yetirilməmişdir. Hətta belə şəkillərin olması və olsa belə onun təhdid edilməsi məqsədi ilə çəkilmiş olması kimi halların heç birinə aydınlıq gətirilmədən, yalnız İran İslam Respublikası ilə bağlı ümumi statiska əsasında iddiaçının təqib edilməsi nəticəsinə gəlmək mümkün deyildir. İddiaçının şikayətində istinad etdiyi digər beynəlxalq aktlarda isə ya “qaçqın” statusunun ve rilməsi ilə bağlı birbaşa göstəriş nəzərdə tutulmamış, ya da hazırki inzibati işlə əlaqələndirilməmişdir. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi işgəncələrin qadağan olunması, 8-ci maddəsi şəxsi həyata və ailə həyatına hörmət hüququ, 13-cü maddəsi səmərəli hüquqi müdafiə vasitələri hüququ adlanır, lakin kassasiya şikayətində sadəcə adları çəkilməklə kifayətlənmişdir. “Avropa İnsan Hüquqları Konvensiyası”nın 3, 8, 13-cü maddələri və onun 1, 4, 6, 7 saylı Protokollarının yalnız adı çəkilmiş, hansı hissədə və nə kimi bağlılıqla istinad edilməli olması əsaslandırılmamışdır. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması haqqında Qaydalar”ın giriş hissədində göstərilir ki, Azərbaycan Respublikasında "Qaçqın" statusunun verilməsi haqqında vəsatətə baxılması qaydas ını müəyyən edir. Bu qaydalarda, qaçqın stausu almaq istəyən şəxsin müraciət edilməli orqan, müddətlər, vəsatətə baxılması, qərarın qəbul edilməsi, həmin müddət ərzində şəxsin vəziyyəti, 16 yaşına çatmayanlarla bağlı prosedur qaydaları, müsahibənin aparılması və s. kimi məsələlər tənzimlənmişdir. Qaydalarda kimlərə qaçqın statusu verilməsi və ya imtinanın əsaslarına dair heç bir müddəa olmayıb, hazırki mübahisə ilə əlaqəsi mövcud deyildir. Kassasiya şikayətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (1-4, 10-19, 20-27, 42-47, 57-59, 61, 67, 71, 73-cü maddələr) əksər maddələrinə istinad olunmuşdur. Konkret hansı halda hansı normanın pozulduğu əlaqələndirilməmişdir. Məsələn, Qanunun 3-cü maddəsi onun tətbiq dairəsi, 4-cü maddəsi aidiyyət kimi məslələri tənzimləyir. Kass asiya şikayətində qeyd edilən dəlillərdən biri qərar qəbul edilən zaman yalnız cavabdehin təqdim etdiyi materiallara istinad edilməsi ilə bağıdır. Məhkəmə kollegiyası dəlili əsassız hesab edir ona görə ki, istər iddia ərizəsi verilən zaman, istərsə də məhkəmə icraatı zamanı iddiaçının yetərincə imkanı olmasına baxmayaraq onun tərəfindən mübahisə ilə əlaqədar hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı yalnız iddia ərizəsinə qoşma şəklində sənədlər əlavə etmişdir ki, onlar da cababdehin qərarları, inzibati şikayət və s-dən ibarətdir. Məhkəmə kollegiyası iddiaçının sığınacaq, inzibati icraat, pis rəftara məruz qalmamaq, şəxsi həyata hörmət, səmərəli vasitələr hüququ pozulması ilə bağlı dəlilini “qaçqın” statusunun verilməsindən imtinaya dair gəlinmiş nəticəni yuxarıda göstərilənlərə əsa sən əsassız olduğundan və apellyasiya məhkəməsinin qərarının nəticəvi hissəsinə təsir etməyən digər dəlillərin əlavə olaraq qiymətləndirilməsini zəruri hesab etmir. Bu baxımından İnsan Hüquqiları üzrə Avropa Məhkəməsinin ifadə edilmiş mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın “Ədalətli məhkəmə araşdırması hüququnu” nəzərdə tutan 6-ci maddəsinin 1-ci bəndinin tələbləri məhkəmə qərarlarında hər arqumentə ətraflı cavab tələb etmək kimi başa düşülə bilməz. “Van de Hurk v. The Netherlands” işi üzrə (N 16034/90) qəbul etdiyi 19 aprel 1994cü il tarixli qərarında həmin məhkəmə göstərmişdir ki, məhkəmələr hər hansı suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağl ı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarına münasibətdə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, belə inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur. Cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmuş, cavabdehin imtinası qanuna zidd deyil və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X4tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2018-ci il tarixli, 2-1(103)-468/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar