Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1526/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər:(ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı, pensiyanın bir növündən başqa növünə keçmə hüququ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı ca vabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bir növündən başqa növünə keçirilməklə yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 2-1(103)-808/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. 25.04.1983-cü ildən 26.08.1985-ci ilədək hərbi xidmətdə olmuş, 05.06.1989-cu ildən müxtəlif vəzifələrdə çalışmışdır. İddiaçı 25.04.1997-ci ildən ədliyyə orqanlarında əmək fəaliyyətinə başl amışdır. 2015-ci ilin iyun ayından 3-cü dərəcə əlilliyə görə əmək pensiyası alir.
2. İddiaçı 29.05.2020-ci il tarixində cavabdehə müraciət edərək, əlilliyə görə əmək pensiyası növündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası növünə keçirilməsini xahiş etmişdir. Cavabdeh 01.07.2020-ci il tarixli məktubla iddiaçının tələbinin təmin edilməsindən imtina olunduğunu bildirmişdir.
3. Cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinin 01.07.2017-ci ilədək qüvvədə olan redaksiyasına istinad edərək bildirmişdir ki, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olun anları nəzərə alaraq, iddiaçının 01.07.2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə iş stajı 25 ildən az, yəni 19 il 11 ay 19 gün təşkil etdiyindən, ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona təyin edilmiş əlilliyə görə əmək pensiyası növünün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına dəyişdirilməsi və yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin iyun ayından başlayaraq 3-cü qrup əlilliyə görə əmək pensiyası alır. 25.04.1997-ci il tarixdən ədliyyə orqanlarında işləyir, 2 il müddətində hərbi xidmətdə olmuşdur. 25 ildən artıq qulluq stajı var. Hazırda icra məmuru vəzifəsində işləyir. Pensiya sənədləri (qovluğu) 01.01.2020-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təhvil verilmişdir. Məlum olduğu kimi, «Ədliyyə orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.8-ci maddəsinə əsasən, yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq etmiş şəxslər «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq pensiya almaq hüququna malikdirlər. Həmin qanununun 23.8-ci maddəsinə 06.03. 2018-ci iİ tarixdə dəyişiklik edilərək 25 il qulluq etmiş işçilər sözləri 35 il qulluq stajı olan ədliyyə işçi ləri sözləri ilə əvəz olunmuşdur. O, təyin olunmuş əmək pensiyasının “əlilliyə görə” növündən “güzəştli şərtlərlə yaşa görə” növünə keçirilməsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Həmin İdarənin 01 iyul 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, 01.07.2017-ci ilədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə iş stajı 25 ildən az olduğundan, ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyası təyin edilməsi mümkün hesab edilmir. Cavabdehin həmin imtinasını düzgün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll-ci bəndində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə ş amil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə olduğu halda onun güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranır, belə ki, qanunun geriyə qüvvəsi ona şamil olunmalıdır. Eyni zamanda, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Digər tərəfdən də onun əlil olması və pensiyasının düzgün hesablanmaması nəzərə alınmalıdır.
6. Bakı İnzibati Məhkəməsinin 07.10.2020-ci il tarixli, 2-1(112)-5713/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Məhkəmə hesab etmişdir ki, «Əmə k pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş normalarının tətbiqi üçün iddiaçının məhz həmin tarixədək 25 il xüsusi rütbəli əməkdaş (işçi) kimi iş stajı olmalıdır. Lakin 01.07.2017-ci il tarixədək iddiaçı ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 25 il xidmət etmədiyindən, onun «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsində təsbit edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının növü dəyişdirilməklə yenidən hesablanmasından imtinası qanunvericiliyin tələblərinə uyğundur.
8. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apel yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 2-1(103)808/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Afaq Nuriyeva) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 07.10.2020-ci il tarixli, 2-1(112)-5713/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikay ətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi hüquq normalarını pozaraq, işin faktiki hallarını nəzərə almamış və ədalətsiz qərar çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və düzgün nəticəyə gəlməmişdir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən faktiki hallar aydınlaşdırılmamış və sona qədər araşdırılmamışdır. Qərarda müəyyən olunmuş nəticə işin hallarına uyğun deyildir və bununla da qərarın kassasiya qaydasında ləğv olunması üçün əsaslar yaranmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı məhkəmə iclasında vəkillə təmsil olunmadığına görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən onun iz ahatı dinlənilməmişdir.
15. Cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: M a d d ə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 9.7. Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: Həmin Qanunun 9.7.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyası: 9.7.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri; Həmin Qanunun 9.7.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyası: 9.7.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. M a d d ə
34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensi yası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır.
17. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir.
18. İnzibati Prosessual Məcəllə: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və ə saslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Mahiyyət etibarı ilə hazırkı mübahisə iddiaçının ona təyin olunmuş əmək pensiyasının 3-cü dərəcə əlilliyə görə pensiya növündən güzəştli şərtlərlə yaşa görə pensiya növünə dəyişdirilməsi barədə tələbinin təmin olunmasından cavabdehin imtinası ilə bağlıdır.
25. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçıya iddia etdiyi pensiyanın təyin olunması üçün, yuxarıda istinad olunan normada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı nəzərdə tutulmuş dispozisiya şərtlərinin ona münasibətdə 01.07.2017-ci il tarixədək mövcud olması zəruridir. Başqa sözlə, iddiaçı həmin tarixədə k ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə ədliyyə işçisi qismində işlədiyi və həmin vəzifədə azı 25 il qulluq stajına malik olduğu təqdirdə, ona həmin pensiya təyin oluna bilərdi. Belə ki, yuxarıda istinad olunan normanın 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır.
26. Lakin həmin dövrdə yuxarıda istinad olunan normanın müvafiq dispozisiya şərtləri iddiaçı tərəfindən ödənilməmişdir, yəni iddiaçı 01.07.2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə tələb olunan 25 illik qulluq stajın malik olmamışdır. Bu baxımdan iddiaçının həmin dövrdə ədliyyə orqanlarında xüsu si rütbələr nəzərdə tutulan vəzifələrdə 25 il qulluq stajı olmadığı üçün yuxarıda istinad olunan normanın (9.7.1-ci maddənin) 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə onun ədliyyə işçisi kimi yaşa görə əmək pensiyası hüququ da yarana bilməzdi.
27. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin istinad etdiyi hüququ yeni hüquqi tənzimləmə qüvvəyə minənə qədər, yəni əvvəlki hüquqi tənzimləmə dövründə artıq yaranmış və mövcud olmalıdır. Yalnız bu halda şəxs həmin hüquqa istinad edərək onun əvvəlki qanunvericiliyə uyğun olaraq təmin olunmasını tələb etməyə haqlıdır. Fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin qadağan olunması ilə bağlı Konstitusiyasının 149-cu maddəsinin müddəaları da bu kontekstdə təfs ir edilməli və tətbiq olunmalıdır. Nəzərə almaq lazımdır ki, yeni hüquqi tənzimləmə qüvvəyə minənə qədər şəxsin yaranmamış, mövcud olmayan hüququnun yeni hüquqi tənzimləmə nəticəsində məhdudlaşdırılması və ya ona müdaxilə edilməsi, şəxsin hüquqi vəziyyətinin ağırlaşdırılması istisna olunur və iddia edilə bilməz.
28. Yuxarıda istinad olunan normalara görə, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının hərbi xidmət dövrü ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajına hesablana bilməz. Belə ki, qanunverici ədliyyə işçilərinin güzəştli şə rtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını yalnız xüsusi staja, yəni ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə olan staja bağlayır və bu hal yuxarıda istinad edilən normaların tətbiqi zamanı nəzərə alınmalıdır.
30. İş materiallarından görünür ki, iddiaçı 25.04.1983-cü ildən - 26.08.1985-ci il tarixədək hərbi xidmətdə olmuş, 05.06.1989-cu ildən müxtəlif vəzifələrdə çalışmış və 25 aprel 1997-ci il tarixdən ədliyyə orqanlarında işləməyə başlamışdır.
31. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 01.07.2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 25 il qulluq stajına malik olmadığından, onun yuxarıda istinad edilən normada nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.
32. Beləlik lə, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur. İddiaçının kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu baxımdan şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 2-1(103)-808/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.