Məhkəmə qərarları › İş №2-1(102)-1526/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1526/2024

25.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1526/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehna qarşı işi üzrə QƏRARDADİ (iş № 2-1(102)-1526/2024) Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdehna qarşı “sürücülük vəsiqəsinin alınması üçün tibbi arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-2754/2023 nömrəli, 1 sentyabr 2023-cü il tarixli qərarından iddiaçının verdiyi şikay ət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı Cavabdehna qarşı məhkəməyə müraciət edərək sürücülük vəsiqəsinin alınması üçün tələb olunan tibbi arayışla bağlı müraciətinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən psixi-ruhi vəziyyəti ilə bağlı tərtib edilən xx.xx.2021-ci il tarixli əsassız aktın ləğv edilməsi, sürücülük vəsiqəsinin alınması üçün tələb olunan tibbi arayışın verilməsi öhdəliyinin əsaslı, qanuni şəkildə icrası vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması, tibbi arayış üçün tələb olunan psixiruhi vəziyyətinin obyektiv və əsaslı dəyərləndirməsi üçün bu sahədə dəyərləndirilməni həyata keçirə biləcək Azərbaycan Re spublikası Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində müvafiq qiymətləndirmə prosesinin təşkili vəzifəsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-(112)-12985/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim X1) iddiaçının ərizəsi əsasında iş üzrə cavabdeh qismində Cavabdeh nəzərə alınmaqla iddia tələbi “sürücülük vəsiqəsinin alınması üçün tibbi arayışın verilməsi” kimi dəyişdirilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-(112)-2829/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərarı ilə (hakim X1) iddia tələbi təmin edilməmişdir.

4. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 1991-ci il tarixdən dispanser müşahidəsində olması işin mübahisəsiz halıdır. Eyni zamanda nəqliyyat vasitəl ərinin idarə edilməsinə mane olan xəstəliklərin və ya fiziki pozuntuların dəqiq siyahısı hazırda Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilməmiş olsa belə, psixi sağlamlıq durumuna əsasən şəxsin sürücülüyə əks göstəriş olduğunu müəyyən etməsi cavabdeh qurumun qiymətləndirmə azadlığı çərçivəsindədir. Belə olan halda məhkəmə cavabdeh orqanın imtinasının qanunsuz və iddiaçının vəziyyətinə uyğun olmayan xəstəliklə bağlı olduğu nəticəsinə gəlməmişdir.

5. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2754/2023 saylı, 1 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X2 /məruzəçi/, X3 və X5) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərar ı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

9. Ərizədə iddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsini xahiş etmiş, eyni zamanda apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını aldıqdan sonra üzürlü səbəbdən kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürdüyünü bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı tə qdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həm in şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.... 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə t ələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə tərkibi ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

11. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

12. İş materiallarından görünür ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını 30 oktyabr 2023-cü il tarixdə məhkəmə qəbzinə imza atmaqla almışdır. 13. 10 yanvar 2024-cü il tar ixdə yəni qərardan şikayət verilməsi üçün nəzərdə tutulan 1 ay müddət ötürüldükdən sonra iddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsinə dair ərizə verərək eyni zamanda kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərardadı ilə iddiaçı dövlət hesabına vəkil ilə təmin edilmişdir. 4 mart 2024-cü il tarixdə isə vəkil tərəfindən kassasiya şikayəti təqdim edilmişdir.

14. İddiaçı ərizəsində müddəti ötürdüyünü etiraf etsə belə, bu halın onun təqsiri olmadan buraxılmasını və buraxılmış müddətin üzrlü sayılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən kassasiya şik ayətinin verilməsi üçün müddətin onun təqsiri olmadan buraxılmasına dair məhkəməyə sübut təqdim edilməmişdir.

21. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti əsassız olduğundan təmin edilməməlidir.

22. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddətini iddiaçı üzrlü səbəb olmadan ötürdüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, ərizə təmin edilməməli, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

23. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2754/2023 nömrəli, 1 sentyabr 2023-cü il tarixli qərarından iddiaçının verdiyi ş ikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar