Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1527/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRAR Giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2469/18 saylı, 20 noyabr 2018-ci il tarixli qərarından iddiaçının verd iyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 2000-ci il tarixdən Daxili İşlər Nazirliyinin X2 İdarəsində, 2006-cı il tarixdən 21.02.2018-ci il tarixədək isə Azərbaycan Respublikası Cavabdehndə çalışmışdır. İddiaçı 22.01.2018-ci il tarixdə cavabdehə ərizə ünvanlayaraq 22.01.2018-ci il tarixdən işdən azad olunması barədə əmr verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası FHN DYMX-nin rəis müavini daxili xidmət polkovniki Rza Xudiyev tərəfindən iddiaçı barəsində verilmiş təqdimatda qeyd edilmişdir ki, iddiaçı X3 Xidmətinin rəhbərliyinə müraciət edərək ailə vəziyyəti ilə əlaqədar xidmətdən xaric olunmasını xahiş etmiş, iddiaçının xidmətkeçməsinə xitam verilməsi məqs ədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Cavabdeh X3 Xidməti tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinə ünvanlanmış 26.01.2018-ci il tarixli, 37/01-00122 saylı məktubda Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin Döyüş və fiziki hazırlıq sektorunun mühəndis-inspektoru daxili xidmət mayoru İddiaçı xidmətkeçməsinə xitam verilməsi ilə əlaqədar sənədlərin baxılması üçün göstəriş verilməsi xahiş edilmişdir. İddiaçı cavabdehə 25 yanvar 2018-ci il tarixli və 26 yanvar 2018-c il tarixli teleqramlar ünvanlayaraq, FHN-nin X3 Xidmətinin mühəndis inspektoru vəzifəsindən azad olunması barədə 23 yanvar 2018-ci il tarixli ərizəsini ailə vəziyyəti ilə əlaqədar olaraq geri götürdüyünü və işə davam etdiyini bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin 0299 saylı 21 fevral 2018-ci il tarixli əmri ilə Nazirliyin X3 Xidmətinin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin Döyüş və fiziki hazırlıq sektorunun mühəndis-inspektoru daxili xidmət mayoru İddiaçı öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Əmrə əsas X3 Xidmətinin 26 yanvar 2018-ci il tarixli 37/01-00122 nömrəli məktubu ilə daxil olmuş İddiaçı təqdimatı və təqriri göstərilmişdir. Bundan sonra iddiaçı 14 mart 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın 21 fevral 2018-ci il tarixli əmrinin ləğv edilməsi və onun fövqəladə hallar orqanlarında xidmətə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-2070/18 saylı iş) 10 iyul 2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə əsas onun 22 yanvar 2018-ci il tarixli ərizəsi olmuşdur ki, həmin ərizədə iddiaçı tərəfindən tarix göstərilməklə onun 22 yanvar 2018-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi xahiş edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6 -məruzəçi, X5 və X7,2-1(103)-2469/18 saylı iş) 20 noyabr 2018-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdı r. İddiaçı 4 fevral 2019-cu il tarixdə qərarın surətini almış, 25 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti işin hallarına uyğun olaraq tərtib olunmuş iddiaçı əlavə olaraq qeyd etmişdir ki, o, teleqramla ona görə müraciət etmişdir ki, iş yerinə daxil olmaq mümkün olmamışdır. Yəni kart əlindən alındığı üçün içəri girə bilməmişdir. Bir ay müddətində də onun işini davam etdirməsinə imkan verilməmişdir. Halbuki, ərizə yazılandan bir təqvim ayı müddətində işə çıxmağa haqlı idi. Ancaq bu müddətdə belə işə buraxılmamışdır. Bunu keçid qapısında yerləşən aparatda da görmək olar. FHN-də olan işə dair münasibətlər də Əmək Məcəlləsinin maddələri ilə tənzimlənir. Əmək Məcəllə sinin 69.1-ci maddəsinə əsasən işçinin 1 təqvim ayı işəgötürəni qabaqcadan xəbərdarlıq etməklə əmək müqaviləsinə xitam vermək hüququna malikdir. Bir ay müddətin verilməsi imkan verir ki, bu müddət ərzində işçi fikrindən daşındıqda ərizəsini geri götürə bilsin. FHN-i həmin müddəti gözləmişdir, lakin iddiaçı tərəfindən göndərilmiş ərizənin geri götürülməsinə dair teleqramına əhəmiyyət verməmiş, bu müddətdə işə davam etməsinə imkan verməmişdir. Həmçinin iddiaçının yerinə hər hansı bir işçinin götürülməsi barədə məlumat verilməmişdir. FHN-nin etdiyi qanunsuzluqları məhkəmələr işə baxaraq qanuniləşdirmək istəyiblər. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. tərəflərin izahatları: İddiaçın ın vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-c ü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı cavabdehin 21 fevral 2018-ci il tarixli əmrinin ləğv edilməsini və onun fövqəladə hallar orqanlarında xidmətə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə olunmayan hallarına görə iddiaçı 2000-ci il tarixdən Daxili İşlər Nazirliyinin X2 İdarəsində, 2006-cı il tarixdən 21.02.2018-ci il tarixədək isə Azərbaycan Respublikası Cavabdehndə çalışmışdır. 22.01.2018-ci il tarixdə cavabdehə ərizə ünvanlanaraq 22.01.2018-ci il tarixdən işdən azad olunması barədə əmr verilməsini xahiş etmiş, cavabdehin 21 fevral 2018-ci il tarixli əmri ilə Nazirliyin X3 Xidmətinin Xidmətin təşkili və peş ə hazırlığı şöbəsinin Döyüş və fiziki hazırlıq sektorunun mühəndis-inspektoru daxili xidmət mayoru kimi onun öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. İddiaçı hesab dir ki, 22 yanvar 2018-ci il tarixdə müəyyən səbəblərdən ərizə yazaraq fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilməsini xahiş etsə də, 25 yanvar 2018 və 26 yanvar 2018-ci il tarixlərdə teleqram göndərərək xidmətkeçməsinə xitam verilməsinə dair yazdığı ərizənin geri götürülməsini xahiş etmişdir. Lakin cavabdeh yazdığı teleqrama heç bir münasibət bildirmədən 21 fevral 2018-ci il tarixli əmrlə onun fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verməklə Əmək Məcəlləsinin 69.4-cü maddəsinin tələbini pozmuşdur. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul ed ilmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Həmin Qanunun 33.1.1-ci maddəsinə əsasən, öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə xitam verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.4-c ü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqa viləsinin ləğv edilməsinə yol verilmir. Məcəllənin 69.5-ci maddəsinin məzmununa görə ərizədə işçi əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək ərizəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Xəbərdarlıq müddəti göstərildiyi halda, xəbərdarlıq müddəti bitənədək ərizəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə yol verilir. Qanunvericiliyin tələbinə görə işçinin işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək üçün xəbərdarlıq müddəti bir aydır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı 22.01.2018-ci il tarixdə cavabdehə ərizə ünvanlayaraq 22.01.2018-ci il tarixdən (ərizə yazılan gündən) işdən azad olunması barədə əmr verilməsi xahiş etmiş, cavabdeh ərizə verildikdən sonra bir ayın tamamında, 21 fevra l 2018-ci il tarixli əmri ilə iddiaçının fəaliyyətinə xitam vermişdir. İddiaçının barəsində fəaliyyətinə xitam vermə barədə əmr xəbərdarlıq müddəti bitən gün verilmişdir, yəni mübahisə olunan əmr xəbərdarlıq müddəti bitənədək imzalanmamışdır. Bu halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə istinadən iddiaçının əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərdiyinə görə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verməsinə dair cavabdehin haqlı olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinin tələbinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş iddiaçının bir aylıq xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə cavabd ehə yeni ərizə verdikdə, əmək müqaviləsi ləğv oluna bilməz. Cavabdeh iddiaçının işlədiyi vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə iddiaçıya rəsmi qaydada yazılı xəbərdarlıq etmədiyi halda da, əmək müqaviləsi ləğv edilə bilməz. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşin 5-9-cu səhifələrində olan teleqramlardan görünür ki, iddiaçı 25 yanvar və 26 yanvar 2018-ci il tarixlərdə cavabdehə teleqram göndərərək işdən azad olunması barədə 23 yanvar 2018-ci il tarixli ərizəsini geri götürməsini, işə davam etməsini bildirmiş, teleqramlar göndərilən gün cavabdehə çatdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi sadəcə ol araq iddiaçının işdən azad olunması barədə cavabdehə 23 yanvar 2018-ci il tarixli deyil, 22 yanvar 2018-ci il tarixli ərizə verdiyini və ərizənin geri götürülməsi barədə yazılı ərizəsinin təqdim edilməsinin müəyyən edilmədiyini bildirib iddiaçının teleqramları ilə bağlı hər hansı araşdırma aparmamış, cavabdehin iddiaçının işlədiyi vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə iddiaçıya rəsmi qaydada yazılı xəbərdarlıq etməsi, yeni işçinin həqiqətən işə götürülməsi ilə bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Bəhs edilən hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün h əlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Beləliklə, İPM-in 12.1 və 58-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İddiaçı kassa siya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2469/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1527/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1527/2019
30.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver