Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1527/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Həbibova Könül Əbülfəz qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı “pensiyanın təyin edilməsi” tələbinə d air iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-426/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci ildə Göyçay rayonunda doğulmuş, 1973-1977-ci illərdə Bakı Yeyinti Sənayesi Texnikumunda təhsil almışdır.
2. O, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilə qədər X3 fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə qədər X1 uşaq baxçasında tərbiyəçi, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər Bakı Zeytun Emalı Konserv Zavodunda fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər X1 uşaq baxçasında sanitar-dayə, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Gülcülük Sovxozunda fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Bakı şəhəri Kirov rayonu İctimai İaşə İdarəsində satıcı, isti içkilər hazırlayan, bufetçi, xx.xx.1991-ci ildən xx.xx.2000-ci ilə qədər Bakı Məişət Kondisionerləri Zavodunda yığıcı, lehimləyici, xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə qədər Azərbaycan Dövlət Dəmir Yolu 1 saylı Biləcəri mülki qurğular distansiyasında kargüzar vəzifəsində işləmişdir.
3. İddiaçı 61 yaşı tamam olduğundan yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF-nin Bakı şəhəri Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********8 №-li imtina məktubu ilə ona pensiya təyin olunmasından imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının cəmi 21 il 11 ay sığorta stajı var və fərdi hesabında pensiya kapitalı azdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏ MƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 19731977-ci illərdə Bakı Yeyinti Sənayesi Texnikumunda təhsil aldığı dövrü, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilə qədər X3 fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə qədər X1 uşaq baxçasında tərbiyəçi, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər Bakı Zeytun Emalı Konserv Zavodunda fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər X1 uşaq baxçasında sanitar-dayə, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Gülcülük Sovxozunda fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Bakı şəhəri Kirov rayonu İctimai İaşə İdarəsində satıcı, isti içkilər hazırlayan, bufetçi, xx.xx.1991-ci ildən xx.xx.2000ci ilə qədər Bakı Məişət Kondisionerləri Zavodunda yığıcı, lehiml əyici, xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə qədər Azərbaycan Dövlət Dəmir Yolu 1 saylı Biləcəri mülki qurğular distansiyasında kargüzar vəzifəsində işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə 61 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci bəndinə əsasən xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Onun işlədiyi dövrlər də əmək kitabçasında öz əksini tapmışdır.
6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4444/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 1973-1977-ci illərdə Bakı Yeyinti Sənayesi Texnikumunda təhsil aldığı dövrü, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilə qədər X3 fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə qədər X1 uşaq baxçasında tərbiyəçi, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər Bakı Zeytun Emalı Konserv Za vodunda fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər X1 uşaq baxçasında sanitar-dayə, xx.xx.1986cı ildən xx.xx.1989-cu ilə qədər Gülcülük Sovxozunda fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Bakı şəhəri Kirov rayonu İctimai İaşə İdarəsində satıcı, isti içkilər hazırlayan, bufetçi, xx.xx.1991-ci ildən xx.xx.2000-ci ilə qədər Bakı Məişət Kondisionerləri Zavodunda yığıcı, lehimləyici, xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə qədər Azərbaycan Dövlət Dəmir Yolu 1 saylı Biləcəri mülki qurğular distansiyasında kargüzar vəzifəsində işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə 61 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda qüvvədə olan Qaydalarda da xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmiş, qanunvericiliklə iddiaçının işlədiyi müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4444/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-426/20 20 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4444/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda qüvvədə olan Qaydalara əsasən xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyindən cavabdehin imtinası əsassızdır.
12. Məhkəmənin qərarı cavabdehə xx.xx.2020-ci il tarixində, iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.
13. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)426/2020 nömr əli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 25-ci bəndinə əsasən, əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. İddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, lakin həmin kitabçada aparılan qeydlərin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişlər. e) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkə mə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yara ndığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. İddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş satjına daxil edilir.
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (v əzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən, işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin m üəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. 24. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı təhsil illərini iş stajına daxil edilməsi hüququnu təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əldə etmişdir ki, sonradan qanunvericiliyin tələblərinin dəyişməsi onun bu hüququndan məhrum edilməsinə səbəb ola bilməz.
31. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, əmək kitabçasında aparılan qeydlərin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır
32. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının əmək kitabçasında olan qeydlərin qanunvericiliyin tələblərinə uyğun olduğu mü əyyən edilmiş, onların mötəbərliyini şübhə altına alan heç bir hal aşkarlanmamışdır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur, həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən əmək kitabçasındakı qeydlər, eləcə də iddiaçının xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilə qədər X3 fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə qədər X1 uşaq baxçasında tərbiyəçi, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər Bakı Zeytun Emalı Konserv Zavodunda fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər X1 uşaq baxçasında sanitar-dayə, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Gülcülük Sovxozunda fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Bakı şəhəri Kirov rayonu İctimai İaşə İdarəsində satıcı, isti içkilər hazırlayan, bufetçi, xx.xx.1991-ci ildən xx.xx.2000ci ilə qədər Bakı Məişət Kondisionerləri Zavodunda yığıcı, lehimləyici, xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə qədər Azərbaycan Dövlət Dəmir Yolu 1 saylı Biləcəri mülki qurğular distansiyasında kargüzar işləməsi barədə qeydlər mötəbər hesab olunmalıdır.
33. Məhkəmə kollegiyası işin göstərilən hallarını nəzərə alaraq qeyd edir ki, təhsil illəri də nəzərə alınmaqla iddiaçının tələb olunan 25 ildən artıq ümumi iş stajı vardır.
34. Eyni zamanda, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdə liyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
35. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-426/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Q