Məhkəmə qərarları › İş №2-1(102)-1527/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1527/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1527/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Mü dafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “11.08.1981-ci il tarixdən 2014-cü ilə qədər olan dövrün əmək stajına daxil edilməklə 18.02.2017-ci il tarixdən barəsində güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-550/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.xxxx-cı il tarixdə anadan olmuşdur. O, 20 may 1979-cu il tarixdən 20 may 1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçı əmək kitabçasında 19.07.1977-ci il tarixdə 13 nömrəli X8 Ordenli Trestində rəngsaz vəzifəsində işə başladığı, 08.12.1978-ci il tarixdən 17.05.1979-cu il tarixədək suvaqçı, 28.05.1979-cu il tarixdən 28.06.1979-cu il tarixədək suvaqçı, 11.08.1981-ci il tarixdən 29.05.2014-cü il tarixədək Boru Yayma 140 aqreqatında borcu pəstah kəsici (presləyici) vəzifəsində, 12.02.2016-cı il tarixdən "xxxx" ASC-nin 2 nömrəli X1 MMC-də 4-cü dərəcəli fəhlə, 01.07.2016-cı il tarixdən 6-cı dərəcəli fəhlə, 07.02.2017-ci il tarixdən 4-cü dərəcəli fəhlə vəzifəsində işlədiyi qeyd olunmu şdur. 3. "xxxx" ASC tərəfindən verilmiş 07.02.2017-ci il tarixli arayışda iddiaçının 11.08.1981-ci il tarixdən 29.05.2014-cü il tarixədək Boru Yayma 140 aqreqatında borcu pəstah kəsici vəzifəsində işlədiyi, 01.12.1996-28.02.1997-ci il tarixədək, 01.05.199730.05.1997-ci il tarixədək, 01.08.1997-29.05.2014-cü il tarixədək ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. 4. “1 saylı X1” MMC tərəfindən verilmiş 17.02.2020-ci il tarixli arayışa əsasən 12.02.2016-cı il tarixdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “1 saylı X1” MMC-də fəhlə peşəsində işləyir.

5. İddiaçı 11.08.1981-ci il tarixdən 2014-cü ilə qədər olan dövrün əmək stajına daxil edilməklə 18.02.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabde h tərəfindən 3 mart 2020-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizə və ona əlavə olunmuş sənədlərə baxılmış, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə istinad olunaraq, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi stajının 25 ildən az təşkil etməklə yanaşı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlar nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkə mə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 3 iyun 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 11.08.1981-ci il tarixdən 2014-cü ilə qədər olan dövrün əmək stajına daxil edilməklə 18.02.2017-ci il tarixdən barəsində güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın imtina məktubu qanunsuz və əsassızdır, həqiqəti əks etdirmir. Belə ki, iddiaçı əmək fəaliyyətinə 19.07.1977-ci il tarixdə başlamışdır. Həmin il 13 nömrəli “X8 ordenli” trestində 3-cü dərəcəli suvaqçı vəzifəsində işləmişdir. 1979-cu ildən 1981-ci ilə qədər hərbi xidmətdə olmuşdur. 11. 08.1981-ci il tarixdən 2014-cü il tarixə qədər Boru Yayma müəssisəsində “boru pəstah kəsicisi” vəzifəsində işləmişdir. 12.02.2016-cı il tarixdə "xxxx" ASC-nin 2 nömrəli “X2” MMC-də 4-cü dərəcəli fəhlə vəzifəsində işləmişdir. 07.02.2017-ci il tarixdə "xxxx" ASC-nin 1 nömrəli X3 MMC-nin 4-cü dərəcəli fəhlə peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında 8.1.1-ci kimya istehsalatı bölümündə butadien, spirtlər, kauçuk və 35-ci ümumi peşələr bölümündə qaz qaynaqçıları bu hüquqlarının olduğu göstərilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndində qeyd olunur ki, əmək pensiyaları hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur.

8. Cavabdehin iddiaya dair etirazında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13 maddəsinin (a) bəndinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək g üzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarında göstərilməsi. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək ş əraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. "xxxx" ASC tərəfindən təqdim edilmiş 07.02.2017-ci il tarixli 18 nömrəli arayışdan görünür ki, iddiaçı 01.12.1996 - 28.02.1997-ci illər ərzində (2 ay 27 gün), 01.05.1997 - 30.05.1997ci illər ərzində (29 gün) və 01.08.1997-29.05.2014-cü illər ərzində (16 il 9 ay 28 gün) ödənişsiz məzuniyyətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü bəndində isə iş stajına yuxarıda qeyd edilənlərdən başqa hansı müddətlərin daxil edildiyi göstərilmişdir. Lakin həmin siyahıda ödənişsiz məzuniyyət müddəti ümumi iş stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericiliyin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Bu səbəbdən də iddiaçının ödənişsiz məzuniyyətlərdə olduğu müddəti iş stajına daxil edilə bilməz və qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa g örə əmək pensiyası hüququ yoxdur.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X6, 2-1(112)-4852/2020 saylı iş) 13 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının 25 il ümumi əmək stajının olması təsdiqini tapmamışdır. Belə ki, işdə olan əmək kitabçasına əsasən iddiaçının 11.08.1981-ci il tarixdən 29.05.2014-cü il tarixədək "xxxx" ASC-də borcu pəstah kəsici (presləyici) vəzifəsində işlədiyi göstərilsə də, "xxxx" ASC tərəfindən verilmiş 17.02.2017-ci il tarixli, 18 saylı arayışdan görünür ki, göstərilən dövr ərzində iddiaçı 01.12.1996-28.02.1997-ci il tarixədək, 01.05.1997-30.05.1997-ci il tarixədək, 01.08.199729.05.2014-cü il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Belə olan halda, iddiaçının 01.12.1996-28.02.1997-ci il tarixədək, 01.05.1997- 30.05.1997-ci il tarixədək, 01.08.199729.05.2014-cü il tarixədək "xxxx" ASC-də ödənişsiz məzuniyyətdə olduğu 07 il 01 ay 24 gün müddət iş stajına daxil edilə bilməz və iddiaçının "xxxx" ASC-də olan ümumi iş stajı 15 il 07 ay 24 gün təşkil edir. Qanunvericiliklə əmək (iş) dövrlərinin yalnız o hissəsi (hissələri) sosial sığorta stajı kimi nəzərə alınır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. İddiaçının ümumi iş stajı 25 ildən az təşkil etdiyindən, onun 12 il 06 ay müddətində güzəştli iş stajına malik olub-olmamasının araşdırılmasına zərurət aradan qalxmışdır.

11. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansi yası məhkəməsindəki icraat

12. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X10-məruzəçi, X7 və X5, 2-1(103)-550/2021 saylı iş) 25 fevral 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlanmışdır.

13. İddiaçı 30 iyun 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarix li 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında 8.1.1 -ci kimya istehsalatı bölümündə butadien, spirtlər, kauçuk və 35-ci ümumi peşələr bölümündə qaz qaynaqçıları bu hüquqlarının olduğu göstərilmişdir, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-61 bəndində qeyd olunur ki, əmək pensiyaları hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur.

15. Məhkəmə qərar qəbul edərkən təqdim edilən sənədləri, arayışları araşdırmadan qərəzli və qanunsuz qərar qəbul etmişdir. Məhkəmədə iddiaç ının iştirakı təmin edilmədən tələsik qərar qəbul etmişdir. Bununla da iddiaçı qarşı tərəfin dəlillərinə münasibət bildirmək, etiraz etmək, lazımi sübutları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur. Bu isə mülki-prosessual qanunvericiliyin əsas prinsiplərindən olan çəkişmə prinsipinin pozulması deməkdir.

16. Qərarda qeyd edilir ki, iddiaçının 25 il ümumi əmək stajının olması təsdiqini tapmamışdır. Belə ki, işdə olan əmək kitabçasına əsasən iddiaçının 11.08.1981-ci il tarixdən 29.05.2014-cü il tarixədək "xxxx" ASC-də borcu pəstah kəsici-(presləyici) vəzifəsində işlədiyi göstərilsə də, lakin "xxxx" ASC tərəfindən verilmiş 17.02.2017-ci il tarixli, 18 saylı arayışdan görünür ki, göstərilən dövr ərzində iddiaçı 01.12.199628.02.1997-ci il, 01.05.1997-30.05.1997-ci il, 01.08.1997-29.0 5.2014-cü il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur. Belə olan halda ümumi iş stajı 15 il 07 ay 24 gün təşkil edir.

17. İddiaçı qeyd edilən idarəyə ödənişsiz məzuniyyətə çıxmağı ilə bağlı müraciət etməmiş, onun tərəfindən ərizə təqdim edilməmişdir.

18. Şikayət əsaslandırılarkən Mülki Prosessual Məcəllənin 9, 88, 217.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

21. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xah iş etmişdir. Tətbiq edilən hüquq 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən a z olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yara tmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin əraz isində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa g örə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığort a haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 23. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı ol duqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. (-). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. 24. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərd ə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

25. Əvvəllər qüvvədə olmuş Əmək Qanunları Məcəlləsi: Maddə

74. Əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər Maddə

184. Bir yaş yarıma çatmamış uşağı olan analara əmək haqqı ödənilmədən əlavə məzuniyyət verilməsi Qadına hamiləlik, doğum və uşağa qulluq etmək üçün məzuniyyətlərdən əlavə, onun ərizəsi ilə uşaq bir yaş yarıma çatanadək uşağa qulluq etmək üçün əmək haqqı ödənilmədən əlavə məzuniyyət verilir. Həmin məzuniyyətdən tamamilə və ya uşaq bir yaş yarıma çatanadək istənilən vaxt hissə-hissə istifadə edilə bilər. Qadın uşağa qulluq etmək üçün əlavə məzuniyyətdə olduğu müddətdə öz arzusuna görə tam olmayan iş v axtı şərtilə və ya evdə işləyə bilər (5, 14). Maddə

185. Qismən ödənilən məzuniyyət və əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddətinin iş stajına daxil edilməsi Uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilir. Bu məzuniyyət müddətləri sonrakı illik məzuniyyətlər üçün hüquq verən iş stajına daxil edilmir. Maddə 185-1. On iki yaşına çatmamış iki və daha çox uşağı olan işləyən qadınlara verilən əlavə məzuniyyətlər On iki yaşına çatmamış iki və daha çox uşağı olan işləyən qadınlara: 1) haqqı ödənilən üç günlük əlavə məzuniyyət verilir, bu zaman nəzərə alınmalıdır ki, göst ərilən əlavə məzuniyyətdən istifadə edən işçi qadınların məzuniyyətinin ümumi müddəti 28 təqvim günündən artıq olmamalıdır; 2) illik məzuniyyəti yay vaxtında və ya onlar üçün əlverişli olan başqa vaxtda birinci növbədə almaq hüququ verilir; 3) işəgötürənin razılığı ilə, istehsal şəraitinin imkan verdiyi dövrdə uşaqlara qulluq etmək üçün əmək haqqı saxlanılmadan iki həftəyədək müddətə əlavə məzuniyyət hüququ verilir

26. Əmək Məcəlləsi: Maddə

112. Məzuniyyətin növləri

1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. Maddə

128. Ödənişsiz məzuni yyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə

129. Ödənişsiz məzuniyyətlərin növləri

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bil ər.

27. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 9

4. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlay a bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

28. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab e dilmişdir.

29. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 1.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayı güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 1 yanvar 2006-cı il tarixə qədər işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olduğundan onun 57 yaşdan pensiya hüququ yaranmışdır.

32. Cavabdehin dəlillərinə görə iş yerindən verilən məlumatlara görə iddiaçı bir müddət ödənişsiz məzuniyyətdə olmuşdur. Qanunvericiliyə görə ödənişsiz məzuniyyət dövrü iş stajına daxil edilmir. Odur ki, 1 yanvar 2006-cı il tarixə qədər iddiaçının 25 il ümumi stajı olmadığından güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.

33. Kasasiya şikayətinin dəlilinə münasibətdə məh kəmə kollegiyası aşağıdakıları qeyd edir.

34. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən iddiaçıya (55+2) 57 yaşda güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

35. İddiaçı 01.09.1975-15.08.1977-ci illərdə texniki peşə məktəbində təhsil almış (1 il 11 ay 15 gün), 02.07.1979-20.05.1981-ci illərdə hərbi xidmət keçmişdir (1 il 10 ay 20 gün).

36. İddiaçının əmək fəaliyyətini təsdiq edən sənədlərə görə 13 nömrəli X8 Ordenli Trestdə 19.07.1977-ci il tarixdən rəngsaz vəzifəsində işə başlamış, 08.12.1978-ci il tarixdən 17.05.197 9-cu il tarixədək suvaqçı, 28.05.1979-cu il tarixdən 28.06.1979-cu il tarixədək suvaqçı, 11.08.1981-ci il tarixdən 01.01.2006-cı il tarixədək Boru Yayma 140 aqreqatında borcu pəstah kəsici (presləyici) vəzifəsində işləmişdir.

37. İddiaçının təhsil, hərbi xidmət, əmək fəaliyyəti dövrü bütövlükdə 30 il 29 gün təşkil edir. 38. "xxxx" ASC tərəfindən verilmiş 18 saylı, 07.02.2017-ci il tarixli arayışdan görünür ki, iddiaçı 11.08.1981-ci il tarixdən 29.05.2014-cü il tarixədək Boru Yayma 140 aqreqatında borcu pəstah kəsici vəzifəsində işləmişdir. Qeyd: 01.12.1996-28.02.1997-ci il tarixədək, 01.05.1997-30.05.1997-ci il tarixədək, 01.08.1997-29.05.2014-cü il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur.

39. Təqdim edilən arayışa görə 01.01.2006-cı il tarixədək işlədiyi dövrdə iddiaçı 01.12.1996-cı i l tarixdən 28.02.1997-ci il tarixədək, 01.05.1997-ci il tarixdən 30.05.1997-ci il tarixədək, 01.08.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur.

40. Nəticədə iddiaçı 1 yanvar 2006-cı il tarixə qədər 8 il 8 ay 29 gün ödənişsiz məzuniyyətdə olmuşdur.

41. Beləliklə, 1 yanvar 2006-cı il tarixədək iddiaçının 30 il 29 gün fəaliyyət dövrünün 8 il 8 ay 29 günü ödənişsiz məzuniyyətdə olması nəzərə alınarsa, onun həmin tarixədək faktiki 21 il 4 ay iş stajı mövcud olmuşdur.

42. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş yuxarıda sadalanan əmək və pensiya qanunvericiliyinə görə 8 il 8 ay 29 gün ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilə bilməsi üçün əsas olmamışdır.

43. İddiaçı 1 yanvar 2006-cı il tarixədək 25 ildən az olmayan iş stajına malik olmadığından 57 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.

44. İddiaçı 01.01.2006-cı ilə qədər lazım olan 25 il ümumi stajı toplamadığından azı 12 il 6 ay güzəştli iş stajının mövcud olmasını yoxlamağa zərurət qalmamışdır.

45. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

46. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-550/2021 saylı 25 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar