Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1527/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə təyin edilmiş pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (2 yanvar 1956-cı il təvəllüdlü, FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci tarixli, 2-1(103)985/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1972-ci ildən 1977-ci ilə qədər ali təhsil almışdır. O, 1 oktyabr 1977-ci ildə əmək fəaliyyətinə başlamış, 31 iyul 2007-ci ilə qədər müxtəlif iş yerlərində çalışmış, 6 avqust 2007-ci ildən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyətində işləyir.
2. İddiaçıya 2 yanvar 2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, lakin onun təhsil dövrü iş stajı kimi nəzərə alınmamış və 2011-ci il üçün iddiaçının məcburi dövlət sosial sığorta haqqı onun fərdi şəxsi hesabına daxil edilməmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək ali təhsil müddətinin və 2011-ci ildə ona görə köçürülmüş dövlət sosial sığorta haqqının da nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını cavabdehdən xahiş etmiş, cavabdeh 18 noyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir.
4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçıya 2 yanvar 2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, iddiaçının təhsil müddətinin əmək stajına daxil edilməsi qanunda nəzərdə tutulmadığından təhsil müddəti əmək stajına daxil edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 21 dekabr 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun əyani olaraq inşaat fakültəsinə daxil olub 1977-ci ildə həmin İnstitutu bitirməyi ilə bağlı olan 5 illik təhsil müddətinin iş stajına əlavə edilərək, “2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”da iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxil edilməsi ilə əlaqədar həmin məbləğ pulun da 2011-ci ildə köçürülmüş vəsait kimi nəzərə alınaraq iddiaçının pensiyasının 2 yanvar 2013-cü il tarixdən yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əs aslandırmışdır ki, 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun əyani fakültəsinə daxil olub, 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu (1975-ci ildən Azərbaycan Politexnik İnstitutundan bir neçə fakültə ayrılaraq Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır) bitirmiş və ona 13 sentyabr 1977ci ildə ali təhsil haqqında diplom verilmişdir. Ona 2 yanvar 2013-cü ildə ona pensiya hesablanarkən Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli (xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuşdur) Qanununun 67-ci maddəsinin tələbləri pozularaq onun ali təhsil müəssisəsində təhsil aldığı 5 illik müddəti ona iş stajı kimi hesablanmalı olduğu halda hesablanmamışdır. Bundan başqa 2011-ci il üçün ona görə köçürülmüş dövlət sosial s ığorta haqqı onu şəxsi hesabına mədaxil edilməmiş və pensiya hesablanan zaman nəzərə alınmamışdır. Bunun da səbəbi iddiaçının adının “İddiaçı” əvəzinə “X3” kimi göstərilməsi olmuşdur. Bu barədə onun işlədiyi müəssisə tərəfindən cavabdehə arayış təqdim etmişdir. İddiaçı həmin məsələ ilə də bağlı cavabdehə müraciət etsə də həmin hissədə müraciətinə ümumiyyətlə cavab verilməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdehin iddia tələbinə etiraz etmişdir. Etirazın dəlillərini iddiaçının müraciətinə verilmiş imtinanın əsasları təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3284 /2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim M.T. Hacıbəyova) iddia tələbi təmin edilmiş, iddiaçının 1972-ci i ldə Azərbaycan Politexnik İnstitutunun əyani olaraq inşaat fakültəsinə daxil olub 1977-ci ildə həmin İnstitutu bitirməyi ilə bağlı olan 5 illik təhsil müddətinin iş stajına əlavə edilərək, həmçinin 2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxil edilməsi ilə əlaqədar həmin məbləğ pulun da 2011-ci ildə köçürülmüş vəsait kimi nəzərə alınaraq İddiaçı pensiyasının 2 yanvar 2013-cü ildən yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, işin araşdırılmış hallarına görə 2011-ci il üçün iddiaçın ın işlədiyi yerdə məcburi dövlət sosial sığorta haqları hesablanmış və ödənilmişdir. İddiaçının iddiası 2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxil edilməsi ilə əlaqədar həmin məbləğ pulun da 2011-ci ildə köçürülmüş vəsait kimi nəzərə alınması hissəsində əsaslıdır. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, iddiaçı 1972-ci ildən 1977-ci ilə qədər ali təhsil almışdır. 1 oktyabr 1956-cı ildə qanuni qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslar da oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin təl əbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı işin apellyasiya icraatı zamanı iddia tələbinin qismən təmin edilməsi barədə ərizə təqdim etmişdir. Ərizədə qeyd edilmişdir ki, iddia tələbinin birinci hissəsi, yəni 5 illik təhsil müddətinin iş stajına daxil edilməsi tələbini cavabdeh qəbul etmiş və pensiyanı yenidən hesablamışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər E.E.Nağıyeva-sədrlik edən, H.Ü.Həmidov və C.A.YUsifov) 22 aprel 2022-ci il tarixli, 21(103)-985/2022 nömrəli qərardadı ilə iddiaçının 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun əyani olara q inşaat fakültəsinə daxil olub 1977-ci ildə həmin İnstitutu bitirməyi ilə bağlı olan 5 illik təhsil müddətinin iş stajına əlavə edilərək əmək pensiyasının yenidən hesablanması hissəsində xitam verilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər E.E.Nağıyeva-sədrlik edən, H.Ü.Həmidov və C.A.YUsifov) 22 aprel 2022-ci il tarixli, 21(103)-985/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3284 /2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qərarı (iddia tələbinin 2011-ci il ərzində (tam 12 ay) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının adına köçürülmüş vəsaitlərin 2019-cu ildə iddiaçının hesabına mədaxil edilməsi ilə əlaqədar həmin məbləğ pulun da 2011-ci ildə köçürülmüş vəsait kimi nəzərə alınaraq iddia çının pensiyasının 2 yanvar 2013-cü ildən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasının təmin edilməsi hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlillərini iddiaçının müraciətinə verilən imtinanın əsasları təşkil etmişdir. Bundan başqa cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 4.2, 4.2.3, 9.1, 10.2, 10.3 və 10.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasi ya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1 Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarə tdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Maddə 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək p ensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan ar tıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir;
19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məh kəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədə n saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN H ƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələl ərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasi ya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Məhkəmələr tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı adı 2011-ci il üzrə sığorta olunanlar haqqında məlumatlarda səhv olaraq X1 qeyd olunmuşdur, bu səbəbdən də 2011-ci il üzrə MDSS məlumatında X2 adına göstərilmiş 11791,57 manat bölüşdürlməmiş gəlir kimi təsdiq edilmişdir.(iş vərəq 55-56)
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci tarixli, 2-1(103)-985/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci tarixli, 21(103)-985/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.