Məhkəmə qərarları › İş №2-1(102)-1528/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1528/2019

30.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1528/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanəhməd oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu n Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı əlilliyə görə pensiyanın təyin edilməsi tələbinə dair Bakı Apellasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-47/2019 saylı iş üzrə 18 yanvar 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı 08.06.2017-ci il tarixdə ikinci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 14\2454 saylı, 25 aprel 2018-ci il tarixli məktubu ilə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada tələb olunan sosial sığorta stajının mövcudluğu öz əksini tapmır. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək onun 23.06.1990-cı il tarixdən 23.07.1999-cu il tarixədək Masallı rayonu Aqrar Sənaye Birliyində gözətçi vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3534/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qərarı (hakim - E.Q.Məmmədov) ilə iddia təmin edilmiş, İddiaçı 23.06.1990-cı ildən 27.07.1999cu il tarixədək Masallı rayonu Aqrar Sənaye Birliyind ə gözətçi vəzifəsində işləməsi nəzərə alınmaqla ona ikinci qrup əlilliyə görə pensiyanın təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-47/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3534/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyas iya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajının olması barədə qanunvericiliklə müəyyən olunmuş qaydada sığorta stajı öz əksini tapmadığına görə ona əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmi ş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçıya ikinci qrup əlillik 08.06.2017-ci il tari xdə təyin edildiyi üçün onun əlil kimi əmək pensiyası hüququ əldə edib-etmədiyi məsələsinə də həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən qiymət verilməlidir. 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin redaksiyasına görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İş materiallarında olan iddiaçıya məxsus hərbi biletdən və əmək kitabçasından görünür ki, İddiaçı 1988-1990-cı illərdə hərbi xidmətdə olmuş, 23.06.1990-ci ildən 27.07.1999-cu il tarixədək isə Masallı Rayon Aqrar Sənaye Birliyində gözətçi vəzifəsində işləmişdir. Qüvvədən d üşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə görə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərin ə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən iddiaçıya əlilliyə görə pensiya təyin edə bilmək üçün onun 10 il 6 ay stajının mövcudluğu tələb olunur. İddiaçının hərbi xidmətdə olduğu dövr və əmək kitabçasında göstərilən Masallı Rayon Aqrar Sənaye Birliyində gözətçi vəzifəsində işlədiyi dövr nəzərə alındığından onun tələb olunan sosial sığorta stajını topladığı müəyyən edilir. Kollegiya cavabdehin kassasiya şikayətində bildirdiyi iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələ b olunan sığorta stajının olması barədə qanunvericiliklə müəyyən olunmuş qaydada sığorta stajı öz əksini tapmadığına görə ona əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün olmadığına dair dəlilləri isə əsassız hesab edir. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu və Masallı Rayon Aqrar Sənaye Birliyində işlədiyi dövrlər qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına görə onun əmək pensiyası hüququnu yaradan sosial sığorta stajına daxil edilməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən edilmiş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilən lərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-47/2019 saylı iş üzrə 18 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar