Məhkəmə qərarları › İş №2-1(102)-1528/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1528/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1528/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təhsil müddətinin nəzərə alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “4 mart 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-348/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 avqust 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 4 mart 1962-ci il təvəllüdlüdür, 1977-1980-ci illərdə Göyçay rayon 106 nömrə li X15 Məktəbində oxumuş, 12 avqust 1980-ci il tarixli diplom verilmiş, 1981-1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 8 avqust 1983-cü il tarixdən 21 oktyabr 1983-cü il tarixədək Ucar rayon PMK-da, 12 noyabr 1983-cü il tarixdən 11 sentyabr 1984-cü il tarixədək Bakı Şin Zavodunda işləmişdir. 1 sentyabr 1984-cü il tarixdən 16 iyul 1985-ci il tarixədək Bakı şəhəri 1 nömrəli X15 Məktəbində oxumuşdur. AR Dövlət Neft Şirkəti (SOCAR) “X7” Trestinin 12 aprel 2019-cu il tarixli arxiv arayışında qeyd olunur ki, iddiaçı həqiqətən X9 İdarəsində Qobustan Kəşfiyyat Qazma İşləri İdarəsində və “Qum adası” X14 İdarəsində işləmişdir. ARDNŞ-ın 12 mart 2007-ci il tarixli 51 saylı və 14 mart 2007-ci il tarixli 60 saylı əmrləri ilə “X7” Tresti yaradılmışdır. Abşeron Qİİ və “Qum adası” Qİİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi ARDNŞ “X7” Trestinin tabeliyinə verilmişdir. ARDNŞ-nin 18 noyabr 2010-cu il tarixli 148 saylı əmri ilə “Qum adası” X14 İdarəsi yenidən təşkil edilərək, onun maddi-texniki bazasında birbaşa Trestə tabe olan hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Qama servis və Logistika İdarəsi yaradılmışdır. “X7” Trestinin 8 avqust 2012-ci il tarixli 82 saylı əmrinə əsasən Qobustan KQİİ qazma sexi kimi 3 sentyabr 2012-ci il tarixdən Abşeron Qİİ-nin tərkibinə verilmişdir. ARDNŞ-nın 27 dekabr 2013-cü tarixli müvafiq əmrinə əsasən “X7” X6 İşləri İdarəsi ləğv olunaraq X1 bölümü kimi fəaliyyət göstərir. 18 iyul 1985-ci il tarixdən 25 sentyabr 1988-ci il tarixədək Abşeron Qİİ-də 4-cü dərəcəli qazmaçı köməkçisi iş ləmiş, 25 sentyabr 1988-ci il tarixdən 6-cı dərəcəli qazmaçı vəzifəsinə keçirilmiş və 20 noyabr 1989-cu il tarixədək həmin vəzifədə işləmiş, 25 noyabr 1989-cu il tarixdə işlən azad edilmiş, 12 mart 1990-cı il tarixdən 1 noyabr 1991-ci il tarixədək həmin İdarədə 5-ci dərəcəli qazmaçı köməkçisi vəzifəsində işləmiş, 1 noyabr 1991-ci il tarixdə 6-cı dərəcəli qazmaçı vəzifəsinə keçirilmiş, 16 dekabr 1993-cü il tarixdən Buruq avadanlığı təmiri sexinə 5-ci dərəcəli qazmaçı vəzifəsinə keçirilmiş və 17 dekabr 2007-ci il tarixədək həmin vəzifədə işləmişdir. “X10” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş 3 aprel 2019-cu il tarixli 37 nömrəli arayışda qeyd olunmuşdur ki, iddiaçı həqiqətən “X10” Şirkətinin Quyuların Yeraltı və Əsaslı Təmir sexində 19 dekabr 2016-cı il tarixdə n halhazıradək qazmaçı köməkçisi vəzifəsində çalışır. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında təsdiq edilmişdir. DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinin iddiaçıya ünvanladığı 29 aprel 2019-cu il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə istinad edilərək bildirilmişdir ki, iddiaçının 2006-cı il tarixədək 25 il ümumi iş stajı olmadığından, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. İddiaçı 11 may 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, on a 4 mart 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 4 mart 2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinin imtinası qanunsuz və əsassızdır. Çünki, onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də xüsusi stajı vardır. Cavabdehin imtinasında göstərdiyi əsaslar 1 iyul 2017-ci il tarixdən sonra pensiyaya çıxan şəxslərə aiddir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən yaranır. 1 oktyabr 1956-cı il tarixdən qüvvəy ə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunun 1-ci maddəsinə əsasən (“v” bəndi) ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarında olan əmək kitabçasının, diplomların (texniki peş ə məktəbləri tərəfindən verilmiş) surətindən görünür ki, onun 27 il 4 ay 19 gün ümumi, 20 il, 5 ay 13 gün güzəştli şərtlərlə iş stajı var. 1 sentyabr 1977-ci il tarixdən 18 iyul 1980-ci il tarixədək Göyçay rayon 106 nömrəli X15 Məktəbində təhsil dövrü 2 il 10 ay, 18 gün, 1981 – 1983-cü illərdə həqiqi hərbi xidmət dövrü 2 il, 8 avqust 1983-cü il tarixdən 21 oktyabr 1983-cü il tarixədək Ucar rayon PMK-da işlədiyi dövr 2 ay 14 gün, 12 noyabr 1983-cü il tarixdən 1 sentyabr 1984-cü il tarixədək Bakı Şin Zavodunda işlədiyi dövr 9 ay 18 gün, 1 sentyabr 1984-cü il tarixdən 16 iyul 1985-ci il tarixədək Bakı şəhəri 1 nömrəli X15 Məktəbində oxuduğu dövr 1 il 10 ay 16 gün, 18 iyul 1985-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək X9 İdarəsində qazmaçı işlədiyi dövr 20 il 5 ay 13 gün. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, iddiaçının 1 yanvar 2006cı il tarixədək 25 il ümumi əmək stajı olmadığından, onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Əmək kitabçasına əsasən onun 23 il 5 ay 10 gün əmək stajı vardır. Təhsil aldığı 1 sentyabr 1977-ci il tarixdən 18 iyul 1980-ci il tarixədək Göyçay 106 nömrəli Orta Texniki Məktəbi və 1 sentyabr 1984-cü il tarixdən 16 iyul 1985-ci il tarixədək Bakı 1 nömrəli X15 Məktəbi əhatə edən dövrlər “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən ümumi iş stajına daxil edilmir. İddiaçının 57 yaşda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığından, iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-2805/2019 saylı iş) 4 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 4 mart 2019-cu il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus diplomlarda (2 texniki peşə məktəbində təhsil alması barədə), hərbi biletdə və əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmin qeydlərdəki məlumatlar mötəbər sayılır. 2006-cı ilin yanvar ayının 1-dək iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək pensi yası hüququ verən işlərdə iş stajına malik olan və 4 mart 2019-cu il tarixdə 57 yaşı tamam olan şəxs kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə əsasən həmin tarixdə (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 4 oktyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X5-məruzəçi, X4 və X2, 2-1(103)-348/2020 saylı iş) 28 yanvar 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 11 mart 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi ni xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imk an verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə görə, Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Beləliklə, iddiasının təmin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixinədək 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işləmiş olmalı idi. Lakin iddiaçının topladığı staj qeyd olunan tələblərə cavab vermir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izah at verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şik ayət qəbul oluna bilən hesab edilir. İddiaçı 57 (55+2) yaşdan güzəştli şərtlərlə yaşa əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehə görə iddiaçının 1 yanvar 2006-cı ilədək ümumi iş stajı 25 ildən, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən stajı 12 il 6 aydan az təşkil etdiyindən və “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə kişilər 60 yaşa çatdıqda güzəştli şərtlə yaşa görə pensiya hüququ qazandığından və iddiaçının 60 yaşı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati mə hkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı 4 mart 1962-ci ildə anadan olmuş, 57 yaşı 4 mart 2019-cu ildə tamam olmuşdur. İlk növbədə araşdırılmalı hal 1 yanvar 2006-cı ildə iddiaçının 25 il ümumi stajının olması ilə bağlıdır. 1977-ci ildən başlayaraq iddiaçının texniki peşə məktəbində təhsil aldığı və hərbi xidmət dövrü, habelə 1983-cü ilin avqust ayından əmək fəaliyyətinə başladığı nəzərə alınarsa, onun 1 yanvar 2006-cı ilə qədər ümumi iş stajı 25 ildən çoxdur. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlər, diplomların və hərbi biletin surətləri təsdiq edir ki, həqiqətən 01.01.2006-cı ilədək 25 ildən artıq ümumi iş stajı yaranmışdır. 1 oktyabr 1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında Qanunun 1-ci maddəsinin “v” bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspi ranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddəd ə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də əksini tapmışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 21.2.11-ci maddəsinə əsasən, hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığortaolunanın sığorta stajına daxil edilir. Odur ki, bəhs edilən normativ aktlara əsasən əyani təhsil illəri, hərbi xidmət dövrü və əmək kitabçasında qeyd edilən məlumatlar nəzərə alınmaqla iddiaçının 1 yanvar 2006-cı ilədək 25 ildən az ümumi staja malik olması barədə cavabdehin şikayətinin dəlilləri əsaslı deyildir. İşdə olan sənədlərlə təsdiq edilir ki, iddiaçı 18 iyul 1985-ci il tarixdən 25 sentyabr 1988-ci il tarixədək Abşeron Qİİ-də 4-cü dərəcəli qazmaçı köməkçisi işləmiş, 25 sentyabr 1988-ci il tarixdən 6-cı dərəcəli qazmaçı vəzifəsinə keçirilmiş və 20 noyabr 1989-cu il tarixədək həmin vəzifədə işləmiş, 25 noyabr 1989-cu il tarixdə işlən azad edilmiş, 12 mart 1990-cı il tarixdən 1 noyabr 1991-ci il tarixədək həmin İdarədə 5-ci dərəcəli qazmaçı köməkçisi vəzifəsində işləmiş, 1 noyabr 1991-ci il tarixdə 6-cı dərəcəli qazmaçı vəzifəsinə keçirilmiş, 16 dekabr 1993-cü il tarixdən Buruq avadanlığı təmiri sexinə 5-ci dərəcəli qazmaçı vəzifəsinə keçirilmiş və 17 dekabr 2007-ci il tarixədək həmin vəzifədə işləmişdir. İddiaçının 1 yanvar 2006-cı ilədək qazmaçı peşəsində işlədiyi müddət 12 il 6 aydan çoxdur. İddiaçının iş yerindən verilmiş arayışda onun işlədiyi qazmaçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında göstərildiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çal ışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddət in azı 10 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla t ətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahıda iddiaçının ümumilikdə 12 il 6 aydan artıq işlədiyi “buruq avadanlıqlarının təmiri üzrə çilingər” peşələri “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa)” bölməsində 2130100a – 11297 (neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları) kodu ilə nəzərdə tutulmuşdur. İddiaçının 1 yanvar 2006-cı ilədək işlədiyi qazmaçı peşəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən Siyahıda əksini tapdığından bu hissədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. 1 yanvar 2006-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan i şçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Bəhs olunanlar nəzərə alınaraq iddiaçının (55+2) 57 yaşdan pensiya hüququ yaranmış olur. İddiaçının 4 mart 2019-cu il tarixə (57 yaş) 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi stajı mövcud olduğundan, onun 1 yanvar 2006-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İstinad olunan maddi hüquq normasının tələbinə əsasən 1 yanvar 2006-cı ilədək 25 il ümumi iş stajı, o cümlədən 12 il 6 ay xüsusi əmək stajı olan şəxslərə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələbləri əsas götürülməklə təyin edilir. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 9.1-1ci maddəsinin iddiaçıya münasibətdə tətbiq edilməsi istisna edilir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Ali Məhkəmənin İnzibati kollegiyası olaraq əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-243/2020 saylı 28 yanvar 2020-ci il tarixli qərarında “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci ilədək qüvvədə olmuş 9.1 və 9.8-ci maddələrimə istinad edərək 1 yanvar 2006-cı ilədək ümumi stajı 25 il, o cümlədən güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə 12 il 6 aydan az olmayan sığorta stajı olduqda şəxsin 57 (55+2) yaşdan güzəştli şərtl ə yaşa görə pensiya hüququnun olmasını vurğulamışdır. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-348/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar