Məhkəmə qərarları › İş №2-1(102)-1528/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1528/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1528/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: ( kassasiya şikayətinin mümkünlüyü ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının nümayəndəsi X3, vəkili X2, cavabdehin nümayəndəsi X1, vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi X idmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Xammal və Əmtəə birjasının "xxxx" MMC) “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.03.2021-ci il tarixli, 2-1(103)-992/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı inzibati məhkəməyə müraciət edərək 20.12.2019-cu il tarixli, 276/1 saylı hesab faktura və 30.12.2019-cu il tarixli, 29034 saylı ödəmə tapşırığı əsasında tərəfindən hərrac təşkilatçısının hesabına, hərrac təşkilatçısı tərəfindən isə öz növbəsində sadələşdirilmiş vergi qismində cavabdehin he sabına ödənilmiş 655.720.65 manat vəsaitin ona qaytarılması və 10 manat dövlət rüsumunun çəkilmiş xərc kimi ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(112)-3379/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.03.2021-ci il tarixli, 2-1(103)-992/2021 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin həmin qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

4. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayət üzrə qərarın qəbulunu məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər.

6. İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinin verilməsini qanunsuz hesab etdiklərini və şikayətin mümkün sayılmamasını xahiş etdilər. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 90.1. Apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəməyə şikayət verilə bilər. Maddə 90.2. Apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əs aslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü ilə bağlı kassasiya məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətinin mümkün sayılması üçün əsaslar müəyyən edilməmişdir. Bu baxımdan kassasiya mümkün sayılmamalıdır. Kassasiyanın mümkün sayılmaması aşağıdakı səbəblərdən irəl i gəlir.

9. Bu qərardadın 7-ci bəndində istinad olunan normanın tələbinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardadından şikayət verilə bilər.

10. Həmçinin istinad olunan normalarda kassasiya şikayəti verilə bilən qərardadlar müəyyən edilmiş, inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququ təsbit olunmuş və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan şikayət verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.

11. Qeyd olunan normaların əlaqəli təhlilindən göründüyü kimi, məhkəmə qərardadlarından yalnız onların müstəqil şəkildə mübahisələndirilməsinin İPM-də nəzərdə tutulduğu hallarda şikayət verilə bilər. Həmçinin inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblər inin təmin edilmədiyi təqdirdə şikayət vermək hüququna malikdirlər.

12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin imtina məktubunun mövcudluğu və iş üçün əhəmiyyəti olan sübutların toplanması ilə əlaqədar əlavə araşdırma aparılmasına zərurət vardır.

13. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair qərardadını ləğv edərək işi iddianın mümkünlük şərtlərinin yoxlanılması üçün həmin məhkəməyə göndərməklə, əslində cavabdehin tələbinin rədd olunmasına və ya təmin olunmamasına yönəlik qərar qəbul etməmişdir.

14. Belə hallarda apelyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi qanunverici tərəfindən istisna edilmişdir.

15. Odur ki, cavabdeh tərəfindən verilmiş kassasiya mümkün sayılmamalı və ş ikayətin qəbulundan imtina edilməlidir.

16. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96.2, 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti mümkün sayılmır. Kassasiya şikayətinin qəbulundan imtina edilir. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar