Məhkəmə qərarları › İş №2-1(102)-1528/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1528/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1528/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1245/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1 sentyabr 1979-cu il tarixdən 15 aprel 1980-ci il tarixədək texniki peşə məktəbində təhsil almışdır.

2. İddiaçı 10 may 1980-ci il tarixdən 10 may 1982-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət keçmiş və tərxis olmuşdur. 3. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı 18 iyun 1979-cu il tarixdən 7 d ekabr 2018-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

4. SOCAR “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsi tərəfindən 6 may 2019-cu il tarixli “iş stajı haqqında” arxiv arayışına əsasən, iddiaçının güzəştli şərtlərlə təqaüdə çıxmaq üçün iş stajı 14 il 10 ay 0 gün müddəti ilə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 10.2-ci bəndinə uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququna malik olduğu öz təsdiqini tapmışdır.

5. İddiaçı 30 mart 2021-ci il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək, ona güzəştli şərtlərlə pensiyaya çıxmaqda köməklik göstərilməsini, güzəştli şərtlərlə pensiyaya çıxmağının 16 fevral 2019-cu il tarixindən etibarən hesablanmasının təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh orqan tərəfindən 16 iyun 2021-ci il tarixli, **********9 nömrəli imtina məktubuna əsasən, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 3 ay 2 gün (18 iyun 1979 - 21 aprel 1980-ci il, 21 iyun 1982 - 21 fevral 1989-cu il, 1 mart 1989 - 30 iyul 1994-cü il, 7 avqust 1994 - 25 dekabr 1994-cü il, 27 dekabr 1994 - 26 aprel 1996-cı il və 1 may 1996 – 1 yanvar 2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edildiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı xx.xx.2021-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2019-cu il tarixindən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xah iş etmişdir.

8. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək, ona xx.xx.2019-cu il tarixindən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının hazırda 59 yaşı vardır. xx.xx.1979-cu il tarixindən etibarən (42 il) əmək fəaliyyəti ilə məşğul olur. Əmək fəaliyyəti müddətinin əhəmiyyətli bir hissəsini (təxminən 35 ildən çox müddətini) insan sağlamlığı üçün olduqca zərərli olan peşə fəaliyyət i ilə məşğul olmuşdur. Belə olan halda iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ xx.xx.2019-cu il tarixindən yaranmışdır.

10. Belə ki, xx.xx.1982-ci ildə (Əmr N-248k, xx.xx.1982-ci il) İTŞ quyuların süni və əsaslı təmiri sexinə 4-cü dərəcəli traktorçu peşəsinə, xx.xx.1982-ci ildə (Əmr N-406k, xx.xx.1982-ci il) İTŞ quyuların süni və əsaslı təmiri sexinə 5-ci dərəcəli qaldırıcı maşinist peşəsinə, xx.xx.1989-cu ildə (Əmr N-27k, xx.xx.1989-cu il) Neft və qaz üçün istismar və kəşfiyyat quyularının 5-ci dərəcəli qazmaçı köməkçisi işinə, xx.xx.1994- cü ildə (Əmr N-24, xx.xx.1994-cü il) Neft və qaz üçün istismar və kəşfiyyat quyularının 3-cü dərəcəli dülgər işinə, xx.xx.1994-cü ildə “DASQ” kiçik müəssisəsində 5-ci dərəcəli qaldırıcı maşinist peşəsinə, xx.xx.1996-cı ildə (Əm r N-178/k, xx.xx.1996-cı il) "Bibiheybətneft" NQÇİ-nin Xüsusi Texnika sexinə 5-ci dərəcə üzrə qaldırıcı maşinist vəzifəsinə qəbul edilmiş, 10.01 2008-ci ildə (Əmr N-8/k. xx.xx.2008-ci il) 1, 2, 3, 4, 5 №-li Neft Qazçıxarma sexlərinin tərkibində olan Quyuların yeraltı təmir briqadalarının və Xüsusi Texnika sexinin bazasında "Quyuların yeraltı təmiri və xüsusi texnika sexi" yaradılmış, bununla əlaqədar olaraq xx.xx.2008-ci il tarixindən "Quyuların yeraltı təmir və xüsusi texnika sexinə 5-ci dərəcəli qaldırıcı maşinisti peşəsinə keçirilmiş, xx.xx.2010-cu ildə (Əmr N-306/k, xx.xx.2010-cu il) “Azneft” İB-nin xx-xx/9232 saylı, xx.xx.2010-cu il tarixli məktubuna və "Bibiheybətneft" NQÇİ-nin 331 saylı, xx.xx.2010-cu il tarixli "struktur dəyişikliyi haqqında” əmrinə əsasən yeni yaradılmış Xüsusi Te xnika sexinə 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsinə keçirilmişdir.

11. Ərizəyə əlavə olunmuş arayışdan da göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə təqaüdə çıxmaq üçün 14 il 0 ay 0 gün (arayışın verildiyi tarixə) iş stajı və bundan əlavə 42 il ümumi iş stajı vardır. Buna görə də, iddiaçı cavabdehin göstərdiyi səbəb ilə razı deyil. Quyuların yeraltı təmirlərə hazırlanması üzrə operator peşəsinin (4%), quyuların yeraltı təmiri üzrə operator peşəsinin və quyuların əsaslı təmiri üzrə qazmaçı peşəsinin əmək şəraiti ağır və zərərli peşələr hesab olunduğu üçün vəzifə (tarif) maaşına əmək şəraitinə görə (8%) əlavə ödəniş təyin edilir. İddiaçı hesab edir ki, hazırkı iddia ərizəsi üzrə cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır, ona münasibətdə iş stajını topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğuna və stajının 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyinə, həmçinin xx.xx.2019-cu il tarixdə 57 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən, həmin tarixdən ona güzəştli yaşa görə əmək pensiyası təyin edilməlidir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan q anunvericilik normalarının tələblərini nəzərə alır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, onun 25 il sığorta stajı, eləcə də, 12,5 ildən çox xüsusi iş stajı olduğundan, onun həmin xüsusi iş stajı işlədiyi müəssisə tərəfindən verilmiş arayışa əsasən müəyyən edildiyindən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşının tamam olmasının səhəri günündən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəric ilərin Siyahısı”nın 10.2-ci bəndi əsasında iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır.

12. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 3 ay 2 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1996-cı il və xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Bu səbəbdən də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8235/2021 nömrəli, 1 dekabr 202 1-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddiа tələbi təmin edilmiş, iddiaçıya 16 fevral 2019-cu il tarixindən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 57 yaşının tamam olana kimi 25 ildən artıq ümumi əmək iş stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə təsdiq edildiyindən və cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilmədiyindən, cavabdeh inzibati orqanının imtinasının əsasları mövcud qanunvericilik normalarına zidd, əsassız və qanunsuz olmuşdur.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1245/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 1 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ON A QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.

20. Əlavə olaraq qeyd edilməlidir ki, iş materiallarında olan iddiaçıya məxsus Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən 15 aprel 1980-ci il tarixində verilmiş 205 nömrəli attestatda qeyd olunmuş məlumatların mötəbərliyi də sübhə doğurur. Belə ki, attestatda qaralamalar və düzəlişlər mövcuddur. Lakin məhkəmə qərar qəbul edərkən sözügedən arayışdakı məlumatların mötəbərliyini araşdırmamış və ona hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, təhsil aldığı yeni adı ilə fəaliyyət göstə rən 8 saylı Bakı Peşə Liseyinə müraciət etmişdir. Həmin Liseydən verilən 07 iyul 2022-ci il tarixli arayışdan da göründüyü kimi, 21 aprel 1980-ci ildə həmin Məktəbdə təhsil almışdır.

22. Göründüyü kimi, cavabdeh tərəfin imtinası tam əsassızdır və kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ay ını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.2.Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxi l olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 24. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 13. “b” bəndi. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şə raitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.

26. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtləri n mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məh kəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensi yasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Lakin əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin kassasiya şikayətində ki, digər bir dəlili ondan ibarətdir ki, iddiaçıya məxsus attestatda qeyd olunmuş məlu matların mötəbərliyi sübhə doğurur. Belə ki, attestatda qaralamalar və düzəlişlər mövcuddur. Lakin apellyasiya məhkəməsi qərar qəbul edərkən sözügedən arayışdakı məlumatların mötəbərliyini araşdırmamış və ona hüquqi qiymət verməmişdir.

34. Qeyd edilən dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin göstərilən dəlili nə ilkin imtina məktubunda, nə də birinci instansiya və apellyasiya məhkəmələrində irəli sürməmiş və bu səbəbdən də araşdırma predmeti ola bilməmişdi. İddiaçının attestatında olan qaralamaya gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, attestatın birinci səhifəsində qaralama yox, mürəkkəb ləkəsidir və həmin sənədin mötəbərliyinə hər hansı bir şübhəyə əsas olan sübutu cavabdeh məhkəməyə təqdim etməmişdir.

35. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburet mə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasına istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

36. Beləliklə apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 22, 23 və 25 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.

37. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsini n qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1245/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar