Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1528/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “65 yaşı tamam olan 11 iyul 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi nin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-1(107)-199/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2013-cü il tarixli 78 nömrəli mədaxil qəbzinə və "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 877 saylı arayışına əsasən, iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə Kapital Bank ASC-nin Ağdaş filialına X2 AZ27AİİB******************** saylı hesabına “Məcburi Dövlət Sosial Sığorta haqqı” təyinatı ilə 16 AZN vəsait ödənilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 29 avqust 2022-ci il tarixli, ****** ****9 nömrəli imtina məktubu ilə bildirmişdir ki, X1 Sistemi Pensiya altsistemi proqram təminatına əsasən xx.xx.2006-cı il tarixindən sonrakı dövr üçün fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli müraciətdə qeyd edildiyi fərdi hesabınıza məcburi dövlət sosial sığorta haqqının ödənilib-odənilməməsi ilə bağlı Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu göndərilmişdir. Mərkəzi Filialın müvafiq xidməti məktubuna əsasən X1 Sisteminin Sığorta (Hesabat) altsisteminin Statistika bölümündə iddiaçının adına hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Qeyd olunanlara əsasən, sığorta stajı olmadığı və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci i l tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “65 yaşının tamam olduğu 11 iyul 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixdə ödədiyi 16 manat məcburi dövlət sosial sığorta haqqını nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan X1 Sistemi Pensiya alts istemi proqram təminatına əsasən xx.xx.2006-cı il tarixindən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə dair 29 avqust 2022-ci il tarixli imtina məktubuna uyğun yazılı etiraz təqdim etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2- 1(116)-2108/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində **********896 nömrəli sığorta şəhadətnaməsi tərtib edilmiş, iddiaçı tərəfindən xx.xx.2013-cü ildə 16 manat məcburi dövlət sığorta haqqı ödənilmişdir. Ödənilmiş vəsait X4 AZ27AİİB******************** saylı hesabına “Məcburi Dövlət Sosial Sığorta haqqı” təyinatı üzrə köçürülmüş, cavabdehin ödənilən məbləği qəbul etməməsi, geri qaytarması, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsi müəyyən edilməmişdir. Bununla da iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi vəzifəsi yerinə yetirilmişdir. Həmin vəsaitin düzgün olaraq iddiaçının fərdi hesabında əks olunması isə iddiaçının vəzifəsi olmadığından onun ziyanına şərh edilə bilməz.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-1(107)-199/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlara (Forma B2) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanl ar haqqında məlumatlar (Forma B3) təqdim edilmədiyindən iddiaçının 2006-2008-cı illər üzrə ödənildiyini iddia etdiyi məcburi dövlət sosial sığorta haqları onun fərdi şəxsi hesabında əks olunmamışdır. Sığortaedən tərəfindən təqdim edilmiş 2006-cı il üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat" (Forma B2) məlumatlarının, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Nazirliyin “X1 Sistemi”nin Sığorta (Hesabat) altsisteminə konvertasiya edilməsi təmin edilmiş və sığortaedənə “X3” (egov.az) Nazirliyin təqdim etdiyi elektron xidmətlər bölməsindən istifadə etməklə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat" (Forma B3) təqdim etmək üçün müvafiq funksionallıq verilmişdir. İddiaçı "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlara (F orma B2) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatları (Forma B3) təqdim etmədiyindən həmin ödənişlərin onun fərdi şəxsi hesabında uçota alınması mümkün deyildir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müdd ətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KA SSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
24. İşin apellyasiya instansiyası məhk əməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixli 78 nömrəli mədaxil qəbzi ilə 16 manat məcburi dövlət sığorta haqqı ödənilmişdir.
25. İddiaçının xx.xx.2013-cü il tarixdə 16 AZN Kapital Bank ASC-nin Ağdaş filialına X4 hesabına “Məcburi Dövlət Sosial Sığorta haqqı” təyinatı ilə ödəməsi "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 877 saylı arayışı ilə də təsdiq olunur. Həmin ödənişin cavabdeh tərəfindən qəbul edilmədiyinə və ya hər hansı səbəbdən geri qaytarıldığına dair sübut işdə yoxdur.
26. Eyni zamanda, iddiaçının adına **********896 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin açıldığı və iddiaçıya təqdim olunduğu müəyyən edilmişdir. Odur ki, ödənilmiş məbləğin şəxsin fərdi şəxsi hesabında qeydə alınmaması onun hüquqlarını məhdudlaşdırıcı amil k imi nəzərə alına bilməz. Şəxs tərəfindən ödənişlərin həyata keçirilməsi zamanı ödənilən məbləğin fərdi şəxsi hesabda qeydə alınıb-alınmamasına nəzarət etmək onun imkanları xaricində olmaqla, səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün tələb edilən 3 şərt mövcud olur. Belə ki, iddiaçı yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni xx.xx.2022-ci il tarixdə yaranmış, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmiş və iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 i yul tarixinə qeydə alınmış pensiya kapitalı olmuşdur.
28. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-cü il tarixli, 2-1(107)-199/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.