Məhkəmə qərarları › İş №2-1(102)-1528/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1528/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1528/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əvvəlki dövr üçün əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sos ial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-104/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2007-ci ildən uşaqlıqdan “ümumi görməyə görə İİ qrup əlillik” təyin edilmişdir. 2. xx.xx.2016-cı il tarixdə iddiaçıya 5 il üçün yenidən İİ qrup əlillik təyin edilmiş, xx.xx.2021-ci il tarixdən müavinətin ödənilməsi dayandırılmışdır.

3. Daha sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixinədək İİ dərəcə əlillik təyin edilmiş, xx.xx.2022-ci il tarixindən xx.xx.2027-ci il tarixinədək avtomatlaşdırı lmış qaydada 180 manat məbləğində İİ dərəcə əliliyə görə sosial müavinət təyin edilmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək verilməyən müavinətin verilməsini xahiş etmişdir.

5. Cavabdeh 08 iyul 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun əlilliyinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Təkrar müayinə əsasında əlilliyi xx.xx.2022-ci il tarixdən müəyyən edildiyindən ona ərizəsində qeyd edilmiş dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldıraraq ona 2021-ci ilin oktyabr ayından 2022ci ilin mart ayınadək verilməyən 930 manat məbləğində müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 2007-ci ildən İİ dərəcə əlilliyə görə sosial müavinət alır. xx.xx.2016-ci il tarixdə həmin əlillik dərəcəsi təsdiqlənmiş və növbəti beş il üçün müavinət təyin edilmişdir. Qeyd edilən müddət bitdikdən sonra xx.xx.2021-ci il tarixdə, elektron sistem vasitəsilə növbəti müayinədən keçməsi barədə bildiriş daxil olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində tibbi mü ayinəni keçib və tibbi rəy həmin mərkəz tərəfindən Bakı 11 nömrəli şəhər poliklinikasına göndərilmişdir. Qeyd edilən rəy kifayət etmədiyi üçün iddiaçı yenə Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmiş və üç dəfə müvafiq müayinədən keçmişdir. xx.xx.2021 və xx.xx.2022-ci il tarixli müayinə vərəqələri ərizəyə əlavə edilmişdir. Bu vərəqələr 11 nömrəli şəhər poliklinika tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndərilməli idi, lakin o bunu etməmiş, bu səbəbdən iddiaçının müayinəsi 6 ay uzanmışdır. İddiaçı İİ dərəcə əlilliyə görə müavinət (130 manat) axırıncı dəfə 2021-ci ilin sentyabr ayı üçün almışdır. Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçının İİ dərəcə əlilliyi növbəti dəfə təsdiq edilmişdir. Hal-hazırda 180 manat məbləğində müavinət alır. Laki n 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək müavinət ödənilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək qeyd olunan dövr üçün İİ dərəcəli əlilliyə görə ödənilməli olan müavinətin ödənilməsini xahiş etmişdir. Lakin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının onun müraciətinə 08 iyul 2022-ci il tarixli cavabında “əlilliyin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün müraciətində qaldırılan məsələnin həllini mümkün hesab etməmiş və qərarla razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququ barədə xəbərdar edilmişdir.

8. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112) -11662/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim X1) iddia tələbi təmin edilmiş, İddiaçı ikinci dərəcəli əlilliyə görə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək verilməyən (930 manat məbləğində) müavinətin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qanunu ilə əlavə edilmiş 3.3-1-ci maddəsində göstərilmiş hal iddiaçıya münasibətdə şamil edilməlidir. İddiaçının əlilliyi müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra əlilliyinə əsas olan xəstəliklə bağlı müalicə və müayinələr aparılmış, əlilliyi müəyyən edən dövlət orqanına dövlət tibbi müəssisə tərəfindən müvafiq elektron sənədlər göndərilmiş, nəhayət 2022-ci ilin aprel ayında əvvəlki (uşaqlıqdan müəyyən edilmiş) diaqnoz əsasında İİ dərəcə əlillik təkrar müəyyən edilmişdir. Göründüyü kimi əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edilmiş, 6 ay müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Belə olan halda, iddiaçının ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olunmalı, bu dövrlə bağlı müavinət iddiaçıya ödənilməlidir.

11. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-104/2024 nömr əli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X5) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)11662/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Şikayətdə “Əlilliyin olan şəxsləri hüquqları haqqında” Qanunun 3.3.1-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

16. Qeyd edilmişdir ki, qanunun tələbinə əsasən əlill ik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. İddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, təkrar müayinə əsasında əlillik dərəcəsi isə xx.xx.2022-ci il tarixdən müəyyən edildiyindən ona həmin dövrlər üçün müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barəd ə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydalar”ı

1. Ümumi müddəalar 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübah isə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sa yıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİY A BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən də şikayət təmin edilməklə, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi isə rədd edilməlidir.

24. Gəlinmiş nəticəni məhkəmə kollegiyası aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.

25. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə təyin edilmiş əlillik 5 illik olmuş və xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı daha sonra əlilliyin təyini ilə əlaqədar olaraq cavabdehə müraciət etsə də, cavabdeh əlilliyin təyin edilməsindən imtina etmişdir (iddiaçı bu imtinanı mübahisələndirməyib).

26. Müəyyən müddətdən sonra iddiaçı yenidən əlilliyin təyini ilə əlaqədar olaraq müraciət etmiş, xx.xx.2022-ci il tarixdə ona ikinci dərəcə əlilik təyin edilmişdir.

27. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsinə yönəlmişdir.

28. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının iddia tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə uyğun deyildir. Belə ki, həmin normanın tələbinə əsasən əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik müəyyən olunduqda, həmin dövr üçün şəxs əlilliyi olan şəxs hesab olunur. Əlilliyin bitdiyi tarixdən 6 ay keçdiyi halda əlilliyin tarixi əlilliyin təkrar qiymətləndirilməsi tarixindən sayılır və bu müddət ərzində şəxs əlilliyi olan şəxs hesab olunmur.

29. Başqa sözlə, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə bitmiş (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydalar”ının 1.7-ci maddəsinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir-iddiaçının əliliyi xx.xx.2021-ci il tarixdə bitsə də o, xx.xx.2021-ci il tarixədək əlil hesab edilir), növbəti əllik isə 6 aydan sonra yəni xx.xx.2022-ci il tarixdə təyin edilmişdir.

30. Beləliklə, iddiaçının növbəti əlilliyi 6 ay 12 gündən sonra müəyyən olunduğundan, nəticədə iddiaçı ötən dövr üçün əlilliyi olan şəxs hesab edilmədiyindən onun əvvəlki dövrlərə görə müavinət almaq hüququ olmamışdır.

31. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-104/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar