Məhkəmə qərarları › İş №2-1(102)-1528/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1528/2025

11.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1528/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icrada dönüş edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mül kiyyət hüquqlarının qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(103)- 750/2025 saylı qərardadından üçüncü şəxs Quliyeva Şəfa Tahir qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcr a Hakimiyyətinin 10 dekabr 1997-ci il tarixli 1364 nömrəli qərarına əsasən X3 və İstismarı Birliyinin 8 nömrəli orderi ilə iddiaçıya ayrılmış Ləhiş bağlar sahəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 6283 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 nömrəli, 06 fevral 2018- ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı ŞİH-in xx.xx.1997-ci il tarixli 1364 nömrəli sərəncamı əsasında verilmiş X3 və İstismarı Birliyinin 8 nömrəli orderi ilə ayrılmış Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 ha sahəsi olan 6293 nömrəli bağ sahə sinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

3. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1914/2018 nömrəli, 17 avqust 2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 nömrəli, 06 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

4. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiy a şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)- 48/2019 nömrəli, 09 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1914/2018 nömrəli, 17 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 nömrəli, 06 fevral 2018- ci il tarixli qərarı qanuni qüvvəyə minmiş və icra olunması üçün 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla cavabdehə göndərilmişdir.

6. Cavabdeh xx.xx.2019-cu il tarixdə məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 nömrəli, 06 fevral 2018-ci il tarixli qərarının icrası təmin edilmiş, ünvan ünvanına dair İddiaçı adına ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli elektron çıxarış hazırlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki birinci icraat

7. Daha sonra X1 Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 nömrəli, 06 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, onun üçüncü şəxs qismində cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-38/2018 nömrəli, 25 iyun 2023-cü il tarixli qərardadı ilə X2 ərizəsi (vəsatəti) təmin edilməmişdir.

9. X4 birinci instansiya məhkəməsinin qərardadından apelly asiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3207/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə X1nın apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 25 iyun 2023-cü il tarixli qərardadı ləğv edilmiş, ərizə təmin edilmiş, X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, İddiaçı Yunis oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilmə si öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadı ilə iş üzrə Quliyeva Şəfa Tahir qızı və X16 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşlar.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim X11) ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarının icrasına dönüş edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,12 hektardan ibarət 6245 nömrəli bağ sahəsi üzərində X2 (vəfat etmiş həyat yoldaşı X7) adına olm uş reyestr qeydlərinin bərpa edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qərarı ilə (hakim X11) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsinin qərardadından iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2543/2024 nömrəli iş üzrə 11 iyun 2024-cü il tarixli qərardadı ilə (hakimlər X12 (məruzəçi), X5 və X8) apelyasiya şikayətləri təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qərardadı ləğv edilmiş, X1nın 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 6 fevral 2018-ci il tarixli qərarının ləğvi ilə bağlı həmin qərarın icrasında dönüş edilməsi barədə ərizəsi təmin edilməmişdir. c) birinci instansiyası məhkəməsindəki ikinci icraat

15. X1 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək ləğv edilmiş qərarın icrasında dönüş edilərək aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim X11) ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarının icrasına dönüş edilmiş, ünvan ünvanına dair İddiaçı adına verilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli elektron çıxarışın ləğvin ə yönələn tədbirlərin görülməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsin üzərinə qoyulmuş, ünvan ünvanına dair daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyat ləğv edilmişdir.

17. Birinci instansiya məhkəməsinin qərardadından üçüncü şəxs Quliyeva Şəfa Tahir qızı apellyasiya şikayəti vermişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-750/2025 nömrəli iş üzrə 22 yanvar 2025-ci il tarixli qərardadı ilə (hakimlər X9 (məruzəçi), X10 və X6) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

19. Üçüncü şəxs Quliyeva Şəfa Tahir qızı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-750/2025 nömrəli iş üzrə 22 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsini və üçüncü şəxs kimi sonradan işə qoşulmuş X2 icrada dönüş ərizəsinin təmin edilməməsinə dair qərardad qəbul eidlməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Şikayətdə İPM-in 13-cü maddəsinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərardadının əsassız və qanunsuz olduğu qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 236-1. İcrada dönüş 236- 1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. 236-1.6. Bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydas ında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilm işdir.

25. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə almışdır.

29. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, çıxarışın verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv olunmuş, eyni zamanda çıx arışın verilməsi ilə bağlı iddia tələbi məhkəmə qərarı ilə rədd edilmişdir.

30. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarının icrasına dönüş edilmiş, bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarı ləğv edildiyindən, qeyd olunmuş əmlaklara dair qeydiyyatın və bunun üzərindən iddiaçıya verilmiş qeyd olunan çıxarışların hüquqi əsasının aradan qalxdığı da diqqətə alınmalıdır. İcra edilmiş məhkəmə qərarı ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qərar çıxarıldıqda, məhkəmə tərəfindən ic rada dönüş edilməsi barədə müvafiq tədbirlər görülməli, icranın nəticələri aradan qaldırılmalıdır. İcrada dönüş haqqında məsələyə məhkəmə öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin icrada dönüş haqqında ərizəsinə əsasən baxır və bu barədə müvafiq qərardad qəbul edir.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Belə olan halda, apellyasiya instansiyası məhkə məsinin qərardadı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

33. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Quliyeva Şəfa Tahir qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 21(103)- 750/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar