Məhkəmə qərarları › İş №2-1(102)-1529/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1529/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1529/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçının vəkili Vəkil və cavabdehin vəkili Vəkil iştirakı ilə İddiаçı Iddiaçı nın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-320/19 saylı 17 yanvar 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 01.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Ünvan massivində yerləşən ümumi sahəsi 0.12 ha olan 275a saylı bağ sahəsi Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə mərhum X arasında bağlanmış 03.09.1988-ci il tarixli bağın icarəyə verilməsi haqqında ****saylı müqavilə əsasında X verilmişdir. X 19.01.2012-ci il tarixdə vəfat etmişdir. İddiаçı Iddiaçı X vərəsəsidir. İddiaçı Ünvan yerləşən 275a saylı bağın torpaq sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxemin verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 18.12.2014-cü il tarixli 143020544195 saylı məktubla b ildirmişdir ki, hüquqmüəyyənedici sənəd üzrə bağ torpağının ümumi sahəsi 1200 kv.metrdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, bağ sahəsində hasarlanma və mərzçəkmə işləri tamamlanmamış, bağ sahəsinin üç tərəfi mişar daşı ilə hasarlanmış, bir tərəfi şərtidir. Bağ sahəsinin nömrəsi naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Belə ki, bölgü sxemi və özəlləşmiş bağlara istinadən tərəfinizdən 275 a saylı bağ sahəsi əvəzinə 272 saylı bağ sahəsinin ərazisindən istifadə olunmaqdadır. AR MM-nin 176-cı maddəsinə uyğun olaraq bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması məqsədəuyğundur. İddiaçı Ünvan ğ sahəsi ünvanında yerləşən 275a saylı bağa verilmiş bölgü sxeminin araşdırılması barədə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh 24.05.2017ci il tarixli 173020525881 say lı məktubla bildirmişdir ki, tərəfinizdən göstərilən bağ sahəsinin bağların sıra nömrəsinə istinadən yerləşməsi 212 saylı bağ sahəsinin ərazisinə aiddir. İddiaçı 30.03.2018-ci il tarixdə cavabdehə X məxsus Ünvan ğ massivi ünvanında yerləşən 275a saylı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh 23.04.2018-ci il tarixli 183020424773 saylı Bildirişlə hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmiş və bildirmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə “275a” saylı bağın ərazindən 105 metr aralı məsafədə yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək Ünvan ğlarında yerləşən 275a saylı bağın 0.12 ha torpaq sahəsi üzərində mərhum Xmülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın (arayış) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2712/2018 saylı, 17.07.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Ünvan ğ massivində yerləşən ümumi sahəsi 0.12 ha olan 275a saylı bağ sahəsi üzərində mərhum Xmülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın (arayışın) verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2712/2018 saylı, 17.07.2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişd ir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2922/18 saylı 15 noyabr 2018-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti mümkün hesab edilmişdir. İddiaçı 10.01.2019-cu il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Ünvan ğ massivində yerləşən ümumi sahəsi 0.12 ha olan 275a saylı bağ sahəsinə hüququ olmuş iddiaçının əmisi X adına müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-320/19 saylı 17 yanvar 2019-cu il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, iddia tələbi “Ünvan ğ massivində yerləşən ümumi sahəsi 0.12 ha olan 275a saylı bağ sahəsinə hüququ olmuş iddiaçının əmisi X adına müvafiq arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməsi” şəklində icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-320/19 saylı 17 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2712/2018 saylı, 17.07.2018-ci il tarixli qərar ləğv edilmiş, iddia təmin edilmiş, Ünvan ğ massivində yerləşən ümumi sahəsi 0.12 ha olan 275a saylı bağ sahəsinə hüququ olmuş iddiaçının əmisi X adına müvafiq arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının və vəfat etmiş icarədarın iradəsindən asılı hal deyil və bu uyğunsuzluqların aradan qaldırı lması cavabdehin özünün səlahiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-320/19 saylı 17 yanvar 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə “275a” saylı bağın ərazindən 105 metr araslı məsafədə yerləşir və göstərilən sahənin həmin bağ sahəsinə aidiyyəti yoxdur. Kassator “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 11.1, 12.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 55, 68, 111.1-ci maddələrinə, İPM-nin 20.1, 28.1, 62.1, 62.2-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın 2-1(103)-320/19 saylı 17 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-320/19 saylı 17 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına iştirak edən iddiаçının vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-320/19 saylı 17 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmi şdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-320/19 saylı 17 yanvar 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Ünvan ğ massivində yerləşən ümumi sahəsi 0.12 ha olan 275a saylı bağ sahəsi Bağlar Təsərrüfatının inkişafı və İstismarı Birliyi ilə mərhum Xarasında bağlanmış 03.09.1988-ci il tarixli bağın icarəyə verilməsi haqqında ****saylı müqavilə əsasında Xna verilmiş, X 19.01.2012-ci il tarixdə vəfat etmiş, iddiаçı Iddiaçı X vərəsəsidir. İddiaçı Ünvan yerləşən 275a saylı bağın torpaq sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxemin verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 18.12.2014-cü il tarixli 143020544195 saylı məktubla bildirmişdir ki, hüquqmüəyyənedici sənəd üzrə bağ torpağının ümumi sahəsi 1200 kv.metrdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, bağ sahəsində hasarlanma və mərzçəkmə işləri tamamlanmamış, bağ sahəsinin üç tərəfi mişar daşı ilə hasarlanmış, bir tərəfi şərtidir. Bağ sahəsinin nömrəsi naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Belə ki, bölgü sxemi və özəlləşmiş bağlara istinadən tərəfinizdən 275 a saylı bağ sahəsi əvəzinə 272 saylı bağ sahəsinin ərazisindən istifadə olunmaqdadır. AR MM-nin 176-cı maddəsinə uyğun olaraq bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması məqsədəuyğundur. İddiaçı Ünvan ğ sahəsi ünvanında yerləşən 275a saylı bağa verilmiş bölg ü sxeminin araşdırılması barədə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh 24.05.2017ci il tarixli 173020525881 saylı məktubla bildirmişdir ki, tərəfinizdən göstərilən bağ sahəsinin bağların sıra nömrəsinə istinadən yerləşməsi 212 saylı bağ sahəsinin ərazisinə aiddir. İddiaçı 30.03.2018-ci il tarixdə cavabdehə X məxsus Ünvan ğ massivi ünvanında yerləşən 275a saylı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh 23.04.2018-ci il tarixli 183020424773 saylı Bildirişlə hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmiş və bildirmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə “275a” saylı bağın ərazindən 105 metr araslı məsafədə yerlə şir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Beləliklə Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0.12 ha olan 275a saylı bağ sahəsinin 03.09.1988-ci il tarixli bağın icarəyə verilməsi haqqında ****saylı müqavilə əsasında X adına ayrılması və iddiаçı Iddiaçı X vərəsəsi olması işin mübahisəsiz hallarına aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Həmin Qanunun 15.1-ci maddəsinə əs asən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1. 6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi Ünvan ğ massivində yerləşən ümumi sahəsi 0.12 ha olan 275a saylı bağ sahəsi Bağlar Təsərrüfatının inkişafı və İstismarı Birliyi ilə mərhum Xarasında bağlanmış 03.09.1988-ci il tarixli bağın icarəyə verilməsi haqqında **** saylı müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsaslarından biridir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanan imtina əsaslarının hazırkı iş üzrə mövcud olmamasına baxmayaraq cavabdeh qeyd olunan normada nəzərdə tu tulmayan əsasla (bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi) iddiaçının ərizəsini icra etməkdən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilm əsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, hazırkı iş üzrə iddiaçı Ünvan ğ massivində yerləşən ümumi sahəsi 0.12 ha olan 275a saylı bağ sahəsinə hüququ olmuş iddiaçının əmisi X adına müvafiq arayışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirsə də cavabdeh bunun əksini sübuta yetirə bilməmişdir. Cavabdehin gətirdiyi dəlillər iddiaçının ərizəsinin təmin edilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhk əmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-320/19 saylı 17 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-320/19 saylı 17 yanvar 2019-cu il tarixli qərarı dəyişdi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar