Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1529/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: İddianın mümkünlük şərtlərinin yoxlanılması, hüquqi yardım, prosessual həmiştirakçılıq. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi hərəkətinin təmin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2021-ci il tarixli, 2-1(103)-1226/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 02 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin binasının qarşısında tək adamlıq piket keçirəcəyi və piketin 15 dəqiqə çəkəcəyi, əlində plakat tutacağı, səs gücləndirici ilə Ədliyyə Nazirliyinin icra məmurlarının qanunsuzluğundan danışacağı ilə bağlı məlumat göndərmişdir.
2. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, 28.01.2021-ci il tarixli məktubla müraciət də qaldırılan məsələ ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsi ilə əlaqə saxlanılmış, məhkəmə sənədlərində cavabdeh qismində göstərilən X2 hal-hazırda hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu və qısa zaman ərzində cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumat verilmişdir. Göstərilənlərə əsasən müraciətdə qeyd olunan məsələ ilə bağlı aksiya keçirmək deyil, müvafiq qurum tərəfindən şikayətə baxılması və vətəndaşla əlaqə saxlanılaraq gözləmək tövsiyə olunmuşdur. 02 fevral 2021-ci il tarixdə AR Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Səbail ray on Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının sərbəst toplaşmaq azadlığı haqqında 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 28.01.2021-ci il tarixli, M-37/2-003/2 saylı məktubun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10 000 manat pulun tutulması, Bakı şəhər Səbail rayon Polis İdarəsinin razılaşdırılmamış piket keçiriləcəyi təqdirdə barəsində tədbir görülməsinə dair şifahi xəbərdarlığının Azərbaycan Respublikası Konstitusiyasının 49, 71-ci maddəsinə zidd hesab edilməsi və həmin hüquqa müdaxilə edilməməsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişd ir.
4. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin 01.10.2019-cu il tarixli qətnaməsi ilə X1 aliment tutulmuş, qətnamənin icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Buna baxmayaraq, icra məmuru tərəfindən heç bir icra hərəkəti aparılmamış, bununla bağlı şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. Bu özbaşınalığa etiraz olaraq iddiaçı sərbəst toplaşmaq hüququndan istifadə etmək qərarına gəlmiş, Bakı şəhər İcra Hakimiyyətinə 23 yanvar 2021-ci il tarixdə e-mail vasitəsi ilə müraciət ünvanlayaraq 02 fevral 2021-ci il tarixdə, saat 12-00-da Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında təkadamlıq piket keçirəcəyi, Piketin 15 dəqiqə çəkəcəyi, əlində plakat tutacağı, səs gücləndirici ilə Ədliyyə Nazirliyinin icra məmur larının qanunsuzluqlarından danışacağı ilə bağlı məlumat göndərmişdir. Lakin Bakı şəhər İcra Hakimiyyəti 28 yanvar 2021-ci il tarixli məktubla 02 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında planlaşdırdığı piketin keçirilməsini məqsədəuyğun hesab etməmişdir. Eyni zamanda, Səbail rayon Polis İdarəsi şifahi olaraq telefonla icazəsiz aksiya keçirdəcəyi təqdirdə onun məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq etmişdir.
5. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın məzmunu iddiaçının müraciətinə cavab olaraq verilmiş 28.01.2021-ci il tarixli məktubun məzmunu ilə eynilik təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3994/2021 saylı 10 fevral 2021-ci il tarixli qərardadı il ə (hakim Aytən Oruczadə) iddia mümkün sayılmamışdır.
7. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin cavabdehlər qismində prosessual həm iştirakçılığına yol verilmir. Bundan əlavə, sərbəst toplaşmaq azadlığına toplantıların məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilənlər əsaslar olduqda icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda iddiaçının “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə və həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən piketin keçiriləcəyi barədə ona edilən xəbərdarlıqla bağlı cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçının hər hansı bir subyektiv hüququ, o c ümlədən sərbəst toplaşmaq hüquqları pozulmur. Belə ki, cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və bu məktubda ifadə olunan mövqe qadağanedici hərəkət hesab edilə bilməz. Bundan əlavə, cavabdeh tərəfindən hər hansı bir qərar qəbul olunmadığı və cavabdehin mövqeyi məktubla iddiaçıların nəzərinə çatdırıldığı üçün qərar olmayan həmin məktub ilə iddiaçıların hər hansı bir subyektiv hüququ pozulmamışdır. Bundan başqa, iddiaçı iddia tələbində ona vurulmuş mənəvi zərərə görə 10000 manat pulun tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı onun tərəfindən “dəymiş mənəvi zərərin məbləğləri qeyd edilməklə kompensasiyanın ödənilməsi” ilə bağlı ilkin olaraq cavabdeh orqana müraciət edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, Bakı şəhəri Səbail rayon Polis İdarəsini n üzərinə hər hansı bir öhdəliyin qoyulması tələbi üzrə də iddiaçının ilkin olaraq inzibati orqana müraciəti olmamışdır.
8. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat 9 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.05.2021-ci il tarixli, 21(103)-1226/2021 nömrəli qərardadı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: A.B.Nuriyeva və V.M.Ağayev) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3994/2021 saylı 10 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti isə təmin edilməmişdir.
10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.05.2021-ci il tarixli, 2-1(103)-1226/2021 nömrəli qərardadından kassasiya şikayəti verərək onun ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsini və ya işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadını qanunsuz və əsassız hesab edərək bildirir ki, qəbul edilmiş qərar onun Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi ilə müəyyən edilmiş hüquqlarını kobud şəkildə pozur. Belə ki, Konstitusiyanın tələbinə əsasən, hər kəskin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Bu hüquq eyni zamanda “İnsan hüquqları h aqqında” Ümumi bəyannamənin 20-ci maddəsində, “Mülki və siyası hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 11-ci maddəsində təsbit edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada ə saslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
19. Belə ki, aşağı instansiya məhkəmələri iddia tələbini mümkünsüz hesab edərkən hazırkı iş üzrə prosessual həmiştirakçılığa yol verilməməsinə, Bakı şəhər İcra Hakimiyyətinin məktubunun iddiaçının hüquqlarına toxunmamasına və mənəvi ziya n tələbi ilə bağlı ilkin müraciətin olmamasına istinad etmişlər.
20. Məhkəmə kollegiyası hazırkı iş üzrə prosessual həmiştirakçılığa yol verilməməsi ilə bağlı apellyasiya məhkəməsinin nəticəsi ilə razılaşsa da, qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarındakı mövqeyə əsasən, məhkəmələr prosessual həmiştirakçılığın yolverilənliyini öz xidməti vəzifələrinə uyğun olaraq yoxlamalı olsalar da, bu yoxlama İPM-in 13-cü maddəsi ilə yardım etmək vəzifəsini istisna etmir. Belə ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquq i təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
21. Lakin hazırkı iş üzrə aşağı instansiya məhkəmələri Bakı şəhər İcra Hakimiyyətinin və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin birgə cavabdeh ola bilməməsi nəticələrinə gəlsələr də, iddiaçıya düzgün cavabdehin seçilməsi ilə bağlı hüquqi yardım göstərməməklə, beləliklə də inzibati prosessual qanunvericiliyin tələblərini pozmaqla iddia tələbini mümkün saymamışlar.
22. Belə ki, hər hansı iddianın ümumi və ya xüsusi mümkünlük şərtlərinə cavab verib-verməməsinə qiymət verilməsi üçün ilk növbədə iddianın hansı cavabdehə qarşı qaldırılmalı olduğu məsələsinə aydınlıq gətirilməlidir. Çünki, konkret iş üzrə cavabdehin kim olması aydınlaşdırılmadığı halda cavabdeh tər əfindən iddiaçının hüquqlarının pozulub-pozulmamasına və ya cavabdehə ilkin müraciət edilib-edilməməsinə qiymət verilməsi mümkün deyil.
23. Lakin apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət vermədən qərar qəbul etməklə, İPM-in 12.1-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması prinsipini pozmuşdur.
24. Belə olan halda, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
25. İşə təkrar baxan apellyasiya məhkəməsi məhkəmə kollegiyasının yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə almaqla iddianın mümkünlük şərtlərini yenidən yoxlamalıdır.
26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən tə min edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2021-ci il tarixli, 21(103)-1226/2021 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.