Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1529/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisa diyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Zaqatala Rayon İcra Hakimiyyəti və X5) “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2023cü il tarixli, 2-1(107)-27/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Zaqatala rayonu Muxax kolxozunun 17 may 1998-ci il tarixli 2 nömrəli qərarına əsasən kolxozun fəaliyyəti dayandırılmış, kolxozun səlahiyyətləri yerli aqrar islahat komissiyasına (YAİK-ə) verilmiş, torpaq və əmlakın d əqiq inventarlaşdırılması, əmlakın qiymətləndirilməsi aparılmış, əmlakdan pay almaq hüququ olan subyektlərin sayı dəqiqləşdirilmiş və ümumi iclasda təsdiq edilmişdir.
2. Zaqatala rayonu Muxax kənd YAİK-nın 4 may 2000-ci il tarixli, 17 nömrəli qərarı ilə camış fermasında yerləşən mal damının xüsusi mülkiyyətə paylamaq üçün ayrılması qərara alınmışdır.
3. Zaqatala rayonu Muxax YAİK tərəfindən 14 oktyabr 2009-cu il tarixli “Əmlakdan pay haqqının verilməsi barədə akt” tərtib edilməklə və həmin tarixli 26 nömrəli qaimə ilə camış fermasında yerləşən mal damı iddiaçıya verilmişdir.
4. Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən iddiaçının adına camış fermasında yerləşən mal damı ilə əlaqədar 14 oktyabr 2009-cu il tarixli “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir.
5. İd diaçı cavabdehə ərizə ilə müraciət edərək, sözügedən qeyri-yaşayış binası (mal damı) üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
6. Cavabdeh 17 oktyabr 2020-ci il tarixli, **********20 nömrəli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas sayılır. Lakin iddiaçının təqdim etdiyi “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə” 14 oktyabr 2009-cu ildə qeydiyyata alınmışdır. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Zaqatala rayonu Muxax kolxozu Aqrar İslahat Komissiyasının 17 may 1998-ci il tarixli 2 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması və cavabdeh Zaqatala Rayonu Muxax Bələdiyyəsinə qarşı mal damının yerləşdiyi torpaq sahəsinin ona satılması öhdəliyinin həmin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayon Muxax kolxozunun YAİK-nın 17 may 1998-ci il tarixli 2 nömrəli qərarına əsasən Muxax kolxozunun mülkiyyətində olan camış fermasındakı mal damı onun mülkiyyətinə verilmişdir. O bu mal damının dəyərini həmin dövrdə olan qiymətlə 72009000 manatı tam ödəmiş və bununla əlaqədar Muxax kənd AİK-sı tərəfindən əmlak payına m ülkiyyət hüququ haqqında şəhadətnamə də verilmişdir. Lakin həmin mal damının yerləşdiyi torpaq sahəsi və onun kənarında olan torpaq sahəsi onun razılığı və xəbəri olmadan başqa şəxsə verilmişdir. Buna görə də, həmin mal damı üçün adına qeydiyyat vəsiqəsi ala bilmir.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
10. Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-440/2021 nömrəli qərarı (hakim: X9) ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz ə mlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş həm “Əmlakdan pay haqqının verilməsi barədə akt”, həm də “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə” həmin maddədə nəzərdə tutulmuş vaxtda (2006-cı il iyulun 6-dək) deyil, bundan sonra, yəni 14 oktyabr 2009-cu ildə verilmişdir. Belə olan halda, həmin sənədlər mal damına iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilə bilməz. Eyni zamanda, mal damına iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş digə r əsaslar da mövcud deyil.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il və 5 may 2022-ci il tarixli qərardadları ilə müvafiq olaraq X5 və Zaqatala Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli, 2-1(107)-10/2022 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X6 və X10) ilə Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçının "Zaqatala rayonu "Muxax" kolx ozu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi” cavabdehin üzərinə qoyulmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Zaqatala rayonu Muxax kolxozunun Aqrar İslahat Komissiyasının 17 may 1998-ci il tarixli, 2 nömrəli qərarının tələbindən irəli gələrək kolxozun əmlakı olmuş mal damı iddiaçıya pay olaraq verilmiş, Zaqatala rayon Aqrar İslahat Komissiyasının fəaliyyət göstərdiyi 2009cu ildə ona Zaqatala rayonu Muxax kolxozu YAİK-nın 14 oktyabr 2009-cu il tarixli əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda həmin şəhadətnamə yalnız verilmə tarixinə görə mübahisələndirilir. Cavabdeh inzibati orq anın imtinası və birinci instansiya məhkəməsinin iddianı rədd edilməsi üçün əsas olaraq istinad etdikləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5- ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq İcra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlakın üzərində hüquqları təsdiq edən şəhadətnamənin dövlət qeydiyyatı üçün əsas sayılmasını göstərməklə heç də həmin tarixdən sonra verilmiş şəhadətnamənin dövlət qeydiyyatı üçün əsas olmasını istisna etmir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymət verməmiş və istinad etdiyi normanın mənasını düzgün tətbiq etməmişdir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansi yası məhkəməsində birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1543/2022 nömrəli qərarı (hakimlər: X3 (məruzəçi), X1 və X11) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
18. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən iddiaçının adına verilmiş 14 oktyabr 2009-cu il tarixli “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə”yə istinad edərək camış fermasında yerləşən mal damı üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına dair nəticəyə gəlmiş, lakin gəldiyi nəticə ilə bağlı müvafiq maddi hüquq normasına istinad etməmişdi r. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5- ci maddəsində birmənalı şəkildə göstərilmişdir ki, yalnız 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Apellyasiya məhkəməsi isə iddianı təmin edərkən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halın konkret olaraq hansı norma ilə tənzimləndiyinə istinad etməmiş, ümumi şəkildə, 2006-cı il iyulun 6- dan sonra verilmiş şəhadətnamənin dövlət qeydiyyat ı üçün əsas olmasının istisna edilmədiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan yekun nəticəyə gəlmiş, iş materialları ilə 2002-ci ildən fəaliyyətinin dayandırıldığı müəyyən edilən yerli aqrar islahat komissiyasının 2009-cu ildə müvafiq şəhadətnamə verməsi barədə xüsusatı ətraflı araşdırmamışdır. Halbuki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddianı təmin edərkən mülkiyyət hüquqlarının qeydə alınmalı olduğu daşınmaz əmla kla bağlı da müfəssəl araşdırma aparmamış, həmin əmlakın dəqiq sahəsi, konkret ölçüləri, naturada yerləşməsi və koordinatları ilə bağlı hər hansı mötəbər sübutlar əldə etmədən iddianın təmin edilməsi ilə bağlı yekun nəticəyə gəlmişdir. Bu isə özlüyündə qeydə alınmalı olan daşınmaz əmlakın dövlət qeydiyyatının qeyri-dəqiqliyi ilə nəticələnəcəkdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2-1(107)-27/2023 nömrəli qərarı (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X7 və X13) ilə Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, fəaliyyəti 2002-ci ildə dayandırılmış X24 İslahat Komissiyası tərəfi ndən xx.xx.2009-cu il tarixdə yuxarıda adı çəkilən sənədlərin verilməsi qəbul edilməzdir. İddiaçı fəaliyyəti dayandırılmış (ləğv edilmiş) və buna görə də səlahiyyətsiz qurum tərəfindən verilmiş sənədlərə istinad etməsinin ağlabatan izahını verə bilməmişdir. Məhkəmə baxışı zamanı sorğu əsasında əldə edilmiş (iş vərəqi 137) Zaqatala rayonu Muxax kolxozunun YAİK-nın 17 may 1998-ci il tarixli 2 nömrəli qərarından görünür ki, həmin qərarla aqrar islahatların həyata keçirilməsinə dair kolxozun islahat proqramı təsdiq edilmiş, 17 may 1998-ci il tarixdən kolxozun fəaliyyəti dayandırılmış, idarə heyətinin bütün səlahiyyətləri Aqrar İslahat Komissiyasına verilmişdir. Zaqatala Rayon Dövlət Arxivinin 30 mart 2022-ci il tarixli, 26 nömrəli məktubunda qeyd olunmuşdur ki, Zaqatala rayon Muxax kolxozunu n YAİK 2002-ci ildə fəaliyyətini dayandırmışdır. Zaqatala Rayon İcra Hakimiyyətinin 15 mart 2022-ci il, 4/380 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə “X23 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 02 mart tarixli 250 nömrəli Fərmanı və “Azərbaycan Respublikası X23 Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, Aqrar İslahat Komissiyası ləğv edilmişdir.
52. Qeyd olunanlar onu deməyə əsas verir ki, İddiaçı tərəfindən təqdim edilmiş həm “Əmlakdan pay haqqının verilməsi barədə akt”, həm də “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə” həmin maddədə nəzərdə tutulmuş vaxtda (2006-cı il iyulun 6-dək) deyil, bundan sonra, yəni xx.xx.2009-cu ildə verilmişdir. Həm də ləğv edilmiş qurum tərəfindən verilmişdir. Zaqatala rayon Muxax kolxozunun YAİK 2002-ci ildə fəaliyyətini dayandırdığı halda, sonuncu tərəfindən xx.xx.2009-cu ildə “Əmlakdan pay haqqının verilməsi barədə akt” və “Əmlak payına mülkiyyət hüququ haqqında Şəhadətnamə”nin verilməsi də ağlabatan deyildir. Yəni qeyd olunan sənədlər mövcud olmayan qurum tərəfindən verildiyindən onların hüquqi qüvvəsi yoxdur. Belə olan halda, həmin sənədlər mal damına iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilə bilməz.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasın ı xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Zaqatala rayonu Muxax kənd YAİK-in xx.xx.2000-ci il tarixli 17 nömrəli qərarı ilə camış fermasında yerləşən mal damının xüsusi mülkiyyətə paylamaq üçün ayrılması qərara alınmışdır. Eyni zamanda Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən İddiaçı adına camış fermasında yerləşən mal damı ilə əlaqədar xx.xx.2009-cu il tarixli "Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə" verilmişdir. Bundan əlavə Zaqatala rayonu Muxax YAİK tərəfindən xx.xx.2009-cu il tarixli "Əmlakdan pay haqqının verilməsi barədə akt" tərtib edilməklə mal damı İddiaçı verilmi ş, Zaqatala rayonu Muxax YAİK tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 26 nömrəli qaimə ilə camış fermasında yerləşən mal damı İddiaçı verilmişdir. Məhkəmə Zaqatala rayonu Muxax kənd YAİK-in xx.xx.2000-ci il tarixli 17 nömrəli qərarı ilə camış fermasında yerləşən mal damının xüsusi mülkiyyətə paylamaq üçün kimlərə ayrılmasını, eyni zamanda Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən İddiaçı adına camış fermasında yerləşən mal damı ilə əlaqədar xx.xx.2009-cu il tarixli "Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə" verilməsinə əsas olan sənədləri, yəni həmin şəhadətnamənin verilməsinin hüquqi və qanuni əsaslarını aydınlaşdırmamışdır. Eyni zamanda məhkəmə mübahisəsi sovxozun əmlakından pay almaq hüququ olan subyektlər məsələsi aydınlaşdırılmadan həll edilmişdir. Belə ki, tərəflərdən hər birinin aqrar islahatlarla əlaqədar əmlakdan pay almaq hüququ olan subyekt kimi qəbul edilib- edilməməsinin mümkünlüyü məsələsinə məhkəmələr münasibət bildirməmişlər. Bu məsələ isə mübahisənin həllində başlıca hal kimi çıxış edir. Eyni zamanda mübahisələndirilən məsələ çərçivəsində islahatın obyektlərinin və həmin obyektlərdən pay almaq hüququ olan subyektlərin dəqiq müəyyənləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Sovxozların islahatı zamanı əmlakın xüsusi mülkiyyətə verilməsi üçün əmlak paylan müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir («Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Resp ublikası Qanununun 9-cu maddəsinin üçüncü, dördüncü və beşinci hissələri). «Yerli aqrar islahatı komissiyası haqqında» Əsasnaməyə görə sovxoz və kolxozların əmlakının inventarlaşdın İmasının aparılması və əmlakın yenidən qiymətləndirilməsi səlahiyyəti YAİK-a verilmişdir. «Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi» Qaydalarında isə əmlakın inventarlaşdırılmasının və qiymətləndirilməsinin qaydaları müəyyən olunmuşdur. Xüsusi qeyd olunmalıdır ki, bu vəzifənin yerinə yetirilməsi hər hansı fiziki və ya hüquqi şəxsin deyil, məhz aqrar islahatı həyata keçirən orqanların üzərinə düşür. Odur ki, əgər sovxoz əmlakının inventarlaşdırılmasında və (və ya) qiymətləndirilməsində nöqsanlar aşkar olunarsa, buna görə məsuliyyəti də həmin orqan lar daşıyırlar. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Cavabdeh və üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;... 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
25. İnzi bati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsasl andırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandı rılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələl ərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya mə hkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi mal damına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Həmçi nin məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Zaqatala rayonu Muxax kolxozunun YAİK-nın 17 may 1998-ci il tarixli 2 nömrəli qərarından görünür ki, həmin qərarla aqrar islahatların həyata keçirilməsinə dair kolxozun islahat proqramı təsdiq edilmiş, 17 may 1998-ci il tarixdən kolxozun fəaliyyəti dayandırılmış, idarə heyətinin bütün səlahiyyətləri Aqrar İslahat Komissiyasına verilmişdir. Bundan əlavə, Zaqatala Rayon Dövlət Arxivinin 30 mart 2022-ci il tarixli, 26 nömrəli məktubunda qeyd olunmuşdur ki, Zaqatala rayon Muxax kolxozunun YAİK 2002-ci ildə fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə “X23 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 02 ma rt tarixli 250 nömrəli Fərmanı və “Azərbaycan Respublikası X23 Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, Aqrar İslahat Komissiyası ləğv edilmişdir.
33. Daha sonra Zaqatala rayonu Muxax YAİK tərəfindən 14 oktyabr 2009-cu il tarixli “Əmlakdan pay haqqının verilməsi barədə akt” tərtib edilməklə və həmin tarixli 26 nömrəli qaimə ilə camış fermasında yerləşən mal damı iddiaçıya verilmişdir. Zaqatala rayonu Muxax kolxozunun YAİK tərəfindən iddiaçının adına camış fermasında yerləşən mal damı ilə əlaqədar 14 oktyabr 2009-cu il tarixli “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir.
34. İddiaçı tərəfindən təqdim edilmiş həm “Əmlakdan pay haqqının verilməsi ba rədə akt”, həm də “Əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə” həmin maddədə nəzərdə tutulmuş vaxtdan (2006-cı il iyulun 6-dək) daha sonra yəni xx.xx.2009-cu ildə verilmişdir.
35. Zaqatala rayon Muxax kolxozunun YAİK 2002-ci ildə fəaliyyətini dayandırdığı halda, sonuncu tərəfindən xx.xx.2009-cu ildə “Əmlakdan pay haqqının verilməsi barədə akt” və “Əmlak payına mülkiyyət hüququ haqqında Şəhadətnamə”nin verilməsi mümkünsüzdür. Zaqatala rayonu Muxax YAİK ləğv edildiyindən iddiaçıya təqdim edilmiş aktın və şəhadətnamənin hüquqi qüvvəsi olmamışdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, mal damı üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 15-ci mad dələrinin tələblərinə uyğun olmuşdur.
37. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2-1(107)-27/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.