Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1529/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: pensiya təyin edən orqanın qərarının ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-801/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuş və bununla bağlı müvafiq ödənişlər həyata keçirilmişdir.
2. Sonradan cavabdeh orqan iddiaçının güzəştli pensiya hüququnun 50 yaşdan deyil, 52 yaşdan yarandığını hesab edərək, iddiaçıya artıq ödənilmiş pensiya məbləğlərinə görə indiki pensiya məbləğinin azaldılması ilə bağlı xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir.
3. Bununla razılaşmayan iddiaçı cavabdeh inzibati orqana müraciət etmişdir. 4.Həmin müraciətlə bağ lı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli “artıq ödənilmiş pensiya məbləği haqqında” məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında’ Qanunun 27-ci maddəsinin xx.xx.2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar xx.xx.2010cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (xx.xx.2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanmasına başlanılmışdır. Araşdırma zamanı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğ u xx.xx.2011-ci il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. “Əmək pensiyaları haqqında" Qanunun 27ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat, xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 29 il 1 ay 29 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 34,43 manat (29,16 il x 170 manat:144 hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilmış 56,39 manat müəyyən edilməklə üzərinə xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alırmış 8.684,04 manat sığorta kapitalına uyğun 60,31 (8.684,64:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixinə 201,70 (56,39+60,31+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilmişdir (xx.xx.2018-ci il tarixinədək indeksləşdirilməklə 279,60 manat). "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29-cu maddəsinin 2022-ci il tarixinədək qüvvədə o lmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdar qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. "Əm ək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2018-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Onun əmək pensiyaçısı kimi 6 il və daha çox işləməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 34.629,72 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqınd a” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin xx.xx.2002-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun qaydada (34.629,72:138 ay (63 yaş 6 ay-58 yaş=66 ay+(144 ay-72) =250,94 manat) yenidən hesablanaraq 530,54 (279,60+250 94) manat müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, pensiya sığorta kapitalına uyğun olaraq xx.xx.2011- xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilməli olan pensiya, qanunazidd olaraq orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2009-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilən pe nsiya məbləğindən çıxılaraq, "Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri də nəzərə alınaraq, nəticədə 51.345,73 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 51.345,73 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 86,09 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə və həmin Qanunun 01.01.20 23 -cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 860,94 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması, cavabdeh tərəfindən onun pensiya ödənişinin bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən qətnamə qanuni qüvvəyə minən günə qədər ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, həmin qərar əsasında tutulmuş pul məbləğinin geri qaytarılması, ödənilməmiş pensiya məbləğinin ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin qərarı ilə iddiaçının pensiyasını qismən dayandırılmış və həmin qərara əsasən ona ödənilmiş 51.345,73 manat məbləğində artıq ödənilmiş pulun hər ay 86,09 manat tutulmaqla cavabdeh təşkilata qaytarılması qərara alınmışdır. İddiaçı hesab edir ki, həmin qərar əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Beləliklə, əmək pensiyasının qismən dayandırılması onun pensiya təminatı hüququnun pozulmasına səbəb olur. İddia tələbinə cavabdehin etirazı:
8. İş ü zrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9659/2023 saylı qərarı ilə iddia təmin edilmiş, əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1114/2023 nömrəli qərarın ləğv edilməsi, iddiaçıya əmək pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-3-1114/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı əsasında tutulmuş pul məbləğinin geri qaytarılması, ödənilməmiş pensiya məbləğinin ödənilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Cavabdeh iddiaçının güzəştli pensiya hüququnun 50 yaşdan deyil, 52 yaşdan yarandığını hesab iddiaçıya artıq ödənilmiş pensiya məbləğlərinə görə indiki pensiya məbləğinin azaldılması ilə bağlı qərar qəbul etmişdir.
11. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2009-cu il tarixdən təyin edilmiş pensiyanın yenidən hesablanması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir.
12. Hazırkı işdə əmək pensiyasının yenidən hesablanmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dai r qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
13. Belə ki, iş materiallarında olan sənədlərdən və məhkəmə icraatı zamanı tələb olunmuş pensiya işindən görünür ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması xx.xx.2009-xx.xx.2023-cü il tarixləri arasındaki dövr ərzində ümumilikdə 51.345,73 manat ödənilən vəsaitə görə həyata keçirilmişdir.
14. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabde h inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olduğu halda, hüququnun 52 yaşdan yarandığını istinad edərək əvvəlki illərə görə ödənilən vəsait əsasında indiki əmək pensiyası məbləğini azaltmış, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
15. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yox lanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
16. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etsə də, həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1114/2023 №-li qərar prosessual baxımından əsassız olduğundan, ləğv olunmalıdır.
17. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı barəsində qəbul edilmiş qərar mahiyyəti üzrə də əsassızdır. 18. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensi ya təminatı haqqında” Qanunun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... 19. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olar aq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
20. Göründüyü kimi həmin dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına görə vətəndaşın 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ aşağıdaki şərtlərlə cavab verildiyi halda yaranır: -xx.xx.1997-ci il tarixədək 20 ildən çox ümumi iş stajı; -xx.xx.1997-ci il tarixədək 10 ildən çox güzəştli iş stajı olarsa
21. Hazırkı işdən isə göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə 50 yaşdan əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ araşdırılmış və müəyyən olunmuşdur ki, iddiaçının stajı qanunvericilikdə nəzərdə tutulmuş şərtlərlə cavab verir. Belə ki, iddiaçının əmək kitabça sındakı qeydlərə və işəgötürən tərəfindən verilmiş izahlı arayışların məzmununa əsasən, xx.xx.1997-ci il tarixədək iddiaçının çalışdığı neft və qazçıxarma üzrə usta və neft və qaz hasilatı üzrə operator vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı: neft və qaz hasilatı üzrə operatorlar – kod 1100000a—15824, quyuların qazılması üzrə isteh salat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar – kod 1100000—23187 altında qeyd edilmişdir.
22. Göründüyü kimi iddiaçının işlədiyi vəzifələr ona güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aiddir ki, iddiaçının həmin vəzifələrdə işlədiyi müddəti nəzərə alınsa müəyyən olunur ki, onun xx.xx.1997-ci il tarixə güzəştli iş stajı 10 ildən (xx.xx.1977xx.xx.1978; xx.xx.1980-xx.xx.1992; xx.xx.1992-xx.xx.1997 = 17 il 08 ay 10 gün) çoxdur.
23. İddiaçının topladığı ümumi iş stajına münasibətdə məhkəmə qeyd edir ki, həmin şərt də iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, təqdim olunmuş əmək kitabçasının, hərbi biletin və diplomun surətindən görünür ki, iddiaçının xx.xx.1997-ci il tarixədək ümumi iş stajı 20 ildən çox təşkil etmi şdir.
24. Göründüyü kimi iddiaçının 1997-ci ilin avqust ayının 1-dək 20 ildən az olmayan ümumi stajı, bu müddətin azı 10 ilini həmin əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması təsdiqini tapdığından onun 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır.
25. İddiaçının pensiya hüququ xx.xx.2009-cu ildə yarandığına görə həmin vaxt qüvvədə olmuş Qanunun müddəalarına görə pensiya hesablanması həyata keçirilməlidir. Belə ki, 1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək "Əmək pensiyaları haqqında" Qanunun 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir. PS-bu Qa nunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayılır.
26. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1997-ci il tarixədək 20 ildən çox ümumi və 10 ildən çox güzəştli iş stajına malik olduğundan, həmçinin pensiya təyin olunduğu dövrdə hesablamaların əmək haqqı əsasında aparılması ilə bağlı məhdudiyyət olmadığından, ona hüququ yarandığı tarixdən, yəni 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
27. Beləliklə, cavabdeh əsassız olaraq iddiaçının pensiya hüququnun 52 yaşdan yarandığı, ona xx.xx.2009-xx.xx.2023-cü il tarixləri arasındaki dövr ərzində ümum ilikdə 51.345,73 manat artıq vəsaitin ödənildiyi qənaətinə gəlmiş, bununla da əsassız olaraq iddiaçının əmək pensiyasını azaltmışdır.
28. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-801/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-9659/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
31. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSAS İYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri maddi hüquq normalarının pozulmasına dair dəlillər
32. Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 260-11İQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının xx.xx.1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il a ltı ay artırılmışdır. 33.“Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin xx.xx.2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar xx.xx.2010cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (xx.xx.2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanmasına başlanılıb. 34.“Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il ta rixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, sizin əmək pensiyanız tərəfimizdən aşağıdakı qaydada hesablanıb. 35.Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin xx.xx.2022-cİ il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığort a və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. 36.“Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi İlə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2018-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. 37.Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. 38.Qeyd olunan maddi hüquq normaları pozulmuşdur. 39.Belə ki, xx.xx.2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan g üzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. 40.Araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. 41.İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 29 il 1 ay 29 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-c ı il tarixinədək onun İş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 34,43 manat (29,16 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 56,39 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 8.684,64 manat sığorta kapitalına uyğun 60,31 (8.684,64:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixinə 201,70 (56,39+60,31+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2018-ci il tarixinədək indeksləşdirilməklə 279,60 manat). 42.Bundan başqa, iddiaçının əmək pensiyaçısı kimi 6 il və daha çox işləməsi İlə ə laqədar həmin dövrdə qazandığı 34.629,72 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun qaydada (34629,72:138 ay (63 yaş 6 ay-58 yaş=66 ay+(144 ay-72)) =250,94 manat) yenidən hesablanaraq 530,54 (279,60+250,94) manat müəyyən edilib. 43.Qeyd olunanları nəzərə alaraq, iddiaçının pensiya sığorta kapitalına uyğun olaraq xx.xx.2011-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ona ödənilməli olan pensiya, qanunazidd olaraq orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2009-xx.xx.2023-cü İl tarixləri arasındakı dövr ərzində ödənilən pensiya məbləğindən çıxılaraq, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixind ən qüvvədə olan redaksiyasının tələbləri də nəzərə alınaraq, nəticədə İddiaçıya 51.345,73 manat artıq pul vəsaiti ödənilib. 44. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən İllik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə və həmin Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçının əmək pensiyası həmin tarixdən etibarən 860,94 manat müəyyən edilib. Məhkəmə təcrübəsinin mövcud olmaması ilə bağlı:
45. Məhkəmənin mövqeyinə görə, dayandırılma və ya y enidən hesablanma zamanı əvvəla vətəndaşa onun pensiya ödənişinin qanunauyğunluğunun araşdırılması barədə rəsmi məlumat verilməli, onun dinlənilmək hüququ təmin edilməli, daha sonra ilkin pensiya təyinatı barədə qərar yeni bir qərarla ləğv edilməli, daha sonra pensiya ödənişinin dayandırılması barədə yeni qərar qəbul edilməli, bu barədə də vətəndaşa məlumat verilməlidir.
46. Əvvəla bildiririk ki. pensiya ödənişinin dayandırılması və ya aşkar olunmuş nöqsanlara bağlı yenidən hesablanması zamanı inzibati icraatın aparılması qaydası hazıradək Fondun formalaşmış təcrübəsi üzrə aparılıb. Həmçinin Fondun müxtəlif struktur bölmələrində istər Nazirlik tərəfindən, istərsə də Hesablama Palatası tərəfindən dəfələrlə aparılmış audit yoxlamaları zamanı bu sahədə qanunvericiliyin pozulması barədə nöqsan lar aşkarlanmamışdır.
47. Məhkəmə qeyd edir ki. “İnzibati icraat haqqında” Qanuna 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.
48. Sözügedən maddədə “qanunda başqa hallar nəzərdə tutulmamışdırsa” ifadəsindən istifadə edilir. Yəni inzibati orqan qanunla birbaşa nəzərdə tutulan hallarda maraqlı şəxsləri və ya onun nümayəndələrini dinləməkdən imtina edə bilər. Həmin hallar “İnzibati icraat haqqında” Qanunun 21.3-cü maddəsi ilə tənzimlənir. Belə ki. həmin maddənin tələblərinə əsasən İnzib ati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. - maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda: - ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda: - dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda: - ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda: - barəsində müstəqil səkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda: - inzibati a ktların məcburi qaydada İcrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda
49. Yuxarıdan qeyd edilən hallardan ikisi, yəni ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti və ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi sosial münasibətlər sferasının bir qolu olan pensiya hüquq münasibətlərinin təminatını həyata keçirən inzibati orqanların praktikasında bir qayda olaraq rast gəlinən hallardır. Bu baxımdan nəzərə alınmalıdır ki, ictimai və dövlət maraqlarının qorunması cəmiyyətin və dövlət hakimiyyəti strukturlarının başlıca məqsədlərindən biridir. Çünki hər iki ami l bütöv toplum üçün vacib əhəmiyyət daşıyır. İctimai maraq konkret fərdin deyil, çoxluğun marağını üstün sayan anlayışdır, bu maraq da dövlət maraqları ilə birbaşa bağlı olmaqla dövlət orqanları tərəfindən müdafiə olunmalıdır.
50. Bundan əlavə “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. b. kassasiya şikayətinə etirazın dəlilləri 51.Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 52.“Əmək pensiyaları haqqında” Qanun: Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmə k pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 53.“İnzibati icraat haqqında” Qanun: Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyiş dirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
54. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma his səsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
55. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
56. Ş ikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
57. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
59. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
60. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı m əsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
61. Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyaları sahəsində ictimai münasibətləri tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin qeyd olunan imperativ tələbindən göründüyü kimi, yalnız pensiyaçının razılığı olduqda pensiya təyin edən orqan ondan artıq pulun tutulması barədə qərar qəbul edir. 62. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinin müddəalarının tələblərindən göründüyü kimi, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
63. İşdən göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə zidd olaraq iddiaçını inzibati icraata cəlb etmədən, onun dinlənilmə hüququnu təmin etmədən, pensiyanı n həqiqətən də artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini iddiaçının iştirakı ilə tədqiq etmədən artıq pensiya məbləği hesablandığı qənaətinə gəlmiş, iddiaçıya keçmiş dövr üzrə hesablanmış fərq məbləği onun razılığı olmadan pensiyasından çıxılmışdır.
64. Digər tərəfdən, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinin tələbinə görə, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.
65. Başqa sözlə, hətta iddiaçıya əmək pensiyası təyin olunması barədə cavabdehin qəbul etdiyi əlverişli inzibati akt qanunsuz olduğu və “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsində g östərilən əsasla ləğv edildiyi hallarda belə, həmin əlverişli inzibati akt əsasında icra edilmiş ödənişlər üzrə məbləğlər, onların ödənişinin qanunla müəyyən edilmiş qaydada dayandırılmasından asılı olmayaraq, geri tələb oluna bilməz. Bu, yalnız pensiyaçının razılığı ilə, qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən əsaslara görə ləğv edildiyi və geriyə ödənişə pensiyaçının razılığı olmadığı hallarda isə, həmçinin məhkəmə qaydasında mümkündür. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən əsaslarla aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzin i ödəməyə borcludur.
66. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı barəsində qəbul edilmiş qərar mahiyyəti üzrə də əsassızdır. 67. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.
68. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 69. 2007-ci il 31 may tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (199 7-ci il 1 avqust tarixədək qüvvədə olmuş redaksiyada) “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
70. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə isə həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
71. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının 1997ci il 1 avqust tarixə 20 ildən artıq ümumi iş stajı olmuşdur. İddiaçı, həmçinin həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş işdə çalışmaqla xüsusi iş stajını da 1997-ci il 1 avqust tarixədək qazandığından ona güzəştli şərtlərlə əmək pensiyası onun pensiya hüququnun yarandığı xx.x x.2009-cu il tarixdən təyin edilməli və həmin vaxtda qüvvədə olan qanun tətbiq edilməlidir.
72. Həmin münasibətləri tənzimləyən, cavabdehin şikayətində istinad edilən sonrakı qanunvericilik aktlarında iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, iddiaçının, artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin müqəddəm şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz.
73. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
74. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-801/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.