Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-153/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçılar “İddiaçı2 (UK)” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-153/19 Bakı şəhəri 16 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçılar “İddiaçı2 (UK)” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndə liyinin və İddiaçı1 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçılar “İddiaçı2 (UK)” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və İddiaçı1 MMC-nin vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2018-ci il tarixli, 2-1(103)-1377/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçılar “İddiaçı2 (UK)” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və İddiaçı1 X4 (bundan sonra mətndə iddiaçılar) cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X1 Dövlət Qeydiyyatı İdarəsinə, həmin idarənin rəisi Nigar Alimovaya və “Murphy Shipping and Commercial Services İnc (ABŞ)” Korporasiyasının Azərbaycan Respublikasındakı n ümayəndəliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə Nərimaov rayon Məhkəməsinə müraciət edərək, “Murphy Shipping and Commercial Services İnc (ABŞ)” Korporasiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin dövlət qeydiyyatının etibarsız hesab edilməsi, bununla bağlı dövlət qeydiyyatı reyestrinə müvafiq qeydlərin edilməsi və nümayəndəliyin dövlət qeydiyyat kitabından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və “Murphy Shipping and Commercial Services İnc (ABŞ)” Korporasiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı vəsatətə verərək cavabdeh Nigar Alimovanın cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin iş üzrə 13 yanvar 2015-ci il tarixli şifahi məhkəmə iclası qərardadı ilə iş üzrə cavabdeh Nigar Alimova cavabdehlər sırasından çıxarılmışdır. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, İngiltərənin “Murphy Shipping and Commercial Services LTD” şirkətinin iki təsisatı “İddiaçı2 (UK)” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və İddiaçı1 MMC Azərbaycan Respublikasında qeydiyyata alınmış, şirkət öz firma adını, əmtəə nişanını və loqosunu Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Komitəsində qeydiyyatdan keçirməklə müvafiq şəhadətnamələr almışdır. İddiaçının 17 iyul 2014-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək ona məxsus firma adı və əmtəə nişanı ilə Azərbaycan Respublikasında hər hansı digər nümayəndəliyin qeydiyyatının mümkünsüz və əsassız olduğunu bildirməsinə baxmayaraq, c avabdeh departament “Murphy Shipping and Commercial Services İnc (ABŞ)” Korporasiyasının müraciəti əsasında onun Azərbaycan Respublikasındakı nümayəndəliyinin dövlət qeydiyyatını həyata keçirmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin: - 25 sentyabr 2014-cü il tarixli, 2(005)-5321/2014 saylı qərardadla (hakim Abbas Əliyev) iddiaçının iddianı təmin tədbiri barədə ərizəsi təmin olunmuş, iş mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh “Murphy Shipping and Commercial Services İnc (ABŞ)” Korporasiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyəti dayandırılmışdır; - 02 fevral 2015-ci il tarixli, 2(005)-340/2015 saylı qərardadı ilə (hakim Abbas Əliyev) iş baxılması üçün aidiyyəti üzrə 2 saylı Bak ı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 aprel 2015-ci il tarixli, 2-1(82)1414/2015 saylı qərardadı ilə (hakim Rüstəm Kərimli) iş üzrə əsl olmayan İddiaçı1 X4 əsl İddiaçı1 MMC ilə əvəz edilmişdir. (iş.v3 cild2) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2015-ci il tarixli, 2-1(82)1414/2015 saylı qərardadı ilə (hakim Rüstəm Kərimli) iddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizənin qəbulundan imtina edilmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 iyul 2015-ci il tarixli, 2-1( 103)-1203/2015 saylı qərardadı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı qismən - “Murphy Shipping and Commercial Services İnc (ABŞ)” Korporasiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin dövlət qeydiyyatının etibarsız sayılması, cavabdehin üzərinə dövlət qeydiyyatı reyestrinə müvafiq düzəliş edilməsi, nümayəndəliyin dövlət qeydiyyat kitabından çıxarılması öhdəliyinin qoyulmasının cavabdeh Bakı Vergilər Departamentinin X1 Dövlət Qeydiyyatı İdarəsinə aid hissəsinin mümkün sayılmaması hissəsində ləğv edilmiş, iş həmin hissədə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Şikayətlər qalan hissədə təmin edilməmiş, qərar dad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.( Həmin qərardaddan iddiaçılar kassasiya şikayəti verərək onun qismən – birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli, 2-1(102)-1173/15 saylı qərarı ilə (sədrlik edən N.Rəsulbəyova, hakimlər Rahib Nəbizadə və İlqar Hüseynov) kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2-1(82)434/2016 saylı qərardadı ilə (hakim Rüstəm Kərimli) “Murphy Shipping and Commercial Services İnc (ABŞ)” Korporasiyasının cavabdeh kimi prosessual iştirakına xitam verilmiş və iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Murphy Shipping and Commercial Services İnc (ABŞ)” Korporasiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Murphy Shipping and Commercial Services İnc (ABŞ)” Korporasiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin dövlət qeydiyyatına aid 29 avqust 2014cü il tarixli, **********770800 saylı reyestrdən çıxarışın və ********* saylı VÖEN-in ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyun 2016-cı il tarixli, 2-1(82)434/2016 sayl ı qərardadı ilə (hakim Rüstəm Kərimli) iddianın dəyişdirilməsi barədə ərizə qismən - iddia tələbi nümayəndəliyin dövlət qeydiyyatının və həmin qeydiyyatı təsdiq edən reyestrdən çıxarışın ləğv edilməsi, bununla bağlı dövlət reyestrində müvafiq dəyişiklik edilməsinə dair qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması formasında icraata qəbul edilmiş, qalan hissədə iddianın dəyişidirlməsi qəbul edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyun 2016-cı il tarixli, 2-1(82)434/2016 saylı qərardadı ilə (hakim Rüstəm Kərimli) cavabdeh tərəfindən mübahisənin ərazi aidiyyəti ilə bağlı verilmiş vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəmə sinin İnzibati-İqtisadi Kollegiyasının 17 avqust 2016-cı il tarixli, 2-1(103)-1915/2016 saylı qərardadı ilə (sədrlik edən Elşanə Vəliyeva, hakimlər Həmid Həmidov və Elmira Nağıyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli, 2-1(82)434/2016 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 fevral 2017-ci il tarixli, 2-1(103)-757/17 saylı qərardadı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Sərvət Hüseynova və Elşanə Vəliye va) iş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X1 Dövlət Qeydiyyat İdarəsi onun hüquqi varisi olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsi ilə əvəz olunmuşdur.( Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 aprel 2017-ci il tarixli, 2-1(103)-757/2017 saylı qərarı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Sərvət Hüseynov və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçılar kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının 12 sentyabr 2017-ci il tarixli, 2-1(102)-1635/2017 saylı qərarı ilə (sədrlik edən Nigar Rəsulbəyova, hakimlər İlqar Hüseynov və Rahib Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı üçüncü şəxsin nümayəndəliyinin ləğv edilməsi və bu öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi ilə deyil, nümayəndəliyin qeydiyyata alınmasına dair cavabdehin hərəkətlərinin qanuniliyinin mübahisələndirilməsinə dair tələblə məhkəməyə müraciət edə bilərdi və aşağı instansiya məhkəmələri bu baxımdan iddianın mümkünlük şərtlərini yoxlamaqla inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia tələblərinin dəyişdirilməsi ilə b ağlı iddiaçıya yardım etməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 noyabr 2017-ci il tarixli, 2-1(103)-2675/2017 saylı qərardadı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və Sənan Hacıyev) birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş həmin məhkəməyə göndərilmişdir. İşin birinci instansiya məhkəməsindəki təkrar baxışı zamanı iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin “Murphy Shipping and Commercial Services İnc (ABŞ)” Korporasiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və bununla bağlı dövlət reyestrində müvafiq qeydiyyatın aparılması vəzifəsinin cavabdehə həvalə edilməs i barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2-1(82)1095/2018 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilməmişdir. Həmin məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikasından kənarda yaradılmış hüquqi şəxsin Azərbaycan Respublikasında yerləşən və onun mənafelərini təmsil edən və müdafiə edən ayrıca bölməsi, yəni nümayəndəlik, hüquqi şəxs olmasa belə dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Hazırki halda, cavabdeh üçüncü şəxs olan korporasiyanın Azərbaycan Respublikasında mənafelərini təmsil və müdafiə etməsi üçün yaradılan və hüquqi şəxs statusu olmayan nümayəndəliyin qeydiyyata alınması üçün təqdim edilmiş sənədləri “X2 qe ydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin tələbləri çərçivəsində araşdıraraq nümayəndəliyi dövlət qeydiyyatına almışdır ki, həmin maddə xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması zamanı firma adlarının qorunması haqqında qanunvericiliyin tətbiqini nəzərdə tutmamışdır. Həmin qərardan iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2018-ci il tarixli, 2-1(103)-1377/2018 saylı qərarı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxl anılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında göstərilmiş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1, 50.2, 50.3, 53.1, 53.3, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2, “X2 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7, 2.0.8, 4.1, 6.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2 reyestrinin aparılması istifadəsi və mühafisəzi Qaydaları”nın 1.3.2, Azərbaycan Respublikası İPM-nin 2.2.2, 73.1, 58.7-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçılar kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olun masını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində prosessual hüquq pozuntusu kimi bildirmişdir ki, iddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmamışdırlar və bununla da onların şəkişmə və digər ədalət mühakiməsinin prinsipləri pozulmuşdur. Maddi hüquq normaların pozntusu ilə bağlı iddiaçı şikayətdə iddia ərizəsində göstərdiyi iddianın əsaslarını təkrarlamış və bildirmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən, firma adı qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə dair müstəsna hüquqları var və digər hüquqi şəxslərin həmin firma adı ilə hüquqlar və vəzifələr əldə etməsinə yol verilmir. Bundan başqa, qeydiyyata alınmış əmtəə nişanı sahibi onun razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir. Başqa sözlə, əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması deməkdir. İddiaçı hesab edir ki, İddiaçı2 firma adı ilə həm Böyük Britaniyada, həm də Azərbaycan Respublikasında qeydiyyata alındığından, bu firma adından Azərbaycan Respublikası ərazisində istifadə edilməsinə və hər hansı hüququ və vəzifə yaradılmasına dair müstəsna hüquqları mövcuddur və Azərbaycan Respublikasında hər hansı digər şəxs v ə ya təəssisat bu firma adından istifadə edə və mülki dövriyyədə iştirak edə bilməz. İddiaçı Azərbaycan Respublikasında üçüncü şəxsdən daha əvvəl qeydiyyata alınması və müvafiq əmtəə nişanının əldə edilməsinə dair sübutları məhkəməyə təqdim etməsinə baxmayaraq, məhkəmə maddi hüquq normalarını yanlış təfsir etməklə cavabdehin mənafeinə uyğun qanunsuz qərar qəbul etmişdir. Kassasiya şikayətində sadalanan dəlillərin hüquqi əsası olaraq iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 50.2, 50.3, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1, 4, 25, 32, 33-cü maddələrinə və “Sənaye mülkiyyətinin mühafizəsi üzrə” 1883-cü il Paris Konvensiyasına istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar ın nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflər və prosesin digər iştirakçıları məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilə r Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin X1 Dövlət Qeydiyyatı İdarəsinin verdiyi 25 avqust 2014-cü il tarixli X1 dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, “xxxx” X4 14 avqust 2001-ci il tarixdə qeydiyyata alınmışdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyi N 2010 1416 nömrəli şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, əmtəə nişanının sahibi İddiaçı2 şirkətidir, xidmətləri hava, dəniz və yerüstü nəqliyyat ilə bağlamaların və konvertlərin göndərilməsi, təcili hava, dəniz və yerüstü nəqliyyat mallarının anbara yığılması və bu sinfə daxil edilən bütün xidmətlərdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyi N 2014 0522 nömrəli və N 2014 0523 nömrəli ş əhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, əmtəə nişanının sahibi İddiaçı2 şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyidir, xidmətləri hava, dəniz və yerüstü nəqliyyat ilə yüklərin, bağlamaların və konvertlərin göndərilməsi, təcili hava, dəniz və yerüstü nəqliyyat, malların anbara yığılması və bu sinifə daxil edilən bütün xidmətlərdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin X1 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 29 avqust 2014-cü il tarixli X1 dövlət reyestrindən çıxarışın surətindən görünür ki, “Murphy Shipping and Commercial Services İnc (ABŞ)” Korporasiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyi 29 avqust 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normaları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Prosessual hüquq normaların pozuntusu kimi iddiaçı kassasiya şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmadığını və bununla da məhkə mədə dinlənilmə hüququnun pozulduğuna istinad etmişdir. Məhkəmə kollegiyası dəlili araşdırarkən aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin: - 20.1-ci maddəsinə əsasən, (...) məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; - 20.3-cü maddəsinə əsasən, məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Azərbaycan Respublikasının MPM-nin: - 135.2-ci maddəsinə əsasən, məhkəmə sə nədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Maddələrin tələbləri onu ehtiva edir ki, məhkəmə iclasının tarixi barədə prosess iştirakçılarının məlumatlı olması onlara ünvanlanmış məhkəmə sənədlərinin qəbul edilməsini təsdiq edən imzalanmış sənədin məhkəməyə çatdırılması ilə müəyyən edilir. Bu müddəaların tətbiqi ilə bağlı kassasiya şikayətində bildirilmişdir ki, iddiaçılardan İddiaçı1 X3 ünvanının dəyişdirilməsinə baxmayaraq, məhkəmə bildirişi əvvəlki ünvana göndərilmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, hər iki iddiaçının eyni olan hüquqi ünvanına (ünvan 1rəfindən məhkəmə iclasının 30 may 2018-ci il tarixinə təyin edilməsi barədə məhkəmə bildişləri göndərilmiş, işin İV cildin 7-ci səhifəsində olan “Xəbərnamədən” göründüyü kimi, həmin ünvanda bildirişin təqdim edilməsi imza ilə təsdiq edilmişdir. Bundan əlavə, apellyasiya məhkəməsi tərəfindən məhkəmə bildiirşi həmçinin İddiaçı1 X3 iddia ərizəsində göstərilmiş ünvan üzrə (ünvan 2i rabitə qovşağının qeydi olmadan geri qaytarılmışdır. Tərəflərin məhkəmə iclasınadan iştirak etməməsi əsası ilə məhkəmə iclası təxirə salınmışdır. Eyni qaydada 13 iyun 2018-ci il tarixinə təyin edilmiş məhkəmə iclası barədə məhkəmə bildirişləri tərəflərə göndərilmiş, lakin İddiaçı1 X5 ünvanlanmış məhkəmə bildirişi qeri qayta rılmışdır. İddiaçıların hüquqi ünvanına məhkəmə bildiirşlərin çatdırılması barədə işdə sənəd mövcud deyildir. Bu halda məhkəmə kollegiyası kassasiya şikayətində bildirilmiş əsasla qismən razılşır ki, məhkəmə tərəfindən yuxarıda göstərilmiş prosessual qanunvericiliyin tələblərinə tam əməl edilməmişdir. Yəni Azərbaycan Respublikası İPM-nin 16-cı maddəsində nəzərdə tutulmuş “Məhkəmə baxışının şifahiliyi prinsipini” gözlənilməklə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Bunun sübuta yetirən hal - məhkəmə bildirişinin geri qaytarılmasıdır. Lakin həmin məlumatın iddiaçılara çatdırılmasının öz təsdiqini tapmaması və bununla da onların hüquqlarının pozulmasına münasibətdə məhkəmə kollegiyası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 -cı maddəsində müəyyən edilmiş məhkəməyə müraciət etmiş şəxsin açıq məhkəmə araşdırması hüququnun pozulub-pozilmaması ilə bağlı İnsan Hüquqiları üzrə Avropa Məhkəməsinin presedent hüququnda bildirilmiş hüquqi mövqeyinin tətbiq edilməsini zəruri hesab edir. Konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafına görə, "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən..., qanun əsasında yaradılmış... məhkəmə vasitəsi ilə,... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Birinci və tək instansiya məhkəməsində aparılan proseslərdə 6-cı Maddənin 1cibəndi çərçivəsində "açıq məhkəmə araşdırması" hüququ "şifahi məhkəmə araşdırması" hüququnu ehtiva edir, bir şərtlə ki, bu cür araşdırmanın aparılmasından imtinanı əsaslandıran istisna hallar olmasın. Şifahi məhkəmə araşdırmasının aparıl masından imtinanı əsaslandıran halların istisna xarakteri bu cür halların tezliyi ilə deyil, səlahiyyətli məhkəmə tərəfindən baxılmalı olan məsələlərin mahiyyəti ilə bağlıdır. İkinci və üçüncü instansiya məhkəmələrində dinləmələrin olmamasına həmin proseslərin spesifik xüsusiyyətləri ilə haqq qazandırıla bilər, bir şərtlə ki, birinci instansiya məhkəməsində dinlənilmə keçirilmişdir. Birinci instansiya məhkəməsində araşdırma açıq keçirilməyibsə, yuxarı instansiya məhkəməsində araşdırmanı açıq keçirmək yolu ilə bu çatışmazlığı aradan qaldırmaqolar. Beləliklə, qərarlardan verilən şikayətlər üzrə proseslərlərdə məhkəmə instansiyası yalnız hüquqi məsələlərə baxdıqda, faktlar üzrə məsələlərin yoxlanılmasından fərqli olaraq, şəxsdə apellyasiya və ya kassasiya instansiya məhkəmələrində dinlənilmə imkanının olmaması 6-cı Maddənin tələblərinə cavab verə bilər(Miller İsveçə qarşı iş üzrə qərar, § 30). Bildirilmiş hüquqi mövqeyi əsas tutmaqla, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində keçirilən şifahi məhkəmə baxışında iddiaçı tərəf təmsil olunmuş, müvafiq sübutları təqdim etmiş və öz mövqeyini bildirmişdir. Apellyasiya şikayətinin dəlillərində isə iddiaçı tərəf birinci instnasiya məhkəməsinin apardığı hüquqi qiymətləndirməyə münasibətdə öz dəlillərini bildirməklə, məhkəmə tərəfindən tətbiq edilməli olan maddi hüquq normalarının tətbiq edilməməsinə əsaslanmışdır. Yəni şikayətin dəlilləri bilavasitə sübutların araşdırılması ilə deyil, hüquqi məslələrlə bağlı olmuşdur. Habelə, apellyasiya icraatının aparılması barədə iddiaçı tərəf məlumatlı olmuş, lakin birinci mə hkəmə iclasında iştirak etməmidşir. Kassasiya içraatında iddiaçı tərəf təmsil olunmuşdur. Göstərilənləri nəzərə almaqla, məhkəmə kollegiyası hesab edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından iddiaçıların açıq məhkəmə araşdırması hüququ pozulmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin nümayəndəliyinin qeydiyyat proseduru “X2 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirməli olduğundan, həmin maddədə göstərilmiş sənədləri təqdim etmiş nümayəndiliyi qeydə almaqla, cavabdehin hərəkətləri qanuni olmuşdur. Həmin maddədə isə xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması zamanı firma adlarının qorunması haqqında qanunvericiliyin tətbiqi nəzərdə tutulmamışdır. Bu mövqeyi mübahisələndirən iddiaçıların dəlillərinə görə, “X2 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.3-ci maddəsinə əsasən hüquqi şəxsin nümayəndəliyinin qeydiyyatından imtina edilməli idi. Çünki həmin maddədə firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulması halı imtinanın əsası kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasoya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə ilə razılaşaraq aşağıdakılara əsaəsn dəlili əsaslı hesab etmir. Mübahisəli məsələ xarici hüquqi şəxslərin nümayəndəliyinin dövlət qeydiyyatına alınması ilə bağlıdır. “X2 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra mətndə - Qanun) - 2.0.4-ci maddəsinə əsasən, nümayəndəlik - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur; - 2.0.7-ci maddəsinə əsasən, X2 qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) X2 reyestrinə daxil edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 43.1-ci maddəsin ə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır; - 44.1-ci maddəsinə əsasən, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır; - 48.1-ci maddəsinə əsasən, hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır; - 53.1-ci maddəsinə əsasən, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. - 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Maddələrin əlaqəli təhlilinə görə, Azərbaycan Respublikasının ərazisində təsis edilmiş hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra bu statusu əldə edir, bununla isə mülki hüquqları həyata keçirir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin nümayəndəliyi isə onun olduğu yerdən kənarda yerləşən ayrıca bölməsidir, lakin həmin nümayəndəlik hüquqi şəxs deyildir, çünki onun əlavə olaraq dövlət qeydiyyatına alınması qanunvericilikdə nəzərdə tutulmamış, onlar yalnız dövlət reyestrinə daxil edilməlidir. Bu qaydadan fərqli olaraq istinad edilən Qanunda xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəliyinin X2 qeydiyyatı və dövlət reyestrində qeydə alınması müəyyən edilmişdir. Bu müddəalara uyğun olaraq istinad edilən Qanununun 5-ci maddəsində hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması qaydaları müəyyən edilmiş və maddədə bu prosedurun həyata keçirilməsi üçün hansı zəruri olan sənədlərin təqdim edilməsi göstərilmişdir. Həmin maddədə tənzimlənən qaydalar ümumi xarakter daşımışdır. Onlardan fərqli olaraq 6-cı maddədə “Xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatının xüsusiyyətləri” müəyyən edilmişdir. Yəni cavabdeh tərəfindən hüquqi şəxs statusu almaq istəyən qurum dövlət qeydiyyatına alınarkən, onun xarici hüquqi şəxsin nümayəndəliyi olduğu müəyyən edildikdə, Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş xüsusiyyətlərin nəzərə alınması zəruri olmuduşdur. Çünki hüquq doktrinasında xüsusi normanın ümumi normadan daha üstün olduğunu bildirən “generalia specialibus non degrogant” prinsipi mövcuddur. Bu hissədə apellyasiya məhkəməsinin apardığı qiymətləndirmənin qanunvericiliyin tələblərinə uyğun olduğunu məhkəmə kollegiyası qeyd edir. Belə ki, istinad edilən Qanunun 6-cı maddəsinə əsasən, xarici hüquqi şəxsin nümayəndəliyinin dövlət qeydiyyatına alınması üçün bu Qanunun 5-ci maddəsində göstərilən sənədlərdən əlavə digər sənədlərin (xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə, həmin əsasnamədə onu yaradan xarici hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, onun yaradılması haqqında onu yaradan xarici hüquqi şəxsin qərarı, nümayəndəliyin təsisçisi olan hüquqi şəx sin qeydiyyatını təsdiq edən sənəd və s) təqdim edilməsi də müəyyən olunmuşdur. Bununla isə müəyyən edilir ki, cavabdeh tərəfindən “Murphy Shipping and Commercial Services İnc (ABŞ)” Korporasiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin qeydə alınması istinad edilən Qanunun tələblərinə zidd olmamışdır. İddiaçıların istinad etdikləri Qanunun 11.3-cü maddəsinə əsasən, o cümlədən xarici hüquqi şəxsin nümayəndəliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanınatəqdim olunmuş sənədlərAzərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda (11.3.1); - firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri- kommersiya təşkilatı qeydiyyata alınmış olduqda,(...) (11.3.3). Maddələrin tələblərinin tətbiqi üçün ilk olaraq qeydiyyata alınması üçün təqdim edilmiş sənədlərin qanunvericiliyin tələblərinə zidd olduğu müəyyən edilməlidir. Yuxarıda qeyd edildyi kimi, xarici hüquqi şəxsin nümayəndəliyinin dövlət qeydiyyatına alınması üçün təqdim edilmiş sənədlərin siyahısı həmin Qanunun ümumi qaydası kimi 5-ci maddədə, xüsusi qaydası kimi isə 6-cı maddədə sadalanmışdır. İddiaçı tərəfindən həmin maddələrdə göstərilən hansı sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadığı bildirilməmişdir. Bu səbəbdən istinad edilən bəndə görə xarici hüquqi şəxsin nümayəndəliyinin dövlət qeydiyyatına alınmasından imtina edilib-edilməməsinin yoxlanılması mümkün deyildir. İddiaçı tərəfin bildirdiyi dəlil lər digər imtina əsası - firma adlarının qorunması haqqında qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır. “Firma adı” anlayışı isə Azərbaycan Respublikası Mülki Məcəlləndə aşağıdakı kimi müəyyən edilmişdir: - 50.1-ci maddəsinə əsasən, hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur; - 50.2-ci maddəsinə əsasən, kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir; - 50.3-ci maddəsinə əsasən, başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir. Maddələrin tələbləri belə izah olunur ki, hüquqi şəxsin adının mahiyyəti mülki dövriyyədə onun fərdləşdirilməsini nəzərdə tutur. Bu cür fərdləşdirməyə zərurət eyni növ hüquqi şəxslərin mal, xidmət və s. bazarlarda rəqabət vəziyyətində olmasından irəli gəlir. Hüquqi şəxs kommersiya təşkilatı olduğu halda, bu amil xüsusi olaraq onların firma adının olmasında əhəmiyyət kəsb edir. Firma adından istifadə edilməsinin müstəsna hüququ qeydə alınmış hüquqi şəxlərə münasibətdə tətbiq edilir. Maddələrin tələblərinin tətbiqi ilə bağlı isə apellyasiya məhkəməsi düzgün olaraq bildirmişdir ki, qeydə alınmış nümayəndəlik hüquqi şəxs olmamış, onu xarici hüquqi şəxs öz bölməsi kimi yaratmışdır. “Murphy Shipping and Commercial Services İnc (ABŞ)” Korporasiyası hüquqi şəxs kimi Azərbaycanda qeydiyyata alınmamış, xarici ölkədə qeydiyyata alınmış hüquqi şəxs olmuşdur. Bu halda artıq qeydiyyata alınmış hüquqi şəxsin firma adı ilə bağlı mülki qanunvericiliyin istinad edilən müddəalarına əsaəsn hər hansı bir qiymətləndirmənin aparılmasında cavabdeh orqan səlahiyyətli olmamışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən müddəaların tətbiqi ilə bağlı iddiaçının mübahisələndirdiyi “firma adı” qeydə alınmış nümayəndəliyin hüquqi şəxsin firma adı ilə eynilik təşkil etməmişdir. Hər bir kommersiya təşkilatının adında fərdləşdirməyə imkan verən ifadələr (təşkilati-hüquqi forması və təsis edilən ölkə) əks olunmuşdur. Bu halda da iddiaçının həmin maddəyə istinadən hüquqların pozulması barədə dəlili əsasız hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin məlumat xarakterli o amili də nəzərə alır ki, “murphyshipping.com” saytında yerləşdirilmiş informasiyaya əsasən, “MurphyShipping&CommercialServices, Ltd” şirkəti dünyanınbirçoxölkəsindəfəaliyyətgöstərəntamlisenziyalıbeynəlxalqyükdaşıyıcısıdır və onun yaradılması 1975-ci ildə QərbiAfrikaya aid olsa da, lakin sonradan onun fəaliyyəti BöyükBritaniyada, Xəzərdənizi ətrafında və ABŞ-da davam etdirilmiş və müvafiq olaraq ofislərin BöyükBritaniyada, ABŞ-da və Azərbaycanda yerləşdiyi qeyd edilmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: “İddiaçı2 (UK)” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin və İddiaçı1 MMC-nin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleg iyasının 13 iyun 2018-ci il tarixli, 2-1(103)-1377/2018 saylı qərarı dəyişdirmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-153/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-153/2019
16.01.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver