Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-153/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X4rşı iş üzrə QƏRARİ Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə verilmiş mənzilə gözlənilən mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Ə mlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X6 (bundan sonra cavabdeh) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-43/2020 saylı, x xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1/2011 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər “xxxx” MMC-yə və qeyrilərinə qarşı iddiası qismən təmin edilmiş, cavabdeh xx.xx.2005-ci il tarixli müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmədiyinə görə həmin müqavilənin tikilməli binanın 4-9-cu bloklara aid hissəsinin ləğv edilməsi, xx.xx.2005-ci il tarixli müqavilə üzrə binanın əsas tikintisi başa çatmış 1-3-cü bloklarının altındakı və ona zəruri olan torpaq sahələri çıxılmaqla qalan bütün torpaq sahəsinin iddiaçıya qaytarılması, tikiləcək binanın əsas tikintisi başa çatmış 1-3-cü bloklarında olan, 1-ci blokun 6-10-cu mərtəbələrindəki, hər birinin ümumi sahəsi 45,3 kv.metr olan 1 otaqlı 23, 27, 31, 35, 39 nömrəli, 2-ci blokun 1-10-cu mərtəbələrindəki hər birinin ümumi sahəsi 70,28 kv.metr olan 2 otaqlı 58, 62, 66, 70, 74, 78, 82, 86, 90, 94 nömrəli. 2-ci blokun 11-ci mərtəbəsindəki ümumi sahəsi 112,71 kv.metr olan 3 otaqlı 100 saylı mənzillərin, 3 ədəd yeraltı qarajın iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin mülkiyyət hüququna dair sənədlərin mülkiyyətçiyə-iddiaçıya qaytarılması öhdəliyinin icra edilməsinin cavabdeh “xxxx” MMC-yə həvalə edilmə si qət edilmişdir. Qətnamə xx xxxxxx 2011-ci il tarixdə qanuni qüvvəyə minmişdir. xx xxxxxx 2016-cı il tarixli akta əsasən icra məmurları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 14 mərtəbəli yaşayış binasının ikinci blokunda 3-cü mərtəbədə yerləşən 82 və 86 saylı mənzillər iddiaçıya təqdim edilmişdir. Aktdan həmçinin görünür ki, binada konstruktiv dəyişikliklər aparılmış və 82 və 86 saylı mənzillər istisna olmaqla, digər mənzillərin nömrələri üst-üstə düşmür.
2. Qeyd olunan mənzillərə dair hüquqlarının Dövlət qeydiyyatına alınması və bu barədə onun adına Dövlət reyestrindən çıxarışların verilməsi üçün iddiaçı cavabdehə müraciət etmiş və cavabdehin xx xxx 2019-cu il tarixli məktubla “ərazidə göstərilən mənzillərin yerləşdiyi çoxmənzilli yaşayış binası üzə rində “xxxx” MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını” əsas gətirərək imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində (hazırkı Heydər Əliyev küçəsi) 1 saylı avtomobil dayanacağının 4824,9 kv.metr torpaq ərazisində “xxxx” məhdud məsuliyyətli cəmiyyəti (hazırkı Abşeron 2013) tərəfindən inşa edilmiş tikililərdən Abşeron rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş mənzillərdən 82 və 86 saylı mənzillərə dair iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mənzillərə “Hüquqların Dövl ət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın və mənzillərin texniki pasportunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 090685 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində (hazırkı Heydər Əliyev küçəsi) 1 saylı avtomobil dayanacağının 4824,9 kv.metr torpaq ərazisində “xxxx” MMC (hazırkı Abşeron 2013) tərəfindən inşa edilmiş tikililərdən Abşeron rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1/2011 saylı qətnaməsi ilə iddiaçıya müəyyən qədər mənzillərin verilməsi qət edilmişdir. Abşeron rayon İcra Şöbəsinin icra məmur u ilə həmin ünvana gedərək qətnamədə və icra vərəqəsində göstərilən mənzillərin bir qismini, o cümlədən 82 və 86 saylı mənzilləri iddiaçıya təhvil verilmiş və bu barədə icra məmuru ilə akt tərtib olunaraq hər iki tərəfdən imzalanmış və mənzilləri qəbul etmişdir. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 139, 152, 178-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə istinad edilmişdir.
5. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etirazında bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər cavabdeh tərəfindən araşdırılarkən müəyyən olunmuşdur ki, ərizədə göstərilən mənzil sahəsinin yerləşdiyi tikintisi başa çatmamış yaşayış binasına “xxxx” MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və tərəflər arası nda bağlanılmalı olan notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi qeydiyyat orqanına təqdim edilməmişdir.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(085)-1199/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev küçəsində 1 saylı avtomobil dayanacağının 4824,9 kv.metr torpaq ərazisində “xxxx” MMC (hazırki Abşeron 2013) tərəfindən inşa edilmiş tikililərdən Abşeron rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş mənzillərdən 82 və 86 saylı mənzillərə dair iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mənzillərə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın və mənzillərin te xniki pasportunun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1/2011 saylı qətnaməsi ilə mübahisə predmeti olan mənzillər üzərində iddiaçı, gözlənilən mülkiyyət hüququna malik olduğundan iddia təmin edilməlidir.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər Babayeva Hökümə Çingiz qızı-məruzəçi, X5 və X2, 2-1(105)-43/2020 saylı iş) x xxxxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı l əğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia təmin olunmamışdır.
10. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə yeni yaranmış daşınmaz əmlaklara münasibətdə isə qanunverici hüququnun qeydə alınması üçün konkret sənədlər sadalamışdır. (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9 və 8.0.10) Yalnız həmin sənədlər təqdim olunacağı təqdirdə hüququn qeydə alınması həyata keçirilə bilər. Başqa sözlə, hazırki iş üzrə iddiaçının istinad etdiyi Abşeron rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)1/2011 saylı qətnaməsi ilə iddiaçıya verilmiş mənzillər üzərində iddiaçının sahiblik və istifadə hüquqları yaranmışdır və həmin qətnamə mübahisəli mənzillər üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas ola bilməz.
11. İddiaçı qərarın surətini xx xxxxxxxx 2020-ci tarixdə almış, xx xxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
12. Mənzillərə dair hüquqlarının Dövlət qeydiyyatına alınması və bu barədə iddiaçının adına Dövlət reyestrindən çıxarışların verilməsi üçün iddiaçı müraciət etmiş və cavabdehin xx xxx 2019-cu il tarixli məktubu ilə ərazidə göstərilən mənzillərin yerləşdiyi çoxmənzilli yaşayış binası üzərində xxxx MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını” əsas gətirərək imtina edilmişdir.
13. Həmin binanın bir-neçə mənzilləri cavabdeh tərəfindən qeydiyyata alınmış və müvafiq reyestr nömrəsi ilə çıxarışlar verilmişdir. Bu səbəbdən iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi əsassızdır və Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində (hazırki Heydər Əliyev küçəsi) 1 saylı avtomobil dayanacağının 4824,9 kv.m. torpaq ərazisində “xxxx” MMC (hazırki Abşeron 2013) tərəfindən inşa edilmiş tikililərdən Abşeron rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş mənzillərdən 82 və 86 saylı mənzillərə dair iddiaçının hüquqları daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydiyyata alınmalıdır. 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə görə, daşınma z əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur.
15. Ərizəyə dövlət qeydiyyatı üçün əsaslar olan, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1/2011 saylı (qanuni qüvvəsini almış) qətnaməsi, icra vərəqəsi və icra məmurunun təhvil-təslim aktı əlavə edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qər ar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam v erilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-)... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-); Maddə. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək o lan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; (-)... Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər v əzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövl ət rüsumunun ödənilməsi barədə sənəd. Maddə. 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarını n Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil”. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konst itusiya Məhkəməsi xx xxxx 2017-ci il tarixli Plenum qərarında qeyd etmişdir ki, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur.
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmə dən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. İddiaçının əsas dəlili ondan ibarətdir ki, 82 və 86 saylı mənzillər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ona məxsus olduğundan mənzillərə mülkiyyət hüququ qətnamə əsasında cavabdeh tərəfindən qeydə alınmalıdır.
26. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
27. Abşeron rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsində yerləşən 14 mərtəbəli yaşayış binasının ikinci blokunda 3-cü mərtəbədə yerləşən 82 və 86 saylı mənzillər iddiaçıya verilmiş və mənzillərin iddiaçıya təqdim edilməsi barədə icra sənədi xx xxxxxx 2016-cı il tarixli aktla icra məmurları tərəfindən icra edilmişdir.
28. Qətnamədən görünür ki, hər iki mənzil (14 mərtəbəli) çoxmənzilli binada yerləşir və Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi 2013-cü il yanvarın 1-dək mövcud olmuşdur. 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəalarına görə 2013-cü il yanvarın 1-dək inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı cavabdehə təqdim edilməlidir.
30. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktını cavabdehə təqdim etməmişdir.
31. İddiaçı hesab edir ki, mənzilin ona verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan qanuni qüvvəyə minmiş məhkəmə qərarı hüququn qeydə alınması üçün əsasdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi xx xxxxxx 2011-ci il tarixli məhkəmə qətnaməsində mənzillərə hüququn qeydə alınması deyil, mənzillərin təhvil verilməsi mübahisə predmeti olmuşdur. xx xxxxxx 2011-ci il tarixli qətnamədə mənzillərə hüququn qeydə alınması mübahisə predmeti olmadığından, qətnamədə iddiaçının hər iki mənzilə sərəncam hüququ olması təsbit olunmadığından, çoxmənzilli binalara hüququn qeydə alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsi ilə təsbit edildiyindən, çoxmənzilli binalara münasibətdə hüququn qeydə alınması üçüntorpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı tələb edildiyindən, xx xxxxxx 2011-ci il tarixl i qətnamədə bu barədə müzakirə aparılmadığından həmin qətnamə hüququn qeydə alınması üçün əsas ola bilməz.
33. İddiaçı ona məxsus 82 və 86 saylı mənzillərə dair hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan sənədləri cavabdehə təqdim etmədiyindən iddianı rədd etməklə apelyasiya məhkəməsi haqlı olmuşdur.
34. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
35. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-43/2020 saylı, x xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.