Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-153/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-N(N05)N83/N0N N nömrəli, NN oktyabr N0NN-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. N. Cavabdeh N/7N/4NN4 nömrəli, NN sentyabr N0N9-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, N nömrəli hərbi hissədə xidməti atəşkəs dövrünə (NN.05.N994-cü il) təsadüf etdiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulm ası barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N5 mart N994-cü il tarixdən N8 aprel N994-cü il tarixə kimi Ağdam rayonunun Quzanlı, Tapqaraqoyunlu kəndləri istiqamətində gedən döyüşlərdə döyüş bölgəsinə ezam olunmuş N saylı hərbi hissənin tərkibində atıcı əsgər kimi xidmət edərək döyüş əməliyyatlarında iştirak etmişdir. Onun hərbi biletində bu fakt öz əksini tapmışdır. Eləcə də, həmin ərəfələrdə Ağdam rayonunun ərazisində yerləşən N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, lakin hərbi biletində bununla bağlı qeydlər aparılmamışdır. N və N saylı hərbi hissələr N994-cü ilin əvvəllərində döyüş bölgəsinə ezam olunarkən iddiaçı həmin hərbi hissənin əsgəri olmuşdur, lakin bununla bağlı Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsində heç bir rəsmi məlumat yoxdur. N994-cü ilin sentyabr ayında döyüş bölgəsində yaralanmış, N3.NN.N997-ci il tarixdə N saylı hərbi hissədən təxris edilmişdir. Hesab edir ki, cavabdeh onun müraciətini təmin etməkdən əsassız olaraq imtina etmişdir.
5. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının hərbi biletinin 4-cü səhifəsində onun N5.03.N994-cü ildə N nömrəli hərbi hissənin siyahısına daxil edilməsi, N8.04.N994-cü ildə siyahıdan çıxarılması barədə qeyd vardır. Hərbi biletin N9-cu səhifəsində iddiaçının N6.04.N994-cü ildə N nömrəli hərbi hissədə hərbi andı qəbul etməsi barədə qeyd aparılmışdır. Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş növbətçiliyinə təyin edilə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər və onlara silah və hərb i texnika təhkim oluna bilər. N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmamışdır. İddiaçı iddia etdiyi dövrdə hərbi andı qəbul etmədiyindən döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilməzdi.
6. Sumqayıt İnzibati Məhkəməsinin N-N(NN8)-7N0/N0N0 saylı, N8 sentyabr N0N0-ci il tarixli qərarı ilə (hakim: V.Əzizova) iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının N997-ci ilə kimi hərbi xidmətdən qanunauyğun şəkildə tərxis edilməsi, N994-cü ilin sentyabr ayında hərbi xidmətdə olarkən yaralanması faktı iddianın təmin olunması üçün əsas olan hallardır, hərbi andı nə vaxt qəbul etməsi hazırki iddianın mahiyyəti üzrə həll edilməsi üçün mühüm əhəmiyyət kəsb etmir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-N(N05)-N83/N0NN nömrəli iş üzrə NN oktyabr N0NN-ci il tarixli qərarı ilə (sədrlik edən: F.Ə.Məmmədov, hakimlər: Z.İ.Məmmədov və H.Ç.Babayeva) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin N-N(NN8)-7N0/N0N0 saylı, N8 sentyabr N0N0-ci il tarixli qərarı ləğv edilərək iddia tələbi təmin edilməmişdir. N0. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş zonasında hə rbi xidmət keçərkən xəsarət alması iş materialları ilə təsdiqini tapmadığından, mövcud iddia tələbi təmin edilməməlidir. NN. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri NN. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı travmanı məhz xidmət etdiyi zaman Ağdam rayonunda erməni tərəfindən atılmış mərmi partlaması nəticəsində almışdır. İş materiallarında olan sənədlərdə bu hal öz təsdiqini tapmışdır. N3. Bundan başqa, iddiaçının xidmət etdiyi hərbi hissənin onun xəsarət aldığı vaxt döyüş tapşırığını yerinə yetirən hərbi hissə olub - olmad ığını aydınlaşdırmaq məhkəmənin üzərinə düşsə də, məhkəmə bu halı aydınlaşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri N4. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ N5. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xi tam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. N6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli, NN6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranbo y (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həm in döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə işt irakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. N7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N4.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N3N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə b ilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ N8. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. N9. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ N0. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. NN. Belə ki, qanunvericiliyin tələbinə əsasən, NN may N994-cü il tarixədək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara və NN may N994-cü ildən sonra döyüş zonasında hərbi xidmət keçərkən xəsarət almış hərbi qulluqçulara müharibə veteranı adının verilməsi mümkündür. NN. İddiaçı iddia tələbində olduğu kimi, kassasiya şikayətində də N saylı hərbi hissədə xidmət keçərkən N sentyabr N994-cü ildə Ağdam rayonunun Güllücə istiqamətində döyüş əməliyyatı zamanı mərmi partlaması nəticəsində xəsarət aldığını bildirmişdir. N3. Bundan əlavə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin N5.0N.N0N9-cu il tarixli N68 nömrəli arayış ında N974-cü il təvəllüdlü İddiaçı N5.03.N994cu il tarixdə keçmiş Quba RHK tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə göndərildiyi, N5.03.N994-cü il tarixdən N8.04.N994-cü ilədək N saylı hərbi hissədə, N8.04.N994-cü il tarixdən 07.08.N994-cü ilədək N saylı hərbi hissədə, 08.08.N994-cü il tarixdən 05.03.N997-ci il tarixədək N saylı hərbi hissədə, 05.03.N997-ci ildən N3.NN.N997-ci ilədək N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçdiyi, N3.NN.N997-ci ildə Az.Resp.MO-nun N60 nömrəli əmri ilə ehtiyata tərxis olunduğu, 0N.NN.N997-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində hərbi qeydiyyatda olduğu qeyd edilmişdir. N4. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının N6.NN.N0N0-ci il tarixli 8N79 nömrəli arayışından görünür ki, N №-li hərbi hissənin sabiq əsgəri İddiaçı həqiqətən N9.08.N994-cü il tarixdən 08.09.N994-cü il tarixədək N №-li Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalında (N43 №-li hərbi hissədə) stasionar müayinə və müalicədə olmuş, 08.09.N994-cü il tarixdə öz hərbi hissəsinə yazılmışdır. Diaqnoz: Sol tərəfli varikosele. (Əsas: N №-li Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalının (N43 №-li hərbi hissənin) N994-cü ilə məxsus N4 №-li “Stasionar xəstələrin qeydiyyatı” kitabının 4N84-cü sayındakı qeyd.) N5. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 9/N- 4904 nömrəli, 08 iyul N0NN-ci il tarixli məktubunda göstərilmişdir ki, 3-cü MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı stasionar müalicə almaq üçün N43 nömrəli hospitala göndərildiyi üçün N nömrəli hərbi hissə komandirinin N9.08.N994-cü il tarixli N40 №-li əmrilə (əsas: səh 47, § 3, sıra N) 30.08.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. Əmrdə hansı səbəbdən hospitala göndərilməsi qeyd edilməmişdir. N43 nömrəli hərbi hissə komandirinin avqustsentyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin avqust-sentyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində Ağdam rayonunun Güllücə istiqamətində döyüşlərin aparılması barədə qeydiyyat aparılmamışdır. NN0 nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyah ısı qovluğunda N nömrəli hərbi hissənin 06.08.N993-cü ildən N0.05.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat vardır. N6. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalının N0.08.N0NN-ci il tarixli 5768 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən N5.09.N994-cü il tarixindən N0.N0.N994-cü il tarixinədək N43 nömrəli hərbi hissədə (hərbi hospitalında) stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Qapalı kəllə-beyin travması. (Əsas: N43 nömrəli hərbi hissədə (hərbi hospitalında) N994-cü ilə məxsus stasionar kitabının 4455-ci sayındakı qeyd.) N7. Göründüyü kimi, iş üzrə tədqiq olunan sübutlarla iddiaçının N994-cü ilin sentyabr ayında, yəni N9.08.N994-cü il tarixdən 08.09.N994-cü il tarixədək sol tərəfli varikosele di aqnozu, N5.09.N994-cü il tarixindən N0.N0.N994-cü il tarixinədək N43 nömrəli hərbi hospitalda qapalı kəllə-beyin travması diaqnozu ilə stasionar müayinə və müalicədə olması təsdiqini tapsa da, həmin dövrdə onun bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi, həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması müəyyən edilmir. N8. Belə ki, iddiaçının hərbi xidmət keçdiyi N saylı hərbi hissənin 06.08.N993-cü ildən N0.05.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat mövcuddur, lakin N0.05.N994-cü il tarixindən sonra həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat yoxdur, iddiaçı isə həmin hərbi hissədə 08.08.N994-cü il tarixdən 05.03.N997-ci il tarixədək xidmət keçmişdir. N9. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin əsaslandırmas ını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-N(N05)-N83/N0NN saylı iş üzrə NN oktyabr N0NN-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.